Category: Hadisə

  • Bakıda metroda qatarın altında qalıb iki yerə bölünən gəncin intihar VİDEOsu

    Bakı metrosunda baş verən intihar hadisəsi kameraya düşüb.

    Baku.ws-in məlumatına görə, “Ulduz” metro stansiyasında saat 22:10 radələrində qeydə alınan intihar hadisəsini ətrafdakı insanlar çəkə bilib.

    Özünü “H.Aslanov” metrostansiyasından “İçəri Şəhər”ə gedən qatarın altına atan şəxsin 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu olduğu məlum olub. Hadisə nəticəsində həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

    Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub.

  • Bakıda özünü dənizə atan gənc şair olub – FOTO

    В Баку покончил с собой молодой поэт – ФОТО

    Yanvarın 8-də Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin kimliyi məlum olub.

    Özünü dənizə atan gənc şairdir.

    Yanvarın 8-də. saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxs gənc şair, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu imiş.

    M. Cahangirov intihardan öncə bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb./oxu.az

    В Баку покончил с собой молодой поэт – ФОТО

  • Bakı metrosunda intihar: sərnişin özünü qatarın altına atdı

    Bakı metrosunda intihar: sərnişin özünü qatarın altına atdı

    Bakı metrosunda intihar hadisəsi baş verib.

    “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində “Ulduz” metro stansiyasında qeydə alınıb.

    Belə ki, 20-25 yaşlarında kişi özünü “H.Aslanov” metrostansiyasından “İçəri Şəhər”ə gedən, 15 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb.

    Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.

    Daha sonra özünü qatarın altına ataraq intihar edənin kimliyi müəyyənləşdirilib.
    Bu, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğludur.

  • İmişlidə məktəblini avtomobil vuraraq öldürdü

    İmişlidə məktəblini avtomobil vuraraq öldürdü

    İmişli rayonunda avtomobil azyaşlını vurub.

    Median.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil Mirili kənd sakini, 2009-cu il təvəllüdlü Şahpələngova Təranə Sakit qızını magistral yolu keçərkən vurub. Məktəbli ağır vəziyyətdə İmişli Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

    Uşaq aldığı xəsarətlərdən 1 saat sonra ölüb.

    Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

  • “London Taxi” “Park İnn”ə çırpıldı – FOTO

    “London Taxi” “Park İnn”ə çırpıldı – FOTO

    Bakıda yol qəzası baş verib.

    Hadisə Neftçilər prospektində baş verib.

    Belə ki, “London Taxi”nin sürücüsü idarəetməni itirərək avtomobili “Park İnn” hotelinin qarşısında maneəyə çırpıb. Avtomobilə ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır. /oxu.az

    “London Taxi” “Park İnn”ə çırpıldı – FOTO

  • Azərbaycanda orta məktəb mühafizəçisi iş yerində ölü tapılıb

    Samux rayonunda məktəb mühafizəçisi iş yerində ölü tapılıb.

    Median.Az-ın “Report”a istinadən məlumatına görə, rayonun Çobanabdallı kənd orta məktəbində mühafizəçi işləyən, 1947-ci il təvəllüdlü Kərəm Rəsul oğlu Əhmədov iş yerində ölü tapılıb.

    Onun ölüm səbəbi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobus yandı

    Gürcüstanın Rustavi şəhəri yaxınlığında Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusunda yanğın baş verib.

    Avtobusda olan 50-yə yaxın sərnişin avtobusu vaxtında tərk edə bilib. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.

    Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə briqadası yanğını söndürüb. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. (APA)

  • Bakıda sərnişin avtobusu dərəyə aşıb, 25 nəfər xəsarət alıb – VIDEO

    Bakıda 175 saylı sərnişin avtobusunun dərəyə aşması nəticəsində 25 nəfər xəsarət alıb.

    “Report” xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Zığ şosesində baş verib.

    Qəza avtobusun sərt döngəyə yüksək sürətlə daxil olması nəticəsində qeydə alınıb. Bu zaman sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Nəticədə avtobusda olan sərnişinlərin demək olar hamısı xəsarət alıb. Onlardan 10 nəfərinə yerində ilkin tibbi yardım göstərilib, 15 nəfər 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan 13-ü böyük, ikisi isə azyaşlıdır.

    Hələlik qəza zamanı ölüm hadisəsinin baş vermədiyi bildirilir.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.

  • Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi – FOTO

    Ailənin tək oğlunun Türkiyədən cənazəsi gəldi – FOTO

    Ata çörək pulu arxasınca Rusiya, gənc oğul isə Türkiyəyə üz tutmuşdu. Bir müddətdən sonra ata oğlunu vətənə gətirdi, amma cansız bədənini. PressClub.Az xəbər verir ki, Qazax rayon, Qazaxbəyli kənd sakini Hüseynin qəfil ölümü hər kəsi təəccübləndirib. İşləmək üçün Türkiyəyə gedən 22 yaşlı gəncin vəfatı hər kəsi sarsıdıb.

    Onunla gedən yoldaşları deyirlər ki, Hüseynin indiyə kimi səhhəti ilə bağlı ciddi şikayəti olmayıb. Faciə ötən ilin dekabrında Türkiyənin Balıkesir vilayətinin Yeniköy qəsəbəsində baş verib. Qazaxbəyli kəndinin üç gənci qazanc arxasınca həmin ünvana üz tuturlar. Orada hind toyuğu saxlayan fermerin yanında muzdurluq edirlər. İşdən sonra yoldaşları əylənmək üçün evdən çıxsalar da, Hüseyn evdə istirahətə üstünlük verir.

    Qayıdanda isə evdə onu ölmüş vəziyyətində tapırlar. 1995-ci təvəllüdlü Məmmədov Hüseyn Məhəmmədəli oğlunun yoldaşı Coşğun bildirir ki, Hüseyn divanda uzanıqlı vəziyyətdə qalmışdı və qulağından qan gəlirdi.

    “İndiyə qədər səhhətindən şikayətçi olmamışdı, sadəcə arada deyirdi ki, böyrəkləri ağrıyır”. Oğlunun qara xəbərini alan ata cənazəni gətimək üçün Rusiyadan Türkiyəyə gedir. Həkimlər ölüm səbəbi kimi beyinə qansızma göstəriblər. Lakin bu səbəb doğmalarını razı salmayıb. Onlar sağlamlığından şikayətçi olmayan gəncin qəfil ölümündə şübhəli məqamaların oduğu qənaətindədirlər. Hüseyn iki bacının bir qardaşı idi.




  • Abel Məhərrəmova ağır itki

    Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova ağır itki üz verib.

    Median.Az-in yeniçağ.az-a istinadən verdiyi məlumatına görə, rektorun qardaşı Məhərrəm Məhərrəmov dünyasını dəyişib.

    Onun bu gün ürək tutmasından iş başında vəfat etdiyi bildirilir.

    Qeyd ebək ki, Məhərrəm Məhərrəmov Prezident Admnistrasiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri idi.

    Allah rəhmət eləsin!

    Abel Məhərrəmova ağır itki