Category: Hadisə

  • Qobustanda faciə: Azyaşlı qardaş-bacı yanaraq ölüb

    Трагедия в Гобустане: брат и сестра сгорели заживо

    Qobustan rayonu, Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları yanıb.

    Median.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkarlanıb. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

  • Şamaxıda qəza: Boru sürücünün qasığından girərək belindən çıxıb

    Şamaxıda qəza: Boru sürücünün qasığından girərək belindən çıxıb

    Şamaxıda yolda baş verən bədbəxt hadisə nəticəsində sürücü ağır yaralanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Nağaraxana kənd sakini Rəşayiq Pərviz oğlu Məmmədov avtomobil idarə edər zaman yolun ortasında olan dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib.

    O, ağır vəziyyətdə “təcili yardım” maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri Ədalət Həmidov bildirib ki, xəstə ağır vəziyyətdə şöbəyə daxil olub və ilkin müayinələr zamanı müəyyən edilib ki, dəmir boru xəstənin xayalıq hissəsindən daxil olaraq sağ bel nahiyəsindən çıxıb.

    Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakının Tibb Univeristetinin Tədris Cərrahiyə Klinikasına göndərilib.

    Hadisənin dəqiq səbəbləri araşdırılır.

  • Abşeronda məktəbli qız yaşadığı evdə ölü tapıldı

    Abşeronda məktəbli qız yaşadığı evdə ölü tapıldı

    Abşeronda 11-ci sinif şagirdinin meyiti yaşadığı evdə tapılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, Xırdalan şəhər, Misir-Ərəb təmayüllü 9 saylı tam orta məktəbin 11 a sinif şagirdi Nuriyeva İlahə Nofəl qızı yaşadığı evdə ölü vəziyyətdə tapılıb.

    Onun meyitini yaxınları aşkarlayıblar. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Samuxda ağır qəza: İki ölü

    Samuxda ağır qəza: İki ölü

    Samuxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə-Sərkar yolunda qeydə alınıb.

    “QAZel” və “VAZ 21010” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan iki nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.

    Məlumata əsasən, qəzaya düşən şəxslərin yaxınları hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobilinə hücum ediblər. Maşının şüşələri sındırılıb, sürücü isə bədən xəsarətləri alıb.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

  • Qaxda 19 yaşlı qız nişan günü özünü asdı

    Qaxda 19 yaşlı qız nişan günü özünü asdı

    Qax rayonunun Üzümlü kəndində intihar hadisəsi qeydə alınıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

    Məlumata görə, S. Əbdürrəhmanovanın bu gün nişanı olacaqmış.

    Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

  • Bərdədə xəstəxanadan qaçmaq istəyən şəxs faciəvi şəkildə öldü

    Bərdədə xəstəxanadan qaçmaq istəyən şəxs faciəvi şəkildə öldü

    Bərdə rayonunda orta yaşlı kişi özünü xəstəxananın pəncərəsindən yerə atıb.

    Median.Az Report-a istinadən bürosu xəbər verir ki, Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan Vəliyev Marif Hüseyn oğlu tibb müəssisəsindən qaçmaq məqsədi ilə birinci mərtəbədən yerə atılıb.

    Bu zaman xəstənin başı yerə dəydiyindən o, ağır kəllə-beyin travması alıb. Yaralı bu dəfə Reanimasiya şöbəsinə yerləşdiriləsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

    Xəstəxanadan verilən məlumata görə, Marif Vəliyev ilk öncə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən yol kənarında yıxılmış vəziyyətdə tapılaraq xəstəxanaya gətirilib. Özünü normal aparmayan xəstə həkim nəzarətinə götürülərək Travmatologiya şöbəsinə yerləşdirilib. Məhz bundan sonra xəstə gecə saatlarında müalicə aldığı palatanın pəncərəsini açaraq qaçmağa cəhd göstərib.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyində müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

    Faktla bağlı Bərdə Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Sumqayıtda pirotexniki vasitələrdən üç nəfər ağır xəsarət alıb

    Sumqayıtda pirotexniki vasitələrdən üç nəfər ağır xəsarət alıb

    Bayram günü Sumqayıt şəhərində satışı qadağan olunmuş pirotexniki vasitələrdən istifadə nəticəsində üç nəfər ağır xəsarət alıb.

    Median.Az-ın Report-a istiandən məlumatına görə, əl nahiyələrindən xəsarət alan şəhər sakinləri – 42 yaşlı Emin Ağayev, 38 yaşlı Elşad Əliyev və 47 yaşlı İlham Şəfqətov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

    Həkimlərin dərhal müdaxiləsindən sonra Emin Ağayev və Elşad Əliyevin əli əməliyyat olunub. İlham Şəfqətovun vəziyyəti ağır olduğundan 2 barmağı amputasiya edilib.