Category: Dünya

  • İstanbulda terror aktının qarşısı alındı: Dörd şübhəli saxlanıldı

    Türkiyə hüquq-mühafizə orqanları İstanbulda terror aktı həyata keçirməyi planlaşdıran dörd nəfəri saxlayıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçən şəxslər terror təşkilatı kimi tanınan İnqilabçı Xalq Qurtuluş Partiyasının (DHKP-C) üzvüdürlər.

    Məlumata görə, sözügedən terrorçuların İstanbulun bir sıra strateji yerlərində silahlı və bombalı hücumlar hazırladığı müəyyən edilib.

    Xəbərdə bildirilir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis tərəfindən birgə keçirilən əməliyyat zamanı dörd şübhəli şəxs saxlanılaraq nəzarətə alınıb.

  • Kamçatkada 6,5 maqnitudalı zəlzələ oldu

    Rusiyanın Kamçatka bölgəsinin akvatoriyasında 6.5 maqnitudalı zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

    Petropavlovsk-Kamçatsk şəhərində yeraltı təkanlar təxminən 3 bal gücündə hiss edilib.

    Zəlzələnin episentri sözügedən şəhərdən 236 km aralıda, ocağı isə 32.9 kilometr dərinlikdə olub.

    İtki və dağıntı barədə məlumat verilməyib.

  • Ermənistandakı 102-ci Rusiya hərbi bazası ölkədən çıxarılır?

    “Ermənistanın ölkə ərazisində yerləşdirilmiş 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı planları yoxdur”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Polşa Beynəlxalq Münasibətlər İnstitutunda erməni tərəfinin bazanın yığışdırılması xahişi ilə Rusiyaya müraciət edib-etmədiyi barədə suala cavab verərkən deyib.

    “Bizim Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının [Gümrüdə dislokasiya olunan] mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız, eləcə də narahatlığımız yoxdur. Bizim Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var – iqtisadi əlaqələr, siyasi əlaqələr qurulub”, – deyə erməni baş nazir bildirib.

    O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir.

    “Biz bu gün Rusiya ilə yeni münasibətlər formalaşdırırıq. Biz qətiyyətliyik və Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək istərdik, lakin fakt ondan ibarətdir ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”, – deyə Paşinyan söyləyib.

  • Epşteynlə əlaqələrinə görə üzr istədi, iki rus qadınla münasibətini etiraf etdi

    “Microsoft”un təsisçisi, milyarder Bill Qeyts fondunun əməkdaşlarından üzr istəyib, çünki onun seksual cinayətlərdə məhkum edilmiş maliyyəçi Ceffri Epşteyn ilə əlaqəsi olub.

    Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

    Qeyts etiraf edib ki, o, iki rus qadını ilə evlilikdən kənar münasibətlər yaşayıb, amma bu qadınlar maliyyəçinin qurbanları deyildilər:

    “Mən həqiqətən də münasibətlər yaşadım, biri – turnirdə tanış olduğum, bridc oynayan rus qadın, digəri isə nüvə fizikası üzrə çalışan rus qadını idi. Onu iş vasitəsilə tanımışdım”

    O vurğulayıb ki, heç bir qanunsuz iş görməyib.

    Epşteynlə əlaqələri

    Qeyts 2011-ci ildə Epşteynlə əlaqə qurmağa başlayıb – bu, maliyyəçinin yeniyetməni fahişəliyə cəlb etmə işində günahını qəbul etməsindən sonra baş verib. Milyarder etiraf edib ki, Epşteynin problemlərini bilirdi, amma onun keçmişini araşdırmayıb və həyat yoldaşı Melinda Qeyts 2013-cü ildə əlaqəyə qarşı çıxsa da, münasibətlərini davam etdirib.

    O, Epşteynlə özəl təyyarədə səyahət edib və onunla Almaniya, Fransa, Nyu-York və Vaşinqtonda vaxt keçirib, amma heç vaxt gecələməyib və Epşteyn adasına getməyib. Onlar sonuncu dəfə 2014-cü ildə görüşüblər, maliyyəçidən gələn son e-maillər cavabsız qalıb.

    Epşteyn fayllarında Qeyts haqqında iddialar

    Epşteynin yeni sənədlərində onun yazdığı ehtimal olunan məktublar var. Bu sənədlərdə iddia edilir ki, Qeyts rus qadınlardan cinsi yolla keçən xəstəlik alıb və həyat yoldaşından bunu gizlətməyə çalışıb. Qeytsin nümayəndələri bu iddiaları tamamilə absurddur və yalan hesab edirlər.

