Şəmkirdə eyni vaxtda iki qəza olub: Dörd nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı VAZ markalı maşın digər minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Digər hadisə isə Şəmkir-Gədəbəy yolunda qeydə alınıb. VAZ-21015 markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Hər iki faktla bağlı araşdırma aparılır.