Category: Dünya

  • Astanada siçanlar bankomatda olan bütün pulları yeyib – VİDEO

    Astanada siçanlar bankomatda olan bütün pulları yeyib – VİDEO

    Qazaxıstanda maraqlı görüntülər lentə alınıb. Belə ki, Astanada siçanlar bankomatda olan bütün pulları yeyib.

    Median.Az Oxu.Az-a istinadən xəbər verir ki, bank əməkdaşları bankomatın kasetini açdıqda iri nominallı əskinazların altında siçanların gizləndiyini görüblər. Bu gəmiricilər bütün pulları məhv ediblər. Əskinazlar isə ən kiçiyi 2000 tenqe (6 manat), ən böyüyü isə 10 min tenqe (30 manat) dəyərində olub.

    Beləliklə, gəmiricilər bankın ən azı 100 min tenqesini (300 manat) “yemiş” oldular.

  • Səudiyyə Ərəbistanında qadınlar futbol matçlarına buraxılacaq

    Женщин в Саудовской Аравии пустят на футбольные матчи

    Səudiyyə Ərəbistanı hökuməti ilk dəfə olaraq qadınların tamaşaçı qismində futbol stadionlarına buraxılmasına icazə verəcək.

    Oxu.az bu barədə AFP-yə istinadən xəbər verir.

    Agentliyin məlumatına görə, bu qərar ölkədə qüvvədə olan genderlə bağlı sərt qanunların yumşaldılması istiqamətində aparılan islahatlar çərçivəsində qəbul olunub.

    Bundan əvvəl xarici kütləvi informasiya vasitələrində Səudiyyə Ərəbistanında 25 yaşdan yuxarı qadınların ərləri tərəfindən müşayiət olunmadan ölkəyə səfər etməsinə icazə veriləcəyi barədə xəbər yayılmışdı.

  • Zukerberq özünü üç milyard dollar ziyana saldı

    Цукерберг поплатился миллиардами за приоритеты в Facebook

    Mark Zukerberqin “Facebook”un xəbər lentinə ediləcək dəyişikliklər barədədə verdiyi məlumat onu 2.9 milyard dollar ziyana salıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Qeyd olunur ki, Zukerberqin rəhbəri olduğu şirkətin aksiyaları 3.9 faiz ucuzlaşıb. Beləliklə, onun sərvəti 77.3 milyard dollardan 74.4 milyard dollara düşüb.

    Xatırladaq ki, Mark Zukerberq öz sosial media hesabında bildirib ki, “Facebook” sosial şəbəkəsinin xəbər lentində daha çox dost və ailə üzvlərinin paylaşımları görünəcək.

    “Biz sosial şəbəkəni bu istiqamətdə ötən ildən dəyişməyə başlamışıq, lakin bu məqsədlə bütün məhsullarımızda dəyişiklik etmək üçün aylar lazım gəldi”, – deyə məlumatda bildirilir.

    O əlavə edib ki, əsas dəyişikliklər xəbər lentində nəzərə çarpacaq, orada daha çox dostlardan, ailə üzvlərindən və qruplardan paylaşımlar görünəcək.

    Zukerberq xatırladıb ki, “Facebook” insanların bir-birinə yaxın olması üçün yaradılıb, lakin son zamanlar istifadəçilər daha çox şirkətlər, xəbər nəşrləri və bredlərin paylaşdığı tərkiblərin sosial şəbəkədən istifadəyə mane olduqlarından şikayət etməyə başlayıblar.

  • Ukraynada müştərisini dəyənəklə döyən azərbaycanlıya ağır cəza

    Ukraynada müştərisini dəyənəklə döyən azərbaycanlıya ağır cəza

    Kiyev vilayətində müştərisini dəyənəklə döyərək öldürmüş azərbaycanlı kafe sahibi doqquz il müddətinə azadlıqdan məhrum edilib.

    Oxu.az xəbər verir ki, bu barədə Kiyev vilayəti Prokurorluğunun mətbuat xidməti bəyanat yayıb.

    Birinci instansiya məhkəməsi cinayətkarlardan birini 9doqquz il müddətinə azadlıqdan məhrum edib”, – deyə bəyanatda qeyd olunur.

    Bəyanata görə, təqsirləndirilən şəxs günahkar olduğunu bildirməyib və məhkəmənin qərarı ilə razılaşmayaraq, vəkilinin vasitəsilə qərardan apellyasiya şikayəti verib, bəraət haqqında yeni qərarın çıxarılmasını tələb edib.

    Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarı dəyişməz saxlayıb, həmin şəxs doqquz ilini həbsxanada keçirməli olacaq.

    Xatırladaq ki, 2016-cı ilin oktyabr ayında Ukraynanın Skvir şəhərində yerləşən iaşə obyektlərindən birində kafe sahibi ilə müştəri arasında mübahisə düşüb. Mübahisədən sonra içkili vəziyyətdə olan cinayət qurbanı kafe sahibinin maşınını zədələyib.

    Daha sonra Ukraynada yaşamaq icazəsi olan Azərbaycan əsilli sahibkar onunla “hesablaşmağı” qərara alıb və qardaşı ilə birgə zərərçəkəni kafenin ayrıca bir otağına apararaq, ona sərt yumruq və təpik zərbələri, həmçinin taxta dəyənəklə çoxsaylı bədən xəsarətləri yetirib.

    Bundan sonra kafe sahibi zərərçəkənin qardaşına zəng edərək, onu kafedən gəlib aparmasını tapşırıb. Zərərçəkən həmin gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

    Mühakimə olunan qardaşın materiallarına isə ayrıca cinayət işi üzrə baxılır, belə ki, həmin şəxs hal-hazırda axtarışdadır.

