Category: İqtisadiyyat

  • Məcəllə təsdiqləndi: Kimlərə iki dəfə çox maaş ödəniləcək?

    Azərbaycan Prezidenti Əmək Məcəlləsinə dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir”.

    Bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır:

    “Belə ki, sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək. Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi.

    Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir. Yeni dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq. Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bunun maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”.

  • Serbiya Azərbaycan neftinin alışını davam etdirəcək

    Serbiya azad bazarda Azərbaycan neftini almağa davam etməyi planlaşdırır.

    Bu barədə “Report”a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.

    Onun sözlərinə görə, əvvəllər Serbiya ildə təxminən 520 milyon avro dəyərində Azərbaycan nefti alırdı və bu il Belqrad neft alışını eyni səviyyədə saxlamağı planlaşdırır.

    “Biz əvvəllər olduğu kimi, azad bazarda Azərbaycan neftini almağa davam etmək niyyətindəyik”, – səfir deyib.

    Diplomat “NIS” şirkəti ilə bağlı bildirib ki, mülkiyyət strukturundakı Rusiya payı Macarıstan və digər tərəfdaşlara satılacaq.

  • Ötən ildə neçə ton çay yarpağı yığılıb?

    2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 1 204,9 ton yaşıl çay yarpağı yığılıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

    Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə məhsul yığımı 135,7 ton və ya 12,7% artıb.

    Qeyd edək ki, 2025-ci ildə yaşıl çay plantasiyalarının ümumi sahəsi 947,8 hektar təşkil edib.

    Xatırladaq ki, ötən ilin yanvar-noyabr ayları ərzində 1 069,2 ton məhsul yığılmışdı.

  • Dünyanın aparıcı kriptovalyutası cüzi ucuzlaşıb

    Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 95,3 min ABŞ dollarından aşağı düşüb.

    Kriptovalyuta son 24 saat ərzində 0,20 % ucuzlaşaraq 95 min 209 ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 903 milyard ABŞ dolları həddinə enib.

    Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,13 % azalaraq 3,3 min ABŞ dolları olub.

    Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 0,03 % azalaraq 3,23 trilyon ABŞ dollarına düşüb.

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir bareli 1.25 ABŞ dolları və ya 1.8% artaraq 70.54 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69.29 ABŞ dolları təşkil edib.

  • “Moody’s”: Azərbaycan-Ermənistan sülh razılaşması geosiyasi riskləri azaldır

    “Moody’s Ratings” Azərbaycan və Ermənistan arasında 2025-ci ilin avqustunda əldə olunan sülh çərçivəsi razılaşmasının regionda geosiyasi risklərin azalmasına səbəb olduğunu açıqlayıb.

    Agentliyin hesabatında bildirilir ki, razılaşmadan sonra diplomatik təmaslar artıb və sərhəd məhdudiyyətləri aradan qaldırılıb.

    Bu da onilliklər ərzində vaxtaşırı hərbi qarşıdurmalarla müşayiət olunan münasibətlərlə müqayisədə müsbət dəyişiklik kimi qiymətləndirilir.

    “Moody’s” vurğulayır ki, Ermənistanla münasibətlərin tam normallaşması və yeni hərbi eskalasiya riskinin azalması Azərbaycanın kredit profili üçün əlavə müsbət amil ola bilər.

  • Azərbaycanda orta aylıq əməkhaqqı artıb

    2025-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,797 milyon nəfər olub, onlardan 869,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, muzdla işləyənlərin 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 faizi təhsil, 14,0 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Bakıda satılan İran malları bahalaşdı – Yeni qiymətlər

    Bazarda yerli məhsullarla yanaşı İran məhsullarının da öz müştəriləri var.

    İranın ölkəmizə ixrac etdiyi məhsullara nəzər saldıqda statistik göstəricilər göstərir ki, əsas yeri ərzaq məhsulları tutur. Balıq məhsulları, süd məhsulları, kərə yağı, xurma və qurudulmuş meyvələr isə ixracda əsas məhsullar sırasındadır. Xurma isə Ramazan ayı ərəfəsində ən çox alınan İran məhsuludur.

    Satıcıların sözlərinə görə, ən baha xurma Fələstindən gəlir, kilosu 30 manatdır:

    “Ən ucuz xurma isə 5 manatdır. İran yağı əvvəl 14 manat idisə, indi 16 manatadır. Düyü, ərik qurusu və çərəzlərin qiymətində isə elə də fərq yoxdur”.

    Alıcılar isə məhsullarda hər hansı bahalaşmanın olduğunu düşünmürlər:

    “Qiymətlər demək olar ki, eynidir. Hər hansı bir fərq görmürəm”.

    İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, İrandakı proseslərə əsasən, məhsulların bahalaşması gözləniləndir. Məhsulların daşınma və tədarük prosesinin çətinləşməsi əlavə xərclər yaradır ki, bu da sonda qiymətlərdə əks olunur:

    “İş adamları adətən mallarını 1-2 aylıq ehtiyatla saxlayırlar. Lakin hadisələrin gedişi Azərbaycana təsirsiz keçməyəcək. İran məhsullarının bazarda ucuz təklifləri azalarsa, onların qiymətləri yüksələ bilər. Bu vəziyyətdə bazar dominantlığı isə İran məhsullarının yerinə daha baha qiymətə digər ölkələrdən gətirilən alternativ məhsullara keçə bilər”.
    //Milli.az

  • Azərbaycanda ən çox şikayət olunan banklar – SİYAHI

    Ötən ilin dekabr ayı üzrə Azərbaycanda ən çox şikayət olunan bankların siyahısı açıqlanıb.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, ən çox şikayət edilən banklar sırasında 6,00 indeksi ilə “BTB” Bank birincidir.

    “Yelo Bank” 2,19 indeksi ilə siyahıda ikinci, “Bank of Baku” isə 1,63 indeksi ilə üçüncü olub.

    Ən çox şikayət olunan 3 bankı təqdim edirik:

  • Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçirdi

    Azərbaycan və Ermənistan nümayəndələri bu gün Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, bu baxışın məqsədi müvafiq infrastrukturun bərpası tədbirlərinin yerinə yetirilməsi məqsədilə xüsusi dəmir yolu tikintisi texnikasının hərəkəti üçün həmin dəmir yolu sahəsinin texniki cəhətdən yararlılığının qiymətləndirilməsi olub.

    Tərəflər keçirilən baxış çərçivəsində həmin sahədə dəmir yolu infrastrukturunun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.