Category: Cəmiyyət

  • Space TV niyə alpinistlərin yaxınlarının hissləri ilə oynadı? – VİDEO

    Space TV niyə alpinistlərin yaxınlarının hissləri ilə oynadı? - VİDEO

    Dekabrın 23-dən Tufan dağ istiqamətində itkin düşən alpinistlərlə bağlı ötən gün yayılan xəbər bütün Azərbaycanı həm sevindirdi, həm də üzdü.

    Space TV-nin axşam saatlarında yayımlanan əsas xəbər buraxılışında itkin düşən alpinistlərdən birinin tapıldığı barədə xəbər verildi.

    Bu xəbərdə diqqət çəkən məqam ondan ibarətdir ki, milyonlarla izləyicisi olan telekanal alpinistlərdən birinin tapılması ilə bağlı xəbəri heç bir dəqiqləşdirmə aparmadan Xınalıq kəndinin sakininə istinadən verdi.

    Təbii ki, alpinistlərin yaxınları ilə yanaşı hamı bu xəbərin doğru olmasını istəyirdi. Lakin ehtimal üzərində verilən xəbərin nə dərəcədə doğru olduğu şübhə yaradırdı.

    Bir neçə dəqiqə sonra isə aparıcı alpinistlərin yaxınlarını sevinc göz yaşlarına qərq edən o xəbəri təkzib edərək yanlış məlumat verdiklərini bildirdi.

    Əslində isə Space TV-nin əsas xəbərlər buraxılışının baş redaktoru kənddə dolaşan şayiəni dəqiqləşdirməli idi. Görünür, Space TV reytinqi, alpinistlərin yaxınlarının hisləri ilə oynamağı peşəkarlıqdan üstün tutdu. /baku.ws

  • Mehriban Əliyeva, Aygün Kazımova və Murad Dadaşovun Yeni İl selfisi – FOTO

    Звезды сделали новогоднее селфи с Мехрибан Алиевой - ФОТО

    Hər il olduğu kimi Heydər Əliyev fondu uşaqlar üçün gözəl yeni il təşkil edib.

    Yeni İl şənliyində şou biznes nümayəndələri iştirak edib.

    Şouda Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyeva, xalq artisti Faiq Ağayev, Aygün Kazımova, əməkdar artist Murad Dadaşov, müğənni Elnur və digər sənət adamları iştirak ediblər.

    Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Azərbaycanın I vitse-prezidentinin köməkçisi Anar Ələkbərov da iştirak edib. /baku.ws

    Звезды сделали новогоднее селфи с Мехрибан Алиевой - ФОТО



  • Alpinistlərin itkin düşməsi ilə bağlı cinayət işi açıldı

    Возбуждено уголовное дело в связи с пропажей альпинистов

    Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun itkin düşmələri ilə bağlı cinayət işi açılıb.

    Bu barədə oxu.az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.

    Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat veriləcək.

  • ANS-in aparıcısı övladını itirdi

    Ведущая ANS потеряла ребенка

    Bir müddət öncə bağlanan ANS TV-nin keçmiş əməkdaşı Gülnarə Məmmədova övladını itirib.

    O, bu barədə sosial media hesabında məlumat verib.

    Bir neçə müddətdir qızı üçün dua edən aparıcı onun yaxşı olmadığı barədə informasiya vermişdi. O, bu dəfə də üzüntüsünü feysbuk hesabından yazıb:

    “Qızım, sən mənim həyatımda oxuduğum ən gözəl hekayəmsən. Hər zaman mənimləsən, qəlbimin ən gözəl yerindəsən. Məndə doğuldun, heç batmayan günəşimsən. Sən mənə Mövlamın verdiyi, bu dünyada aldığım ən gözəl hədiyyəmsən. Yanımda olsan da, olmasan da, məndə qoyduğun və heç silinməyən iz buraxan imzamsan. Keçməyən şirin acımsan. Sən hər iki dünyada mənə lazımsan. Cənnətə birlikdə getdiyim açarımsan. Sən mənim canımsan, qanımsan, bircə qızımsan…”

    Qeyd edək ki, G.Məmmədova 2015-ci ildə Özgür adlı türkiyəli iş adamı ilə ailə qurub.

    Ведущая ANS потеряла ребенка

  • Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO

    Жители Хыналыга: Альпинисты могли выжить – ВИДЕО

    Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

    Oxu.az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.

    Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər.

    “Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, – yerli sakinlərdən biri deyib.

    Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

    Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

    Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:

  • Maaşı artırılan müəllimlərin sayı açıqlandı

    В Азербайджане почти 42 тысячам учителей повысили зарплаты

    Ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı bu il yanvarın 1-dən artırılıb.

    Təhsil Nazirliyindən oxu.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur.

    Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan altı minə yaxın müəllimin də əməkhaqqı artırılıb.

    Azərbaycan Respublikası prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli, 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

    Qeyd olunub ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.

  • Siqaret çəkənlər şadlıq saraylarından çıxarılacaq – VİDEO

    За курение на свадьбе можно поплатиться – ВИДЕО

    Bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.