    Melinda Qeytsin reaksiyası

    Qeytsin keçmiş həyat yoldaşı Melinda bu xəbərlərə münasibət bildirərək deyib ki, keçmiş ərini bağışlamağa qadir bir insan olduğunu düşünür, amma bu proses vaxt tələb edir və sürətləndirilə bilməz. O, həmçinin etiraf edib ki, Epşteynlə bağlı yeni açıqlamalar ona böyük kədər yaşadıb və evlilikdəki ağrılı xatirələri geri gətirib. Bununla belə, Melinda vurğulayıb ki, artıq bunu keçmişdə qoyub.
    //qaynar.az

  • Qazaxıstanda Su-30SM qırıcı təyyarəsi qəzaya uğradı

    Qazaxıstanda təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

    Hadisə Karaqanda bölgəsində baş verib. Rəsmi məlumatlara görə, təyyarə heyəti vaxtında katapultasiya edib.

    “Pilotlar sağdır və həyatları və sağlamlıqları üçün heç bir təhlükə yoxdur. Onlar tibbi nəzarət altındadır. Qəza yeri mühasirəyə alınıb. İctimaiyyət və ya infrastruktura heç bir təhlükə yoxdur”, – nazirliyin açıqlamasında qeyd olunub.//unikal.az

  • Pezeşkian: “ABŞ ilə danışıqlarda yaxşı perspektiv görürük”

    İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə proqramı üzrə danışıqlarda “yaxşı perspektivlər” gördüyünü bildirib.

    O, bu sözləri İran dövlət telekanalının efirində deyib.

    Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə dolayı danışıqların üçüncü raundu keçiriləcək.

    İranın xarici işər naziri Abbas Əraqçı artıq İsveçrəyə yola düşüb.

  • Türkiyədə irimiqyaslı antiqumar əməliyyatı: 15 milyardlıq şəbəkə çökdürüldü

    Türkiyənin Batman, İstanbul, Ankara, Antalya, İzmir, Sakarya, Kastamonu, Nevşehir, Mersin və Diyarbəkir şəhərlərində qanunsuz mərc oyunları ilə bağlı əməliyyatlar keçirilib.

    Bu barədə Median.Az “TRT Haber”ə istinadən xəbər verir.

    Məlumata görə, Batman Baş Prokurorluğunun koordinasiyası altında vilayətin polis idarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində şəhərdəki qanunsuz qumarxanalar və onlayn mərc oyunları saytları vasitəsilə əldə edilən “qara pullar”ın müxtəlif hesablara, daha sonra isə kripto hesablarına köçürülərək yuyulduğu aşkar edilib.

    Bundan əlavə, 81 şübhəlinin iki milyondan çox bank əməliyyatlarında 15 milyard 172 milyon 805 min 258 türk lirəsi məbləğində köçürmələrin həyata keçirildiyi məlum olub.

    Hüquq-mühafizə orqanlarına aid 105 qrup və 350 personalın iştirak etdiyi əməliyyat zamanı 73 şübhəli saxlanılıb, 8 şübhəlinin tutulması üçün işlər davam etdirilir.

  • Epşteynin təyyarəsində dəhşətli sirrlər saxlanılır

    Ceffrey Epşteynin şəxsi “Boeing 727” təyyarəsi – “Lolita Express” on ildir ki, Corciya ştatının tullantılar anbarında çürüyür. 40 metr uzunluğundakı təyyarəyə baxış zamanı jurnalistlər mərhum pedofilin pozğun həyat tərzinin acınacaqlı xatirələrini aşkar ediblər. 
     
    Median.Az xəbər verir ki, media nümayəndələri Epşteynin gənc qurbanlarını daşımaq üçün istifadə etdiyi, illərdir açıq havada qalan “Jet N908JE” təyyarəsinin içərisində çəkiliş aparıblar.

    Təyyarənin kabinəsinə baxış zamanı, hətta döşəmələrin belə döşəndiyi yerdə, bir müxbir vanna otağı şkaflarında kiflənmiş təraş kremi qabları, işlənmiş diş fırçaları və narıncı-sarı saç bağları arasında körpə losyonu və körpə tozu aşkar edin.
     
    Keçmiş “Lolita Express” təyyarəsində körpə losyonu…
     
    …və körpə tozu
     
    Tapıntılar arasında həmçinin yataq masası içərisində gizlədilmiş peyk telefonu, çirkli dəsmallar və Epşteynin şəxsi təyyarəsinin nömrəsi olan salfet yığınları da olub ki, bu da keçmiş lüksü daha qabarıq xatırladır.
     
    Kobkinin içərisində dolabda qara stasionar telefon tapılıb, kabeli divardan qopmuş olub.

    Girişin dərhal arxasında, solda, körpə əşyalarının tapıldığı zərif bir vanna otağı var. Bir neçə addım irəlidə təyyarənin yeganə yataq otağı var, burada yatağın baş tərəfində üç qaz maskası asılıb və ağ yorğan böyük bir döşəyin üzərində səliqəli şəkildə örtülmüşdür.
     
    Vanna otağında, lavabonun yanında iki açılmamış premium “Voss” suyu şüşəsi durur.
     
