Category: Hadisə

  • Bakı metrosunda daha bir FACİƏ: intihar fikrini dəyişsə də, ölümdən xilas ola bilmədi…

    Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

    Median.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

    Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun “Qara Qarayev” stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

    Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatar “Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

    Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

    * * * * *

    Median.Az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə 09:18 radələrində “Qara Qarayev” metro stansiyasında qeydə alınıb.

    Belə ki, “H.Aslanov” metrostansiyasından “Dərnəgülə”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.

    “Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır”, – deyə N.Paşayev vurğulayıb.

    * * * * *

    Bu gün səhər saatlarında Bakı metrosunda daha bir faciə yaşanıb.

    Milli.Az-a hadisə şahidinin verdiyi məlumata görə, “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə hərəkət edən qatar yaşlı kişini vurub.

    İddia edilir ki, kişi intihar etmək istəyib. Lakin tərrəddüd edib. Əvvəl özünü qatarın altına atmaq fikrində olan şəxs son anda fikrini dəyişib. Bununla belə ölümdən xilas ola bilməyib.

    Platformaya girən qatar təhlükəsizlik xəttini keçərək önə çıxan kişini vurub. Qatarın güzgüsünün sərt toxunuşu adamın həyatını dəyişməsi ilə nəticələnib.

  • Bakıda daha bir avtobus qəzaya düşdü – 14 yaşlı uşağın boğazı kəsildi

    В Баку бетономешалка столкнулась с автобусом, есть пострадавшие

    Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən “Səkkizinci kilometr” bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qəzaya uğrayıb.

    Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

    Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

    Hadisə yerinə təcili yardım gəlib.

  • Bakıda qalmaqala səbəb olan obyekt yanır – VİDEO

    Bakıda qalmaqala səbəb olan obyekt yanır - VİDEO

    Bakıda yeni tikilən obyektdə yanğın olub.

    Baku.ws-in məlumatına görə, Əhmədli metrosunun yaxınlığında tikilməkdə olan obyekt yanıb.

    Hadisə şahidlərinin sözlərinə görə, yanğın qısa müddətdə xeyli ərazini ağuşuna alıb.

    Daha əvvəl xəbər verdiyimiz kimi həmin ərazidə ağaclar qanunsuz olaraq kəsilərək yerində obyekt tikilir.

    Hadisə yerindən videonu təqdim edirik.

  • “Dünya TV”nin çəkiliş qrupu qəzaya düşüb

    “Dünya TV”nin çəkiliş qrupu qəzaya düşüb

    “Dünya” TV-nin çəkiliş qrupu qəzaya düşüb.

    APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonu ərazisində, “Nəvahi” postu yaxınlığında baş verib.

    “Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu “Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

    Verilişin aparıcısı Aqşin Kazımoğlu APA-ya faktı təsdiqləyib: “Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.

  • Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

    Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

    Bakıda güclü külək zamanı daş hasar gənc oğlanın üzərinə aşıb

    “Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib

    Belə ki, Biləcəri qəsəbəsində 1992-ci il təvəllüdlü Əliyev Əhməd Fərman oğlu yol kənarı ilə hərəkət edən zaman güclü küləyə tab gətirməyən daş hasar uçub. Nəticədə daşlar Ə.Əliyevin üzərinə düşüb. O, xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Həkimlər Ə. Əliyevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

  • Masallıda banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırdı

    Masallıda banka borcu olan şəxs məhkəmə qarşısında özünü yandırdı

    Masallı rayonu, Şərəfə kənd sakini Zeynalov Raqif Əsəd oğlu özünü yandırıb.

    Median.Az Musavat.com saytına istinadən xəbər verir ki, hadisə bu gün rayon məhkəməsinin qarşısında baş verib.

    Məlumata görə, Raqif Zeynalov Masallı Rayon Məhkəməsinin qərarına etiraz olaraq özünü yandırıb. Vəziyyəti ağır olan Raqif Zeynalov Bakıya yola salınıb.

    O, hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsindədir.

    Əldə etdiyimiz məlumata görə, R.Zeynalovun banka borcu olub. Borcunu vaxtında ödəyə bilmədiyi üçün məhkəmə vasitəsi ilə onun hesabından aylıq maaşı tam olaraq tutulub. R.Zeynalov buna etiraz edib və benzinlə özünü yandırıb.

  • Bakıda “Ariva” otelə 3 fahişə çağıran 56 yaşlı ərəb öldü

    Bakıda "Ariva" otelə 3 fahişə çağıran 56 yaşlı ərəb öldü

    Yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, insident Zərdabi küçəsində yerləşən “Oriva” hotelinin 311 nömrəli otağında baş verib.

    Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib.

    Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.

    İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

    Fakt üzrə istintaq davam edir.

  • Özünü 600 manata görə öldürüb! – Təhsil haqqını ödəyə bilmirmiş

    Özünü 600 manata görə öldürüb! - Təhsil haqqını ödəyə bilmirmiş

    Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

    Median.Az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.

    Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.

    Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.

    Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.
    00

  • Lənkəranda doğuş zamanı əkiz körpələr öldü

    Трагедия в ленкоранском роддоме: умерли близнецы

    Lənkəran rayonunda doğuş zamanı əkiz körpələr ölüb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

    Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb və buna görə də həkimlər körpələrin yeddi aylıq dünyaya gətiririlməsinə qərar veriblər.

    Körpələrdən biri qız, biri oğlan olub. Doğuş zamanı əkiz körpələr dünyasını dəyişib.

    Məlumata görə, bir il öncə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada ölüb.

    Hadisə ilə bağlı araşdırma aparılır.

  • Aeroport yolunda ağır qəza: ölən var – FOTO

    Aeroport yolunda ağır qəza: ölən var - FOTO

    Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az xəbər verir ki, yenicag.az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, aeroport yolunda, “Komsomol” dairəsi yaxınlığında “Hundai Santafe” markalı 99-XD-702 dövlət nişanlı maşın orta yaşlı kişini vurub. Məlumata görə, o hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma başlanıb.

    Aeroport yolunda ağır qəza: ölən var - FOTO