Category: Cəmiyyət

  • Yanğında zəhərlənənlərin ADLARI

    Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

    Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

    Hadisə nəticəsində tüstüdən zəhərlənən 1970-ci il təvəllüdlü Kərimov Vüqar Fikrət oğlu, 1983-cü il təvəllüdlü Nadirov Kamal Ramiz oğlu və 1983-cü il təvəllüdlü Qafarov Vasif Hüseynxan oğlu şöbəyə yerləşdirilib.

    Yaralıların səhhəti kafi qiymətləndirilir.

    Hadisə zamanı ölən 24 hamısı orada müalicə alanlardır.

    Qeyd edək ki, bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğın söndürülüb.

  • Mehriban Əliyeva ilə Leyla Əliyeva kinonun premyerasıda iştirak etdi – FOTO

    Nizami Kino Mərkəzi və “Ədibin Evi”nin təşkilatçılığı ilə Mir Cəlal Paşayevin 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibətilə Azərbaycan mədəniyyətinin bu görkəmli xadimlərinin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

    1943-cü ildə Bakı Kinostudiyası tərəfindən çəkilmiş bu film İkinci Dünya müharibəsində faşizm üzərində qazanılan qələbədə Azərbaycan neftinin rolundan və xalqımızın vətənpərvərliyindən bəhs edir. Filmin ssenari müəllifi Mir Cəlal Paşayev, bəstəkarı Qara Qarayev, rejissorları Rza Təhmasib, Mikayıl Məmmədov və Qriqori Aleksandrovdur. Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökümə Qurbanova, Mirzə Babayev və digərləri çəkiliblər. Film bəstəkar Qara Qarayevin kinoda ilk işidir.









  • Martda bayramlarla əlaqədar 8 gün iş olmayacaq

    Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

    Baku.ws-in məlumatına görə, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir.

    Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

    Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.

  • Narkoloji Mərkəzdə baş verən yanğının səbəbi açıqlanıb – RƏSMİ

    Baş Prokurorluq, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

    Məlumatda deyilir:

    “2018-ci il mart ayının 2-si, saat 06:10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.

    Operativ şəkildə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan üçü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Saat 09:13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.

    Azərbaycan Respublikası prezidentinin göstərişinə əsasən, fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

    Həyata keçirilən tədbirlər ölkə prezidentinin nəzarətindədir.

    İlkin araşdırmaların nəticələrinə görə, yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib”.

  • Azərbaycanlı milyarder ən zəngin rusiyalıların siyahısında

    “Bloomberg Billionaire Index”inə görə, yanvar-fevral aylarında rusiyalı milyarderlərin sərvəti 11 milyard dollar artıb.

    Oxu.az xəbər verir ki, artım dünya fond birjalarında səhmlərin kotirovkasının yüksəlməsi sayəsində mümkün olub.

    İndeksə görə, martın 1-i tarixinə Rusiyanın ən varlı şəxsi “Severstali”nin rəhbəri Aleksey Mordaşov olub. Onun sərvətinin həcmi 19,9 milyard dollar təşkil edir. İki ayda Mordaşovun sərəncamında olan pul vəsaitləri 239 milyon dollar artıb.

    İkinci yerdə iş adamı Vladimir Potanin gəlir. Onun sərvətinin həcmi 613 milyon dollar artaraq 19,6 milyard dollara çatıb. Üçüncü sırada 18,9 milyard dollar sərvəti ilə Vladimir Lisin qərarlaşıb.

    “Top-10”luğa Leonid Mixelson, Viktor Vekselberq, Alişir Usmanov, Andrey Melniçenko, Vahid Ələkbərov, Mixail Fridman, Roman Abromoviç daxildir.

    Qeyd edək ki, siyahıda cəmi 27 rus milyarderin adı yeri alıb.

    Dünya üzrə “Bloomberg Billionaire Index”inə gəlincə, ən varlı şəxs “Amazon”un sahibidir – Ceff Besoz. Onun sərvətinin həcmi 126 milyard dollardır.

  • Azərbaycanlı alimdən faydalı ixtira – VİDEO

    Azərbaycanlı alim neft çıxarma sahəsində elə bir ixtiraya imza atıb ki, bu yeniliyin tətbiqi ilə elektrik enerjisinə 25% qənaət etmək mümkündür. Qurğuların iş əmsalını da 6 %-ə qədər artırır. Artıq bu ixtiraya bir çox ölkələr maraq göstərib.

    Median.Az bu barədə “Xezerxeber.az”-a istinadən xəbər verir.

