Category: İqtisadiyyat

  • Qızılın qiyməti tarixi maksimumunu yenilədi

    “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 200 dolları keçərək, yeni rekord səviyyəyə çatıb.

    Bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

    Bakı vaxtı ilə saat 05:40-a olan məlumata görə, qiymətli metalın qiyməti 2.41% artaraq, trua unsiyası üçün 5 205.1 dollara çatıb.

    Saat 05:45-ə qədər qızılın qiyməti 2.64% artımla trua unsiyası 5 216.7 dollar olub.

  • Ermənistan və Azərbaycan razılığa gəldi

    Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitum ixrac etmək barədə razılığa gəliblər.

    Bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Onun sözlərinə görə, ixrac Azərbaycan dəmir yolu vasitəsilə olacaq.

    Papoyanın sözlərinə görə, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir.

    “İki ölkə mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. Sahibkarlarımız artıq bu fürsətdən yararlana bilərlər”, – deyə o yazıb.

    Qeyd edək ki, Rusiya malları dəmir yolu ilə Bakıdan Gəncəyə və Böyük Kəsiyə dəmir yolu ilə Gürcüstan sərhədinə qədər dəmir yolu xətti ilə daşınacaq (təxminən 500 km). Oradan Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlo-Ayrum) gedən marşrut 120 km-dir.
    //unikal.az

  • Kərə yağının qiyməti artdı: Səbəb nədir?

    Məlum olduğu ki, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən dən 15 faizə qaldırılıb. 
     
    Median.Az bildirir ki, idxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi ehtimal olunur. Məlumata görə, artıq bu həftədən etibarən bir sıra kərə yağlarının qiymətlərində artım, dəyişiklik var. Belə ki, 1 manat 50 qəpiklə 3 manat aralığında qiymət artımı yaşanır.
     
    Maraqlıdır, kərə yağının qiymət artımına səbəb nədir?
     
    Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılmasıdır:
     
    “Azərbaycan bazarında satılan kərə yağlarının böyük hissəsi idxal olunduğu üçün rüsum artımı birbaşa maya dəyərini yüksəldir. İdxalçılar və satıcılar artan xərcləri qiymətə əlavə etməyə məcbur qalırlar”.
     
    Ekspert digər səbəblərdən də bəhs edib:
    “Həmçinin, yerli istehsalın tələbatı ödəməməsi, dünya bazarında kərə yağı qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması da qiymətlərin qalxmasına təsir edir. Əslində, rüsum dəyişikliyinin təsiri dərhal yox, əvvəlki ehtiyatlar tükəndikdən sonra hiss olunduğu üçün qiymət artımı qarşıdakı aylarda daha aydın görünməyə başlayıb”.//sfera.az

  • İki kredit təşkilatının vəzifəli şəxsləri cərimələndilər

    Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatı olan (BOKT) “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” MMC-nin vəzifəli şəxslərini cərimələyib.

    Median.Az AMB-yə istinadən xəbər verir ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 manat, “SF Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimə ediliblər.

  • Qiymətli metallar ucuzlaşdı

    Nyu-York Ticarət Birjasında (NYMEX) və “Comex”də (NYMEX-in bir bölməsi) qiymətli metalların – platin, palladium, qızıl və gümüşün qiyməti təxminən 0.5-10% düşüb.

    Bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

    Bakı vaxtı ilə saat 09:18-ə olan məlumata görə, 2026-cı ilin mart ayında NYMEX-də çatdırılma üçün palladium füçerslərinin qiyməti trua unsiyası üçün 1 968 dollar (-10.11%) təşkil edib.

    2026-cı ilin aprel ayında çatdırılma üçün platin füçerslərin qiyməti isə 8.44% azalaraq, trua unsiyası üçün 2 635.3 dollara düşüb.

    Eyni zamanda, 2026-cı ilin fevral ayında “Comex” birjasında çatdırılma üçün qızılın qiyməti trua unsiyası üçün 5 056.3 dollar (-0.52%) olub.

    2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti isə trua unsiyası üçün 107.715 dollar (-6.74%) təşkil edib.

    Xatırladaq ki, bir gün əvvəl qızıl, gümüş və platin füçersləri müvafiq olaraq trua unsiyası üçün 5 107 dollar, 117.70 dollar və 2 925 dollara yüksələrək, bütün zamanların ən yüksək həddini keçmişdi. Palladium füçersləri 2022-ci il oktyabrın 12-dən bəri ilk dəfə trua unsiyası üçün 2 195 dollar həddini aşmışdı.

  • Azərbaycan neftinin qiyməti azalıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

    Azərbaycan neftinin 1 barelinin qiyməti 0.48 ABŞ dolları və ya 0.7% azalaraq 67.86 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68.34 ABŞ dolları təşkil edib.

