Category: Hadisə

  • Xətai və Xəzər rayonlarında piyadalar vurularaq, ölüb

    Median.Az xəbər verir ki, Xətai rayonunun Zığ yolu küçəsində Cəlilabad rayon sakini Şahin Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə paytaxt sakini Maral Bədəlovanı vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Anoloji hadisə Xəzər rayonunda baş verib. Belə ki, Qala qəsəbəsində Bakı şəhər sakini Mahir Əmirov idarə etdiyi “Renault” markalı avtomobillə paytaxt sakini Fikrət Şahbazovu vurub. Aldığı ağır xəsarətdən piyada hadisə yerində ölüb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Xızıda yol qəzasında 2 nəfər ölüb

    Median.Az xəbər verir ki, noyabrın 19-u saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomaşına vurub.

    Nəticədə Ş.Ələkbərov və sərnişini Leyla Mustafazadə hadisə yerində ölüblər, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Babək prospektində ağır qəza – Avtomobil çevrildi (VİDEO)

    Bakının Babək prospektində avtomobil qəzası baş verib.

    Toqquşma nəticəsində “KİA” markalı avtomobil aşıb.

    Sürücünün vəziyyəti ağırdır.
    /Baku.ws

  • Azərbaycanda müəllim və şagirdlər arasında kütləvi zəhərlənmə olub

    “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilər zəhərlənib.

    “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində bu gün Şəki şəhərində olan aksiya iştirakçılarından – müəllim, Tovuz rayon sakini, 1964-cü il təvəllüdlü Sahibə Həsən qızı Əliyeva, şagirdlər – Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ələsgər Rac oğlu Əliyev, Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü Emil Vüqar oğlu Alşanov, Göygöl rayon sakini, 2002-ci il təvəllüdlü Ayxan Nizami qızı Süleymanlı, Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Tabutay Eldəniz oğlu Hüseynli, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Şəlalə Şirin qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

    Xəstəxanadan “Report”averilən məlumata görə, müayinə zamanı məlum olub ki, tur-aksiyası iştirakçıları bu gün səhər saatlarında Qəbələ rayonunda qaldıqları otellərdən birində səhər yeməyi yedikdən sonra Şəkiyə gəliblər. Biri müəllim olmaqla beş şagirddə qida zəhərlənməsı baş verib. Onlara xəstəxanada lazımi tibbi yardımlar göstərildikdən sonra vəziyyətləri qənaətbəxş olduğundan nəzarətdə olmaq şərti ilə evə buraxılıblar.

  • Bakıda dəm qazı gəncin həyatına son qoydu: İşdən gəlib, hamama girdi…

    Bakının Binəqədi rayonunda 20 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib.

    Hadisə Binəqədi qəsəbəsi 3-cü mədən ərazisində baş verib.

    Belə ki, 20 yaşlı Mütəllimov Namiq Fərhad oğlu dünən işdən evə gəlib, yuyunmaq üçün hamama daxil olub. Üzərindən bir neçə saat keçdikdən sonra ailəsi onun hamamdan gec çıxdığını görüb, qapını açıblar. N.Mütəllimov vanna otağında huşsuz vəziyyətdə uzandığına görə ailəsi təcili yardıma zəng edib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    İlkin ehtimala görə, N.Mütəllimov hamam otağında quraşdırılan qazla işləyən qızdırıcı sobada dəm qazının sızması nəticəsində dünyasın dəyişib.

    Qeyd edək ki, əslən Şamaxı rayonundan olan 20 yaşlı Mütəlimov Namiq Fərhad oğlu özündən kiçik bir qardaşı və bir bacısı var.

    ///Unikal.org

  • Bakıda “Porsche” ilə qəza törədən sürücü qaçdı – VİDEO

    Ötən gecə saat 02:30 radələrində paytaxtda avtomobil qəzası baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

    Belə ki, şəxsiyyəti məlum olmayan sürücü “Porsche” markalı, 99 HR 999 dövlət nömrə nişanlı avtomobili öncə maneəyə çırpıb, daha sonra qəzalı vəziyyətdə idarə edib.

    Sürücü avtomobili tam yararsız vəziyyətə gətirdikdən sonra Araz Novruzov 27 küçəsində buraxaraq hadisə yerindən qaçıb.

    Faktla bağlı araşdırma aparılır.