    Yeni üsulla hazırlanan neft mancanağı və onu hərəkətə getirən əvvəlkindən dəfələrlə kiçik reduktur elektrik enerjisinə 25 % dək qənaət etməyə imkan verir.Eyni zamanda redukturun quraşdırıldığı avadanlıqın iş əmsalı 6 % artır.

    Bu ixtiraları Azərbaycan Texniki Universitetin kafedra müdiri,professoru Əli Nəcəfov həyata keçirib.

    Bu avadanlıq dərin quyulardan su çıxarılmasında da istifadə edilə bilər. Yeni bu reduktur isə təkcə neft və su çıxarma deyil həm də lift, hərbi və mülki texnika və digər avadanlıqlarda istifadə edilə biər.

    Redukturun yoxlanılması üçün Socar tərəfindən ixtiraçıya maliyyə vəsaiti ayrılıb və yoxlanış uğurla tamamlanıb. Bu ixtira Küveytə keçirilən ixtiraçıların sərgisində də 3-cü yerə layiq görülüb.

    Artıq Ukraynada helikopter istehsalı edən bir şirkətin nümayəndələri Bakıda olub ixtira ilə tanış olublar. Hazırda danışıqlar aparılır. Əli Nəcəfovun əsas istəyi isə patentini aldığı ixtiradan ölkəmizdə istifadə edilməsidir.

  • Bakıda sərxoş qızlardan çılğın rəqs – VİDEO

    Bakıda yerləşən kafelərin birində gənc qızların rəqs edərkən görüntüləri yayılıb.

    Görüntülərdəki qızların spirtli içkinin təsiri altında olduğu bildirilir.

    Median.Az sözügedən görüntüləri sizə təqdim edir. //Moderator.az

  • Evimi başqasına qanunsuz satıb məni evdən çıxardırlar: Salyan sakini hədələnir – FOTO

    Salyan rayon sakini Ərifə Orucova qanunsuz olaraq evindən çıxarılır. Onu evindən çıxaran şəxs isə Salyan rayonunda müəllim işləyir.

    Bununla bağlı redaksiyamıza müraciət edən Ərifə Orucova çox çarəsiz olduğunu vurğulayıb:

    “Qızım Münəvvər Orucova birinci qrup əlilidir. Anadangəlmə ağır xəstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün Yoldaşım 7 ildir rəhmətə gedib. Sosial durumumuz çox ağır və acınacaqlıdır. 1987-ci ildən idarəyə məxsus evdə yaşayırıq. Həmin evin 3 sot torpağı var. Neçə ildir o evə sənəd ala bilmirəm. Biz yaşaya-yaşaya evi başqasına satıblar. Bununla bağlı Salyan rayon İcra Hakimiyyətinə müraciət etmişəm. İcra hakimiyyətindən mənə məhkəməyə müraciət etməyimi söylədilər. Məhkəməyə getmək üçün maddi imkanım yoxdur. Həm də bilirəm ki, torpağı qanunsuz alan şəxsin arxalı insandır. Çox çarəsizəm. Xahiş edirəm mənə kömək edin. Vəziyyətimiz çox ağırdır. Qızımın 140 manat pensiyası ilə dolanırıq. Qızımın dərmanlarını ala bilmirəm.

    Nə valideynlərim var nədəki bacı-qardaşım. Yoldaşım öləndən çarəsiz qalmışam. Qızım xəstə olduğundan işləyə bilmirəm. Qızımın xəstəliyi, maddi durumumuzun ağır olmasının üzərinə birdə evsiz qala bilərəm. Evimin alan şəxs Bakıda binadan yıxılıb ölüb. İndi də qardaşı çıxıb ortaya. Deyir ki, evi guya o alıb. Demək olar ki, hər gün hədələyir. Xəstə qızımla birlikdə çöldə qalmaqdan qorxuram. Bir oğlum var onun da maddi durumu ağırdı. Ailəsinə ancaq baxa bilir. İmkanlı şəxslərdən və aidiyyəti qurumlardan xahiş edirəm ki, mənə kömək etsinlər. Onsuz da evim yaşamaq üçün yarasızdır. Amma nə olsun, heç olmasa sığındığım evim var. Onu da alsalar əlimdən xəstə qızımla neyləyərəm mən. Məni evimdən çıxarmaq istəyən Əli Əzizov müəllimdir. Salyan rayonunda yerləşən orta məktəbdə işləyir. Hər gün gəlib məni evimdən çıxmağımı, artıq evin ona aid olduğunu söyləyir. Kimə müraciət edim bilmirəm. Son ümid kimi mətbuatı seçdim”.

