Category: Dünya

  • Türkiyədə azərbaycanlı qızların “seks köləsi” olduğu evdən görüntülər – VİDEO

    Türkiyənin Kayseri şəhərində fahişəliklə mübarizə çərçivəsində əməliyyat keçirilib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat nəticəsində biri Türkiyə vətəndaşı, 9-u əcnəbi olmaqla 10 qadın saxlanılıb.

    Əməliyyat zamanı bu qadınları fahişəliyə cəlb edən beş nəfər – S.A. Ş.Ö. adlı qadınlar və E.Y. M.T. ve R.T. kişi barəsində cinayət işi başlanıb. Onlar Azərbaycan, İran və Gürcüstan vətəndaşları olan bu qadınları iş vədi ilə aldadaraq Kayseri şəhərinə aparıblar. Pasportlarını aldıqdan sonra onlara sənəd imzaladaraq fahişəliyə məcbur etməkdə ittiham edilirlər.

    Əməliyyatdan sonra insan alverinin qurbanı olan xarici vətəndaşlar Miqrasiya İdarəetmə Mərkəzinə göndərilib.

    Əməliyyat zamanı çəkilmiş görüntüləri təqdim edirik:

  • Saakaşvili əsl gürcü olduğunu sübut etdi – FOTO

    Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili etnik mənsubiyyəti araşdıran genetik testdən keçib.

    Bu test hazırda ABŞ-da çox populyardır və insanın min il ərzində əcdadlarının hansı xalqın nümayəndələri olmasına dair nəticələri ortaya çıxarır.

    Bu barədə eks-prezident özünün “Facebook” səhifəsində yazıb.

    “Heç demə, məndə bir damla da olsun qeyri-gürcü qanı yoxdur. Mən 99 faiz gürcü,1 faiz yunan qanına malikəm. Lakin, hər bir halda gürcüyəm. Mən əlbəttə ki, bütün qonşularımıza hörmət edirəm, Gürcüstanın istənilən etnik mənsubiyyətə sahib vətənpərvərlərini sevirəm. İndi məni digər etnosa aid edənlər qoy genetik testdən keçsinlər”, – deyə o bildirib.

  • Rusiyada universitet binası uçdu – VİDEO

    Rusiyada Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər uçub.

    Bu barədə TASS məlumat yayıb.

    Bildirilir ki, dağıntılar altında insanlar qala bilər, onların sayı dəqiqləşdirilir. İnsident zamanı 60 nəfər təxliyyə edilib.

    “Fontanka” nəşri hadisə şahidlərinə istinadən yazır ki, fevralın 16-da universitetdə dərs günü olub. Qeyd olunur ki, təhsil ocağında tələbələr və müəllimlər binada qalıb, həmçinin 21 nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

  • Hitler obrazını canlandıran aktyor öldü – VİDEO

    İsveçrəli aktyor Bruno Qants Sürixdəki evində ölüb.

    Bununla bağlı “Frankfurter Allgemeine Zeitung” qəzeti məlumat yayıb.

    O, 1970-ci illərdə kinomatoqrafiyada tanınıb. Onun son oynadığı “Cekin tikdiyi ev” filmi olub.

    1996-cı ildə İffland üzüyünün sahibi olub. 77 yaşlı aktyor 2004-cü ildə “Bunker” filmində Adolft Hitler obrazını canlandırıb.

  • İtaliyadan şok: Bu baş verməsə, AB-dən çıxacağıq

    Əgər populist partiyalar Avropa Parlamentində üstünlük qazanmasalar, İtaliya Avropa Birliyindən çıxmalı olacaq.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İtaliyanın hakim sağ populist Şimal Liqası Partiyasının rəsmi nümayəndəsi Klaudio Borqi deyib. Onun sözlərinə görə, bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçki populist partiyaların Avropanı dəyişmələri üçün son imkandır:

    “Biz ya indi uğur qazanıb Avropadakı situasiyanı dəyişəcəyik, ya da gedəcəyik”.

  • Türkiyə S-400-ləri Amerika “Patriot”larına dəyişməkdən imtina etdi

    Türkiyə ABŞ tərəfinin etirazlarına baxmayaraq, Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək.

    “Hürriyət” qəzetinin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    “Biz Rusiya ilə S-400-lərlə bağlı saziş imzalamışıq. Buna görə geri addımdan söhbət gedə bilməz. Biz vəd etdiyimiz kimi iyunda S-400 sistemlərini almaq üzərində işləyirik”, – Ərdoğan deyib.

