Category: İdman

  • İslamiadanın qalibinə dörd illik cəza verildi – FOTO

    Azərbaycanın daha bir məşhur idmançısı dopinqdən istifadə etdiyinə görə, yarışlardan uzaqlaşdırılıb.

    Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) oxu.az-a daxil olan məlumata görə, bu həndbolçu Səbinə Nuriyevadır.

    AMADA ona qarşı 48 aylıq sanksiya tətbiq edib.

    33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

    Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

    Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

  • Millimizin sabiq futbolçusu “Lotu Quli” ilə şəklini paylaşdı – FOTO

    Azərbaycanın 17 millisinin sabiq futbolçusu Haqverdi Yusifovun “Facebook”da paylaşdığı fotosu böyük marağa səbəb olub.

    “Bakı” və onun farm klubu (digər klub üçün futbolçu yetişdirməklə məşğul olan komanda) olmuş “Lokomotiv”in sabiq üzvü Yusifov “Lotu Quli” ilə birlikdə çəkilmiş şəklini paylaşıb.

    Haqverdi Yusifov kriminal aləmin üzvü olan “Lotu Quli” ləqəbli Nadir Səlifovla şəklini profilə qoyub.

    Qeyd edək ki, Gürcüstan azərbaycanlısı olan “Lotu Quli” 22 il həbsdə olub və ötən ilin sonlarında azadlığa buraxılıb. Onun daha sonra Azərbaycanı tərk etdiyi bildirilir.

    Haqverdi Yusifovun da məhz azadlığa çıxması üzündən onun şəklini paylaşdığı ehtimal edilir.//oxu.az

  • Azərbaycan nümayəndə heyəti Qış Olimpiadasının açılış mərasimində – VİDEO

    Bu gün Cənubi Koreyanın Pyanqçanq şəhərində təşkil olunan XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin keçidi olub.

    Bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirib.

    Keçiddə Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov iştirak edib.

    Qeyd edək ki, Patrik Braxner dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.//oxu.az

  • Cənubi Koreyada Olimpiada start götürüb

    Bu gün Cənubi Koreyada Qış Olimpiya Oyunlarının ilk yarışları start götürüb.

    Oxu.Az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Pyanqçanq şəhərinin kerlinq mərkəzində dabl-mikstdə çıxış edən rusiyalı idmançılar ABŞ komandasına 3:9 hesabı ilə məğlub olub.

    Bu gün, eyni zamanda, tramplindən tullanma üzrə yarış start götürür.

    Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 9-da keçiriləcək. Oyunlar fevralın 25-nə kimi davam edəcək. Pyanqçanqda keçirilən oyunlarda atletlər 102 medal uğrunda yarışacaq.

  • Millimiz Olimpiadaya yola düşür

    Bu gün Cənubi Koreyanın Pyanqçanq şəhərində 2018 Qış Olimpiya Oyunlarına start verilib.

    Ilk gün biatlon, kirşə və xizəklə tullanma yarışları başlayıb.

    Azərbaycan nümayəndə heyəti sabah XXVIII Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Cənubi Koreyaya yola düşəcək.

    Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə bu qurumun baş katibinin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər daxildir.

    Xatırladaq ki, ölkəmiz 1998-ci ildən bəri Qış Olimpiya Oyunlarında iştirak edir. Budəfəki Oyunlarda Azərbaycan dağ xizəkçiliyinin slalom və böyük slalom növləri üzrə yarışlara qatılacaq. Bu növdə ölkəmizi avstriyalı legioner Patrik Braxner təmsil edəcək.

    Pyanqçanq-2018 Olimpya Oyunlarında 92 ölkədən 2952 idmançının iştirak etməsi gözlənilir. Bu, indiyə qədər Qış Olimpiadasında iştirak etmiş ən çox idmançı sayıdır. Ən çox – 242 atletlə ABŞ oyunlara qatılacaq. Kanada nümayəndə heyəti 226, Norveç isə 111 idmançı ilə təmsil olunacaq.

    Rusiyanın 169 idmançısı Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirak edəcək. Təşkilatçı ölkə olan Cənubi Koreya öz tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında 144 idmançı ilə 15 idman növündə çıxış edəcək.

    Koreya Xalq Demokratik Respublikası isə beş idman növü üzrə 22 idmançı ilə mübarizə aparacaq. Siyasi problemləri olan hər iki dövlətin idmançıları vahid bayraq altında çıxış edəcək.

    Qeyd edək ki, Pyanqçanq-2018 Olimpiya Oyunlarında altı ölkə – Ekvador, Eritreya, Kosovo, Malayziya, Nigeriya və Sinqapur ilk dəfə iştirakçı olacaq. Fevralın 25-dək davam edəcək Olimpiadanın açılış mərasimi ayın 9-da keçiriləcək.