    Mənbə: big.az

  • 7 il Dubayda fahişəliyə məcbur edilən azərbaycanlı qadının HƏYAT HEKAYƏTİ

    Sosial şəbəkədəki rəsmi səhifəmə bu dəfə fərqli bir mesaj gəldi:

    “Siz həyat qadınlarından yazırsınız? Mən öz həyatımı nəql etmək istəyirəm. Bəlkə ürəyimdəki yükdən azad oldum. Həm də gənc qızlara ibrət dərsi olsun.”

    Daha əvvəl ünvanıma oxşar məktublar gəlmişdi, amma ciddi qəbul etməmişdim. Bu mesaj ciddiyyəti ilə seçilirdi. Hiss və həyəcan sanki sətirlərə hopmuşdu.

    Qərara gəldim ki, Lalənin (ad şərtidir) həyatını qələmə alım. Bəlkə doğrudan da bu hekayət kimisə yanlış addım atmaqdan çəkindirdi?

    Hərçənd belə bir fikir var ki, başqalarının yıxılmağı bizə yeriş öyrədə bilməz. Biz özümüz yıxıla-yıxıla yeriməyi öyrənirik. Yəni başqalarının deyil, öz səhvlərimiz bizə həyatı öyrədir.

    Amma insanlığın yaşam təcrübəsini heçə saymaq olmaz. Elə insanlıq da öz təcrübələrini nəsil-nəsil ötürdüyü üçün mövcuddur. Biz də ona görə varıq ki, pis-yaxşı nələrisə mənimsəmişik. Gələcək də ona görə var olacaq ki, biz bu gün varıq və həyatımızı ələkdən keçirə-keçirə onlar üçün ən yaxşı, ən faydalı olanları saxlayırıq.

    ***

    Lalə şəhərə oxumaq adıyla gəlib. Rayonda istəklisi olub, amma Lalə sevgilisini əmin edib ki, yalnız onu sevir və institutu bitirən kimi evlənəcəklər…

    Tələbələrin təşkil etdiyi ziyafətlərin birində İmran adlı oğlanla tanış olur. Elə ilk baxışda İmran Laləni başdan-ayağa süzüb: “Qəşəng qızsan, ancaq baxımsızsan, -deyir, – üzərində işləsələr o biri qızlar əlinə su da tökə bilməz.”

    Laləyə bu söz əcaib gəlir. Necə yəni üzərində işləmək lazımdır? İmran ona uca-uca dağlar vəd edir… Lalə düşünür ki, bəlkə doğrudan da onun gələcəyi əlçatmaz bir yerdədir?

    İmran onu tanış modelyerlərin yanına aparır, son dəbli paltarlar sifariş edir. Lalə dəyişir, tamamilə başqa bir qadına çevrilir.

    Axşamları rəngli keçirdi. İçki məclisləri gecəyə qədər uzanırdı. Əvvəllər içə bilmirdi, ürəyi bulanırdı, sonra alışdı. Həyat necə də sadə imiş. O, isə həyatı mürəkkəbləşdirməyə, ciddi planlar qurmağa hazırlaşırdı! İndi Lalə belə düşünürdü.

    Sonra bu hamiləlik… Sözsüz ki, İmran uşağına sahib çıxmalıydı, axı bu onun canından bir parça idi. İmran uşağı abort etməyi təklif edir, Lalə razılaşmayanda zarafat etdiyini deyib bildirir ki, onlar evlənəcəklər və bu uşaq hökmən dünyaya gələcək.

    Bir axşam Lalə evə qayıdanda qarşısını bir adam kəsib üstündəkiləri çıxarmağı əmr edir. Lalə tərəddüd edir. Adam qızın çantasını əlindən alır, özünü də itələyir. Sonra hardansa daha bir neçə adam peyda olub onu vəhşicəsinə döyürlər. “Qarnımı bərk-bərk qucaqlayıb qışqırırdım, amma harayıma gələn yox idi. Handan-hana onlar məndən əl çəkib getdilər. Huşumu itirdim. Sonra məni bir bomj tapıb. Yazığı gəlib. Yaxınlıqdakı binanın gözətçilərinə yalvarıb ki, kömək etsinlər. Onlar da təcili yardıma zəng vurublar. Beləcə xilas olmuşam. Yəni mən… Uşaq isə tələf olmuşdu”.

    Lalənin istəklisi rayondan gəlib çıxanda o, xəstəxanada yatırdı. Hər şeydən xəbərsiz idi. Bəlkə də qızı tək buraxdığı üçün özünü söyürdü. Çətinliklə də olsa, xəstəxananın yerini öyrənə bilir. Tibb bacılarından eşitdikləri onu dəhşətə gətirir: “Hansı Lalə? Uşağını salan qadını deyirsiz?” “Yox, uşaq salan yox, mənim Laləm” – deyə oğlan qışqırır. Və ordan uzaqlaşır.

