Category: Dünya

  • Gürcüstanda Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıblar: Ömürlük həbs təhlükəsi

    Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları Batumidə xüsusilə külli miqdarda narkotik vasitənin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə Azərbaycan (1993-cü il təvəllüdlü N.A.) və Türkiyə vətəndaşlarını (1993-cü il təvəllüdlü S.S.) saxlayıblar.

    Bu barədə Median.Az Gürcüstan KİV-ə istinadən xəbər verir.

    Məlumata görə, təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı polis xüsusilə külli miqdarda narkotik vasitə olan heroini maddi sübut kimi müsadirə edib.

    İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxslər narkotik maddələrin qablaşdırılması və onların satış məqsədilə Batumidə müxtəlif yerlərdə yerləşdirilməsi ilə məşğuldurlar.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə ediblər.

    İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsi və 260-cı maddəsinin 4-cü hissəsinin “a” bəndi ilə aparılır ki, bu da 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

  • Türkiyəli məşhur müğənni Edis hava limanında SAXLANILDI

    Türkiyədə məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində məşhur müğənni Edis Görgülü hava limanında saxlanılıb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Qeyd edək ki, daha əvvəl Edis Görgülü barəsində İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və məşhur şəxsləri əhatə edən narkotik istintaqı çərçivəsində saxlanılma qərarı verilmişdi.

  • İranda zəlzələ olub

    Bu gün səhər saatlarında İranın Kirmanşah əyalətinin Qəsr-Şirin bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

    Məlumata görə, 07:31-də meydana gələn zəlzələnin ocağı 11 kilometr dərinlikdə qeydə alınıb.

    Hazırda təbiət hadisəsi nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmadığı bəlli deyil.

  • Əfqanıstan Pakistanın təyyarəsini vurdu

    Əfqanıstan ordusu Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni vurub.

    Bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

    Daha əvvəl Pakistan rəsmiləri Əfqanıstanın hərbi obyektlərinə zərbələr endirildiyini bəyan ediblər.

  • Nikol Paşinyan Anna Akopyandan ayrıldı

    Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyandan ayrılıb.

    Bu barədə Akopyan sosial şəbəkə hesabında məlumat verib.

    O bildirib ki, Paşinyanla yaşadığı hökumət bağını tərk edib.

    Akopyan bildirib ki, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki onun aldığı ev hələ tikilmə mərhələsindədir.

    Paşinyan isə sosial şəbəkə hesabında Akopyanın qərarına hörmətlə yanaşdığını bəyan edib:

    “Son 30 il ərzində həyatımın ən çətin günlərində mənim yanımda idi. Anna dayağım və dəstəyim olub. Yəqin ki, mən Akopyana daha çox acı vermişəm, buna görə ondan üzr istəyirəm”.

    Qeyd edək ki, daha əvvəl Paşinyanın vətəndaş nikahında yaşadığı Akopyanla münasibətlərində yeni mərhələyə qədəm qoyulduğu haqda məlumatlar yayılmışdı.

  • “WhatsApp Web” çökdü

    Fevralın 27-də səhər saatlarından etibarən “WhatsApp Web” qlobal səviyyədə problemlər ortaya çıxıb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, milyonlarla istifadəçi “WhatsApp” platformasına daxil olmaqda çətinlik çəkir.

    Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

  • Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib

    Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

    APA-nın Türkiyə bürosunun məlumatına görə, zəlzələ yerin 7 km dərinliyində qeydə alınıb.

    Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

    Kahramanmaraş valisi Mükerrem Ünlüer, AFAD əməkdaşlarının ərazilərdə baxış keçirdiyini bildirib.

    Vali, zəlzələ ilə bağlı hər hansı neqativ halın yaşanmadığını qeyd edib.

  • Pakistan və Əfqanıstan hərbçiləri arasında silahlı toqquşmalar başlayıb

    Əfqanıstanın altı həmsərhəd əyalətində Pakistan və Əfqanıstan hərbçiləri arasında silahlı toqquşmalar başlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “TOLO News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, iki ölkənin hərbçiləri Nanqarhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika əyalətlərində atışmaya başlayıblar. Döyüşlər Durand xətti yaxınlığında gedir.

    Hər iki tərəfdən mümkün itkilər barədə məlumat daxil olmayıb.

  • Aİ səfirləri Avropanı “bunker”dən gizlicə idarə edirlər

    Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri müasir dövrün çağırışlarının artması ilə əlaqədar Brüsseldə yerləşən “bunker”də daha tez-tez görüşməyə başlayıblar.

    Median.Az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, “bunker” müşahidə və ya dinləmə imkanlarını istisna etmək məqsədilə xüsusi şəkildə layihələndirilib. Nəşrin yazdığına görə, Aİ üzvləri burada sürətləndirilmiş prosedur qaydasında qərarlar qəbul edir və müasir dövrün ən ciddi çağırışlarına operativ reaksiya verə bilirlər.

    Bildirilib ki, “Coreper II” (ing. Committee of Permanent Representatives – Daimi Nümayəndələr Komitəsi) kimi tanınan diplomatlar qrupu Aİ-nin özü qədər uzun müddətdir fəaliyyət göstərir.

    Qrupun Avropa Komissiyasının güclənməsinə qarşı institusional tarazlıq yaratmaq məqsədilə qərar qəbuletmə səlahiyyətlərini tədricən genişləndirdiyi qeyd olunur. Məhz “Coreper II” Aİ-nin daha yüksək səviyyəsində razılaşdırılan qərarların hazırlanmasında əsas rol oynayır.

  • Sarkisyana qarşı sübutların araşdırılmasına başlanılıb

    Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın məhkəməsi davam etdirilib.

    Bu gün hakim Aram Qriqoryanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyana qarşı müdafiə naziri vəzifəsində çalışdığı dövrdə İsakov prospektindəki torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı cinayət işinə baxıb.

    Bugünkü məhkəmə iclasında sübutların araşdırılması başlayıb.

    Xatırladaq ki, prokurorlar əvvəlki iclasda ittiham aktını oxuyublar.