Category: Cəmiyyət

  • İtkin düşən alpinistlər dağa icazəsiz gedib? – RƏSMİ AÇIQLAMA

    İtkin düşən alpinistlər dağa icazəsiz gedib? - RƏSMİ AÇIQLAMA

    “Gilavar” – hava və ekstrim idman klubu Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı yayılan bəzi məlumatlara aydınlıq gətirib.

    Sosial şəbəkələrdə xəbərlər yayılıb ki, alpinistlər “Gilavar” – hava və ekstrim idman klubundan icazə almadan yürüşə çıxıblar.

    “Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa Klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözü yaşlı gözləyən nə qədər insanın hisləri ilə oynayır. Üstəlik Xəzər TV kimi yetəri qədər izləyisi kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Bu xəbərlərə inanmayıb. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hislərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək”, – deyə idman klubunun məlumatında bildirilir.

    “Gilavar” dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

    “Bu mümkün olacaq şey deyil, çünki bu ekspadisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər. Ümidimizi üzmür, alpinistlərimizin sağ-salamat qayıdacağına inanırıq”./baku.ws

  • İcra başçısının bu qərarı sosial şəbəkədə gündəm oldu

    İcra başçısının bu qərarı sosial şəbəkədə gündəm oldu

    Sosial şəbəkədə paylaşılan bir foto xeyli marağa səbəb olub.

    Xaçmazda quraşdırılan məlumat lövhələri xarici şəhərlərə olan məsafələri göstərir.

    Yayılan məlumatda qeyd edilir ki, lövhələr Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevin göstərişi ilə şəhərin mərkəzində quraşdırılıb.

    Sözügedən foto qısa zamanda sosial şəbəkələrdə sürətlə yayılıb. /baku.ws

  • Azərbaycanlı qız toyda tapançanı çəkib atəş açdı (VİDEO)

    Azərbaycanlı qız toyda tapançanı çəkib atəş açdı (VİDEO)

    Türk toylarında daha çox kişilərin əl atdığı “sevinc” metoduna bu dəfə azərbaycanlı qız əl atıb.

    Median.Az a24.az-a istinadən xəbər verir ki, çadır toyunda gənc bir qız dəfələrlə havaya atəş açıb. O ətafındakıları, xüsusi ilə də xanımları qorxudub.

    Ən önəmlisi isə budur ki, Azərbaycan Qanunvericiliyində silah istifadəsi cinayət sayılır, qanunla isə məsuliyyətə səbəb olur.

  • Nişan günü özünü asan qızın nişanlısı danışdı: “Gözümüzü açandan bir yerdəydik” – VİDEO

    Qaxda Ağyazı kəndində qeydə alınan intihar hadisəsinin təfərrüatları məlum olub.

    “Space”də yayımlanan “Hadisə harada – Tahirə orada” verilişində 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın intiharı müzakirə olunub. Nişanı olacağı gün intihar edən qızın nişanlısı da danışıb. O münasibətlərinin yaxşı olduğunu və qızın niyə belə bir addım atdığını anlamadığını bildirib.

    Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır./azxeber.com

  • İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT

    İtkin düşən alpinistlərin dostlarından VİDEO MÜRACİƏT

    Dekabrın 23-də itkin düşən “Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun dostları və qohumları Fövqəladə Hallar Nazirliyinə müraciət edib.

    Itkin düşən alpinistlərin yaxınlarının video müraciəti sosial şəbəkələrdə yayılıb.

    Onlar alpinistlərin axtarışlarını aparan FHN-ə və digər aidiyyatı qurumlara müraciət edərək bildirirlər ki, nə olursa olsun axtarışlar davam etməlidir.

    “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və bir müddət keçəndən sonra onlarla əlaqə kəsilib.

    Bir həftədən çoxdur ki, axtarışlar davam etsə də hələlik heç bir nəticə əldə olunmayıb. /baku.ws

  • “Bəyin oğurlanması” filminin çəkildiyi ev 33 il sonra – VİDEO

    “Bəyin oğurlanması” filminin çəkildiyi ev 33 il sonra - VİDEO

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” “Bəyin oğurlanması” çəkildiyi kənddən daha doğrusu əsas səhnələrin çəkildiyi evdən bəhs edir. Bu ev indiyədək qorunub saxlanılır.