    Median.Az “Xəzər” TV-yə istinadən məlumat verir ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər.

    Görünən yerlərə siqaret çəkilməsinin qadağan edildiyini göstərən nişanlar vurulub.

    Şadlıq saraylarından bildirilib ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir. İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.

    Bununla belə, restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.

    Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.

  • Təcili yardım avtomobilləri artıq tıxacda qalmayacaq – YENİLİK – VİDEO

    Təcili yardım avtomobilləri artıq tıxacda qalmayacaq - YENİLİK - VİDEO

    Artıq təcili yardım avtomobilləri çağırışa gecikmədən çata biləcəklər. Çünki, Bakıda təcili yardım avtomobilləri üçün xüsusi zolaqlar olacaq. Bu zolaqlar vasitəsi ilə həmçinin avtobuslar və digər xüsusi nəqliyyat vasitələri də hərəkət edəcəklər.

    Çağrışa gedən təcili yardım maşınına heç bir sürücü yol vermir.

    Görüntülər bir müddət əvvəl Bakıda çəkilib.

    Artıq bu kimi problemlərin aradan qaldırılması üçün Bakıda təcili yardım maşınları üçün ayrıca hərəkət zolağı yaradılacaq. Bununla da təcili yardım maşınlarının çagrışa vaxtında çatması problemi aradan qalxacaq.

    Bakı nəqliyyat agentliyi xüsusi hərəkət zolaqlarının çəkilməsi barədə təkliflər irəli sürüb. Hazırda Bakıda iki küçədə olan xüsusi zolaqlardan gələckdə daha 9 ünvanda istifadə edilməsi nəzərdə tutulur.

    İctimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi zolaqlar operativ nəqliyyat vasitələrinin də işini asanlaşdıracaq.

    Qeyd edək ki, hazırda paytaxtın Yusif Səfərov və Füzuli küçələrində xüsusi zolaqlar tətbiq edilib.Cərimələrin olmasına və xəbərdalıqlara baxmyaraq tıxac zamanı hələ də əksər sürücülər həmn zolaqlara daxil olur. // xezerxeber.az

  • Yanvarın 1-dən qüvvəyə minmiş qanunvericilik aktları – SİYAHI

    Ötən ildə müxtəlif sahələr üzrə bir sıra qanunlar, fərmanlar, sərəncamlar və qərarlar qəbul edildi. Həmin aktların əksəriyyəti dərc edildiyi vaxtdan qüvvəyə minsə də, bəziləri ayrı-ayrı vaxtlarda dərc edilməsinə baxmayaraq məhz 2018-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

     

    2018-ci il yanvarın 1-dən qüvvəyə minən Azərbaycan Respublikasının Qanunları

     

    1. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu

     

    Bu qanuna əsasən, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir.

     

    2. Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu

     

    Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir.

     

    3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli Qanunu

     

    Bu Qanunla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni 127-2.3-cü maddə əlavə edilmişdir.Həmin maddədə deyilir (31 oktyabr 2017-ci il tarixli qanunla son redaksiyada): Bir parklanma üçün müəyyən edilmiş 24 saatlıq parklanma müddəti bitdikdən sonra 1 saat ərzində nəqliyyat vasitəsinin istifadəçisinə bu Məcəllənin 125.2.2-ci maddəsinə uyğun olaraq məlumat verilir.

     

    Bu maddə 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

     

    4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 01 dekabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu

     

    Bu qanuna əsasən, Məcəllənin 566-cı maddəsinin adında və dispozisiyasında “Şəxsiyyət vəsiqəsinin, pasportun, dənizçinin” sözləri “Dənizçinin” sözü ilə əvəz edilmişdir. Yəni, bununla şəxsiyyət vəsiqəsinin, pasportun itirilməsi və ya qəsdən korlanmasına görə inzibati məsuliyyət (cərimə) aradan qalxmışdır.

     

    5. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu 

     

    Dəyişikliyə əsasən, bu qanunun məsuliyyəti nəzərdə tutan 8-ci maddəsindən “itirilməsində, qəsdən korlanmasında,” sözləri çıxarılmışdır. Bununla da məsuliyyət aradan qalxmışdır.

     

    6.  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli Qanunu 

     

    Bu qanunla əsasən məhkəmədə nümayəndə ola bilən şəxslərin dairəsi fiziki şəxsin yaxın qohumları, hüquqi şəxsin səlahiyyətli şəxsləri, işçiləri və ya vəkillərlə məhdudlaşdırılmışdır.

     

    Bununla əlaqədar Məcəlləyə aşağıdakı məzmunda 69.1-1-ci maddə əlavə edilmişdir:

     

    “69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.”;

     

    69.2-ci maddə aşağıdakı redaksiyada verilmişdir:

     

    “69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.”;

     

    Habelə, qanunla bu məhdudlaşmadan irəli gələn, nümayəndə sözü çıxarılan, vəkil sözü əlavə edilən bir sıra texniki dəyişikliklər edilmişdir.