  • Gəncədə binada partlayış: ölənlər var – FOTO + YENİLƏNİB

    Gəncə şəhərində baş verən partlayış zamanı dağıntılar altında qalanlardan daha iki nəfərin meyiti çıxarılıb.


    Şəxsiyyəti məlum olmayan qadınla birgə 21 yaşlı oğlunun da cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Verilən məlumata görə, qadın müəllim olub.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyi Gəncədəki partlayışla bağlı yeni məlumatı yayıb.

    FHN-dən verilən məlumata görə, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb:

    “1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib. Hazırda FHN-nin Gəncə Regional Mərkəzinin və regionda olan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvanda xilasetmə işlərini həyata keçirirlər.

    Axtarış işlərinin sürətləndirilməsi üçün əlavə olaraq Nazirliyin Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloji qrupu xüsusi təlim keçmiş itlərlə Aviasiya dəstəsinin helikopteri ilə Bakıdan Gəncə şəhərinə gətirilib”.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində dağıntılar altından bir nəfər sağ çıxarılıb.

    Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hadisə yerinə altı təcili tibbi yardım briqadası cəlb olunub. Dağıntılar altından çıxarılan şəxs hərbi qulluqçu olub. Yaralı təcili olaraq hərbi hospitala yerləşdirilib.

    Məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən şəxs də hərbçi olub.

    * * * * *

    Səhiyyə Nazirliyi Gəncədə yaşayış binasında baş verən partlayış zamanı bir nəfərin ölməsini təsdiqləyib.

    Bu barədə oxu.az-a açıqlamasında nazirliyin rəsmisi deyib.

    Onun sözlərinə görə, dağıntılar altından daha bir nəfər çıxarılıb.

    “O, yüngül xəsarətlər almışdı. Xəstəxanaya yerləşdirilməkdən imtina etdi”, – deyə qurum rəsmisi bildirib.

    Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

    09:31

    Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı iki ailə dağıntılar altında qalıb.

    Oxu.Az Report-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov deyib.

    O, bildirib ki, ərazidə xilasetmə işləri davam etdirilir:

    “Bu gün səhər saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinə yaşayış binasında uçqun olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə əməkdaşlarımız tərəfindən baxış keçirilib. Xilasedicilər tərəfindən xilasetmə əməliyyatlarına başlaınılıb, bütün lazımi texnikalar əraziyə cəlb olunub”.

    M.Zeynalov əlavə edib ki, uçqun zamanı dörd mənzildə dağıntılar qeydə alınıb:

    “İlkin araşdırmalar nəticəsində məlum olub ki, iki evdə yaşayış olmayıb. Digər evlərdə yaşayan ailələrin kimlikləri dəqiqləşdirilir. Hazırda mütəxəssislər tərəfindən binaya baxış keçirilir. Əgər yaşayış binasındakı digər mənzillərdə yaşayan sakinlərin həyatı üçün təhlükə yaranarsa, onlar da təxliyə edilərək başqa ərazilərə köçürüləcək”.

    * * * * *

    Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    İlkin məlumatlara görə, bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılıb.

    Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

    Median.Az xəbər verir ki, bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

    FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

    İlkin məlumata görə, üç girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında partlayış olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

    Nəticədə üçüncü blokun bir hissəsi çöküb.

    İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

    Faktla bağlı araşdırma aparılır.





  • Tovuzda “Niva” piyadanı vurub, öldürüb


    Median.Az
    xəbər verir ki, Dönük Qırıqlı kəndi ərazisində Qovlar şəhər sakini Vüsal Ələkbərov idarə etdiyi “Niva” markalı avtomobillə kənd sakini Cəmil Əmiraslanovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Tovuz RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Bakı-Sumqayıt yolunda ağır qəza – Türkiyə vətəndaşı öldü – Video

    Bakı-Sumqayıt yolunun 7-ci kilometrində ağır yol qəzası baş verib.

    Hadisə zamanı yolu keçən şəxsi maşın vurub. Hazırda yollar qəzaya görə bağlanıb.

    Hadisə yerində keçinən şəxsin Türkiyə vətəndaşı olduğu bildirilir.
    //yenicag.az

  • Binəqədi rayonunda avtomobil piyadanı öldürüb, qaçıb

    Median.Az xəbər verir ki, noyabrın 17-i saat 3 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Elman Salehov vurulub.

    Nəticədə piyada hadisə yerində ölmüşdür.

    Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.