    Bu kəndi Şamaxının hollivudu da adlandıra bilərik. Söhbət Şamaxının Məlhəm kəndindən gedir. Kənddə “Bəyin oğurlanması”, “Qarca Qız”, “Qaçaq Nəbi”, “Dədəqorqud”, “Yeddi Oğul İstərəm” kimi tanımış filimlərin də bir sıra çəkilişləri aparılıb.

    Bu ev kinoda qız evi kimi tanınan İsrafil, yəni Yaşa Nurninin evidir. Ev bu günə qədər qorunub, saxlanılıb. Sadəcə bir kiçik dəyişiklik var. O da pilləkənlərdəki sürahilərin çıxarılmasıdır. Bəyin Oğurlanması filminin demək olar ki bütün çəkliş meydançası bu kəndə qurulub. 1985-ci ildə lentə alınan filmin çəklişinə kənd sakinlərinin də marağı böyük olub.

    3 ay davam edən çəkilişlərdə epizodik rollarda elə kənd sakinləri də yer alıb. Filmin çəkilişində bir neçə məkandan istifadə olunub. Onlardan biri də bu evdir. Nəsibə xanımın roldakı evi bu günə qədər qorunub. Səhər yeməyi və dialoq bu məkanda çəkilib. Öz evlərini kino çəkilməsi üçün sevə-sevə sənətkarlara həvalə edən ev sahibləri indi o filmi izlədikdə böyük sevinc hissi duyduqlarını deyirlər./baku.ws

  • Heydər Əliyevin “Volqa” hədiyyə etdiyi briqadir: “37 ildir qoruyub saxlayıram” (FOTO)

    Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)

    Salyanın Marışlı kənd sakini 69 yaşlı Həsrət Əsədov 37 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən ona verilən “QAZ-24” markalı “Volqa” avtomobilini bu gün də ən qiymətli hədiyyə kimi qoruyub saxlayır.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, minik avtomobili Həsrət Əsədova ötən əsrin 80-ci illərində Salyandakı kolxozlardan birində pambıqçılıq üzrə komsomolçu gənclər briqadasının briqadiri olarkən bağışlanılıb.

    Hadisə isə belə olub: Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə – 1981-ci il avqustun sonlarında Salyana səfər edir. Səfər çərçivəsində Həsrət Əsədovun rəhbərlik etdiyi komsomolçu gənclər briqadasının pambıq sahəsini gəzir, briqadanın plan və öhdəliyi ilə tanış olur. Heydər Əliyev biləndə ki, briqadir “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” təşəbbüsünü irəli sürüb və rayonda fəaliyyət göstərən bütün komsomolçu gənclər briqadalarını bu təşəbbüsə qoşulmağa çağırıb, briqadirin əmək fəaliyyəti, briqadanın ötən illərdə nə qədər pambıq topladığı, məhsuldarlığın neçə sentner olması ilə maraqlanır. Ulu Öndər “Bir beşillikdə iki beşillik plan yerinə yetirək” çağırışını nəcib bir təşəbbüs kimi bəyənir və elə oradaca briqadir Həsrət Əsədova növbədənkənar “Volqa” avtomobilinin verilməsini tapşırır.

    Həsrət Əsədov deyir ki, həmin “QAZ-24” onun üçün ən dəyərli, qiyməti heç nə ilə ölçülməyən bir hədiyyədir. “Hər dəfə maşınla səfərə gedib-gələndə, nəvələrimi məktəbə aparıb-gətirəndə Ulu Öndərlə görüşüm gözlərim önünə gəlir, o xoş anları bir də yaşayıram. Allah ona qəni-qəni rəhmət eləsin!”, – deyə Salyan sakini bildirir.

    Heydər Əliyevin "Volqa" hədiyyə etdiyi briqadir: "37 ildir qoruyub saxlayıram" (FOTO)


  • Bakıda gecə klubunun qızları çılpaq halda rəqs etdilər – VIDEO

    Bakıda gecə klubunun qızları çılpaq halda rəqs etdilər - VIDEO

    “Yeni ilə necə başlasanız elə davam edər” prinsipini bir qism gənclər başqa rakursdan dəyərləndirib.

    Həm özləri, həm də ətrafdakılar üçün 2018-ə daha “yaddaqalan” ediblər.

    Əslində yeni nəsl gənclərin dəb və müasirlik anlayışının bir o qədər də şərhə ehtiytacı yoxdur. Onun üçün də şərhə yol vermədən videonu sizin ixtiyarınıza veririk:

  • Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı – VİDEO

    Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı - VİDEO

    Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib. Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağalmaq mümkün olacaq.

    Median.Az xezerxeber.az-a istinadən xəbər verir ki, Yeni ixtira edilən qurğu bir çox xəstələrin işinə yarayacaq. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev qurğunu elə ilk dəfə öz üzərində sınaqdan keçirdiyini deyir.

    Tahir Əliyevin dediyinə görə, xərçəng hüceyrələri 50 dərəcə tempraturda məhv edilə bilir. həmin tempratur isə kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu isə baş qaldıran xərçəng hüceyrələrini bir dəfəlik məhv edəcək.

    İxtiraçının sözləinə görə, eyni prosesi bir xəstənin üzərində 5 və ya 10 dəfə aparmaq kifayət edir ki, həmin xəstəlikdən bir dəfəlik yaxa qurtara bilsin.

    Yeni ixtira ilə təkcə xərçəng xəstəliyini yox, həmçinin böyrək xəstəliklərini də müalicə etmək mümkün olacaq. Bunun üçün Tahir Əliyev ixtiranı daha da təkmilləşdirəcəyini deyir.

    İxtiraçı gələcəkdə başqa növ xəstəliklərin müalicəsində istifadə oluna biləcək əlavə qurğular da ixtira eəcəyini deyir.

  • ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək

    ​Azərbaycanda fahişəliklə məşğul olanlar vergi ödəyəcək

    Əksər ölkələrdə küçə qadınları, loru dillə desək fahişələr dövlət tərəfindən qeydiyyata alınıb. Daşıyıcı xəstəliklərin yayılmasının qarşısını almaq üçün onlar mütəmadi müayinə edilir. Almaniya, Hollandiya kimi ölkələr isə onların fəaliyyətini leqallaşdırıb. Fahişəliklə məşğul olan şəxslər dövlətə vergi ödəyirlər.

    Azərbaycanda isə vəziyyət frəqlidir. “Qədim peşə” ilə məşğul olan qadınlar dövlət qeydiyyatında deyil. Onlar heç bir tibbi müayinədən keçmirlər.
    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Metbuat.az-a açıqlamasında bildirdi ki, məsələ ciddi müzakirə edilməlidir.

    “Xəstəlikləri sadəcə qadınlar deyil, kişilər də yayır. Məlumatlı olmayan şəxs bu xəstəliyə yoluxa bilər, yoluxdura bilər. Ona görə də, sırf bunu qadınlara aid etmək düzgün deyil. Hər dəfə reydlər təşkil olunanda, həmin qadınlar bu fəliyyətlə məşğul olduqları üçün rüsum ödəyirlər. Təbii ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq. Bunu peşə kimi təqdim etmək lazımdır. Amma psixoloji cəhətdən çətin məsələdir. Bu, məcburi olmalıdır. Belə olarsa, onların sayı da azalacaq. Olmasa da, gizli şəkildə davam etdiriləcək. Məsələn, Türkiyədə həmin qadınlar vergi ödəyirlər. Onların həmkarlar ittifaqı da var. Düzdür, onların fəaliyyəti leqallaşdırılmayıb, amma bu formada istifadə edirlər. Almaniya, Hollandiya və digər ölkələr bunu leqallaşdırılıb. Bu, həmin ölkələrdə rəsmi fəliyyət sahəsi hesab olunur”.