Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb

Kanadanın Ontario əyalətində yerləşən Niaqara şəlaləsi Azərbaycan bayrağının fonunda işıqlandırılıb.

Bu barədə Azərbaycan Kanadadakı səfirliyinin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Niaqara şəlaləsi 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xüsusi dizaynla Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.