  • “Qarabağ”a İsveçdən rəqib çıxdı

    “Qarabağ”ın transfer hədəfində olan Zimbabve millisinin hücumçusu Xama Biliata daha bir klub müştəri çıxıb.

    Oxu.Az xəbər verir ki, onu İsveçin “Yürqoden” klubu istəyir.

    Klubun idman direktoru Bo Andeşon isə bildirib ki, Xama yaxşı oyunçu olsa da, onu İsveçə gətirmək çətin görünür.

    Bununla belə, İsveçdə hələ “transfer pəncərəsi” açıqdır və bu keçidin baş tutmaq ehtimalı var.

    Qeyd edək ki, “Qarabağ” bu futbolçunun transferi üçün onun yayadək müqaviləsi olduğu CAR-ın “Mamelodi Sandaunz” klubuna rəsmi şəkildə müraciət etmişdi.

    Afrika klubu Ağdam təmsilçisindən 2,5 milyon dollar istəmiş, sonradan bu keçid baş tutmamışdı.

  • Azərbaycanlı futbolçu 1 milyondan imtina etdi

    Türkiyənin 2-ci liqasında çıxış edən “Karşıyaka” sabiq futbolçusu Mahir Şükürovla arasında olan borc problemini həll edib.

    Yenicag.az xəbər verir ki, maaşını ala bilmədiyi üçün FİFA-ya müraciət edən millimizin sabiq üzvü sonda istəyinə çatıb.

    Bunu açıqlamasında klub prezidentinin vəkili Gökhan Şensan deyib. Onun sözlərinə görə, tərəflər problemin həllində ortaq məxrəcə gəliblər.

    Məsələ burasındadır ki, İzmir təmsilçisi Mahirə 1,5 milyon türk lirəsi ödəməli idi. Şükürov idə 500 min türk lirəsi qarşılığında qarşı tərəflə razılaşaraq istəyinə çatıb. Bu isə 224 min manat deməkdir.

    Qeyd edək ki, “Karşıyaka” Mahir Şükürova borcunu ödəməyəcəyi halda 6 xalının silinməsi cəzası ilə razılaşmalı olacaqdı.

  • Karateçimiz ermənini 5:0 hesabı ilə məğlub edib – FOTO

    Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günü 2 qızıl medal qazanıb.

    Tale Yaqubov (-63 kq) və Polina Qurenko (-47 kq) Avropa çempionu olub.

    Yeni ukraynalı legioner Qurenko final döyüşü də (8:0) daxil olmaqla, altı görüşdən üçünü vaxtından əvvəl ən azı 8 xal fərqli üstünlüklə başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.

    Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını Davit Davtyana heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.

    Sabah 16-18 yaşlı gənclər, o cümlədən Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) tatamiyə çıxacaq. Bakı vaxtı saat 17:00-da qitə çempionatının təntənəli açılış mərasimi olacaq.

    Qeyd edək ki, Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.

  • Günün matçlarını yayımlayacaq kanallar – SİYAHI

    Bu gün futbol meydanlarında növbəti oyunlar keçiriləcək.

    Median.Az canlı yayımlanacaq oyunların siyahısını təqdim edir:

    Türkiyə, Birinci liqa
    19:00 İstanbulspor – Dənizlispor (Bein Max 1)

    Yoxlama oyunu
    19:00 ÇSKA – Piast (Match! TV, Naş Futbol)

    Türkiyə, Super Liqa
    21:00 Başakşəhər – Karabükspor (Bein Sports 1)

    Almaniya, 2-ci Bundesliqa
    23:30 Bohum – Arminiya (Laola 1 TV)

    İspaniya, La Liqa
    00:00 Selta – Betis (Bein Sports 2)

    Portuqaliya, Premyer Liqa
    01:00 Belenenseş – Benfika (Tivibu Spor 2)

  • Zabit Səmədov rinqdə ingilis rəqibini pərt etdi – VİDEO

    K-1 döyüş növü üzrə dünyada “Mauqli” ləqəbi ilə tanınan idmançımız Zabit Səmədov apreldə növbəti döyüşünə çıxacaq.

    Britaniyadan olan kikboksçu Ceyms Maksuini İzmirdə Beynəlxalq Qarışıq Döyüş növləri üzrə çempionatda həmyerlimizə meydan oxuyub.

    Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub.

    Zabit “Azərbaycan – Türkiyə – iki dövlət, bir millət” şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı “Bu şəxsin kim olduğunu bilmirəm, amma qarşılaşmada çox pis vəziyyətdə məğlub olacaq” deyib.

    Əsgərlərə də səbir və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. O, daha sonra pərt vəziyyətdə rinqi tərk edən rəqibini nəzərdə tutaraq “bunun kimi çempionları biz çox görmüşük” deyib.

    Qeyd edək ki, Zabit Səmədov ingilis döyüşçünün çağırışına cavab verib. Aprel ayında Almaniyada onlar arasında görüş olması planlaşdırılır.