    “Onu bir də görmədim. İndi xatirələrdən başqa bir kəsim çox idi. Onlar da bir müddətlik qonaq idilər; məndən üz döndərib yaddaşımdan uzaq düşürdülər”.

    Lalə xəstəxanadan çıxan gün İmran bir buket güllə gəlir. Başının çox qarışıq olduğunu, amma bütün qəlbiylə onun yanında olduğunu deyir. Lalə yenə əvvəlki “rəngli” həyatına qayıdır.

    ***

    “Mənim həyatım filmə bənzəyir, – müsahibim hekayətini yarıda kəsib yazdı, – elə bil həyatımın ssenarisini usta bir ssenarist yazıb. Ona görə dəyişiklik etmək mümkün olmadı.”

    Sözlərindəki məyusluq mənə də sirayət edir, təəssüflə gülümsəyirəm, ağır atmosferə baxmayaraq, “həyat qadını”ndan hekayətinin davamını nəql etməsini xahiş edirəm…

    ***

    Bir gün İmran Laləni restorana dəvət edir. “Bu axşam xüsusilə gözəl və cazibədar görünməlisən. Səni bir vacib adamla tanış edəcəyəm”, – deyir. Laləni restoranda tək qoyub çıxır.

    “Stolun başında tək-tənha oturub İmranın getməzdən qabaq qədəhimə süzdüyü şampan şərabından içirdim. Düzü, həyatdan gözləntilərim yox idi. Kimin və nə üçün gələcəyi də elə də maraqlı deyildi.”

    Lalənin gözlədiyi naməlum adam hansısa bir şirkətin sahibi olan Alik adlı (özünün dediyinə görə) 40-45 yaşlarında birisi idi. O da dəbdəbəli saraylardan, “qızıl dağları”ndan dəm vurur. O danışır, Lalə isə bir ucdan içərək key-key ona baxırdı.

    “Axırda lap kefləndim və Alikin məni bir başqa mənzilə apardığının da fərqinə varmadım. Səhər özümə gələndə “hələlik burda yaşayacaqsan”, – dedi. İmranı soruşdum, dedi: “İmran artıq yoxdur, mövcud deyil”. Bunu deyib güldü. “Səni bizə satıb o. Artıq bizimsən, bizim malımızsan”.

    Lalə: “Mən heç kimin təhkimlisi deyiləm, sən dəli olmusan!” – deyib çığıranda Alik “çox da vay-şivən salma, İmran da heç mələk-zad deyil. İstəyirsən, sənə bir sirr açım? Elə bilirsən, sənin döyülməyin təsadüf idi? Bunun arxasında duran adamın kim olduğunu bilmək istəyirsən?

    “Tanış adı eşitməmək üçün qulaqlarımı tutdum. Bu qədər zərbə yetərli idi”.

    Hər şey indi aydınlığa qovuşurdu. Amma artıq çox gec idi.

    “Sən özün mənə lazım deyilsən, amma şirkət üçün işləyəcəksən,”- Alik çıxanda deyir. “Bir neçə gündən sonra Dubaya yola düşürük. Səninki ofis işidir. Öhdəsindən gələrsən”,- deyir.

    Dubayda onu yeni iş gözləyirdi. Amma Alikin dediyi kimi ofis işi deyil, müştərilərin qulluğunda duran, onlara hər cür xidmət göstərən fahişəlik işi. Pasportunu əlindən almışdılar, indi o “təhkimli işçi” idi.

    “7 il həyatım elə keçdi”, – Lalə deyir. “Hər günüm cəhənnəm əzabı idi. Müştərilərdən yaxşı davrananlar da olurdu, çoxu isə mənimlə məzələnir, başıma itin oyununu açırdılar. Şəhvətlərini söndürmək üçün ən murdar işlərə sövq edirdilər. Artıq hüquqsuz cariyə idim, dediklərini etməli idim. Yoxsa cəzam ağır olurdu.

    Bir dəfə kefli bir ərəb gəldi. Nadürüstün biriydi. Əvvəllər də bir-iki dəfə görmüşdüm, o gedəndən sonra qızlar “əyyaş” deyə arxasınca söyürdülər.

