Category: Dünya

  • Tramp homoseksuallığı bütün dünyada qanuniləşdirmək istəyir

    ABŞ prezidenti Donald Tramp bütün dünyada homoseksuallığın dekriminilizasiyasına nail olmaq niyyətindədir.

    Bu barədə “NBC News” məlumat yayıb.

    Məlumata görə, Tramp administrasiyası homoseksuallığın cinayət sayıldığı və cinsi azlıqların təqib olunduğu ölkələrə yönəlmiş qlobal kampaniyanı işə salmağa hazırlaşır.

    Proqrama prezident administrasiyasının yüksək vəzifəli homoseksualı, ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell başçılıq edəcək.

    Kampaniyanın başlamasını qeyd etmək üçün artıq Birləşmiş Ştatların Berlindəki səfirliyinə Avropanın müxtəlif ölkələrindən olan LGBT fəalları çağırılıb.

    Ümumilikdə dünyada homoseksuallığın qanunla qadağan edildiyi və cinayət sayıldığı 72 ölkə var. Onlardan səkkizində buna görə ən ağır cəza – ölüm cəzası verilir.

    İddiaya görə, proqramın işə salınmasına İranda bu yaxınlarda homoseksual olduğuna görə bir gəncin edamından sonra qərar verilib. İran ABŞ-ın əzəli siyasi rəqibi olsa da, Vaşinqtonun Yaxın Şərq ölkələrindən olan müttəfiqləri, o cümlədən, Səudiyyə Ərəbistanı, BƏƏ, həmçinin, Pakistan və Əfqanıstanın bu kampaniyaya qarşı çıxacağı gözlənilir.

  • Azərbaycanlı 42 yaşlı rus qadınla evləndi, prokurorluq “Ortada sevgi yoxdur” deyib, boşatdırdı

    37 yaşlı Azərbaycan vətəndaşının Rusiyanın Bryansk əyalətində 42 yaşlı qadınla ailə qurması rezonans doğurub.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, azərbaycanlının məhz ailə xətrinə deyil, Bryanskda müvəqqəti məskunlaşmağa icazə ala bilmək üçün rus qadınla evləndiyi üzə çıxıb.

    Prokurorluğun bildirdiyinə görə, azərbaycanlı özündən yaşlı olan qadınla sevgi əsasında deyil, müvəqqəti yaşayış icazəsi almaq məqsədilə evlənib.

    Qurum ərlə-arvadın hər ikisinin, yaxud da onlardan birinin ailə qurmaq istəmədiyinə qərar verib. Bu isə Rusiya Ailə Kodeksinə ziddir. Prokurorluq araşdırmadan sonra ZAQS kağızının ləğvinə qərar verib və bununla bağlı məhkəməyə müraciət olunub.

    Məhkəmə ZAQS idarəsinin tələbini yerinə yetirib və azərbaycanlı ilə rus qadının nikahı pozulub. Azərbaycanlının tezliklə vətəninə göndəriləcəyi deyilir.

  • Kiyevdə parka Müslüm Maqomayevin adı veriləcək

    Ukraynanın paytaxtı Kiyevdə parklardan birinə Azərbaycanın opera və estrada müğənnisi, Xalq artisti Müslüm Maqomayevin adı veriləcək.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası qərar verib.

    Qeyd olunub ki, M.Maqomayevin adı şəhərin Seçevıe Streltsı küçəsi ilə Vyaçeslav Çornovil prospektinin kəsişməsindəki, “Kiyevskaya Rus” kinoteatrının yaxınlığındakı bağa veriləcək.

    Bu qərar Azərbaycanın Ukraynadakı səfirliyinin təklifi əsasında qəbul edilib.

  • Kanadada yanğın zamanı bir ailənin 7 övladı ölüb

    Kanadanın Qalifaks şəhərində evdə baş vermiş yanğın nəticəsində 7 uşaq ölüb.

    Median.Az xəbər verir ki, bu barədə şəhərin rəsmi saytı məlumat yayıb.

    “Qalifaksda evdə yanğın zamanı 7 uşaq həyatını itirib. Onların hamısı bir ailədən olub”, – deyə məlumatda bildirilir.

    Həmçinin məlumdur ki, kişi və qadın xəstəxanaya çatdırılıb. Şəhərin cənubunda yanğın barədə məlumat səhər tezdən daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gələn kimi, yanğını söndürməyə müvəffəq olublar.

