Category: Kriminal

  • Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı

    Xaçmazda keçmiş məhkum narkotiklə yaxalandı

    Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

    DİN-in mətbuat xidmətinin Quba regional qrupundan oxu.az-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini – əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

    ​Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb.

    Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram şəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib.

    Faktla bağlı R.Rəcəbov barəsində Xaçmaz RPŞ-nin İB-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

  • Qısqanc ər 22 yaşlı həyat yoldaşının qanını tökdü

    Qısqanc ər 22 yaşlı həyat yoldaşının qanını tökdü

    Ötən gün axşam saatlarında Neftçala rayonunun Xəzərkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, kənd sakini, 22 yaşlı Aysel Həmidova ağır bıçaq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralının vəziyyəti ağır olduğundan hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

    Gənc qadının 23 yaşlı həyat yoldaşı Emin Tapdıq oğlu Əliyev hadisəni törətməkdə şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılıb.

    Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Gömrük Komitəsinin əməkdaşının 320 minlik cinayəti

    Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı – Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibovun məhkəməsi keçirilib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevim icraatında olan prosesdə sənədlərin tədqiqi mərhələsi yekunlaşıb, ardınca məhkəmə istintaqının tamamlandığı elan edilib. Proses yanvarın 11-də davam etdiriləcək. Növbəti iclasda təqsirləndirilən şəxslərə cəza istəniləcək.

    Qeyd edək ki, bu şəxslərin saxlanılması üçün əməliyyat Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən birgə aparılıb.

    2017-ci il martın 8-də qabaqcadan əlbir olan bir qrup şəxs 190 000 ABŞ dolları məbləğində xarici valyuta və 132 min 207 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.