Category: Cəmiyyət

  • Daha bir məmur avtomobili qayda pozaraq əlillərin yolunu kəsdi – FOTOFAKT

    Son zamanlar yüksək çinli məmurlara məxsus avotmobillərin qayda pozması adi hala çevrilib

    Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun avtomobilinin “durmaq qadağandır” işarəsi olan yerdə, səkinin fiziki qüsurlu insanlar üçün keçid yerində saxlaması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olmuşdu.

    “Qafqaz Xəbər” qəzeti xəbər verir ki, dünən sosial şəbəkələrdə daha bir bahalı avtomobil yol kənarında əlillərin istifadə etdiyi səkidə saxlanılması vətəndaşların gözündən qaçmayıb.

    Qeyd olunan maşın nömrəsi isə “90-AA-798” dövlət nömrə nişanlı, ağ rəngli Mersedes “S-class” avtomobilidir.

    “Qafqaz Xəbər” qəzetinə daxil olan məlumata görə, 90-AA-798 nömrəli avtomobil “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (əvvəlki adı “Azəravtoyol” ASC) 4 saylı magistiral yollarının istismarı idarəsinin rəisi Şahin İbadova məxsusdur. Həmin maşın Şahin İbadovun ailə maşınıdır.

    Həmçinin qeyd olunur ki, nömrə nişanları “10-AA-798” və cüt hərflərlə olan 798 saylı başqa bir çox avtomobillər də Şahin İbadova məxsusdur.

  • “Sabah özümü də, 2 balamı da Prezident Administrasiyasının qarşısında yandıracam”

    “Bezmişəm artıq. 5 ildir bunlarla mübarizə aparıram. Heç kim dinləmir, qəbul etmirlər. Bu qədər ədalətizlik olar? Nə etməliyəm mən? İntihar son çarəmdir”.

    Çarəsiz qalan Rəna Verdiyeva pressclub.Az-a müraciətində deyir bunları. Rəna xanım deyir ki, iki azyaşlı uşağı (Birinin 6, digərinin 7 yaşı var ) ilə çöllərdə qalıb. Dələduzluqla evinin alındığını deyən xanım hüquq-mühafizə orqanlarında, məhkəmədə ədalətsizlilə qarşılaşdığını iddia edir.

     

    Rəna Verdiyeva

    Hər şey Rəna xanımın ailəsinə edilən biznes təklifindən sonra başlayıb. Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifovun təklifindən sonra.

    K.Dostumalıyeva ilə münasibətlərinə toxunan R.Verdiyeva bildirib ki, onunla Tamara adlı rəfiqəsi vasitəsi ilə tanış olub: “Tamara mənə zəng edərək görüşmək istədi. Mən rayonda olduğumdan görüşmək qərarına gəldim. Görüşdə Tamara bildirdi ki, bir qohum var, o, Tovuzda elektrik mallarının alverini edir. Amma o qədər pul vəsaiti yoxdur. Məni Kifayət və oğlu Kənanla tanış etdi. Sonra Kifayət Dostumalıyeva əri və oğlu Kənanla bizə gələrək birgə işləmək üçün razılıq istədilər. Razılıqdan sonra ilk dəfə 2012-ci ilin sentyabrında Kifayət Dostumalıyevaya notarial qaydada 20 min manat verdik. Bir müddətdən sonra Kifayət və oğlu Kənan mənə bildirdilər ki, Tovuzda camaat mallari nisyə alır və pulları yığa bilmirik.