     

    Habelə, dəyişikliyinə əsasən, hər hansı fəaliyyət qabiliyyətli şəxsin məhkəmədə nümayəndə ola bilməsini ehtiva edən70-ci maddə ləğv edilmişdir.

     

    Bundan başqa, məcəllədə yuxarı məhkəmə instansiyalarında icraatlara aid bir sıra dəyişikliklər də edilmişdir.

     

    Onların tam mətni ilə https://azertag.az/xeber/1109848 linkindən tanış ola bilərsiniz.

     

    7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsihaqqında Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il Qanunu

     

    Bu qanunla da məhkəmədə (inzibati məhkəmə icraatında) nümayəndə ola bilən şəxslərin dairəsi fiziki şəxsin yaxın qohumları, hüquqi şəxsin səlahiyyətli şəxsləri, işçiləri və ya vəkillərlə məhdudlaşdırılmışdır.

     

    Bu məhdudlaşma ilə əlaqədar olaraq Məcəlləyə aşağıdakı dəyişikliklər edilmişdir:

     

    26.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilmişdir:

     

    “Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər.”; 

     

    Habelə, 31.1-ci maddə aşağıdakı redaksiyada verilmişdir:

     

    “31.1. İnzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər.”

     

    Eyni zamanda, qanunla bu məhdudlaşmadan irəli gələn, nümayəndə sözü çıxarılan, vəkil sözü əlavə edilən bir sıra texniki dəyişikliklər edilmişdir.

     

    8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2017-ci il Qanunu

     

    2018-ci il 1 yanvardan qüvvəyə minən bu Qanunla Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilmişdir:

     

    45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir:

     

    “1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”

     

    Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları adlanan 77-ci maddəyə bir sıra dəyişiklik edilmişdir. Belə ki, bu maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilmişdir:

     

    “1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

     

    bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

    bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

    beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

    on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.”.

     

    Həmin maddənin 1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilmişdir:

     

    “3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

     

    bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

    bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

    beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

    on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”

     

    Həmin maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilmişdir:

     

    “4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”.

     

    9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 15 dekabr 2017-ci il Qanunu

     

    Bu Qanunla Torpaq Məcəlləsinin 45-ci maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilmişdir:

     

    “4. Bu Məcəllənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçularının) sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

     

    10. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il tarixli Qanunu

     

    Qanuna əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilmişdir.

     

    Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37404 linki vasitəsilə tanış ola bilərsiniz.

     

    11. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci il Qanunu

     

    Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsinin gəlirləri 3 578 760 000,0 manat, xərcləri 3 578 760 000,0 manat məbləğində təsdiq edilmişdir.

     

    Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37425 linki vasitəsilə tanış ola bilərsiniz.

     

    12. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının 1 dekabr 2017-ci iltarixli Qanunu

     

    Qanuna əsasən, işsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilmişdir.

    Qanunun tam mətni ilə http://e-qanun.az/framework/37453 linki vasitəsilə tanış ola bilərsiniz.

     

    Azərbaycan Respublikasi Prezidentinin Sərəncamları

     

    13. Minimum aylıq əməkhaqqının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 25dekabr 2017-ci il tarixli Sərəncamı

     

    Bu Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir.

     

    14. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2017-ci il tarixli Sərəncamı

     

    Bu Sərəncama əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulmuşlar.

     

    Nazirlər Kabinetinin Qərarları

     

    15. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli Qərarı.

     

    Yeni dərəcələrin təsdiq edilməsində əsas məqsədlərdən idxal rüsumlarının çoxpilləli sistemdən azpilləli sistemə keçirilməsidir.

     

    Qərara əsasən yeni dərəcələrin tədbiqi nəticəsində bir sıra malların (məsələn, Körpə qidalarının, Kərə yağının və s.) gömrük idxal rüsumları azaldılır, bəzilərində isə (məsələn, avtomobil) artım müşahidə edilir.

     

    Qərarın tam mətni ilə http://e-qanun.az/framework/37035 linki vasitəsilə tanış ola bilərsiniz.

     

    16. Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi və elmi adı olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödənilən əlavələrin məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli Qərarı

     

    Bu qərara əsasən elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə görə ödənilən əlavələrin məbləği aşağıdakı kimi müəyyən edilmişdir:

     

    Azərbaycan Milli Elmlər Akademiyasında, habelə digər dövlət orqanlarının elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslərə 50 manat (bilavasitə ixtisası üzrə çalışanlara 100 manat), fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan şəxslərə 30 manat (bilavasitə ixtisası üzrə çalışanlara 60 manat);

     

    Dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatlarda (icra hakimiyyəti orqanlarından başqa) bilavasitə ixtisası üzrə çalışan şəxslərə:

     

    1. elmlər doktoru elmi dərəcəsinə görə – 80 manat;

    2. fəlsəfə doktoru elmi dərəcəsinə görə – 40 manat.