    Bundan əvvəl, ABŞ Ankaranın Rusiyadan S-400 sistemlərini alacağı təqdirdə Türkiyəni “ZRK Patriot”ları satmaqdan imtina edəcəyi ilə hədələmişdi.

    Ərdoğan əlavə edib ki, Türkiyə maraqlarına cavab verən şərtlər altında Amerikaya məxsus “Partiot”ları almağa hazırdır.

    Fevralın 14-də Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib ki, Vaşinqton S-400-lərin alışı ilə bağlı Ankaraya güclü təzyiq göstərir.

    Fevralın 13-də NATO baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika alyansı ölkələri, o cümlədən İtaliya və Fransa Türkiyəyə Rusiya silahlarına alternativ təklif etməyə hazırdır.

    Yanvarda məlum olub ki, Amerika nümayəndə heyəti Türkiyənin S-400 sistemlərindən imtina etməyə razı salmaq üçün Ankaraya gəliblər.

  • Afrikanın bir ölkəsi işıqsız qaldı

    Sudanın su resursları, suvarma və elektrik təchizatı naziri bütün ölkədə işıqların kəsildiyini açıqlayıb.

    Bu haqda Lenta.ru Al Arabia-ya istinadən məlumat yayıb.

    Sudanda elektrik şəbəkəsinin “çökməsi” fevralın 15-də axşam saatlarında baş verib. Hazırda mühəndis qrupunun problemin həlli istiqamətində işlər apardığı bildirilir.

    Afrika ölkəsinin tamamilə “zülmətə qərq olması” ilk belə hal deyil. 2018-ci ilini əvvəlində iki dəfə ölkənin elektrik təchizatı tamamilə kəsilmişdi. Həmçinin bu ilin yanvar ayında da anoloji hadisə yaşanmışdı

    Sudan hökuməti enerji böhranını aradan qaldırmaq üçün Misirlə birgə 300MVt gücündə olan elektrik şəbəkəsi yaratmağı planlaşdırır.

  • Venesuelaya qarşı yeni sanksiyalar

    ABŞ Venesuela hökumətinə qarşı yeni sanksiyalar tətbiq edib.

    Bu haqda ABŞ maliyyə nazirliyinin rəsmi saytında məlumat yayılıb.

    “Qara siyahı”ya daha beş venesuelalı hökumət nümayəndəsi, o cümlədən ölkənin neft naziri, “PDVSA” dövlət neft şirkətinin rəhbəri Manuel Kevedonun adı düşüb.

    Bundan əvvəl ABŞ maliyyə nazirliyi prezident Maduronun ölkədə prezident seçkiləri elan edəcəyi təqdirdə “PVDSA”ya qarşı sanksiyaların ləğv olunacağını bildirmişdi.

  • Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

    ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddəki vəziyyətə görə ölkədə fövqəladə vəziyyət elan edilməsi haqda sənəd imzalayıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Sara Sanders bildirib. Sara Sanders Trampın bununla bağlı sənədi imzalayarkən çəkilmiş fotosunu Twitter sosial şəbəkəsində paylaşıb.

    Fövqəladə vəziyyətin elan edilməsi Trampa Konqresin razılığı olmasa belə, Meksika ilə sərhəddəki divarın tikintisinə lazım olan vəsaiti toplamağa imkan verəcək.

    Qeyd edək ki, Konqresdə baxılan büdcə layihəsinə əsasən, Meksika ilə sərhəddə divarın tikintisinə 1,4 milyard ayrılıb. Tramp isə 5,7 milyard dollar tələb edir.

  • Fransada məktəb sənədlərində “ata və ana” sözləri “valideyn 1 və valideyn2” sözləri ilə əvəz olunub

    Fransada məktəb sənədlərində “ata və ana” sözləri işlədilməsinə son qoyulub.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Assambleyada məktəb sənədlərində “ata və ana” sözlərinin “valideyn1 və valideyn2” sözləri ilə əvəz edilməsinə dair “Etibarlı məktəb haqqında” qanunda dəyişiklik edilməsi təklifi elə birinci oxunuşdan qəbul olunub.

    Bildirilib ki, məktəblərdə şagirdlərlə bağlı ərizə və anket formalarında ata və ana sözlərindən istifadə olunur və bu da bəzi ailələrin tərkibinə uyğun deyil. Bu cür ailələrin uşaqları onlara digər həmyaşıdları ilə eyni münasibət bəslənilmədiyini hiss edirlər. Belə vəziyyətlərin qarşısını almaq, sosial bərabərliyi təmin etmək məqsədilə qanunda dəyişiklik edilib.