Category: Dünya

  • Rusiyada yeniyetmə balta ilə məktəbə hücum etdi – VİDEO

    Ulan-ude şəhərində yeniyetmə balta ilə məktəbə basqın edib, bir neçə şagirdi yaralayıb, yanğın törədib.  

    Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Buryatiya Respublikası DİN mətbuat xidmətindən məlumat daxil olub.
    Hadisə yerində polis əməkdaşları iş aparır, insident və onun başvermə səbəbləri araşdırılır.  Yeniyetmənin törətdiyi yanğın söndürülüb. Binadan 500-dən çox insanın təxliyyə edildiyi bildirilir.

    Yerli “Тивиком” telekanalı üç şagirdin xəsarət aldığı xəbərini yayıb. Zərərçəkənlərdən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hələ rəsmi qaydada təsdiq olunmamış məlumata əsasən, balta ilə hücum həyata keçirən şəxs doqquzuncu sinif şagirdi olub. Onun yanğını özü ilə gətirdiyi “molotov kokteyli” ilə törətdiyi ehtimal edilir.

  • Rio-de-Janeyroda sürücü avtomobili insanların üzərinə sürüb, 15 nəfər yaralanıb – VİDEO

    Braziliyanın Rio-de-Janeyro şəhərinin Kopakabana sahil ərazisində sürücü avtomobili piyadaların üzərinə sürüb.

    “Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

    İlkin məlumata görə, sürücü saxlanılıb və epilepsiyadan əziyyət çəkdiyini bildirib.

  • Moskva nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə qoşulmayacaq

    Rusiya nüvə silahının qadağan edilməsi haqqında müqaviləyə (NSQM) qoşulmayacaq.

    “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının nüvə silahının qadağan olunmasına dair məsələlər üzrə iclasında çıxışı zamanı deyib.

    “Rusiya NSQM-ya qoşulmaq niyyətində deyil. Biz bu məsələdə onu əsas tuturuq ki, nüvə silahının tam ləğvi yalnız hamı üçün, o cümlədən NSQM-nin nəzərdə tutduğu kimi nüvə silahının sahibləri üçün bərabər və bölünməz təhlükəsizliyin təmin olunması şəraitində ümumi və tam tərksilah kontekstində mümkündür”, – deyə Rusiyanın Xarici İşlər Nazirliyi Lavrovun sözlərini sitat gətirib.

    Rusiya ilə yanaşı bu müqaviləni ötən ilin iyulunda digər nüvə dövlətləri, o cümlədən ABŞ və Çin də imzalamayıb.

  • Azərbaycanlı milyarderlərin bazarında yanğın – VİDEO

    Moskvanın “Sadovod” bazarında yanğın baş verib.

    Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin məlumatında bildirilir.
    Bazar azərbaycanlı iş adamları – Qodu Nisanov və Zərah İliyevə məxsusdur.

    Bundan əvvəl Verxniye-polya küçəsində baş verən yanğının Sadavod bazarında 300 kvadrat metr sahəni əhatə etdiyi bildirilirdi. Yanğın üçmərtəbəli dəmir pavilyonun birinci mərtəbəsində meydana gəlib. Yaxınlıqdakı obyektlərdən 40 nəfər təxliyyə olunub.
    “00:05 radələrində yanğın lokallaşdırılıb, saat 03:51-də isə tamamilə söndürülüb. Yanğının söndürülməsində 100-dən çox xilasedici iştirak edib, əməliyyata 30 yanğınsöndürmə texnikası cəlb olunub./oxu.az

  • Qazaxıstanda 52 nəfər avtobusda yanaraq ölüb – VİDEO

    Qazaxıstanda sərnişin avtobusu yanıb.

    Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.
    Avtobusda ikisi şofer olmaqla, 57 nəfər olub.

    “İkarus” markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb, beş nəfər xilas edilib. Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub. 

  • Cinsiyyətini dəyişdirib qadın olan Selin konsertdə elə oturdu ki, alt paltarı göründü – FOTO

    Cinsiyyət dəyişdirərək qadın olan Türkiyənin tanınmış vloqeri Selin Ciğerci müğənni Kerimcan Durmazın konsertinə qatılıb.

    Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Ciğerci qara rəngli qısa ətəyi ilə diqqət çəkib.

    Qısa ətəkdə oturuşuna diqqət etməyən Selinin alt paltarı görünüb.

    Qeyd edək ki, Ciğerci ötən aylarda uzun müddət 21 yaşlı futbolçu Gökhan Çıra ilə yaşadığı eşq münasibəti ilə adından söz etdirmişdi.









  • RƏZALƏT! Hamilə qadın ərini başqa qadınla yaxaladı – ANBAAN / Video (18+)

    Çində hamilə qadın həyat yoldaşını başqa qadınla yaxalayıb.

    Metbuat.az bildirir ki, Yang Junfeng adlı hamilə qadın həyat yoldaşından şübhələndiyi üçün rəfiqəsi ilə birlikdə onu izləməyə başlayıb. Hisləri qadını yanıltmayıb. Ərini başqa bir qadınla evə girərkən xəyanət üstündə yaxalayıb. Qadının rəfiqəsi tərəfindən çəkilən videoda xəyanət anı əksini tapır.

    Sözügedən videonu təqdim edirik:

  • Rusiyada məktəbə silahlı hücum: Yaralılar var

    Rusiyanın Perm şəhərində üzlərində maska olan naməlum şəxslərin məktəbə etdiyi hücum nəticəsində səkkiz şagird və bir müəllimə bıçaq xəsarətləri alıb.

    Oxu.az xəbər verir ki, bu barədə “RİA Novosti” Perm diyarının Ərazi Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətinin nümayəndəsi hadisə yerinə polis, təcili tibbi yardım əməkdaşları və Perm rəhbərliyindən olan nümayəndələrin göndərildiyini bildirib.

    İnsident  Motovilixinsk rayonunda yerləşən, xüsusi fənlərin intensiv şəkildə tədris olunduğu 127 nömrəli məktəbdə, yerli vaxtla 10:19 radələrində baş verib. Silahlı hücum nəticəsində doqquz nəfər bıçaq xəsarətləri alıb: Zərərçəkənlərdən biri müəllim, səkkizi şagirdir”, – deyə nazirliyin rəsmisi bildirib.

    Hadisə yerində polis və həkimlər işləyir.

  • Cemi Foks dizaynı azərbaycanlı tərəfindən hazırlanan avtomobil sürür

    Aktyor Cemi Foks avtomobil kolleksiyasını azərbaycanlı Samir Sadıqovun dizaynı ilə hazırlanan “Tank” adlı avtomobillə zənginləşdirib.

    Oxu.az-ın xəbərinə görə, “Rey” filmində ən yaxşı kişi roluna görə “Oscar” mükafatına layiq görülən Cemi Foks “Tank”la fotosunu “Instagram” sosial şəbəkəsində paylaşıb.

    Xatırladaq ki, bundan əvvəl Samir Sadıqovun Rezvani Motors üçün hazırladığı avtomobil Kris Braunun klipinin çəkilişində istifadə edilmişdi.

  • İnternetdə təhlükəli flaşmob – Yuyucu tozu yeyirlər (VIDEO)

    İnternetdə yeniyetmələrin həyatına və sağlamlığına təhlükə yarada biləcək flaşmob müəyyən edilib.

    Lent.az xəbər verir ki, bu flaşmob “Tide Pod Challenge” adlanır.

    Flaşmob iştirakçıları yuyucu tozun gel tabletlərini yeyirlər. Sonradan isə onlar estafeti digər istifadəçiyə ötürürlər. Hətta bəzi insanlar bu yuyucu tozdan hər hansı yeməklər hazırlamağa çalışır və onları boşqablara düzürlər.

    Tibb işçiləri artıq bu flaşmobla bağlı öz fikirlərini bildiriblər. Onların fikrincə, yuyucu tozdan istifadə ölümə səbəb ola bilər. Onun içində etanol, polimer və hidrogen piroksidi kimi toksik maddələr mövcuddur.

    Ancaq həkimlərin bəyanatlarına baxmayaraq, “Tide Pod Challenge” ilə bağlı çarxların sayı “YouTube”da günbəgün artmaqdadır.