Çilidə güclü zəlzələ baş verib

Çilidə 5.8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, zəlzələnin episentri 227 min nəfərin yaşadığı İkike şəhərindən 85 km şimal-şərqdə yerləşib.

Yeraltı təkanın ocağı 103 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.