    Bütün gecəni əlində əsir-yesir oldum. İnsanlığını itirmiş, yırtıcıya dönmüşdü. Bədənim ağrılardan keyimişdi, özümü hiss eləmirdim. Yenidən yaxınlaşmaq istəyəndə pis söydüm onu, itələdim. Dəliyə döndü. “Bu sənə ağır başa gələcək”,- dedi. Üzümü cırıq-cırıq elədi. O çapıqlar indiyə kimi üzümdədir, hər baxanda o məşum günləri xatırladır…

    7 ildən sonra məni azad elədilər. Bir az pul yığmışdım, yalnız onu götürməyə icazə verdilər. Beləcə vətənə gəldim, bir müddət psixoloji müalicə aldım. Normal adam o əzablara tab gətirə bilməz…”

    ***

    Qadın susdu. Mən də susdum. Nə yazacağımı bilmirdim. Təsəllimi edim, ovudummu, “hər şey qabaqdadır”, -deyimmi? İkimiz də bilirik ki, yaşananlar yaşanıb. Daha bir həyat yaşamaq lazımdır ki, o ağrıları ruhundan, bədənindən, ürəyindən qoparasan. Çapıqlar problem deyil. Ağrılı olan yaddaşın cızıqları, çapıqlarıdır…

    Mənbə: Lent.az

  • Əli Həsənovun daha bir nəvəsi ilə bağlı qalmaqal – FOTO + VİDEO

    Sumqayıtda “yaşıl soyqırım” törədən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Emil Həsənlidir.

    “Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet yazır ki, bir neçə gün əvvəl redaksiyaya edilən şikayətdə Sumqayıt şəhərində, Səməd Vurğun küçəsi ilə Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində böyük bir yaşıllıq zolağının məhv edildiyi bildirilirdi. “Yaşıl terror” beşinci mikrorayonda, köhnə Sumqayıt parkının ərazisində baş verib.

    Qəzet əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, təqribən 50 sota yaxın ərazidə 100-ə yaxın şam ağacı məhv edilib. Yaşıllıq ərazi 24/138 və 24/139 saylı binaların yaxınlığında yerləşdiyi üçün, hadisə sakinlərin gözü önündə baş verib.

    Adıçəkilən binaların sakinləri bildiriblər ki, onlar uşaqlıqdan bu parkın ərazisində yaşayıblar: “Sovet dövründə atalarımızın, babalarımızın bu ağacların əkilməsində zəhməti böyük olub. Sumqayıt günü-gündən abadlaşır, gözəlləşir. Ancaq bəzi insanlar şəxsi məqsədləri üçün yaşıllıqları məhv edib, 100-dən çox ağacı kökündən kəsiblər. Kəsdiklərini kəsiblər, kəsə bilmədiklərinin üzərini torpaqla basdırıblar. Bəzilərinin izlərini belə tapmaq mümkün deyil. Qanunsuz əməllərini beləcə ört-basdır edirlər”.

    O da aydın olub ki, icra başçısının göstərişi ilə məhv edilən çoxillik ağacların yerində tinglər əkilib.


    Adının çəkilməsini istəməyən sakin Sumqayıt şəhər rəhbərliyinin məsələni şəxsən nəzarətə götürdüyünü bildirdi: “Təqribən 3-4 gün öncə buraya xeyli sayda rəsmi şəxslər gəldi. Sonradan məlum oldu ki, ağacların kəsilməsinin səbəbini araşdırmaq üçün şəhər rəhbərliyi, Sumqayıt şəhər prokuroru əraziyə gəlib”.

    Sakinlər bildirir ki, mərhum prezident Heydər Əliyevin vaxtilə saldırdığı yaşıllıq zolaqlar onun çörək verdiyi, vəzifəyə təyin etdiyi məmurların ərköyün övladlarının tamahının qurbanına çevrilib: “Belə çıxır, Ulu Öndərin əkdirdiyi ağacları, ondan yadigar qalan yaşıllıqları Əli Həsənovun ərköyün nəvəsi məhv edib, yerində obyekt tikdirir. 6-7 ay öncə Əli Həsənovun başqa bir nəvəsi avtoqəza edib neçə adamın həyatına son qoydu. Biz gözləməzdik ki, bu cür qalmaqaldan sonra bu ailənin bəzi üzvləri yenidən belə əmələ yol verərlər. Vallah mat qalırıq bu cür məmurların rəftarına. Prezidentdən nümunə götürsünlər. İlham Əliyev dəfələrlə məmurlara xəbərdarlıq edib, onlara təpinib ki, özlərini xalqın xidmətçisi kimi aparsınlar, görünür, bəzi məmurlar bundan nəticə çıxarmaq əvəzinə, daha betər işlərlə məşğuldular”.

    Xatırladaq ki, Ə.Həsənovun qardaşı İlyas Həsənov Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisidir. Deyilənə görə, E.Həsənlinin atası hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutur.

    Qəzet yazır ki, artıq faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.