     

    Bu qərarda göstərilən əlavələr vəzifə maaşını təşkil etmir, lakin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınır.

    Qərarın tam mətni ilə http://e-qanun.az/framework/35807 linki vasitəsilə tanış ola bilərsiniz.

  • “Monte Melkonyanı öldürən oğlan hazırda Bakıda…” – Qarabağ qazisindən sensasion müsahibə

    Özüm də müharibə uşağıyam. Oyuncağım güllə qutusu, topun sarı barıtları olub. Uşaqlıq xatirələrimin hər birində güllə izi var. Buna görə də Qarabağ müharibəsinin iştirakçıları ilə söhbət mənim üçün qızıla bərabərdir. Bu məqsədlə ən yaşlı müsahibin evinə yollandım. Söhbət Vəli Babayevdən gedir.

    Müharibə illərində şux görünsə də, indi 80-ni haqlayıb. Bu qoca kişidə müharibənin sirləri var…

    Elə ilk sualım da müharibənin necə başlaması ilə bağlı oldu…

    “1988-ci il idi. Ermənilər yolun kənarlarına ağ-qara bayraqlar taxırdılar. Biz də məəttəl qalırdıq ki, bu, nədir? Sonradan nümayişlərə başladılar. Onda Xocalını rayon etmişdilər. Orada polis idarəsi yaradılırdı. Böyük oğlum ora polisə düzəldi, rəis Sabir Mamedovun sürücüsü idi. Bir gün eşitdim ki, ermənilər oğlumu gürov götürmək istəyiblər. Amma tuta bilməmişdilər, Şuşaya qaçmışdı. Sonra sağ-salamat evə gəldi. Hə, onda dedim ki, erməni ilə vuruşmaq lazımdır. Biz də getdik “Qaraağacı” qəbiristanlığına. Sonra məsləhətləşdik ki, Xalq Cəbhəsi siyasətlə məşğuldur, biz gedək erməni ilə vuruşaq. Rəhmətlik Yaqub Rzayev (Qatır Məmməd), Xosrov, onun bacanağı Ticarət, Abdaldan Müşfiq var idi, Laçından Cəfərov Nadir… 6 nəfər “Qaraağacı” qəbiristanlığına yığışdıq. Orda rəhmətlik Canpolad Rzayevin çayxanası vardı. Məsləhətləşdik ki, dəstə düzəldək. Məni ağsaqqal seçdilər. Yavaş-yavaş başladıq qoçu oğlanları bir araya yığmağa. Yaxşı dəstə düzəltdik, amma silahımız yox idi. Olanımız qoşalülə, təklülə idi. Düşürdük rayonlara barıt, qırma yığırdıq. Erməni isə üstümüzə avtomatla gəlirdi. Buna baxmayaraq, düşməni Ağdama buraxmırdıq. Muradbəylidə hərbi hissə vardı. Oranı yarmağı fikirləşdik.

    – Hərbi hissə kimə məxsus idi?

    "Monte Melkonyanı öldürən oğlan hazırda Bakıda..." - Qarabağ qazisindən sensasion müsahibə

    – Rusiyanın idi. Sənin kimi cavan uşaqlar vardı, postda duran əsgərlərlə dostluq edirdilər. Onlarla siqaret göndərdik ki, başlarını qatsınlar, biz də içəri girək. Başladıq onları güdməyə, imkan düşən kimi “çasavoy”ları aradan götürdük. Darvazanın qıfılını qırıb, içəri girdik. İki maşın silah yığdıq. Səhər hərbi hissənin generalı əlində “limonka” ilə gəldi ki, sizi də partladacam, özümü də. Birtəhər generalı dilə tutub, “limonka”nı əlindən aldıq. Bir az pulumuz vardı. Ona verdik ki, get de ki, hərbi hissəni ermənilər yarıb.

    – Nə qədər pul vermişdiz?

    – O vaxt Sovet pulu ilə 20 min.

    – Pulu necə əldə etmişdiz?

    – Erməninin donuzunu gətirib satmışdıq. O pulu da verib silah aldıq. Sonra generalın özü gəldi ki, nə lazımdısa, gəlin götürün. Top üçün snaryadımız yox idi. Gedib Gəncədən birini min manatdan alıb gətirmişdik. Beləcə, silahlana bildik. Rus qoşunu erməni ilə bizim aramızda dururdu. Sonradan aradan çəkildilər. General Kavalyov var idi. Moskvadan gəlmişdi, daxili işlər nazirinin səlahiyyəti onda idi. Bizə kömək elədi, silah-sursat verdi.

    – Rus generalının sizə kömək etməsində məqsəd nə idi?

    – Məqsəd o idi ki, ermənilər buradan çıxıb getsinlər. Az-çox ruslar bizə kömək edirdilər. Sonradan Bakıdakılar ruslara düşmən çıxdılar. Onlar da ermənilərin Dağlıq Qarabağdan getməsini istəyirdilər. Kovolyov deyirdi ki, ermənilər yaxşı millət deyillər. Onu da vertalyotda vurdular.

