Category: Dünya

  • İran bu şəhərlərə uçuşları bərpa edir

    İran üç paytaxt şəhərinə sərnişin reyslərinə başlayır.

    Bu barədə “Pars Today” məlumat yayıb.

    Tehran-İstanbul, Tehran-Maskat, eləcə də Tehran-Pekin arasında sərnişin reysləri 26 apreldə bərpa olunacaq. Yük reysləri də adi qaydada həyata keçiriləcək.

    Tehran Maskat və İstanbula beynəlxalq reysləri də bərpa edir.

  • Maduronun həbsini mərc etdi – 400 min qazandı

    ABŞ hərbi zabiti Qannon Ken Van Dayk keçmiş Venesuela lideri Nikolas Maduroya qarşı əməliyyatla bağlı məxfi məlumatlara pul qoymaqda ittiham olunur.

    Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, Van Dayk əməliyyatın planlaşdırılmasında və icrasında iştirak edib və bu müddətdə əldə etdiyi məxfi məlumatlardan şəxsi mənfəət üçün istifadə edib.

    İttihamnamədə deyilir ki, Van Dayk “Polymarket”də Venesuela və Maduro ilə bağlı təxminən 13 mərc qoyub və ümumilikdə 33.000 dollarlıq investisiyadan 400.000 dollardan çox udub.

    Məlumata görə, mərclər ABŞ qüvvələrinin Karakasa girib Maduronu devirəcəyini göstərən hadisələrə yönəlib.

    ABŞ rəsmiləri əsgərlərin xidməti vəzifələri zamanı əldə etdikləri məxfi məlumatlardan şəxsi mənfəət üçün istifadə etmələrinin qanunsuz olduğunu vurğulayıblar. Bəyanatda qeyd olunub ki, bu cür hərəkətlər etimadın ciddi şəkildə pozulmasıdır.

    “Polymarke”t şübhəli əməliyyatları müəyyən etdiyini, bu barədə səlahiyyətlilərə məlumat verdiyini və istintaqla əməkdaşlıq etdiyini bildirib. Bu hadisə getdikcə populyarlaşan proqnoz bazarlarında insayder ticarəti və manipulyasiya riski ilə bağlı narahatlıqları yenidən artırıb.

    Hakimiyyət orqanları bildirir ki, Van Dayk günahkar bilinərsə, həbs cəzası ilə üzləşə bilər.
    //unikal.az

  • Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib – Saxlanılanlar var

    Türkiyə polisi Şanlıurfanın Halfeti bələdiyyəsinə qarşı əməliyyat keçirib.

    Səhər saatlarında keçirilən əməliyyatda 2019-cu il yerli seçkilərindən 2024-cü ilə qədər olan idarəetmə prosesində və qəyyumluq dövründə tenderlərdə korrupsiya ittihamları ilə 47 nəfər saxlanılıb.

    Saxlanılanlar arasında keçmiş bələdiyyə sədri Şərəf Albayrak, inzibatçılar və texniki işçilər də var.

  • Bu ölkədə 6 nazir bir gündə istefa verdi

    Rumıniyada Sosial Demokrat Partiyasından (PSD) altı nazir və Baş nazirin müavini Marian Neaçsu istefa verib.

    Söhbət kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirləri, eləcə də baş nazirin müavini və Nazirlər Kabinetinin baş katibdən gedir.

    Rumıniya prezidenti Nikusor Dan daha əvvəl siyasi böhran fonunda respublikada “təlatüm” olacağını proqnozlaşdırmış və Baş nazir İlia Boloyanın istefasına baxmayaraq, Qərbyönlü hakim koalisiyanın hakimiyyəti ələ keçirə biləcəyinə ümid etdiyini bildirmişdi.
    //unikal.az

  • ABŞ yeni bir plan hazırlayır – CNN

    ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə zərbələr endirmək üçün planlar hazırlayır.

    Bu barədə CNN mənbələrə istinadən yazır.

    Məlumata görə, potensial hədəflər arasında İranın mina yerləşdirən gəmiləri və sürətli hücum gəmiləri ola bilər. Hörmüz boğazına, Oman dənizinə və cənubi Fars körfəzinə zərbələrin endirilməsi ehtimalı nəzərdən keçirilir. Əvvəllər zərbələr əsasən boğazdan uzaqda yerləşən hədəflərə endirilirdisə, yeni strategiya hücumların strateji əhəmiyyətli dəniz yollarına yönəldilməsini nəzərdə tutur.

    Mənbələr həmçinin Tehrana təzyiq göstərmək və onu danışıqlara sövq etmək üçün ikili təyinatlı obyektlərə və enerji infrastrukturuna zərbələr endirilməsini də istisna etmirlər.
    //unikal.az

  • Macarıstanda ilk dəfə görmə məhdudiyyətli siyasətçi nazir təyin edilib

    Macarıstanda parlament seçkisində qalib gəlmiş “Tisa” partiyasının lideri Peter Madyar ölkə tarixində ilk dəfə görmə qabiliyyətini itirmiş siyasətçi Vilmoş Katai-Nemeti sosial və ailə məsələləri üzrə nazir təyin edib.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Madyarın sözlərinə görə, onun məqsədi hər bir vətəndaşın – doğulduğu yerindən və mənşəyindən asılı olmayaraq – keyfiyyətli səhiyyə və təhsilə çıxışını təmin etməkdir.