    Dedilər ki, onıarın “Sədərək” ticarət mərkəzində 2 mağazası var. Orada alver daha yaxşı gedəcək. Mən razılaşdım və Bakıda işləmək qərarına gəldik. 2012-ci ilin noyabrında 120 min manat pul verdim. Təxminən üstündən 10 gün keçmişdi ki, Kənan mənə zəng edərək bildirdi ki, mallar gəlib gömrükdə qalıb. 10 min manat lazımdır ki, malları çıxardaq. Məcbur olub 10 min manatı da onlara verdim. Mallar gəldi, biz yoldaşımla gedib mağaya baxdıq. Mallar “Kinq” şirkətinə aid idi. Bir müddətdən sonra Kifayət Dostumalıyeva mənə 5-6 kart verdi. Dedi ki, malları rayonlara paylamışıq, pulları yığana qədər bu kartlardan istifadə et. Yəni kartlardan pul çək. Bir müddət kartlardan pul çıxarıb borclarımızı qaytarmağa başladıq. Bir müddət ticarətimiz davam etdi. Sonra mən onlarla haqq-hesab etməyi tələb etdim. Onlar isə müəyyən bəhanələrlə yayınmağa başladılar. Bundan sonra israrla verdiyim pulları geri tələb etdim. Kifayət Dostumalıyeva bildirdi ki, pulları “Kinq” şirkətinin prezidenti Amur Məhərrəmova vermişik. Amur Məhərrəmovun telefon nömrəsini verərək dedi ki, get pulunu ondan tələb et. Amur Məhərrəmova zəng etdim. Dedim ki, Kifayət Dostumalıyevanın aldığı malların pulları mənə məxsusdur, görüşməyi tələb etdim”. 

    Soldan 2-ci Kifayət Dostumalıyeva

    R.Verdiyeva deyir ki, A.Məhərəmovla söhbət zamanı ona məlum olub ki, “Sədərək” ticarət mərkəzindəki mağazalar K.Dostumalıyevaya məxsus deyil: “Amur Məhərrəmov dedi ki, Kifayət və oğlu Kənan tərəfindən ona heç bir məbləğ verilməyib. Kifayət və Kənanın özlərinə məxsus olduğu kimi təqdim etdikləri mağazaların da Amur Məhərrəmova məxsus olduqlarını bildim. Aydın oldu ki, Kifayət və oğlunun məndən aldıqları 150 min manat pul biznesə yatırılmayıb, mallara verilməyib. Amur Məhərrəmovla söhbətimdən sonra həmin gecə Kifayət Dostumalıyevanın oğlu Kənan Yusifov telefonuma hədələyici mesaj yazdı. Gecə yarısı evim daşlandı. Evi daşlayan Dostumalıyevanın digər oğlu Sənan idi. Səhəri isə qapımıza gəldi. Düşündüm ki, bəlkə üzr istəməyə gəlib. Qucağımda uşağım qapını açanda bıçağı usağın boğazına dirədi ki, əgər pulu istəsən, gecə ilə gəlib uşaqlarının başını kəsərəm”.

    R.Verdiyeva deyir ki, aldadıldığını başa düşəndən sonra ona K.Dostumalıyeva tərəfindən verilən bank kartlarının kimə məxsus olduğunu araşdırıb: “Öyrəndim ki, kartlar Abseron rayon, Novxanı qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbin müəllimlərinə məxsusdur. Onlarla əlaqə yaratdım. Dedilər ki, Kifayət Dostumalıyevadan faizə pul götürüb əmək haqqı kartlarını təminat kimi ona vermişik. Başa düşdüm ki, məndən alınan 150 min manat faizə paylanıb”.

    R.Verdiyeva aldadıldığını başa düşərək hüquq mühafizə orqanlarına müraciət edib: “Daxili İşlər Nazirliyinə müraciət etdim. Müraciətim araşdırılmaq üçün DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə göndərildi. Orada aparılan araşdırma məni qane etmədiyindən baş prokrorun müavini Rüstəm Usubova muraciət etdim. 2014-cü ilin əvvəlində mənə qarşı törədilən dələduzluq əməli ilə bağlı CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlandı. Baş prokurorun müavini işi şəxsi nəzarətə götürdü. İş materialları araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildi”.

    R.Verdiyeva bildirir ki, iş müstəntiq Rüstəm Bayramova həvalə olunub: “Kifayət Dostumalıyeva istintaqdan yayındığından barəsində həbsli axtarış elan olunub. Onu və oğlunu Tovuzda saxlayaraq istintaqa cəlb ediblər. İstintaq dövründə Kifayət Dostumalıyeva barəsində həbs qətimkan tədbiri seçilib, oğlu Kənan Yusifov barəsində isə heç yerə getməmək haqda qətimkan tədbiri seçilib”. 

