Category: Dünya

  • Dünyanın ən tüklü qızı üzünü qırxdı – İndi onu tanımaq olmur – FOTO + VIDEO

    Dünyanın ən tüklü qızı üzünü qırxdı - İndi onu tanımaq olmur - FOTO + VIDEO

    Tailandda yaşayan Supatra Sasufan adlı qız dünyanın ən tüklü xanımı hesab olunur.

    17 yaşlı Sasufanın adı bu xüsusiyyətinə görə, hələ 10 il əvvəl “Ginnesin Rekordlar Kitabı”na düşüb. Gənc “Hipertrixoz” xəstəliyindən əziyyət çəkir.
    Lakin hazırda Sasufan bədənindəki bütün tükləri qırxıb. Buna səbəb onun evlənməsidir./metbuat.az

    Dünyanın ən tüklü qızı üzünü qırxdı - İndi onu tanımaq olmur - FOTO + VIDEO

  • Putin 10 min yol polisi əməkdaşını işdən çıxardı

    Путин уволил 10 тысяч гаишников

    Rusiya prezidenti Vladimir Putinin Daxili İşlər Nazirliyində ixtisarlarla bağlı fərmanı Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarından da yan keçməyəcək.

    Bu barədə Gazeta.ru nazirliyin daxili əmrinə istinadən xəbər yayıb.

    Hər beş yol polisi müfəttişindən biri ixtisar olunacaq. İxtisarlar yalnız iki bölməyə – qeydiyyat və imtahan şöbəsinin əməkdaşlarına şamil olunmayacaq.

    DİN əməkdaşlarının son hədd sayının müəyyən edilməsi haqqında fərman dekabrın 31-də Rusiya lideri tərəfindən imzalanıb və mətni hüquqi informasiyalar dərc edən rəsmi internet portala yerləşdirilib.

    Əvvəlki fərmanla müqayisədə DİN əməkdaşları 10 min nəfərə qədər ixtisar olunmalıdır. Habelə, kimlərin konkret olaraq ixtisar siyahısına düşəcəyi fərmanın mətnindən tam aydın olmur.

    Sənədə görə, ixtisarın əsas yükü Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarının üzərinə düşəcək. Rusiyada YHTDM əməkdaşlarının ötən ilin payız aylarında 55 min nəfər olduğunu nəzərə alsaq, fərmanın qüvvəyə minməsi ilə faktiki olaraq hər beşinci yol polisi əməkdaşının işsiz qalacağını demək olar.

    Moskvanın Polis Həmkarları İttifaqının rəhbəri Mixayil Paşkin, YHTDM-də kütləvi ixtisar siyasətinin həmin orqanda aparılan islahatlarla əlaqədar olduğunu bildirib. Bundan başqa, ittifaq rəhbəri əmin edir ki, fərman nəticəsində vakansiya ixtisar olunacaq, işçinin özü yox. Yəni bir çox bölmələrdə insanlar yox, “boş” qalan vəzifələr kənarlaşdırılacaq.

  • “Ata, evdə çılpaq kişi var” – 3 yaşlı qızı anasının xəyanətini üzə çıxartdı – VİDEO

    İstanbulun Üsküdar rayonundakı qətlin təfərrüatı məlum olub.

    Median.Az Milli.Az-a istinadən xəbər verir ki, M.A adlı kişi evə gəldiyində arvadını bir kişiylə tutunca dəliyə dönüb. M.A arvadı B.A. ilə birlikdə tutduğu mühafizə xidmətinin əməkdaşı Mehmet Çütçünü bıçaqlayaraq öldürüb, arvadını isə yaralayıb.

    İstanbulun mərkəzində dünən gecə baş verən qətlin detalları ortaya çıxıb.

    İşdən evə tez gələn M.A.-ya 3 yaşlı qızı “Ata, evdə çılpaq bir kişi var” deyib. M. A. alt paltarlarını geyinməyə çalışan M.Ç.-ni görüncə gözünü qan alıb. Arvadı B. A. da bu məqamda “Səndən boşanacam” deyincə M.Ü. arvadını yaralayıb, eyni bıçaqla arvadının sevgilisini öldürüb.

    Şübhəli həbs olunub.

  • İran hökuməti ölkədə iğtişaşların başa çatdığını bəyan edib

    İranda baş verən iğtişaşlar yanvarın 3-də nümayişçilər üçün uğursuz nəticə ilə başa çatıb.

    “Report” xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri deyib.

    O bildirib ki, bütün ölkə üzrə etiraz edənlərin sayı 15 min nəfərdən çox olmayıb.

    Cəfəri, həmçinin ABŞ, İsrail və Səudiyyə Ərəbistanını İŞİD terror qruplaşması yaraqlılarının İran ərazisinə keçirilməsinə cəhddə ittiham edib.