    Qeyd olunub ki, Madyar aprelin 24-də hökumətində təhsil naziri vəzifəsinə qadın namizədin də təyin olunacağını açıqlayıb. Son günlər o, parlament sədri, xarici işlər naziri və “Tisa” partiyasının fraksiya rəhbəri vəzifələrinə də qadın namizədlər irəli sürüb.

    Bundan əvvəl “Tisa” lideri Macarıstanın Avropa İttifaqı və NATO ilə tamhüquqlu iştirakını bərpa edəcəyini vəd etmişdi. O bildirib ki, partiya demokratiya və dövlətin müstəqilliyini təmin edən institutların fəaliyyətini yenidən quracaq.
    //unikal.az

  • Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi: Hər iki tərəfə 193 hərbçi qaytarıldı

    Rusiya və Ukrayna arasında “193×193” formulu üzrə əsir mübadiləsi həyata keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    “Aprelin 24-də Ukrayna ərazisindən 193 rusiyalı hərbçi geri qaytarılıb. Əvəzində Ukrayna Silahlı Qüvvələrinin 193 hərbçisi qarşı tərəfə təhvil verilib”, – deyə məlumatda bildirilib.

    Məlumata görə, hazırda rusiyalı əsirlər Belarus ərazisində yerləşiblər. Onlara tibbi və psixoloji yardım göstərilir. Sonradan onlar müalicə və reabilitasiya keçmək üçün Rusiyaya gətiriləcəklər.

    Qeyd edək ki, əvvəlki əsir mübadiləsi aprelin 11-də baş tutub. Həmin vaxt tərəflər qarşılıqlı olaraq 175 hərbi əsiri dəyişdiriblər. Prosesdə vasitəçilik rolunu Birləşmiş Ərəb Əmirlikləri oynayıb.

  • İran yeni nüvə bloklarının tikintisinə başlayır

    İran mütəxəssisləri Buşehr Atom Elektrik Stansiyasının yeni enerji bloklarının tikinti sahəsinə qayıtmağa başlayırlar.

    Bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev bildirib.

    Onun sözlərinə görə, tikintinin bərpasının vaxtı hərbi münaqişənin bitməsindən asılıdır: “İlk dəfə olaraq deyə bilərik ki, yaxşı xəbər var. İranlı mütəxəssislər yavaş-yavaş əraziyə qayıtmağa başlayırlar. Bəli, bu, hələ tammiqyaslı tikinti deyil. Maşın və avadanlıqları sınaqdan keçirir və bəzi yoxlamalar aparırlar. Və biz fəal şəkildə əməkdaşlıq edirik. Buna görə də işçilərimiz Buşehrdə qalıblar.

    İkinci və üçüncü blokların tikintisinə kifayət qədər tez bir zamanda qayıtmaq ehtimalı var. Lakin, çox şey Yaxın Şərqdə, Hörmüz boğazında münaqişənin bitməsindən asılıdır”.
    //unikal.az

  • “Brent” markalı neftin qiyməti 105 dolları keçdi

    Qlobal bazarda neft bahalaşıb.

    Bu, ticarət məlumatlarından aydın olur.

    Bakı vaxtı ilə saat 9:18-də Londonun ICE birjasında iyun ayına çatdırılma ilə “Brent” markalı neftin füçerslərinin qiyməti 0.51 dollar (0.49%) artaraq bir barel üçün 105.58 dollara çatıb. Əvvəlki sessiyada “Brent” markalı neft 3.16 dollar (3.1%) artaraq bir barel üçün 105.07 dollar olub.

    Nyu-York Ticarət Birjasında (NYMEX) iyun ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti 0.24 dollar (0.25%) artaraq bir barel üçün 96.09 dollara çatıb. Əvvəlki sessiyada WTI markalı xam neftin qiyməti 2.89 dollar (3.11%) artaraq bir barel üçün 95.85 dollar olmuşdu.

  • Trampın “Qızıl kart”ını neçə nəfər alıb?

    ABŞ Prezidenti Donald Trampın xarici vətəndaşlara bir milyon dollar qarşılığında yaşayış icazəsi almağa imkan verən “Qızıl kart” (“Golden Card”) viza proqramı üzrə indiyədək cəmi bir müraciət təsdiq olunub.

    Median.Az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib.

    Nazir təsdiq almış şəxsin kimliyini açıqlamasa da, ABŞ rəsmilərinin hazırda “yüzlərlə” xarici vətəndaşın müraciətinə baxdığını qeyd edib. Latnik izah edib ki, namizədlər son dərəcə ciddi yoxlamadan keçməli və sənədlərin rəsmiləşdirilməsi üçün 15 min dollar məbləğində rüsum ödəməlidirlər.

    Xatırladaq ki, “Qızıl kart” proqramına müraciətlərin qəbuluna ötən ilin dekabrında başlanılıb. Nazir Latnik proqramın təqdimatı zamanı bildirmişdi ki, bu təşəbbüs fövqəladə qabiliyyətləri olan şəxslərə verilən “EB-1” və “EB-2” vizalarını əvəz edəcək.