Category: Hadisə

  • Bakı-Kazan avtobusu qəzaya düşdü

    Ötən gecə Rusiyanın Saratov vilayətinin Volsk rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzindən 30 kilometr aralıda, Klyuçi kəndinin ərazisində qeydə alınıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakıdan Kazan istiqamətində hərəkət etən avtobus yol kənarındakı maneəyə çırpılıb.

    Hadisə zamanı xəsarət alan olmayıb, avtobusun arxa tərəfi zədələnib.

    “Administrasiya dərhal hərəkətə keçib və avtobusun sərnişinlərinin müvəqqəti olaraq yerləşdirilməsi ilə məşğul olub”, – vilayətin rəhbəri Yuri Yurin deyib.

  • Balakəndə “Nissan” dirəyə çırpılıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, noyabrın 21-i gecə saat 1 radələrində Poçtbinə kəndi ərazisində Bakı şəhər sakini Ülvi Əliyev idarə etdiyi “Nissan” markalı avtomobili elektrik dirəyinə vurub.

    Nəticədə zərbədən avtomobil aşıb və sürücü hadisə yerində ölüb.

    Balakən RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Şəkidə “VAZ” azyaşlını vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 20-i saat 17 radələrində Vərəzət kəndində rayon sakini Asiman Sədirov idarə etdiyi “VAZ-21061” markalı avtomobillə kənd sakini, azyaşlı Mehrab Qasımovu vurub.

    Mərkəzi Rayon Xəstəxanasna yerləşdirilmiş uşaq orada ölüb.

    Şəki ŞRPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Zaqatalada “Lada” ağaca çırpılıb, 2 nəfər ölüb


    Median.Az
    xəbər verir ki, noyabrın 20-i saat 22 radələrində Yolayrıç kəndi ərazisində rayon sakini Emin Kahayev idarə etdiyi “Lada Priora” markalı avtomobili ağaca vurub.

    Nəticədə sürücü hadisə yerində, sərnişini Amid Şabanov isə Mərkəzi Rayon Xəstəxanasında ölüblər.

    Zaqatala RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Nizami rayonunda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, noyabrın 20-i saat 20 radələrində Babək prospektində Bakı şəhər sakini Rahim Sultanov idarə etdiyi “Daewoo” markalı avtomobilli yolun kənarında dayanmış paytaxt sakini Emil Həsənova məxsus “Audi” markalı avtomobilə vurub.

    Nəticədə R.Sultanov hadisə yerində ölüb, E.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilib.

    Nizami RPİ-də faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda “Lexus” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, noyabrın 20-i saat 20 radələrində Sumqayıt şəhərində Ceyhun Baxışov idarə etdiyi “Lexus” markalı avtomobillə Yavər Əhmədovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Sumqayıt ŞPİ-də faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda yırtıcı heyvanlar sakinlərə hücum etdi: 4 nəfər yaralandı

    Lənkəran rayonunda çaqqallar sakinlərə hücum edib.

    Median.Az “Report”a oistinadən xəbər verir ki, hadisə rayonun Osaküçə kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 58 yaşlı Südabə Əlibala qızı Həsənova, 60 yaşlı Bəxtiyar Şahhüseyn oğlu Həsənov, 37 yaşlı Rakif Balaxan oğlu Dövlətov və 31 yaşlı Cavid Ələmdar oğlu Hümmətov yırtıcı heyvanların hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Onlara quduzluq əleyhinə vaksin vurulub.

    Xəsarət alan S.Həsənovanın sözlərinə görə bağda toyuq-cücə səsi eşidərək həyətə düşüb və çaqqalın ev quşlarını tələf etdiyini görüb. Bu zaman yırtıcı heyvan ona hücum edib: “Boğazımı dişləmək istəyirdi. Əllərimlə üzümü tutdum. Yerə yıxılıb sifətimi yerə dayadım. Evdəkiləri köməyə çağırdım”.

    Çaqqal qadının bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Köməyə gələn onun həyat yoldaşı B.Həsənov da yırtıcı heyvanların hücumuna məruz qalıb. Çaqqal onun üzərinə tullanaraq sifətini dişləyib.



  • Bakıda həyat yoldaşından ayrılan kişidən DƏHŞƏTLİ ADDIM

    Bakı sakini intihar edib.

    Median.Az report-a istinadən xəbər verir ki, Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 1972-ci il təvəllüdlü Xasayev Yaşar Kamal oğlu özünü həyətin darvazasından asıb.

    İntiharın dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

    İlkin araşdırma zamanı məlum olub ki, Y.Xasayev bir müddət öncə həyat yoldaşından ayrılıb və tək yaşamağa başlayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda qız türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı

    Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub.

    Median.Az xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Nərimanov rayon Prokurorluğundan məlumat verilib.

    Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb.

    Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb.

    İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb.

    Hadisənin şahidləri hündürdən düşən qızın cəsədinin hissələrə parçalandığını bildiriblər.

    O da məlum olub ki, qızın tanışları bu barədə sözügedən Türkiyə vətəndaşına xəbər veriblər. O isə dərin təəssüf hissi keçirdiyini, belə bir hadisənin baş verəcəyini ağlına belə gətirmədiyini deyib.

    Faktla bağlı araşdırma davam edir.

  • Metroda bədbəxt hadisə: maşinist vaqonların arasına yıxıldı

    “Bakı Metropoliteni”nin bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında maşinist ehtiyatsızlıq səbəbindən vaqonların arasına düşərək xəsarət alıb.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi açıqlamaya görə, hadisə noyabrın 19-u səhər saatlarında baş verib:

    “Hadisə iki gün əvvəl baş verib. Həmin gün metronun Bənövşəyi xətt üzrə “Avtovağzal-Memar Əcəmi-2” stansiyasına hərəkət edən qatarın maşinisti Rəmzi Rüstəmov təhlükə ilə üzləşib.

    Belə ki, maşinist “Avtovağzal” istiqamətində platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, yıxılıb. Xoşbəxtlikdən əməkdaşlarımız bunu görüb və dərhal müdaxilə edərək onu xilas ediblər.

    R.Rüstəmov xəstəxanaya çatdırılıb. Çox ciddi xəsarət almayıb, sadəcə, qolu sınıb. Hazırda maşinist işə çıxmır və bülletendədir. Əmək Müfəttişliyinə faktla bağlı məlumat verilib, hadisə araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

    Qeyd edək ki, insidentlə ilə bağlı ilk məlumatı Modern.az saytı yayıb.