Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı CİNAYƏT İŞİ AÇILDI

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb.

“Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılmışdı. Sonra o sərbəst buraxılıb.