    R.Verdiyeva görə, uzun müddət aparılan istintaq zamanı ona qarşı dələduzluq edildiyi fakt və sübutlarla təsdiqlənib: “Lakin hakim Eldar İsmayılovu həqiqət yox, öz mənafeyi maraqlandırırdı. Pulla satın alınan hakimlər də var imiş. Şahidlər Kifayət Dostumalıyevanın pul almasını həm ibtidai, həm də məhkəmə istintaqında təsdiq etsələr də, məhkəmə protokolunda ifadələr saxtalaşdırıldı. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov külli miqdarda dələduzluqda təqsirləndirilən Kifayət Dostumalıyeva və oğlu Kənan Yusifova bəraət verdi. Məhkəmədə prokuror hər iki şəxsə cəza verilməsini tələb etmişdi. Lakin hakim qanunsuz olaraq bəraət hökmü çıxardıqdan sonra prokuror hökmdən protest verilməyəcəyini bildirdi. Halbuki, Rüstəm Usubov məni dinləyib bildirmişdi ki, mənə qarşı dələduzluq olub, aldadıb 150 min manat pulumu iş qurmaq adı ilə alıblar. Sonradan isə həmin pulu faizə veriblər. Bundan mənim xəbərim olmayıb”.

    R.Verdiyeva deyir ki, qərardan apellyasiya şikayəti veriblər. Lakin işə baxan Rizvan Səfərovun qəbulunda olub: “Mənə aşkar şəkildə dedi ki, qərarı qüvvədə saxlayacaq, get hara şikayət edirsən et. Apelyasiya məhkəməsinin sədri İman Nağıyevlə dəfələrlə görüşməyə cəhd etsəm də, məni qəbul etmir. Baş prokuror Zakir Qaralovun qəbuluna düşmək istəmişəm. Məni qəbul etmir”. Çarəsiz qalan R.Verdiyeva ötən həftənin cümə axşamı Ədliyyə Nazirliynin qarşısında özünü yandırmağa cəhd edib. Lakin Yasamal rayon 27-ci polis bölmənin əməkdaşları bu cəhdin qarşısını alıblar.

    “Məni ədliyyə nazirinin müavini qəbul etdi. Söz verdilər ki, Apelyasiya məhkəməsinin sədri qəbul edəcək məni. Lakin nəticə olmadı. Mən evimi satıb pulumun hamısını bu dələduzlara vermişəm. 5 ildir 2 uşaqla çöllərdə qalmışam. Bu dələduzları himayə edirlər. Məni dinləyən yoxdur. Başqa çarəm yoxdur. Sabah benzin də götürüb Prezident Administrasiyasına gedəcəm. Orada da dinləməsələr, özümü də, iki balamı da yandıracam. Başqa çarəm yoxdu, artıq ümidin hər yerdən üzülüb. Bu qədər ədalətsizlik olmaz”, – ağlaraq deyir R.Verdiyeva.

  • Yeni icra başçısı keçmiş başçının bacısı oğlunu işdən çıxartdı – YENİ TƏYİNATLAR

    Yasamal Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Əziz Əzizov icra hakimiyyəti Aparatında bir sıra kadr dəyişiklikləri edib.

    Median.Az -ın “Report”a istinadən xəbərinə görə, Ə.Əzizov rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Məmmədov Fəxrəddin Məhəmməd oğlunu özünə köməkçi təyin edib.

    Təsərrüfat şöbəsinin baş məsləhətçisi vəzifəsinə isə Həsənov Seyran Gülməmməd oğlu təyin olunub.

    Bundan başqa, icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mustafayev Elşən Cəfər oğlu işdən çıxarılıb. E.Mustafayev Yasamal Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı İbrahim Mehdiyevin bacısı oğludur. 