    – Qarakənddə?

    – Hə, vurulan helekopterin içində bizimkilərlə yanaşı, o da vardı. Ölən iki rus generalından biri idi.

    – Bəs sonra?

    – Ermənilər bizə hücum etməyə başladı. Zaxarov adlı general gəlib ermənilər üçün qoşun hazırlayırdı. Amma bizdə hərbi məktəb məzunları yox idi, ancaq özümüzdük. Yerli adam olduğumuz üçün əraziyə yaxşı bələd idik. Onlar bizə bata bilmirdilər. Amma gələndə güclü gəlirdilər. İlk dəfə fevral ayında Xocalıya hücum etdilər. Rəhmətlik Yaqubla səhərə qədər döyüşə baxmışıq. Yaqub komandirə 3 dəfə zəng etdi ki, icazə verin, Həsənabadı vuraq, Xocalının vəziyyəti pisdir. 13 dənə topumuz var idi. Dedilər ki, oranın müdafiəsi möhkəmdir, siz öz müdafiənizi saxlayın.

    – Kimə zəng etmişdiz?

    – Bizim Müdafiə Nazirliyinə. Onlar icazə vermədilər ki, kömək edək. Heç Şuşaya hücumda da icazə vermədilər. Səhərə yaxın idi. Arvad-uşaq çığırtısı eşitdik. Rəhmətlik Yaqub iki əli ilə başına vurdu ki, “ayə, Xocalının arvad-uşağının səsi gəlir”.

    – Aranızda nə qədər məsafə vardı?

    – Əsgəranla aramızda 3 km məsafə vardı. Əhmədavarda idik. Xocalıda olan hücumu görürdük. Gecə idi, atılan güllələr işıq saçırdı. Uşaqları ayağa qaldırdım. Yaqubun oğlu Canpolad qoçaq oğlan idi. Heyif ondan… Seyid Fikrətin tankına minib, “TŞK”-nın arxasına keçdi. Tankın da üstünə Canpolad yazılmışdı. O tankı da Canpolad Lənkərandan rusun əlindən alıb gətirmişdi. Seyid Fikrət də tankı sürürdü. Beləcə, keçdilər quzeyə, Qaraqaya deyilən tərəfə. Mən də 35 nəfəri götürdüm ki bu biri tərəfdən gedim. Əsgərana gedən dəmiryolunun üstü ilə gedirdik. Qarqarın içində iki meyit gördük. Biri qadın meyiti idi. Qarnını yarıb, bətnindəki uşağı çıxardıb, yanına qoymuşdular. O birisi də kişi meyiti idi. Onu görəndə qanımız coşdu. Sən demə, ermənilər qız-gəlini seçib, aparmaq istəyirlərmiş. Dərindərəyə çatanda bizi atəşə tutdular. Atışa-atışa onlara yaxınlaşdıq. Ermənilər qaçdı, 3-4-nün meyiti qalmışdı. Bizdən ölən olmamışdı. Onda gördük ki, dərə arvad-uşaqla doludur. Xosrov saydı, 90 qadın-uşaq vardı. Onları xilas etdik. Bu fakt bircə dəfə də olsun heç yerdə deyilməyib.

    – Sonra nə baş verdi?

    – Orda qarayanız, hündür bir qadın vardı. Gördük ki, bu durub, ağacın dibinə baxır. Xosrov Əhmədov dedi ki, ay xala, nəyə baxırsan? Sən demə, erməni ayağından yaralanıb, girib ağacın koğuşuna, xəzəllə də üstünü basdırıb. Tüfəngi də bizə tuşlayıb. Xosrov ora sarı gedəndə güllə atıldı, o da yerə yıxıldı. Yazıq Xosrov bir kəlmə dedi ki, balalarımdan muğayat olun, öldüm. Ermənini diri tutduq. Dedim, bunu belə asan öldürmək olmaz. Ağdamdan əliyalın o qədər mülki adamlar gəlirdi ki… Rəhmətlik Canpolad “TŞK” ilə Əsgəranı atəşə tutmuşdu. Ora girmək istəyirdik. Amma bilmirdik bizə icazə verəcəklər, yoxsa yox. Gecə idi, göz-gözü görmürdü. Sən demə, erməninin “BMP”-si kolda gizlənibmiş. “BMP” Canpoladın tankını vurdu. Sonra gəlib yanımızdan keçdi, avtomatla atəşə tutduq. Bir dənə snaryadımız olmadı ki, onu vuraq. Ondan sonra bizə əmr gəldi ki, Xocalını qırıblar, atəşi dayandırıb geri qayıdın. Biz geri qayıdanda gördük ki, o ermənini mülki adamlar öldürüblər. Canpoladın meyitini çıxardıb dəfn etdik. Fikirləşdik ki, onun qanı yerdə qalmamalıdır.

    – Yaqub Rzayev oğul itkisinə necə dözdü?

