Category: Hadisə

  • Azərbaycanda yeni ailə quran cütlük hamamda öldü

    Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.

    ARB TV xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi ev 11 ünvanında qeydə alınıb.

    26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasını həkimləri onların öldüyünü müəyyən ediblər.

    Şahid: “Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb deyib ki, “mama çıxırıq”. Üzərindən 10, 15 dəqiqə keçmişdi gördüm yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm qışqırır mən də qaçdım dalıyca. Qapını təpiklə sındırdım. Gördüm ikisi də yerdədir”.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda sevgilisinə əsəbiləşən qadın yüksək dozalı dərman içib …

    Bakıda qadın əsəbiləşərək dərman içib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

    Rayon sakini, 1987-ci il təvəllüdlü Şahvələdova Məlahət Nadir qızı Famil adlı tanışı ilə mübahisə edib. Famil adlı şəxs ona yalan vədlər verərək onun hissləri ilə oynadığından qadın əsəbiləşərək “Majezik” adlı ağrıkəsici həbindən 6-7 ədəd içib.

    Nəticədə qadın zəhərlənmə ilə xəstəxanaya gətirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Azərbaycanda 19 yaşlı gəncin ölümünün dəhşətli təfərrüatı: atasının maşınını qaçırdı və…

    Kürdəmir rayonunda 19 yaşlı oğlanın ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, rayonun Xirdapay kəndi ərazisində aşan “KİA Rio” markalı avtomobili idarə edən 1999-cu il təvəllüdlü Əli Sahib oğlu Abbasovun maşını sürücülük vəsiqəsi olmadan idarə etməsi məlum olub.

    Belə ki, noyabrın 25-də 19 yaşlı Əli atasına məxsus olan mağazanın qarşısından icazəsiz olaraq “KİA Rio” markalı avtomobili götürərək uzaqlaşıb. O, həmin gecəni evə gəlməyib və ailə üzvləri polisə müraciət edərək Əli Abbasovun maşınla birgə itkin düşdüyünü bildiriblər. Dünən isə gənc oğlan rayon mərkəzinə bitişik olan Xırdapay kəndi ərazisində maşının idarəetməsini itirərək aşırıb. O, su kanalına düşən avtomobildən çıxa bilməyib və suda boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə “KİA” kanala aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Xirdapay kəndi ərazisində rayon sakini Əli Abbasovun idarə etdiyi “KİA” markalı avtomobili yol kənarındakı su kanalına aşırıb.

    Nəticədə sürücü hadisə yerində ölüb.

    Kürdəmir RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Göranboyda “VAZ 2106” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 24-ü saat 8 radələrində Dəliməmmədli şəhərində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə şəhər sakini Heydər Allahverdiyevi vurub.

    Mərkəzi rayon xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

    Goranboy RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Samuxda “VAZ 2105” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 25-i saat 9 radələrində Çobanabdallı kəndi ərazisində kənd sakini Elvin Rəhimov idarə etdiyi “VAZ-21053” markalı avtomobillə həmkəndlisi
    Svetlana Məhərrəmovanı vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Samux RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Kürdəmirdə məktəbin tavanı uçub – FOTO

    Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb.

    Məktəbin direktoru Abduləli Qocayev saytımıza açıqlamasında bildirib ki, məktəbin dəhlizinin tavanı dərs zamanı uçub:

    “Şagirdlərdən xəsarət alan olmayıb. Dərslər tam qaydasında keçirilib. Hadisə ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib”.

    Abduləli Qocayev qeyd edib ki, üç ildir ki, yeni məktəb tikintisi olmalı idi, amma hələ tikinti başlamayıb.

    Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.


  • Bakıda fəhlə hündürlükdən yıxıldı

    Bakıda fəhlə binanın fasadında təmir işləri aparılarkən hündürlükdən yıxılıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu binanın beşinci mərtəbəsindən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşüb və nəticədə xəsarət alıb.

    Hadisə şahidləri bildiriblər ki, həkimlər yuxarı qalxa bilmədikləri üçün N. Yolçuyev bir müddət taxta konstruksiyanın üzərində qalıb.

    Sonra hadisə yerinə gələn FHN əməkdaşlarının köməyi ilə təhlükəsizlik trosu bağlanılıb. N. Yolçuyev aşağı düşürülüb və xəstəxənaya aparılıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. N. Yolçuyevə baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Xudatda “Azərişıq” ASC-in əməkdaşları qəzaya düşüblər

    Median.Az xəbər verir ki, noyabrın 21-i saat 16 radələrində Xaçmaz rayonunun 4-cü şöbə kəndinin ərazisində, rayon sakini Feyruz Soltanov idarə etdiyi “VAZ-2112” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub.

    Nəticədə sürücü və sərnişini Etimad Əzizov Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.Əzizov orada ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Məlumata görə, “Lada Priora”nın sürücüsü və sərnişin “Azərişıq” ASC-nin Xudat şöbəsinin əməkdaşları olub.

  • Bakıda 38 yaşlı kişi itkin düşüb

    Bakıda daha bir nəfər itkin düşüb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 15, mənzil 45-də baş verib.

    Həmin ünvanda yaşayan Axundov Cəlal Urxan oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə eyni ünvanda yaşayan qardaşı Axundov Ramiz Urxan oğlu noyabrın 17-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.