  • Müsəlman ölkəsində homoseksuallar özlərinə toy etdi – VIDEO

    Müsəlman ölkəsində homoseksuallar özlərinə toy etdi - VIDEO

    Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb.

    Videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür.

    Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

    Görüntülərin Məkkə şəhəri yaxınlığında yerləşən Aradiyat bölgəsində lentə alındığı bildirilib. “Əl-Ərəbi” saytı polisin mərasimə basqın edərək iştirakçıları həbs etdiyini yazıb.

    Toyun Məkkə yaxınlığında baş verməsi bəzi sosial media istifadəçilərini qəzəbləndirib. Onlar “Yer üzünün ən təmiz nöqtəsində iki kişi bir-birilə evlənir” şərhləri yazıb.

    Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən, qadınların və kişilərin bir-birilə evlənməsi qadağandır. Buna görə LGBT üzvləri qamçı və ya ölüm cəzası ilə qarşı-qarşıya qalır.//publika.az

  • “Amazon”-un təsisçisi dünya tarixinə ən varlı adam kimi düşüb

    "Amazon"-un təsisçisi dünya tarixinə ən varlı adam kimi düşüb

    “Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.

    “Report” xəbər verir ki, bu barədə “Gazeta.ru” “CNN”-ə istinadən məlumat yayıb.

    Bu ilin 8 yanvarında C. Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib. Beləliklə, bu göstəriciyə görə C. Bezos “Microsoft” şirkətinin təsisiçisi Bill Geytsi geridə qoyub.

    Bu zəngin adamın varidatın böyük hissəsini “Amazon”-un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.

    Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb.

  • Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib

    Son illər Ermənistanın 15 mindən çox sakini vətəndaşlıqdan imtina edib

    Son illər Ermənistan vətəndaşlığından imtina edənlərin sayı kəskin şəkildə artıb.

    “Report” xəbər verir ki, bu barədə “NEWS.am”-a Ermənistan Polisinin Pasport və Viza Məsələləri üzrə Departamentindən bildiriblər.

    Məlumata görə, 2017-ci ildə 3823 şəxs quruma vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib

    Qurum 2012-ci ildə bununla bağlı 968 ərizə, 2013-ci ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə – 3823 ərizə qəbul edib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra – 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib.

    Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətincə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbi qulluqdan boyun qaçırmaq üçün edib.

  • Şimali və Cənubi Koreya razılığa gəldilər – YENİLƏNİB

    Северная и Южная Корея пришли к согласию – ОБНОВЛЕНО

    Koreya yarımadasında sərhədyanı məntəqədə cənub və şimal qonşuları arasında aparılan danışıqlar müsbət nəticə verib.

    Oxu.az xəbər verir ki, bu barədə “Washington Post” Cənubi Koreya rəsmilərinə istinadən məlumat yayıb.

    Rəsmi Seul bildirib ki, Şimali Koreya gələn ay Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına öz atletlərini göndərməyə razılaşıb.

    Cənubi Koreya milli birləşmə məsələləri üzrə nazirinin müavini Çun Hayın sözlərinə görə, razılaşmaya əsasən, Pxenyanın göndərəcəyi nümayəndə heyətində atletlər, tərəfdarlar, jurnalistlərlə yanaşı (dövlət), rəsmiləri də yer alacaq.

    Çun bildirib ki, Cənubi Koreya hər iki qonşunun Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində birgə yürüş keçirməyi təklif edib.

    Seul danışıqlarda müharibədən sonra bir-birindən ayrı düşən ailə üzvlərinin qovuşması ilə bağlı danışıqların davam etdirilməsi məsələsini önə çəkib, təmas xəttində sabitliyin qorunması ilə bağlı danışıqları davam etdirməyi təklif edib. Danışıqların təfərrüatları barədə hələlik məlumat verilmir.

    * * * *

    Pxanmundjom sərhədyanı məntəqəsində Şimali və Cənubi Koreyadan olan nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

    Oxu.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

    Qeyd olunur ki, hər iki ölkənin nümayəndə heyətləri arasında görüş yerli vaxtla 10:00 radələrində start götürüb.

    Cənubi Koreya nümayəndə heyətinə milli birləşmə məsələləri üzrə nazir Ço Myon Qün, KXDR-dən isə vətənin sülh yolu ilə birləşməsi üzrə dövlət komitəsinin sədri Li Son Qvon başçılıq edir.

    Bundan əvvəl verilən məlumata görə, diplomatlar görüşdə Şimali koreyalı idmançıların Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında potensial iştirakı məsələsini müzakirə edəcək.

  • Dünyanın ən böyük səhrasına qar yağıb – FOTO

    Зимнее чудо: в Сахаре второй год подряд выпал снег – ФОТО

    Əlcəzairin Ayn-Sefa şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar – dünyanın ən böyük səhrası olan Böyük Səhraya ikinci il ard-arda qar yağıb.

    Bəzi yerlərdə qarın hündürlüyü 40 santimetrə çatıb.Günün sonunda qar əriməyə başlayıb.

    Qışda Əlcəzairin bu şəhərində temperatur 0 dərəcəyə düşür və ötən il yerli sakinlər qar görməyə macal tapıblar. Ondan əvvəl isə bu yerlərə 1979-cü ildə qar yağıb.

    Зимнее чудо: в Сахаре второй год подряд выпал снег – ФОТО


  • Suriyada azərbaycanlı İŞİD-çi tutuldu – VİDEO

    В Сирии пойман игиловец из Азербайджана – ВИДЕО

    Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb.

    O, YPG kürd dəstələri tərəfindən saxlanılıb.

    İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.

    Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rakka, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

    Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, “orada çoxlu qaçaqmalçı var”:

    “Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”.

    R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir.

    Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.//oxu.az