    – Oğlu ölən ata necə olmalıdır? Canpolad kimi oğlu itirmək… (Bu yerdə kövrəlir, biranlıq gözləri dolur…) Məsləhətləşdik, Xramorda hücuma keçdik. Orda da ermənilərin “boyavik”ləri çox idi. Kəndə iki yerdən hücum etmişdik – 20 nəfər bir tərəfdən, 23 nəfər də digər tərəfdən… Əhmədavardan Oruc var idi, indi sağdı, erməni gəlini qaçanda onu vurmaq istədi, amma pulemyot açılmadı. Dedim, Allah onu öldürməyə qoymadı, işin olmasın. Yaqub da orda yaralandı. Xeyli erməni döyüşçüsünü məhv etdik. Onlar qorxaq idilər. Bir az atışan kimi qaçırdılar. Bir neçə gündən sonra yenə Xramorda hücuma keçdik. Bu dəfə dedik ki, kəndi alaq, geri qaytarmayaq. Donuz tövləsini özümüzə sədd seçib atışırdıq. Atışa-atışa kəndin yarısını aldıq. Həmin gecə rəhmətlik Fred Asif (Milli Qəhrəman Asif Məhərrəmov) 12 nəfərlə bizə köməyə gəlmişdi. Qeyrətli oğlan idi. Səhər küçə döyüşünə başlayıb, kənddən erməninin ayağını kəsdik. Axşam da kəndə od vurduq. Ordan bir “haxçıq” tutmuşduq. Topal idi. Sonra Xanabad kəndi uğrunda döyüşə başladıq. Orda Xəlil Rzanın oğlu BTR-in içində öldü. Həmin “haxçıq”ı onun meyiti ilə dəyişdik. Təbriz könüllü idi, bizə qoşulduğu 3 gün idi.

    1992-ci ilin sentyabr ayı idi. Canyataqla Gülyatağı ala bilmirdilər. Biz məsləhətləşdik, Papravənddən keçib, Canyataqla Gülyatağı aldıq. Mehmaniyə hücuma keçdik. Meşədə atışma gedəndə, fasilə yarandı. Yemək gəlmişdi. Top mərmisi gəldi düşdü aramıza. Bizdən 18 nəfər yaralandı. Rəhmətlik Cəbrayılla Xudu da orda yaralandılar. Mustafa da itkin düşdü. Nə qədər axtardıq tapmadıq. Mehmaniyə girəndə xəbər gəldi ki, Xramordu ermənilər geri alıb. Qayıdıb yenidən Xramordu geri aldıq. Biz döyüşə gedəndə kənddə bizim əsgərlərin azlığından istifadə etmişdilər.

    Xəyanət qurbanları

    – Kəndi niyə birdəfəlik almırdız ki?

    – Onsuz da biz hücuma keçəndə ermənilər qorxub kəndləri qoyub qaçırdılar. O vaxt bizimkilər razı olmurdular. Deyirdilər, dünya bizə pis baxar.

    – Bizimkilər deyəndə, konkret kimləri nəzərdə tutursunuz?

    – O vaxtın hökuməti kim idi? Xalq cəbhəsi… Deyirdilər ki, olmaz. Ta mən nə deyim? Mənimki döyüşmək idi, siyasətlə işim yox idi. Əmrə tabe idik. Payızda Fərrux dağına hücuma keçdik. Oranı almaq çox çətin məsələ idi. Onda döyüş komandiri mən olmuşam. Dağın yarısını almışdıq. Düz, 3 ay qaldıq orda. Sonra bizə əmr verdilər ki, düşün aşağı.

    – Yenə hökumət?

    – Bəli! Onda biz dağdan düşmək istəmirdik. Öz qradımızla bizi arxadan vurdular. Bunu kimə deyəsən? Ordan irəli getməli olduğumuz halda, geri qaytarıldıq. Fərrux dağı Dağlıq Qarabağın ürəyi idi.

    – Həmin vaxt neçə nəfər idiniz?

    – 3 batalyon idik.

    – O vaxt xəyanətlər də var idi…

    – Elə olurdu ki, həm arxa ilə atışırdıq, həm də qarşı tərəflə. Heç bilmirdik ki, bizə arxadan atəş açan kimlərdir. Getdiyimiz yerə gətirib mina qoyurdular. Ora erməni girə bilməzdi ki… İçimizdə düşmənlər vardı. Kim kimə işləyirdi, bilmirdik. 92-ci ilin payızında da Yaqubu Bakıya çağırıb həbs etdilər.

    – Kimlər?

    – Rəhim Qazıyevlə İsgəndər Həmidov.

    – Bakıya hansı adla çağırmışdılar?

