“İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirməyə hazırlaşır”.
Median.Az xəbər verir ki, bu barədə İsrailin “12-ci kanal” telekanalı məlumat yayıb.
Category: Dünya
-
Tramp: “ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb” – VİDEO
“ABŞ İrana qarşı döyüş əməliyyatlarına başlayıb”.
Median.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “X” hesabında videomüraciət paylaşıb.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır. İranın hərəkətləri ABŞ qoşunlarına və ölkəmizin xaricdəki hərbi bazaları üçün birbaşa təhlükə yaradırdı. Biz onların donanmasını tamamilə məhv edəcəyik”, – deyə ABŞ lideri bildirib.
Amerika lideri bəyan edib ki, İrana qarşı əməliyyat onun nüvə və raket proqramlarına yönəlib. O, həmçinin İranın heç vaxt nüvə silahına sahib olmayacağına əmin edib.
Bundan əlavə, Tramp İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) silahı yerə qoymağı əmr edib. O söz verib ki, “onlarla ədalətli rəftar olunacaq və tam toxunulmazlıq veriləcək, əks halda onları qaçılmaz ölüm gözləyir”.
ABŞ prezidenti, həmçinin iranlıları sığınacaqda qalmağa çağırıb, çünki “bombalar hər yerə düşəcək”.
-
İsrail-İran MÜNAQİŞƏSİ – Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR – VİDEO
İsrail və ABŞ qüvvələri İran ərazilərinə zərbələr endirməyə davam edir.
Median.Az xəbər verir ki, İran mediası cənubdakı Bəndər Abbas liman şəhərinə hava hücumlarının edildiyini və bunun İran Hərbi Dəniz Qüvvələrini hədəfə aldığı ehtimalını bildirir.
Həmçinin İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İran nüvə elektrik stansiyasının yerləşdiyi Buşehrə hücum etdiyi barədə məlumatlar da var.
***
İsrail İrana qarşı xüsusi hərbi əməliyyatını “Aslanın nərəsi” adlandırıb.
Median.Az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, partlayışlar İranda Lurestan əyalətində və Təbriz şəhərində eşidilib.
“Fars” agentliyinin xəbərinə görə, partlayış səsləri həmçinin İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərində də duyulub.
***
Tehranda yenidən partlayışlar eşidilib. İsrailin hava zərbələrinin ikinci dalğasının başladığı bildirilir.Median.Az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, indiyə qədər Tehran ərazisində təxminən 30 hədəfə zərbələr endirilib.
***
İsrail ordusu İrana qarşı qabaqlayıcı tədbirlər məqsədilə əməliyyatlara başlayıb.Median.Az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat yayıb.
Məlumata görə, İsrail dövləti İranın təhdidlərini aradan qaldırmaq üçün Tehrana qabaqlayıcı zərbə endirib.
Məlumatlara görə, Tehranda partlayış səsləri eşidilir. Baş verənlərin təfərrüatı və mümkün nəticələr barədə məlumatlar hələ dəqiqləşdirilir.
İsraildə hava həyəcan siqnalı sirenlərinin işə düşdüyü bildirilir. İsraildə fövqəladə vəziyyət elan edilib.
-
KİV: Xamenei təhlükəsiz yerə köçürülüb
“İranın Ali Lideri Əli Xamenei paytaxt Tehranda deyil, o, təhlükəsiz yerə köçürülüb”.
Median.Az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Tehranın mərkəzində partlayışlar eşidilir, insanlar çaxnaşma içində qaçırlar.
İran KİV-in məlumatına görə, bir neçə partlayışdan sonra Tehran fond birjasında ticarət dayandırılıb.
-
İsrail hava məkanını bağladı
İsrail ölkənin hava məkanını rəsmən bağlayıb.
Median.Az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumatlar yayılıb.
Bundan əlavə, ordu rəhbərliyi təhlükəsizlik siyasətinin dəyişdirildiyi barədə bəyanat yayıb.
Yeni təlimatlara əsasən, həyati əhəmiyyətli sektorlar istisna olmaqla, təhsil tədbirlərinin keçirilməsi, toplantılar və iş yerlərində olmaq qadağan edilib.
-
Qazaxıstan vətəndaşlarını İranı tərk etməyə çağırıb

İran ətrafında davam edən gərginlik səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənədək bu ölkəyə səfər etməməyə çağırış edib.
Median.Az xəbər verir ki, rəsmi açıqlamada hazırda İranda olan Qazaxıstan vətəndaşlarına mümkün olduqda ölkəni tərk etmək tövsiyə edildiyi qeyd edilib.
Onlara təhlükəsizlik qaydalarına ciddi əməl etmək, ayıq-sayıq olmaq, rəsmi məlumatları izləmək və yerli qurumların göstərişlərinə riayət etmək məsləhət görülüb.Nazirlik həmçinin Yaxın Şərq ölkələrinə səfər planlaşdıran şəxslərə bölgədə vəziyyətin qəfil kəskinləşə biləcəyini nəzərə almağı tövsiyə edib.
Bildirilib ki, Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətini normal rejimdə davam etdirir. -
Qazıntı aparılan yerdən 171 nəfərin meyiti aşkarlandı
Konqo Demokratik Respublikasının Uvira şəhərində qazıntı işləri aparılan yerdən kütləvi məzarlıq aşkar edilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, məzarlıqdan ümumillikdə 171 meyit tapılıb.Kütləvi məzarların M23 üsyançı qrupunun Uviranı idarə etdiyi dövrə aid olduğu güman edilir. Xatırladaq ki, M23 qrupu 2025-ci ilin dekabr ayında Uviranın nəzarətini ələ keçirib və eyni ayın sonunda şəhərdən geri çəkilib.
-
24 yaşında beşəm dünyaya gətirdi
Çinin Sincan-Uyğur Muxtar Rayonundan olan 24 yaşlı qadın beşəm dünyaya gətirib.
Bu barədə “People’s Daily” qəzeti məlumat yayıb.Məlumata görə, təbii yolla beşəm hamiləliyin baş vermə ehtimalı təxminən 60 milyon haldan biridir.
Körpələr hamiləliyin 28-ci həftəsində dünyaya gəlib. İlk olaraq 990 qram çəkidə oğlan uşağı doğulub, daha sonra isə çəkiləri müvafiq olaraq 1 020 qram, 970 qram, 1 030 qram və 870 qram olan dörd qız dünyaya gəlib.
-
Pakistan Əfqanıstanın itkilərini açıqladı: Azı 228 nəfər ölüb, xeyli yaralı var (Yenilənib)
Pakistan ordusunun endirdiyi zərbələr nəticəsində azı 228 “Taliban” döyüşçüsü öldürülüb, 314 nəfər yaralanıb.
Median.Az “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyatlar zamanı Əfqanıstanın 74 hərbi postu məhv edilib, 18-i isə ələ keçirilib.
Xəbərdə bildirilir ki, döyüşlər zamanı Pakistan ordusunun 27 hərbçisi xəsarət alıb.
* * * * *
Pakistanla sərhəddə baş verən münaqişədə Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.
Bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarətə götürüb.
Məlumata görə, tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib.
“Kabil, Paktiya və Qəndəharda Əfqanıstanın “Taliban” hərəkatının müdafiə mövqelərinə zərbələr endirilib”, – deyə nazir bildirib.