    Ə.Əzizovun müvafiq sərəncamı ilə Rzayev Adil Elçin oğlu Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunub. A.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. 

    Həmin şöbənin baş məsləhətçisi Novruzova Nərmin Firuk qızıda işdən çıxarılıb.

    İcra hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyən Orucov Xəqani Fazil oğlu vəzifədən azad olunaraq, İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilib. 

    Qinyazlı Sadiq Rafiq oğlu Hüquq şöbəsinin məsləhətçisi vəzifəsindən azad edilib. Həmin vəzifəyə Ağayev Murad Əsgər oğlu təyin olunub.

    İcra Hakimiyyəti Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən aparıcı məsləhətçi Əliyev Elnur Rafiq oğlu vəzifəsindən xaric olunub.

    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən məsləhətçi Abasov Həmidağa Məmmədağa oğlu da tutduğu vəzifədən azad edilib.

    Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 2-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib. O, həmin təyinata qədər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

    Xatırladaq ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. 

  • “Uşağım polisin köməyi ilə dərsə gedir…” – Məktəbdə nə baş verir

    Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döyüb.

    Median.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a məktəbin 9-cu sinif şagirdi Rauf Oruclunun valideyni Nahid Orucov məlumat verib.

    Onun sözlərinə görə, 2-ci qrup əlil olduğu üçün işləyə bilmir: “Uşağımın məktəbə geyməyə şalvarı, köynəyi var. Azər Ələkbərov məktəbə təzə direktor təyin olunandan sonra uşağın jiletinin olmamasını problem etdi. Dekabrda məni məktəbə çağırdılar. Kasib adam olduğumu və jileti almağa imkanım olmadığını bildirdim. Direktor mənə dedi ki, uşağın epilepsiyası var və bura sizinçün xəstəxana deyil. Uşağını apar başqa yerdə, ya da, rayonda məktəbə yerləşdir.

    Oğlum uşaqlıqdan 2-ci mərtəbədən yıxılıb və kəllə-beyn travması alıb. Direktora bildirdim ki, onsuz da 9-cu sinif bitdikdən sonra istəyən şagird şəhadətnaməsini alır və məktəbi tərk edir. Onlar uşağı məktəbin içinə buraxmırdılar. Onu 3 aya yaxın inctdilər”.

    Nahid Orucov deyir ki, məktəbdə oğlunu müəllim və direktor döyüb:

    “Uşaq huşunu itirib. Təcili Tibbi Yardım çağırıblar. Onların köməyi ilə özünə gəlib. Daha sonra polis də gəldi və hazırda araşdırma aparılır. Onlar hadisədən əvvəl məsələni o yerə gətirdilər ki, mən müəllimlərin cibinə pul da qoyası oldum. Hətta, məktəbdə Sakit adlı müəllim mənə dedi ki, 300 manat ver uşağın 9-cu sinfi bitirsin. Bildirdim ki, o pulu verməyə heç bir imkanım yoxdu. Necə olur ki, pulu verəndə uşağım tərbiyəli olur, verməyəndə yox?”.

    Valideyn qeyd edib ki, hazırda uşaq polislərin köməyi ilə məktəbə gedir.

    Məktəb direktoru Azər Ələkbərovla əlaqə saxlasaq da, o, suallarımıza cavab vernəkdən imtina edib. Bildirib ki, baş verən olayla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayaq.

  • Nazirlik reydlər keçirib, qanun pozuntuları aşkarlanıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

    Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Keçirilən reydlər zamanı avtomobillərin yük yerində gizlətmək məqsədilə üzəri qumla, çınqılla, peyinlə, samanla örtülən qanunsuz yolla əldə edilmiş meşə materialları aşkar edilir.

    Qeyd edək ki, düşünülmüş gizli yollarla, oğurluq və hiyləgərliklə təşkil olunan bu cür halların qarşısını almaq məqsədilə nazirlik tərəfindən respublika ərazisinin müəyyən istiqamətlərində postlar qurulub.

