Category: İqtisadiyyat

  • SAXO1 quyusunun qazılmasının məqsədi açıqlandı

    “Şəfəq-Asiman” üzrə kəşfiyyat qazma layihəsi “Şəfəq-Asiman” kontrakt sahəsinin daxilində kəşfiyyat quyusunun (SAXO1 adlanan) qazılmasından ibarətdir. Quyunun qazılması ilə əlaqədar planlaşdırılan fəaliyyətin həyata keçirilməsinə icazə almaq üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) hesabatı hazırlanaraq, cari ilin avqust ayının 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.

    Bunu BP şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

    O bildirib ki, BP hökumətin icazəsini gözləyir:

    “Təxminən oktyabr ayında hökumətdən layihənin icrasına başlanılması üçün cavab gözləyirik. Müsbət cavab verilərsə, quyunun qazılmasına başlanılacaq.

    SAXO1 kəşfiyyat quyusu “Şəfəq-Asiman” kontrakt sahəsində Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, suyun 624 metr dərinliyindəki sahədə qazılacaq. Qazmanın cari ilin 4-cü rübündə başlanılması və qazma fəaliyyətlərinin tamamlanması üçün 12 aya qədər müddətin lazım olduğunu bildirmişik.

    SAXO1 quyusunun qazılmasının məqsədi isə kollektorun bu hissəsində karbohidrogenlərin olub-olmadığını təsdiqləməkdir.

    SAXO1 quyusu vasitəsilə dəniz səviyyəsindən təqribən 6000-7000 metr dərinlikdə potensial karbohidrogen kollektorunun açılması planlaşdırılır”.

    Xatırladaq ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.

    Müqavilədə şirkətlərin hər birinin payı 50 faizdir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.
    /oxu.az/

  • Təmassız ödənişlərdə limit artırılır

    Təmassız (contactless) kartlarla ödənilən vəsaitlərin həcmi 2,5 dəfə artırılaraq, 20 manatdan 50 manata çatdırılıb.

    Bunu Bakıda “Visa Token” sisteminin təqdimatına həsr edilmiş mətbuat konfransında çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi Tamerlan Rüstəmov deyib.

    O bildirib ki, bu, həmin kartlardan daha geniş istifadəyə şərait yaradacaq.

    “Visa Inc.” şirkətinin Qafqaz regionu üzrə yeni direktoru Kristina Doros isə “Visa kartları ilə aparılan ümumi transaksiyaların təxminən 70-80 faizi kontaktsız transsaksiyaların təşkil etdiyini deyib:

    “Kontaktsız transsaksiya insanları kiçik məbləğlərdə ödənişlər zamanı yaşanan problemlərdən qurtaracaq. Restoranlarda və ya hər hansı kafedə kofe alanda, bir dollar qədər olan ödənişlərin plastik kart vasitəsilə ödənişi çətindir.

    Təmassız ödəniş zamanı isə bu çox rahat şəkildə gerçəkləşdirilə bilər. İnsanlar üçün bu cür az məbləğli ödənişlərdə təmassız ödəniş sistemi əlverişlidir. Bu xidmətin təşkili istiqamətində qamunvericilik normaları da nəzərə alınır.

    Aidiyyəti qurumlarla bu barədə danışıqlar aparılır ki, hər kəs bu xidmətdən rahat şəkildə istifadə etsin”.

    O qeyd edib ki, təmassız ödəniş transsaksiyalarının 40 dollara qədər limitli olmasına çalışılır:

    “Tranzaksiyaların 80 faizi 40 dollar civarında olur. Buna görədə limit dərəcəsinin ilkin mərhələdə 40 dollar dəyərində olması düşünülür”.
    /oxu.az/

  • Azərbaycanda orta aylıq əmək haqqı 588 manata çatıb

    Bu il avqustun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% artaraq 1 613,8 min nəfər olub.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, onlardan 902,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 711,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 12,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

    Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 587,7 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

  • Hansı məhsullar bahalaşıb? – RƏSMİ

    2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz bahalaşıb.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7 faiz bahalaşıb.

    Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

    Ay ərzində pasterizə olunan üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub.

    Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunan üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub.

    Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Polşanın Azərbaycana yatırdığı investisiyaların HƏCMİ açıqlanıb

    Bu günədək Polşa Azərbaycan iqtisadiyyatına 20,4 milyon dollar investisiya qoyub.

    Median.Az bildirir ki, bunu Trend-ə Polşa İnvestisiya və Ticarət Agentliyinin Bakıdakı xarici ticarət nümayəndəliyinin direktoru Elnarə Məmmədova deyib.

    O qeyd edib ki, Azərbaycan öz növbəsində Polşa iqtisadiyyatına 10 milyon dollar investisiya yatırıb.

    E.Məmmədovanın sözlərinə görə, Azərbaycanda 18 Polşa şirkəti qeydiyyata alınıb:

    “Bu şirkətlər xidmətlər, sənaye, ticarət və digər sahələrdə işləyir. Eyni zamanda, bizim əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradılıb, 50-yə yaxın ikitərəfli sənəd imzalanıb”.

    Nümayəndəlik direktoru bildirib ki, Polşanın Mərkəzi Statistika İdarəsinin məlumatına əsasən, 2018-ci ildə Polşa ilə Azərbaycan arasında ticarət mübadiləsi 95 milyon dollar təşkil edib. 81 milyon dollar Polşadan (12 faiz artım), 14 milyon dollar Azərbaycandan olan ixracın (6 faiz artım) payına düşüb:

    “Əlbəttə, bu artım müsbət qiymətləndirilir, amma mövcud potensialı nəzərə alsaq, əsas hədəf ticarətin həcminin artırılması və onun strukturunun şaxələndirilməsidir”.

  • Bakının bu qəsəbəsində işıq kəsiləcək

    Abşeron rayonunun Məmmədli kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kVt-luq “Zabrat” yarımstansiyasından çıxan 10 kVt-luq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar 09 sentyabr 2019-cu il tarixində kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.

  • Qara dənizdə Azərbaycanın fider gəmisi işləyəcək

    “Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi” QSC sentyabrın 20-dək Qara dənizdə Trans-Xəzər beynəlxalq nəqliyyat xətti (TİTR – Trans-Caspian İnternational Transport Route) çərçivəsində müntəzəm fider konteyner daşımalarını (Middle Corridor) həyata keçirəcək fider gəmisi işə salacaq.

    “Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu, sözügedən marşrutda işləyəcək ilk gəmi olacaq.

    “Middle Corridor” çərçivəsində Gürcüstanın Batumi/Poti və Rumıniyanın Konstanta limanları arasında müntəzəm fider daşımalarına dair beynəlxalq işçi qrupu iştirakçılarının qənaətincə, həmin xəttin fəaliyyətə başlaması Qara dəniz üzərindən yük daşımalarını xeyli tezləşdirməklə tarifləri də daha əlverişli səviyyəyə gətirəcək, bununla da sözügedən marşrutda konteyner daşımalarını artıracaq.

    Plana görə, Batumi ilə Konstanta arasında daşıma müddəti bir istiqamətdə 5 gün olacaq. Bu xətdə əsasən Avropa – Çin – Avropa istiqamətli tranzit yüklərin, habelə Avropa – Mərkəzi Asiya – Avropa istiqamətli ixracat yüklərin daşınacağı güman olunur.

    “Middle Corridor” Çin və Mərkəzi Asiyanı Qazaxıstanla Azərbaycan üzərindən Xəzər dənizində gəmilər vasitəsilə Avropa İttifaqı ölkələrilə birləşdirəcək nəqliyyat dəhlizidir. TİTR Beynəlxalq Asosiasiyasının üzvü Polşa, Ukrayna, Rumıniya, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Çin dəmir yolu və dəniz nəqliyyatı ilə bağlı dövlət qurumları, logistika şirkətləridir.

    Fider daşımaları yüklərin konteyner vs. vasitələrlə daşınması iri limanlarda cəmləşdirmək və ya oradan göndərilməsi üçün kiçik gəmilərin istifadəsini ehtiva edir. Daşımalarda fider sistemi adətən dəniz və çay gəmiçiliyini qovuşdurmaqla qısa və orta məsafəli xətlərdə kiçik partiya yüklərin nəqlini əhatə edir.

  • Azərbaycandan Türkiyəyə səfər edən turistlərin STATİSTİKASI

    2019-cu ilin iyul ayında Azərbaycandan Türkiyəyə 128,3 min turist səfər edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,90 faiz çoxdur.

    Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu dövrdə ölkəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payının 1,94 faiz olduğunu açıqlayıb.

    2019-cu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 479,8 min turist səfər edib ki, bu da ötən ilin həmin dövrü üzrə olan göstəricidən 4,71 faiz çoxdur.

    Həmin dövrdə Türkiyəyə səfər etmiş əcnəbilərin ümumi sayında Azərbaycandan olan turistlərin payı isə 1,94 faiz təşkil edib.

    Ümumilikdə isə bu ilin iyul ayında Türkiyəyə 6,617 milyon turist səfər edib. Bu rəqəm ötən ilin iyulu ilə müqayisədə 16,67 faiz çoxdur.

    İyul ayında Antalyaya 2,5 milyon, İstanbula isə 1,6 milyon turist səfər edib.

    2019-cu ilin yanvar-iyul aylarında Türkiyəyə ümumilikdə 24,6 milyon turist səfər edib ki, bu rəqəm ötən ilin eyni dövrü üzrə göstəricidən 14,11 faiz çoxdur.

  • Neftimiz bahalaşdı

    Dünya bazarlarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

    “Azeri LT CIF” markalı xam neftin qiyməti 3,1 ABŞ dolları və yaxud 5,1% artıb.

    Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollara satılır.

  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı

    Rusiyanın “Milli Meyvə Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanın “Aerobus” şirkətindən doqquz min dollardan çox pul alıb.

    Məlumata görə, müvafiq qərar Nijeqorod vilayətinin arbitraj məhkəməsi tərəfindən qəbul edilib.

    İşin materiallarından aydın olur ki, 2017-ci ildə tərəflər arasında təzə meyvələrin çatdırılması ilə bağlı müqavilə imzalanıb. Nijeqorod şirkəti Azərbaycan şirkətinə 56,1 min dollar məbləğində ilkin ödəniş edib, lakin “Aerobus” sifarişçiyə yalnız 49,9 min dollarlıq məhsul göndərib.

    2018-ci ildə “Milli Meyvə Şirkəti” “Aerobus”dan altı min dollar ala bilib. 28 avqust 2019-cu il tarixli məhkəmə qərarına əsasən, Azərbaycan şirkəti daha 3156 dollar ödəməlidir.