  • İvanka Tramp Merkelin çıxışını soyuq qarşıladı

    ABŞ prezidenti Donald Trampın qızı və eyni zamanda müşaviri olan İvanka Tramp Münhen konfransı zamanı Angela Merkelin çıxışına soyuq reaksiya göstəribvə alqışlamayıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, Merkel çıxışı zamanı qeyd edib ki, Donald Tramp alman avtomobillərinə milli təhlükə kimi baxır: “Biz avtomobillərimizlə fəxr edirik. Onlar ABŞ-da istehsal olunur”,- deyən Merkel əlavə edib ki, BMW istehsalı üzrə ən böyük zavod Bavariyada deyil, Cənubi Karolinada yerləşir.

  • İsveçrədə təqribən 12 nəfər qar uçqunu altında qalıb

    İsveçrənin dağ-xizək kurortunda qar uçqunu baş verib.

    Median.Az “Report”a istinadən bildirir ki, bu barədə Kran-Montana şəhərinin meri Nikol Feroya istinadən yerli “Nouvelliste” nəşri yazıb.

    Feronun sözlərinə görə, qar altında 10-12 nəfərin qalma ehtimalı var.

  • Fransada silahlı şəxs insanlara HÜCUM ETDİ

    Fransanın Marsel şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib.

    Median.Az xəbər verir ki, hadisə nəticəsində yaralananların olduğu bildirilir.

    İnsident şəhərin polis koissarlığı yaxınlığında baş verib. Cinayətkar daha sonra odlu silah ələ keçirməyə cəhd göstərib. Yerli asayiş keşikçiləri onu ələ keçirmək üçün axtarışları davam etdirir.

  • Modelyerin ölüm səbəbi və varisi açıqlandı

    Modelyer Karl Laqerfeldin ölüm səbəbi açıqlanıb.

    Median.Az “Public”ə istinadən xəbər verir ki, modelyer mədəaltı vəzi xərçəngindən əziyyət çəkib. Fevralın 18-də təcili xəstəxanaya yerləşdirilən Laqerfild gecə saatlarında Neyi-syur-Sen şəhərində dünyasını dəyişib.

    Son vaxtlar modelyerin səhhətinə və ağır iş tempinə görə zəiflədiyi qeyd edilib.

    Karlın ölümündən sonra onun varisi “Chanel” dizayn-studiyasının direktoru Vircinia Viar olub.

  • İnternet nəhəngləri üçün yeni vergi siyasəti hazırlanır

    Yeni Zelandiya hökuməti tərəfindən “Google” və “Facebook” üçün yeni vergi siyasəti hazırlanır.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Yeni Zelandiyanın baş naziri Jakinda Ardern verdiyi açıqlamada bu haqda danışıb. O bildirib ki, yerli şirkətlərlə xarici şirkətlər arasında vergi siyasətində ayrıseçkilik var. Məhz bunun üçün “Goggle” və “Facebook” kimi iri şirkətlərdən əlavə vergilərin əldə edilməsini nəzərdə tutan qnaun layihəsi müzakirə edilir: “Google” və “Facebook”dan əldə etdikləri gəlirin 2, yaxud da 3 faizi qədər vergi almaq lazımdır” – deyə baş nazir əlavə edib.

    Qeyd edək ki, bu dəyişikliklərin gələn il qüvvəyə minməsi gözlənilir.

  • NASA zarafatcıl astronavt axtarır – SƏBƏB

    ABŞ-ın Milli Kosmos və Aeronavtika İdarəsi (NASA) 2033-cü ildə həyata keçirməyi planlaşdırdığı ilk sərnişin səfəri üçün deyib-gülən astronavtlar axtarır.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, qurum insanları gərgin vəziyyətdən baş çıxarmasını asanlaşdırmaq üçün bu istiqamətdə 4 astronavt qrupla iş apardığını açıqlayıb.

    NASA-nın araşdırmasına başçılıq edən professor Cefri Conson deyib: “Mars səfəri kimi məhdud bir sahədə uzun müddət qalmaq əsəbləri pozur. Bu səbəbdən kosmik gəmidə işlərin normal getməsi üçüm qrupun əhvalını yüksəldən birinə ehtiyacımız var”.

    Qeyd edək ki, NASA Mars səfərinə hazırlıq üçün 2023-cü ildə Aya astronavt göndərməyi nəzərdə tutur. Rusiya və Çin isə səfəri 2040-cı ilə planlayır.