    27 fevral 2018-ci il tarixində Astara rayonunun Ağkörpü kəndinin ərazisində qurulan postda növbəti belə bir düşünülmüş əməlin qarşısı alınıb.

    Belə ki, gecə saat 23:30 radələrində Hirkan Milli Parkının əməkdaşları tərəfindən Astara rayonu Şüvi kənd sakini Şamil Mahmudova məxsus “UAZ” markalı, 07-BC-157 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

    Avtomobilin yük yerinə keçirilən baxış zamanı gizlətmək məqsədilə üzəri peyinlə örtülən, qanunsuz yolla əldə edilmiş fıstıq cinsindən olan 2,5 m3 həcmində 372,67 manat nırx dəyərində meşə materialı aşkar edilib.

    Faktla bağlı məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Astara rayon Prokurorluğuna göndərilib.

  • Erməni toyunda Azərbaycan mahnısı: Qızlar Azərbaycansayağı oynadılar – VİDEO

    Torpağımızı işğal edib, musiqimizi oğurlayanlar yenə iş başında…

    Minval.İnfo xəbər verir ki, Azərbaycan mahnıları və rəqslərinin ermənilər tərəfindən oğurlanması ənənəvi hal alıb.

    Bu dəfə də öz ənənələrinə sadiq qalan ermənilər, növbəti mahnımızı oğurlayıblar. Belə ki, Ermənistanda baş tutan toyların birində müğənni “Ay qız heyranın ollam” adlı Azərbayacan xalq mahnısını erməni dilində ifa edib. Erməni qızları meydanda elə Azərbaycansayağı rəqs ediblər.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycanda bir neçə məhkəmə hakimi cəzalandırıldı

    Azərbaycanda bir neçə məhkəmə hakimi cəzalandırılıb.

    Bu barədə Məhkəmə Hüquq Şurasının iclasında müvafiq qərarlar qəbul edilib.

    Qeyd olunub ki, şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər rayon məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib, Binəqədi rayon məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi rayon məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə 1 hakim barədə intizam icraatı başlanılıb.

    2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib, ciddi qanun pozuntularına yol verdikləri aşkar edilmiş 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib. Yuxarı instansiya məhkəmələrində mövcud olan vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkiliblər.

    Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub, digər tədbirlər görülüb.

    İclasda 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib, dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tapşırıqları vurğulanıb. Hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

  • Azərbaycanda 11 əcnəbi saxlanılıb

    Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

    Xidmətdən oxu.az-a verilən məlumata görə, DMX-nin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı beş nəfər Hindistan, üç nəfər Pakistan, iki nəfər Banqladeş və bir nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb.

    Araşdırma zamanı saxlanılan əcnəbilərdən iki nəfər Pakistan və iki nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

    Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

    Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

  • Azərbaycanlı uşaq Sarkisyana müraciət etdi: Görüntülər internetdə rekord qırdı (VİDEO)

    Ucra rayonundan olan balaca uşağın görüntüləri “Youtube”da rekord qırır.

    Azxeber.com xəbər verir ki, Serj Sarkisyana müraciət ünvanlayan azyaşlı uşaq onu Ermənistan ordusunu Qarabağdan çəkməyə səsləyir. O, Sarkisyanı işğalçı siyasət aparmaqda günahlandırıb.

    Azyaşlının bu görüntüləri qısa zaman ərzində “Youtube”da rekord sayda baxış yığa bilib. Erməni istifadəçilər də bu görüntünü payalaşıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • Leyla Əliyeva Emin Ağalarovla ad günündə (VİDEO)

    Heydər Əliyev fondunun vitse prezidenti Leyla Əliyeva Rusiyada yaşayan ifaçı Emin Ağalarovlar birgə ad günündə iştirak edib.

    Baku.ws-in məlumatına görə, yığıncağın səbəbkarı Emin Ağalarovun nənəsi Tamara Federovna olub.

    Moskvada təşkil olunan ad günündə iş adamı Araz Ağalarov da iştirak edib. Ad gününündən foto və videolar sosial şəbəkədə paylaşılıb.