    Yataq otağından qapısız bir dəhliz, demək olar ki, tamamilə parlaq qırmızı məxmərlə örtülmüş qonaq otağına aparır. Bu otaq divarlar, divan və iki kreslodan ibatətdir. Parlaq qırmızı masa ilə ayrılmış yalnız bir ağ və bej rəngli kreslo ümumi görünüşdən fərqlənir. Kabinənin daha aşağısında, mətbəxin qarşısındakı başqa bir qonaq otağında bir-birinə baxan iki boz yarımdairəvi divan var.
     
    Mətbəxi pilot kabinəsindən ayıran qonaq otağında yumşaq divanlar və kreslolar, uzun taxta masa və güzgülü divarlar var.
     
    Kobkinin qapısından yumşaq qəhvəyi rəngli döşəməli qonaq otağı görünür.

    İndi təyyarənin kabinəsi boş su şüşələri, hazır qəhvə qutuları və digər gündəlik əşyalarla, şkaflar, fayl şkaflar isə istismar təlimatları və digər aviasiya sənədləri olan kitablar və qovluqlarla doludur.
     
    Tullantı anbarının sahibi bildirib ki, təxminən 60 illik təyyarə qismən də 2016-cı ildə üç mühərrikin çıxarılması səbəbindən bir daha uçmayacaq. Belə bərbad vəziyyətdə olan təyyarənin təmiri olduqca baha başa gələcək.
     
    Bu təyyarə 2001-ci ilin yanvar ayında Epşteyn ilə əlaqəli “JEGE Inc.” şirkəti tərəfindən satın alınıb. 2016-cı ildə tullantı poliqonuna çatdıqdan sonra təyyarənin sökülməsi və təkrar emalı planlaşdırılsa da, bu planlar sirli şəkildə dəyişib. 2018-ci ilin dekabr ayında təyyarə gizli şəkildə Florida ştatının Medley şəhərində yerləşən “World Aviation Services MMC”yə satılıb. 2024-cü ilin iyul ayında təyyarə, demək olar ki, heç bir məlumatın ictimaiyyətə açıqlanmadığı Vayominq ştatının Laramie şəhərində yerləşən “Jet Assets Incorporated” şirkəti tərəfindən satın alınıb.
     
    Xatırladaq ki, Ceffri Epşteyn Nyu-Meksiko rançosunda illərlə bütün dəlilləri məhv edə biləcək bir krematoriya tikdirib.
     
    Bundan əlavə, insan alveri və pedofiliyada şübhəli bilinən Epşteynin məşhur “Epşteyn sənədləri” arasında altı barel sulfat turşusu üçün bank köçürməsi aşkarlanıb.

  • Zelenski 4 ildir yaşadığı bunkeri göstərdi – VİDEO

    Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Kiyevin Bankova küçəsindəki bunkerini göstərib.

    Zelenski bildirib ki, 4 ildir bu bunkerdə yaşayır.

    “Burada çox iş görülüb. Biz bu obyekti əvvəllər heç vaxt göstərməmişik”, – deyə Zelenski 2022-ci ilin fevral ayında baş verən hərbi əməliyyatlara toxunaraq bildirib. Videoda həmçinin Zelenskinin münaqişənin əvvəlində digər liderlərlə telefon danışıqları apardığı ofisi, “Ukrayna Prezidentinin Ofisi” və “Nazirlər Kabineti” yazılan lövhələr dədə görünür.
     
    Ukrayna prezidenti əlavə edib ki, döyüşlərin əvvəlində bunkerdə “yüzlərlə insan” olub.
    Zelenski həmçinin bildirib ki, münaqişənin əvvəlində bunkerdəki ofisində o vaxtkı ABŞ Prezidenti Co Bayden də daxil olmaqla müxtəlif ölkələrin liderləri ilə danışıb. Ukrayna liderinin sözlərinə görə, ona dəfələrlə təhlükə barədə xəbərdarlıq edilib və Ukraynadan təxliyəsi söylənilsə də, bununla razılaşmayıb. 

  • Ermənistan və İran arasında hərbi təlimlər keçirilə bilər

    Ermənistan və İran arasında ötən il keçirilən hərbi təlimlər gələcəkdə də baş tuta və daha böyük miqyasda ola bilər.

    Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami jurnalistlərlə söhbətində bildirib.

    O, Ermənistanın müdafiə naziri Suren Papikyanın hazırda Tehranda rəsmi səfərdə olduğunu xatırladıb ki, bu da iki ölkə arasında münasibətlərin yüksəlişini göstərir. Diplomat izah edib ki, Papikyanın səfəri əvvəlcədən planlaşdırılıb.

    “Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafını daha da nümayiş etdirir. Bu səfər zamanı tərəflər müxtəlif mövzular üzrə fikir mübadiləsi apara və əməkdaşlığı dərinləşdirə biləcəklər”, – deyə səfir əlavə edib.