  • Türkiyə Azərbaycandan elektrik enerjisi idxalını artırıb

    Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təqribən 594,193 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən 36,045 milyon ABŞ dolları olub.

    Türkiyəyə elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 174,008 milyon kVt/saat və ya 41,4%, dəyər ifadəsi ilə 9,3 milyon ABŞ dolları, yaxud 34,9% artıb.

    Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və Türkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

    Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saat elektrik enerjisi idxal edib.

  • Bu hallarda maaşlar ikiqat hesablanacaq

    Azərbaycanda əmək münasibətlərini tənzimləyən qanunvericiliyə mühüm dəyişikliklər edilib. Yenilənmiş qaydalara əsasən, qanunla müəyyən edilmiş qeyri-iş günlərində və əlavə iş saatlarında çalışan işçilərin əməkhaqqı hesablanarkən artıq təkcə gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq.

    BAKU.WS-in məlumatına görə, bu dəyişikliklər Prezident tərəfindən təsdiqlənərək Əmək Məcəlləsində əksini tapıb və əmək müqaviləsi ilə çalışan bütün şəxslərə şamil olunur.

    İndiyədək qanunvericiliyə əsasən gündəlik iş vaxtı 8 saat olaraq müəyyən edilsə də, praktiki vəziyyət fərqli olub. Bir çox hallarda işçilər normadan artıq çalışsalar da, əlavə saatlara görə lazımi ödəniş ala bilmirdilər. Xüsusilə istehsalat sahələrində, xidmət sektorunda və kuryer fəaliyyəti ilə məşğul olan şəxslər bu problemlə tez-tez üzləşirdilər. Hava şəraiti, bayram günləri və ya artan iş həcmi səbəbindən iş vaxtı uzadılsa da, əlavə əmək haqqı ödənilmirdi.

    Yeni dəyişikliklər işçilərin bu kimi hallarda hüquqlarını daha effektiv şəkildə qorumağa imkan verəcək. Qanunvericiliyə saatlıq vəzifə maaşı anlayışının daxil edilməsi qeyri-iş günlərində, natamam iş vaxtında və “overtime” rejimində çalışan şəxslərin əməyinin daha dəqiq qiymətləndirilməsini təmin edəcək.

    Dəyişikliklərə əsasən, bayram günlərində, istirahət günlərində və iş vaxtından artıq işləyən vətəndaşlara ödənilən əməkhaqqı ən azı ikiqat hesablanacaq. Bu, xüsusilə qeyri-iş günündə bütün günü deyil, yalnız bir neçə saat işləyən şəxslər üçün önəmli yenilikdir. Belə ki, artıq həmin saatlara uyğun əməkhaqqının hesablanması mümkün olacaq.

    Məsələn, adi iş günündə 4 saatlıq işə görə 120 manat ödənilirsə (saatı 30 manat olmaqla), qeyri-iş günündə eyni müddət çalışan işçi minimum 240 manat əməkhaqqı alacaq.

    Bu praktika dünyanın bir çox ölkələrində uzun müddətdir tətbiq olunur. ABŞ, Yaponiya, Cənubi Koreya və Kanadada bayram günlərində çalışanlara əməkhaqqı qat-qat tariflərlə ödənilir. Avropa ölkələrində isə fərqli mexanizmlər mövcuddur: bəzi ölkələrdə 1,5 və ya 1,75 əmsalı tətbiq olunur, Böyük Britaniyada isə işçilərə seçim imkanı verilir – ya artırılmış əməkhaqqı, ya da əlavə istirahət günü. Bir sıra ölkələrdə isə bayram günü çalışanlara sonradan əlavə istirahət verilir.

    Qeyd edək ki, yeni qaydalar həm dövlət, həm də özəl sektor üçün keçərlidir. Bu dəyişikliklər əmək bazarında şəffaflığın artırılmasına, işçilərin sosial və maddi təminatının gücləndirilməsinə, eləcə də əməkhaqqı mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.

  • Azərbaycanın Ermənistana satdığı məhsulların dəyəri açıqlandı

    2025-ci ildə Azərbaycan Ermənistana 788.8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

    Median.Az bu barədə rəsmi statistikaya istinadən xəbər verir.

    Ermənistandan isə Azərbaycana məhsul idxal olunmayıb.

    Ölkəmiz müvafiq dövrdə ümumilikdə xarici dövlətlərlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət həyata keçirib.

    Xatırladaq ki, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Ai-95 markalı avtomobil yanacağı göndərilib.
    //oxu.az

  • Banklardan kredit götürənlərin NƏZƏRİNƏ: Yaxın dövrdə nə gözlənilir? (Video)

    Banklarda kredit faizlərində artım müşahidə olunur.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ötən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər.

    İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə olunan artım Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti ilə bağlıdır. Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur.

    X.Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir.

    İqtisadçının fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir.