Category: Cəmiyyət

  • İrandan qayıdan Azərbaycan vətəndaşı: ‘Kimə çatırsan, şikayətlənir’ – FOTO

    Astara Gömrük Məntəqəsinin önündə İrana getmək istəyən Azərbaycan vətəndaşlarının sayı elə də çox deyil. Məntəqənin önündə danışırdılar ki, gün ərzində İrana 100 nəfərə yaxın adam keçir. Bir o qədər də adam qayıdır. Ayın sonunda isə İrana gedənlərin sayının iki dəfə azaldığı bildirilir.

    Qaydaya görə, hər bir vətəndaş ayda bir dəfə 10 kiloqram yük aparıb-gətirə bilər. Ayın əvvəlində bu imkandan bir çoxlarının istifadə etdiyi söylənir. Ona görə də ayın sonunda İrana gedənlərin sayının azaldığı bildirilir.

    «Yağı, pendiri qablara doldurub İrana aparırlar»

    İran getməkdən ötrü növbəyə düzülən insanların əllərində bağlamalar da var. Adının çəkilməsini istəməyən bir Azərbaycan vətəndaşının deməsinə görə, əvvəllər İrana əliboş gediblər:

    «İndi biz İrana aparırıq. Ərzaq məhsulları orda bahadır. Keçən ay dəfnə yarpağı aparırdım, bizim gömrükdə qoymadılar. Yağı, pendiri qablara doldurub İrana aparırlar. Azərbaycan tərəfi qoymur».

    İrana gedənlərin qazancı azalıb

    Onun yanında duran bir başqası isə deyir ki, İrana getmək artıq sərf etmir:

    «Sərf etmir. 4-5 ay bundan əvvəl İrana bir dəfə gedirdim 40-50 manat qalırdı, indi 10 manat qalır. Elə-belə gedirik. İşsizik, gedirik də… Pul verib pasport almışıq. Heç olmasa, bir-iki dəfə gedək».

    İrandan qayıdan Azərbaycan vətəndaşı: 'Kimə çatırsan, şikayətlənir' - FOTO

    Astara Gömrük Məntəqəsi

    «Biz burdan İrana yumurta, toyuq əti aparırıq»

    İrandan qayıdan Azərbaycan vətəndaşının deməsinə görə də, vəziyyət heç də yaxşı deyil:

    «Hər ay İrana gedirəm. İndi əvvəlki kimi deyil. İran Astarasında sakitlikdir. Lakin əhali narazıdır. Kimə çatırsan, vəziyyətdən şikayət edir. Açıq deyirlər ki, vəziyyət belə çox davam edə bilməz. Orada da ərzaq məhsulları, demək olar ki, hər ay bahalaşır. Gör necə olub ki, biz burdan İrana yumurta, toyuq əti aparırıq. Bizdə də qoymurlar. Yaxınlarımız üçün azca aparırıq. Hətta burdan tərəvəz də aparırlar».

    «Mən neçə illərdir ki, İrana gedib-gəlirəm, belə vəziyyət görməmişdim»

    Onun deməsinə görə, İranda əhali arasında narahatçılıq var:

    «Onların tələbi qiymətlərin qalxması ilə bağlıdır. Onlarda qiymətlər birdən birə 30-40 faiz qalxır. Deyirlər ki, qiyməti bilərəkdən qaldırırlar. Tacirlər, kasıblar, hamı narazılıq edir. Mən neçə illərdir ki, İrana gedib-gəlirəm, belə vəziyyət görməmişdim».

    Sərhədyanı ticarətlə məşğul olan bir şəxs isə deyir ki, İrandan gələn malların qiymətində çox cüzi fərq var:

    «Konfet, sabun, yuyucu toz, xurma, kişmiş gətirirlər. İran gömrüyü indi düyü qoymur. Zəruri ərzaq məhsullarının gətirilməsi çox çətindir».

    İrana gedən və gələnlər azalıb

    Bir taksi sürücüsü də vurğulayır ki, İrandan gələnlərin sayı həddindən artıq azalıb:

    «Elə gün olur ki, beş-altı nəfər İran vətəndaşı bu taya keçir. Orada narazılıq artandan sonra gələnlərin sayı azalıb. Gələnlərin əksəriyyəti də Bakıya gedir».

    Azərbaycana gələn bir İran vətəndaşına üz tuturuq. O, suallarımıza cavab verməkdə çəkinir. Ancaq bir qədər dayanıb deyir ki, ticarətlə məşğuldur, ölkəsində baş verənlərdən elə də məlumatlı deyil.

    «Sanksiyalar da öz işini gördü»

    İqtisadçı Vidadi Mirzəyev isə İranda baş verən etirazları təbii sayır:

    «İran Astarasında 1 ABŞ dolları 43 min 380 riala satılır. 1 Azərbycan manatı isə 24 min 800 rialadır. Rial Azərbaycan manatından da zəif görünür. Bu rəqəmlər İranın iqtisadiyyatının hansı vəziyyətdə olduğunu göstərir. Sanksiyalar da öz işini gördü. Bazar tədricən çökür. Zərbə isə kasıb ailələrə və xırda tacirlərə dəyir…».

    Xatırlatma

    İran 2010-cu il fevralın 1-dən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycan vətəndaşları xarici pasportu göstərməklə İrana keçə bilirlər. İran vətəndaşları isə Azərbaycana gəlməkdən ötrü viza almalı olurlar.

    Artıq ikinci həftədir İranin ən müxtəlif şəhərlərində etiraz aksiyaları keçirildiyi bildirilir. Bu aksiyalarda həm hakimiyyətin xarici siyasətinin tənqid edildiyi, həm də sosial tələblərin səsləndiyi deyilir. Verilən məlumatlara görə, indiyə kimi hökumət qüvvələri ilə toqquşmada 20-dən çox şəxs həlak olub./azadliq.org

  • “Çudo Peçka”nın sahibinin işi Ağır Cinayətlər Məhkəməsində

    “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işinin istintaqı və tanış olma mərhələsi başa çatıb.

    Median.Az “Report”a istinadən verdiyi məlumata görə, Ç.Cəlilovun cinayət işi atıq məhkəməyə göndərilib.

    İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.

    Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Hərbiçilərə ev verildi

    Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusuna yeni inşa olunan mənzillərin orderləri təqdim edilib.

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hazırda həqiqi hərbi xidmətini davam etdirən on müharibə veteranına Gəncədə inşa olunan, hərtərəfli şəraitə malik mənzillər verilib. Tədbirdə Daxili Qoşunlar Komandanının müavini – Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı adından təbrik edib.
    Sonra mənzillərin orderləri hərbi qulluqçulara təqdim edilib.

  • Qəbələdə siqaretə görə 5000 dollar cərimə tətbiq olunur – FOTO

    В Габале за курение грозит штраф в размере 5000 долларов - ФОТО

    Qəbələ rayonundakı “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində kanatın kabinəsində siqaret çəkənlər yüksək məbləğdə cərimə edilir.

    İstirahət kompleksinin rəhbərliyi siqaretlə mübarizə aparmaq üçün kabinələrdə tüstü detektorları da quraşdırıb.

    Kabinəyə yerləşdirilən elanda qeyd olunur ki, siqaret çəkənlər və ya yanan siqareti kabinədən atanlar 5000 min dollar məbləğində cərimələnəcək.

    Fotonu sizə təqdim edirik.

    /baku.ws

  • AZƏRBAYCANDA İLK – General göstəriş verdi, yol polisi hərəkətə keçdi

    AZƏRBAYCANDA İLK - General göstəriş verdi, yol polisi hərəkətə keçdi

    Azərbaycanda ilk dəfə olaraq yol polisi rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobuslarla istirahətə gedən turistləri müşaiyət edib.

    Median.Az-in avtosfer.az-a istinadən xəbərinə görə, yanvarın 3-də istirahət gününün sonuncu günü olduğu üçün yollarda yarana biləcək sıxlığı və təhlükəli vəziyyəti nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Yol-Patrul Xidməti Alayına ayrıca göstəriş verib.

    Göstəriş əsasında hava şəraiti ilə əlaqədar, habelə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün istiqamətlərdə marşrut avtobusları patrul avtomobilləri ilə müşayiət olunublar.

    Qeyd edək ki, belə hallar əvvəllər də baş verib. Lakin bu dəfə yol polisləri kütləvi şəkildə bu işə cəlb olunublar. Yol-Patrul Xidməti Alayının hər bir taqımının şəxsi heyəti öz ərazilərinə daxil olan avtobusları 8-10 maşından ibarət qrup halında müşaiyət edərək növbəti taqıma təhvil verib. Beləliklə, həmin avtobuslar növbəli şəkildə Sumqayıt şəhərinə, eyni zamanda, Bakının girşinə qədər müşaiyət olunub.

    Qarşıda patrul avtomobili olduğu üçün Bakı-Quba, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Astara yolu ilə hərəkət edən avtobuslar eyni sürət rejimində və bir cərgə üzrə tam təhlükəsiz şəkildə sərnişinləri mənzil başına çatdırıblar. Ən böyük yük isə yol polisinin Qaradağ, Saray və Zarat postlarının üzərinə düşüb. Hər iki istiqamətdə gün ərzində 200-dən artıq avtobus və mikroavtobus müşayiət olunara Bakıya yola salınıb.

    Mikroavtobuslarla rayonlara səyahət edən xarici ölkə vətəndaşları, eləcə də yerli turistlər və sərnişinlər yol polisinin bu addımını müsbət qiymətləndiriblər. Elə sürücülər də təhlükəsizlik baxımından müşayiətlə hərəkəti üstün tutublar. Onlar bildiriblər ki, yol polisi onsuz da yollarda onlara hər zaman dəstək olur, kömək edir. Bu dəfə isə tam fərqli formada köməyə gəliblər.

    Bir qrup xarici hərbçi qonağın olduğu avtobusu Qubaya qədər YPXA-nın 1-ci taqımının komandiri, mayor Ürfət Şükürov özü müşaiyət edib. Taqım komandiri daha sonra Bakıya gələn 9 avtobusu da müşaiyət edərək Xırdalan dairəsinə çatdırıb.

    Yol polisinin gördüyü tədbirlər nəticəsində Bakınin giriş nöqtələrində hər hansı qəza, tıxac və digər xoşagəlməz hal baş verməyib.

  • Bakıda üzərində “СЭР” döyməsi olan kişi meyiti tapıldı – FOTO

    В Баку нашли труп мужчины с наколкой «СЭР» - ФОТО

    Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyli küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

    Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Səbail Rayon Polis İdarəsinə (012) 437-02-02, 39-cu Polis Bölməsinə (012) 498-02-02, həmçinin (050) 636-60-60, (055) 344-24-64, (055) 271-08-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

    В Баку нашли труп мужчины с наколкой «СЭР» - ФОТО

  • Qurban Qurbanovun yeni köməkçisi – FOTO

    Bolqarıstanın MOİK klubunun məşqçisi Mario Mitov karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bolqar həmkarlarımız Sofiya klubunun akademiyasından ayrılan 24 yaşlı çalışdırıcının ölkəmizə üz tutduğunu iddia edir.

    Fiziki hazırlıq üzrə mütəxəssisin karyerasını “Qarabağ”da davam etdirəcəyi bildirilir. O, Ağdam təmsilçisində Çudomir Çakarovu əvəzləməlidi.

    Belə ki, sonuncu ölkəmizdəki fəaliyyətini Azərbaycan millisində davam etdirəcək. Bu üzdən ona klubda əvəzləyici axtaran “Qarabağ” rəhbərliyi və baş məşqçi Qurban Qurbanov seçimini gənc çalışdırıcının üzərində dayandırıb.

    Qeyd edək ki, son bir ili MOİK-də keçirən Mario Mitov tanınmış futbolçu Dobri Mitovun oğludu.

    Qurban Qurbanovun yeni köməkçisi – FOTO

  • Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdi – VİDEO

    Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdi - VİDEO

    Gürcüstanın Tbilisi şəhərində yerləşən “Taglaura” restoranında azərbaycanlılar erməni müştəriləri pərt edib.

    Bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub.

    Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə “Sarı gəlin” mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk edib.

    Həmyerlilərimiz bu addımla ermənilərə bir növ Azərbaycan musiqilərinin Azərbaycan xalqına məxsus olduğunu göstərib. Azərbaycan torpaqlarını işğal edən, həmçinin mədəniyyətimizə, mətbəximizə və musiqimizə göz dikən ermənilər bu dəfə istədiklərinə nail ola bilməyib. /baku.ws

  • “Bu şəhərdə”nin biletləri məcburi paylanılır? – AÇIQLAMA

    “Bu şəhərdə”nin biletləri məcburi paylanılır? - AÇIQLAMA

    Sosial şəbəkələrdə “Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılması ilə bağlı paylaşımlar yer alıb.

    Paylaşımları məktəbdə çalışan bir neçə müəllim edib. Onların sözlərinə görə, dünən və bu gün baş tutacaq konsert biletlərinin qiyməti 40 manatdır və məktəblərin bəzisinə 2, bəzisinə 6 bilet verilib.

    Biletlərin məktəblərdə məcburi paylanılması ilə bağlı xəbəri “Bu şəhərdə” komandasının üzvü, ssenarist Müşviq Abbasov təkzib edib. O, sosial şəbəkədə bu barədə ironik post paylaşıb:

    “Dostlar, bəzi səviyyəsizlər sosial şəbəkələrdə yayırlar ki, Londonun icra başçısı Sadik Aman Xanın göstərişi ilə bizim oradakı konsertimizin biletləri məcburi müəllimlərə satılıb”.

    Qeyd edək ki, analoji hal “Bu şəhərdə” ilə bağlı olmasa da, başqa sənətçilərin konsert proqramlarında dəfələrlə təkrarlanıb.

  • Novruz bayramında qeyri-iş günləri məlum oldu

    Стали известны нерабочие дни на праздник Новруз

    Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.

    Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

    Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günüdür. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.