    – Rəhim Qazıyev çağırmışdı ki, gəl bura maaşınızı verək. Sən demə, bu, bir oyun imiş. Rəhmətliyə dedim ki, getmə. Nəsə ürəyimə dammışdı… Gedəndə mənə dedi ki, məni tutsalar, nə edəcəksən? Dedim, vallah, mənimki odur ki, duram erməninin qabağına, qoymayam Ağdama keçsin… Dedi, yox, polku çək Bakıya, məni xilas elə. Qurana əl basmışdıq ki, öz millətimizə güllə atmarıq. Bunu ona xatırlatdım. Dedim, çalışaram səni qurtarım. Gedəndə Nəvaidə tutmuşdular. 11 nəfər idilər. Qalanlarını buraxdılar, Yaqubu saxladılar. Rəhim Qazıyev Ağdama gələndə mənə dedi ki, bir-iki məsələ var, onu dəqiqləşdirəndən sonra Yaqubu buraxa bilərik. Yox, yalan çıxsa, qalacaq içəridə. Sən demə, məni aldadırmış. Yaquba elə söz demişdi ki…

    – Nə demişdi?

    – Demişdi ki, guya Yaqubun iki dənə ferması var. Onun heç vaxt ferması olmayıb. Bir də demişdi ki, guya qıza sataşıb. Heç o söhbət də olmamışdı.

    – Fermanın Rəhim Qazıyevə nə aidiyyatı var idi ki?

    – Ay bala, nə bilim, vallah, deyirdi də. Mən də dedim ki, a kişi, qız nədi, zad nədi? Gəlib hamımızdan izahat aldı. Sonra gedib Yaquba “opravdaniya” verdilər ki, guya azad edəcəklər. Buraxmaq əvəzinə türmədən meyitini göndərdilər.

    – O necə oldu?

    – Burdakı həkimlər dedilər ki, guya ürəyindən ölüb. Halbuki sağlam adam idi. Məhkəmə azad edilməsi ilə bağlı qərar vermişdi. İşi baxılması üçün hərbi tribunala vermişdilər. O vaxtdan 3 ay keçmişdi. Getdim ki, a kişi, bunun işinə niyə baxmırsız? Dedilər, hələ növbədə işlər var. Sən demə, bunu öldürmək istəyirlərmiş. Onun haqqında bir dənə cinayət işi açmadılar ki, bunu niyə saxladıb öldürdülər?

    – Erməninin özü də Ağdamın işğalına inanmırdı. Bu, necə baş verdi?

    – Düzdür, Ağdam işğal oluna bilməzdi, amma xəyanətkarlar oldu. O vaxtın hökuməti satdı Ağdamı. İndi Əli Kərimli çıxıb yekə-yekə danışır. Əli Kərimli onda dövlət katibi deyildimi? İsa Qəmbər Ali Sovetin sədri deyildimi? Elçibəy də prezident deyildimi? Pənah Hüseynov Nazirlər Sovetinin sədri deyildimi? İsgəndər Həmidov daxili işlər, Rəhim Qazıyev də müdafiə naziri deyildimi? Niyə verirdilər? Bizə deyirdilər çəkilin geri, biz də çəkilirdik. Əmrə tabe idik.

    – Belə çıxır ki, “irəli”dən çox, “geri” komandasını eşitmisiz…

    – Elədi ki var. Ağdamın başından polkları götürüb dağıtdılar. Erməni də havayı yer idi də, gəlib götürdü. Gəlsinlər özlərinə də deyim, Ağdamı qəsdən Xalq Cəbhəsi verdi. Hökumət harda yatmışdı? Qoşunu da var idi. Arxamızda durmadılar ki, döyüşək. İki polku briqada yaratmaq adı ilə ləğv etdilər. Əlimizdən texnikamızı, silahımızı alıb, bizi məəttəl qoydular. 92-ci ilin axırı idi. Kəşfiyyat xəbər gətirdi ki, ermənilər Xanabada əsgər yığır. Onda mən polk komandiriydim.

    5 minə yaxın erməni əsgəri idi. Rəhim Qazıyev də Əfətliyə gəlmişdi. Bunu hər kəs bilir. Getdim onun yanına. Dedim ki, ermənilər kalan qoşun gətirib, ola bilsin ki, bu gecə hücuma keçsinlər. Bizim də sayımız azdır. Qayıtdı ki, çalışın bu gecə Ağdama girməsinlər, Bakıdan texnika gələcək. Dedi, gedin saat 1-ə kimi gözləyin. Saat 1-ə kimi gözlədik, xəbər çıxmadı. “Kombriqə” zəng vurdum. Dedim, bəs müdafiə naziri köməyin gələcəyini demişdi, gəlmədi axı. Qayıtdı ki, başınıza çarə qılın, səni aldadıb qaçdı. Allaha and olsun. Həmin gecə bütün komandirləri yığdım ki, başımıza çarə qılaq. Xramordu boşaldıb, kanalı özümüzə müdafiə səddi seçdik. Bunlar da kəndə girdilər. Hava işıqlaşanda Ağdama girəcəkdilər. O gecə saat 4-də 8 “BMP”, 8 tank, 4 “TŞK”, 13 topla kəndi necə atəşə tutduqsa, hamısını qırdıq. Təkcə 240 avtomat yığıb, kitaba yazdırdım.

