UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada “Real Madrid”dən Kilian Mbappe, “Borussiya Dortmund”dan Seru Qirassi, PSJ-dən Vitinya və “Marsel”dən Pyer-Emerik Obameyanq namizəd olub.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən sorğuda müəyyənləşəcək.