  • 3 xanım biri-birləri ilə evləndi – Gəlinlərdən biri artıq hamilədir / VİDEO

    ABŞ-da maraqlı hadisə baş verib.

    Metbuat.az-ın məlumatına görə, 3 xanım bir-biri ilə evlənib. Toy mərasimi ötən ilin avqust ayında baş tutub. Lakin qadınlardan yaşca balaca olan 27 yaşlı Kitten artıq ana olmağa hazırlaşır. O, 6 aylıq hamilədir.
    Qeyd edək ki, 27 yaşlı xanım donor vasitəsiylə hamilə qalıb.

  • Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var

    Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var

    İran hüquq-mühafizə qüvvələri Ərdəbildə iğtişaşlar zamanı ən azı 40 nəfəri həbs ediblər.

    Median.Az-ın Mehr agentliyinə istinadən məlumatına görə, onların əksəriyyəti dindirildikdən sonra sərbəst buraxılıblar, lakin 15 nəfər isə hələ də həbsdə qalıb.

    Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb.

    Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

    Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

  • Türkmənistanda qara rəngli avtomobillər qadağan olundu

    Türkmənistanda qara rəngli avtomobillər qadağan olundu

    Türkmənistanda dayanacaqlardan qara rəngli avtomobilləri evakuasiya edilir.

    Bu barədə “Türkmənistan gündəliyi” nəşri yazır.

    Qeyd edilir ki, yanvarın 1-dən ölkədə qara rəngli avtomobillərdən istifadə qadağan olunub. Nəqliyyat vasitələri sahiblərinə qaytarılaraq ağ və ya digər açıq rəngə boyadılması barədə xəbərdarlıq edilir.

    Yeni tələblər nəticəsində avtoservislərdə avtomobillərin rənglənməsi qiyməti iki dəfə artıb. Əgər əvvəl maşının rənglənməsi 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara qədər bahalaşıb.

  • Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    ABŞ-ın Konnektikut ştatında gənc qız ölümünə bir neçə saat qalmış ərə gedib.

    Median.Az-ın “The Sun” nəşrinə istinadən məlumatına görə, Devid Moşer 2016-cı ilin dekabr ayında nişanlısı Xezer Lindsiyə evlilik təklifi etməyə hazırlaşırdı.

    Qıza süd vəzisinin xərçəngi diaqnozu qoyulmasına baxmayaraq Devid öz fikrindən daşınmayıb.

    Xezer il ərzində xəstəliklə mübarizə aparıb və 2017-ci ilin sonunda Devidlə ailə həyatı qurub, lakin 18 saat sonra, dekabrın 22-də, xəstəxanada vəfat edib.

    Xezerin rəfiqəsi onun cəsarətindən danışaraq bildirib ki, Devidə olan sevgisi Lindsiyə ölümdən qorxmamağa güc verirdi.

  • 12 yaşlı Üsəma bin Laden öldü

    12 yaşlı Üsəma bin Laden öldü

    “Əl-Qaidə” terror təşkilatının bədnam lideri, ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə il əvvəl Pakistanda öldürülmüş Üsəma bin Ladenin eyniadlı nəvəsi Üsəma naməlum şəraitdə ölüb.

    Median.Az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı sosial şəbəkələrin ərəb seqmentinə istinadən bildirir.

    Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Üsəma bin Ladenin oğlu və terror irsi üzrə varisi Həmzə bin Ladenin anasına və bacılarına göndərdiyi məktubu paylaşıb. Məktub həmzənin anası Hayriyə Sabara və bacılarına ünvanlanıb. Orada deyilir:

    “Əziz anam, qoy Allah onu və mənim əziz qardaşlarımı qorusun, qoy Allah özü onları, mənim əziz bacılarımı hifz etsin. Ürək ağrısı və Allahın iradəsi ilə mən bizim mərd, şəhid qəhrəmanımızın, Üsəma bin Ladenin nəvəsinin… oğlumuz Üsəmanın ölümü ilə bağlı başsağlığımızı paylaşıram”.

    12 yaşlı Üsəmanın kim tərəfindən və hansı şəraitdə öldürüldüyü deyilmir.

  • İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

    Median.Az-ın Reuters-ə istinadən məlumatına görə, Nəcəfabad şəhərində aksiya iştirakçılarının polisə atəş açması nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.=

    * * * * *

    İranda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, silahlı aksiya iştirakçıları polis bölmələri və hərbi bazaları ələ keçirməyə cəhd ediblər, lakin güc strukturları bütün hücumların qarşısını alıblar.

    * * * * *

    Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.

    Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.

    Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

    “Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, – deyə şəhər bələdiyyə rəhbəri bildirib.