    Melkonyanı vuran oğlan Bakıda qəssablıq edir

    – Monte Melkonyanın öldürülməsi yaman çox müzakirə olundu. O barədə nə bilirsiz?

    – İbad Hüseynov gəlsin mənlə üzləşsin. O, yalan danışır. Melkonyanı biz öldürmüşük. Qırdığımız 60 erməninin içində onun da cəsədi vardı. Xalq Cəbhəsi onun meyitini 48 Xocalı əsiri ilə dəyişdi. Onu “qranatomyot”la qarnından vuran oğlan Bakıda qəssablıq edir. Əjdər adında ikiillik əsgər idi. Ayıb olmasın, iyrəndiklərindən tapancanı da belindən çıxartmadılar. Onun meyitinin fəxri qarovulunda Ter-Petrosyan durmuşdu. Onlar üçün çox hörmətli adam idi. İran-İraq müharibəsində də iştirak etmişdi.

    – Həmin döyüş necə baş verib?

    – Səhərə yaxın idi. Ermənilər “Qaraağacı” qəbiristanlığını atəşə tutdular. Melkonyan demişdi ki, Ağdama burdan girəcəm. Onda biz səngərdən çıxıb, üzümlüklə erməniyə tərəf gedirdik. Başladılar səngəri vurmağa. Minamyotla vurandan sonra arxayın oldular ki, artıq səngərdə adam qalmayıb. Pavilyonun yanından 60-a yaxın erməni gülə-gülə gəlirdi. Buraxdıq gəldilər postun qabağına. Başladıq onları qırmağa. İki dənə də tanklarını vurduq. Qaçanı qaçdı, öləni öldü. İbad Hüseynov heç o yerə bələd də deyil. Kəşfiyyat yolu ilə tək gedib, hansı erməninin içinə girə bilərdi ki? O, Melkonyanı harda öldürüb? Onu öldürən Əjdər adlı oğlandır. Buna 863-cü polkun hamısı şahiddir. Melkonyanın başı üstündə olub. İbad kimdir ki? Orda vuruşub? Ona Milli Qəhrəman adı verən komissiya məsuliyyət daşımalıdır. Sən o vaxt uşaq olmusan, indi Ağdama aparsalar tanıyarsan? Amma mən hər daşına bələdəm. Biz öldürdüyümüz adamı İbadın adına yazıblar.

    – Əjdər hansı kənddəndir?

    – Ağdamın Əhmədavar kəndindəndir. Erməniyə yaxın kənddir. Əjdər onda cavan uşaq idi. Yaxşı “qranatomyot” atırdı. Tank da vurmuşdu, BTR də. Yazdıq verdik, yazıq uşağa bir ad da vermədilər. Düzünə qalsa, o, Milli Qəhrəman olmalı idi. Ac qaldıq, susuz qaldıq, bacardığımız qədər vuruşduq. İndi bizim əməyimizi başqasına verirlər. Xramordu alandan sonra dağın belində post qurmuşduq. Postda 7 nəfər olurdu. Mingəçevirdən cavan oğlan gəlmişdi. Axşam postu dəyişəndə israr etdi ki, mən də gedim. Dedim gedirsənsə, get. Səhər postdakıları dəyişəndə gördüm ki, bizim uşaqları atəşə tutublar. 7 nəfərin 6-nı öldürüblər, bu gədə də yoxdur. Dədəsi gəldi ki, mənim oğlumu verin. Sən demə, bu qurumsağın nənəsi erməni imiş.

    – Adı nə idi?

    – Adı Natiq idi. 99-cu ildə Bakıya gəlmişdim. Hümbət kişinin evində televizora baxırdım. Vətənpərvərlikdən veriliş gedirdi. Gördüm, ay qardaş, bu gədəni tərifləyirlər ki, ay Xramordda “BMP” vurub, ay nə bilim, nə edib. 3 gün idi e bizə gəldiyi. Bizə “Aqanyok” jurnalı verirdilər. O vaxt Moskvada çap olunurdu. Baxdıq ki, gədə Azərbaycan bayrağının üstünə ayağını qoyub, yanında da iki erməni, gülürlər. Onu görəndə başım havalanır. O, canidir. 6 nəfəri öldürüb qaçıb.

    – Vəli Babayev bir döyüşçü kimi nə itirdi, nə qazandı?

    – Hər şeyimi itirdim, heç nə də qazanmadım. 6 il Vətənim uğrunda döyüşdüm. İndi də “serjant” pensiyası alıram. Bir dəfə də olsun qanpulu sığortamı ala bilməmişəm. İçalatım yoxdur, 3 dəfə yaralanmışam. Qəlpələr ayağımdadır. Qaraciyərimin parası, dalağım yoxdur…

    – Peşmansız?

    – Qətiyyən! Öz torpağım uğrunda vuruşmuşam. Allah bayrağımızı daima uca eləsin! Tanrı mənə ömür versin, Qarabağın azad olunmasını görüm. Onda İlham Əliyevin heykəlini Şuşada öz əllərimlə ucaldacam.