Category: İdman

  • “Qəbələ” Hollandiya klubuna futbolçu satdı

    “Qəbələ” Hollandiya klubuna futbolçu satdı

    “Qəbələ” hollandiyalı müdafiəçisi Deyv Bultöyslə yollarını ayırıb.

    Müdafiəçi Hollandiyanın “Heerenveen” klubuna keçib.

    “Qəbələ” yayda azad agent kimi heyətinə qatdığı oyunçunun gedişindən pul da qazanacaq. “Qırmızı-qaralar” “Heerenveen”dən 300 min avro tələb etsə də, qarşı tərəfin cəhdləri nəticəsində bundan nisbətən az məbləğə razılaşma əldə edilib.

    “Heerenveen”lə 2.5 illik müqaviləyə imza atmış futbolçu keçidi ilə bağlı yerli mediaya ilk açıqlamalarını da verib:

    “Yenidən Hollandiyaya döndüyüm üçün çox şadam. Təkrar diqqət mərkəzində olmaq və öz oyunumu göstərmək istəyirəm. Bunu Almaniyada – “Nürnberq”də bacarmışdım, bu dəfə də bacaracağıma inanıram. “Heerenveen” yayda mənimlə maraqlansa da, onda keçid alınmamışdı. Bu qərarım isə ailəm üçün də xoş oldu”.

    Qeyd edək ki, peşəkar karyerasına Hollandiyada – “Utrext”də başlayan Deyv Bultöys 4 mövsüm vətənində çıxış etdikdən sonra “Nürnberq”lə anlaşıb. Alman klubu futbolçunun “Qəbələ”dən öncəki son komandası olub.

  • Futbolçumuza görə Almaniyada karantin elan edildi

    Futbolçumuza görə Almaniyada karantin elan edildi

    Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərov virusa yoluxub.

    28 yaşlı futbolçunun çıxış etdiyi Almaniyanın “Ertsqebirqe” klubu İspaniyanın Mursiya şəhərində olacaq toplanış öncəsi tibbi baxış keçirib.

    İki futbolçuda – Nəzərov və Klemens Fandrixdə qrip virusu aşkarlanıb. Onların müalicələri davam edir.

    “Aue”nin baş məşqçisi Hanes Dryus Dmitri Nəzərov və Klemens Fandrixin də İspaniyaya yollanacaq heyətdə yer alacağını bildirib. Ancaq digər futbolçuların da qripə yoluxmaması üçün komandada karantin elan edilib./oxu.az

  • Olimpiya mükafatçımız 36 min dollarlıq müqavilə bağladı

    Olimpiya mükafatçımız 36 min dollarlıq müqavilə bağladı

    Azərbaycanın iki sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq.

    Bunlar üçqat dünya çempionu, Olimpiya medalçımız Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbəy Alborovdur.

    65 kq çəki dərəcəsində mübarizə aparan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.

    Qeyd edək ki, Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir./oxu.az

  • Millimizin iki futbolçusu Çexiya klubunda

    Millimizin iki futbolçusu Çexiya klubunda

    Azərbaycan yığmasının daha iki futbolçusu Çexiyanın “Slaviya” klubuna yollanıb.

    Müdafiəçi Amin Seydiyevlə hücumameyilli yarımmüdafiəçi Rövlan Muradov hazırda Praqa təmsilçisinin düşərgəsində yer alıblar.

    Müqavilə ilə “Qəbələ” klubuna məxsus olan 19 yaşlı futbolçular yanvarın 28-dək bu komandada baxışda olacaqlar.

    Qeyd edək ki, daha əvvəl 19 yaşadək millimizin kapitanı Fərid Nəbiyev bu kluba yollanıb və “Slaviya” ilə 3 illik müqavilə bağlayıb./oxu.az