Category: Dünya

  • 3 xanım biri-birləri ilə evləndi – Gəlinlərdən biri artıq hamilədir / VİDEO

    ABŞ-da maraqlı hadisə baş verib.

    Metbuat.az-ın məlumatına görə, 3 xanım bir-biri ilə evlənib. Toy mərasimi ötən ilin avqust ayında baş tutub. Lakin qadınlardan yaşca balaca olan 27 yaşlı Kitten artıq ana olmağa hazırlaşır. O, 6 aylıq hamilədir.
    Qeyd edək ki, 27 yaşlı xanım donor vasitəsiylə hamilə qalıb.

  • Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var

    Təbriz və Ərdəbildə etirazlar: Onlarla saxlanılan var

    İran hüquq-mühafizə qüvvələri Ərdəbildə iğtişaşlar zamanı ən azı 40 nəfəri həbs ediblər.

    Median.Az-ın Mehr agentliyinə istinadən məlumatına görə, onların əksəriyyəti dindirildikdən sonra sərbəst buraxılıblar, lakin 15 nəfər isə hələ də həbsdə qalıb.

    Bundan əlavə, təsdiqlənməmiş məlumatlara əsasən, Təbriz şəhərində etiraz aksiyaları zamanı 90 nəfər saxlanılıb.

    Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 22 nəfərə çatıb. Ötən gün təkcə Tehranda 450 nəfərin saxlandığı bildirilir.

    Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi sosial etiraz aksiyaları keçirilir.

  • Türkmənistanda qara rəngli avtomobillər qadağan olundu

    Türkmənistanda qara rəngli avtomobillər qadağan olundu

    Türkmənistanda dayanacaqlardan qara rəngli avtomobilləri evakuasiya edilir.

    Bu barədə “Türkmənistan gündəliyi” nəşri yazır.

    Qeyd edilir ki, yanvarın 1-dən ölkədə qara rəngli avtomobillərdən istifadə qadağan olunub. Nəqliyyat vasitələri sahiblərinə qaytarılaraq ağ və ya digər açıq rəngə boyadılması barədə xəbərdarlıq edilir.

    Yeni tələblər nəticəsində avtoservislərdə avtomobillərin rənglənməsi qiyməti iki dəfə artıb. Əgər əvvəl maşının rənglənməsi 500 dollara başa gəlirdisə, indi bu xidmət 1000 dollara qədər bahalaşıb.

  • Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    Gənc qız ölümündən bir neçə saat əvvəl ərə getdi

    ABŞ-ın Konnektikut ştatında gənc qız ölümünə bir neçə saat qalmış ərə gedib.

    Median.Az-ın “The Sun” nəşrinə istinadən məlumatına görə, Devid Moşer 2016-cı ilin dekabr ayında nişanlısı Xezer Lindsiyə evlilik təklifi etməyə hazırlaşırdı.

    Qıza süd vəzisinin xərçəngi diaqnozu qoyulmasına baxmayaraq Devid öz fikrindən daşınmayıb.

    Xezer il ərzində xəstəliklə mübarizə aparıb və 2017-ci ilin sonunda Devidlə ailə həyatı qurub, lakin 18 saat sonra, dekabrın 22-də, xəstəxanada vəfat edib.

    Xezerin rəfiqəsi onun cəsarətindən danışaraq bildirib ki, Devidə olan sevgisi Lindsiyə ölümdən qorxmamağa güc verirdi.

  • 12 yaşlı Üsəma bin Laden öldü

    12 yaşlı Üsəma bin Laden öldü

    “Əl-Qaidə” terror təşkilatının bədnam lideri, ABŞ xüsusi təyinatlıları tərəfindən bir neçə il əvvəl Pakistanda öldürülmüş Üsəma bin Ladenin eyniadlı nəvəsi Üsəma naməlum şəraitdə ölüb.

    Median.Az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı sosial şəbəkələrin ərəb seqmentinə istinadən bildirir.

    Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri Üsəma bin Ladenin oğlu və terror irsi üzrə varisi Həmzə bin Ladenin anasına və bacılarına göndərdiyi məktubu paylaşıb. Məktub həmzənin anası Hayriyə Sabara və bacılarına ünvanlanıb. Orada deyilir:

    “Əziz anam, qoy Allah onu və mənim əziz qardaşlarımı qorusun, qoy Allah özü onları, mənim əziz bacılarımı hifz etsin. Ürək ağrısı və Allahın iradəsi ilə mən bizim mərd, şəhid qəhrəmanımızın, Üsəma bin Ladenin nəvəsinin… oğlumuz Üsəmanın ölümü ilə bağlı başsağlığımızı paylaşıram”.

    12 yaşlı Üsəmanın kim tərəfindən və hansı şəraitdə öldürüldüyü deyilmir.

  • İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılar polisə hücum etdi: Ölən var

    İranda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar davam edir.

    Median.Az-ın Reuters-ə istinadən məlumatına görə, Nəcəfabad şəhərində aksiya iştirakçılarının polisə atəş açması nəticəsində bir polis ölüb, üçü isə yaralanıb.=

    * * * * *

    İranda hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı ölənlərin sayı 12-yə çatıb.

    Median.Az-ın xəbərinə görə, bu barədə “Associated Press” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, silahlı aksiya iştirakçıları polis bölmələri və hərbi bazaları ələ keçirməyə cəhd ediblər, lakin güc strukturları bütün hücumların qarşısını alıblar.

    * * * * *

    Dekabrın 28-dən davam edən iğtişaşlarda İranda ən azı on nəfər ölüb.

    Median.Az-ın xəbərinə görə, bu barədə France-Press nəşri yerli polisə istinadən məlumat yayıb.

    Bundan əvvəl agentlik dörd nəfərin öldürülməsi barədə məlumat vermişdi.

    Onlardan ikisi İze şəhərində güllələnib, daha ikisi isə Dorudda toqquşma zamanı həyatını itirib. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

    “Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, – deyə şəhər bələdiyyə rəhbəri bildirib.