Category: Kriminal

  • Bütün dünyada axtarılan azərbaycanlı qadınlar – FOTO

    Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib.

    Median.Az xəbər verir ki, azvision.az-ın apardığı araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.

    Digər cinayətkar – 70 yaşında olan 1947-ci il təvəllüdlü, Masallı rayon sakini Rəna Həsənova fırıldaqçılığa görə axtarışa verilib.

    İnterpol vasitəsilə axtarılan Almara Hüseynovanın isə 69 yaşı var. 1948-ci il təvəllüdlü, Naftalan şəhər sakini olan A.Hüseynova bir qrup şəxs tərəfindən mütəşəkkil fırıldaqçılıqda ittiham olunur.

    Beynəlxalq miqyasda axtarılan azərbaycanlı qadınların ən cavanı 33 yaşındadır. 1984-cü il təvəllüdlü Qızqayıt Hacıyevanın barəsində insan alverinə görə axtarış elan edilib.

    Ümumilikdə isə İnterpol vasitəsilə axtarılan azərbaycanlı qadınların əksəriyyəti insan alverçiləridir. Onlar eyni əməli təkrar törətməkdə, qadınları pul müqabilində müxtəlif ölkələrdə satmaqda ittiham olunurlar. Bundan əlavə, xuliqanlıq, saxta sənədlərdən istifadə, oğurluq faktları ilə axtarışda olanlara da rast gəlmək mümkündür.



  • Biləsuvarda ana və övladı qohumları tərəfindən bıçaqlandı

    В Билясуваре зверски избиты мать и сын

    Biləsuvarda xəstəyə baş çəkmək adı ilə qohumları tərəfindən evdən aparılan ana və övladı döyülərək bıçaqlanıb.

    Median.Az-ın məlumatına görə, Report-un Aran bürosu xəbər verir ki, Aranlı kənd sakinləri İbayev Şahəli və İbayev Kainat əmisigilə gələrək atalarının xəstə olduğunu deyiblər.

    Ev sakinlərindən Həsənəli İbayev əmisinə baş çəkmək üçün anası ilə birlikdə elə öz doğmalarının maşınına minib evdən çıxıblar. Kainat və Şahəli İbayevlər gedəcəkləri yolu dəyişərək avtomobili başqa istiqamətə sürüblər. Daha sonra çöllük sahədə avtomobili saxlayaraq Həsənəli İbayevi avtomobildən salaraq döyməyə başlayıblar.

    Övladının döyüldüyünü görən Şölə İbayeva tərəfləri ayırmaq istədikdə o da döyülüb. Qadına və övladına bıçaq xəsarətləri yetirilib. Yaralı halda xəstəxanaya çatdırılan hər iki şəxsə ilkin tibbi yardım göstərilib.

    Beş bıçaq xəsarəti alan 23 yaşlı Həsənəli İbayevin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

    Faktla bağlı polisə məlumat verilib.

    Qeyd edək ki, hadisəni törədənlər zərəçəkmiş Həsənəli İbayevin əmisi oğlanlarıdır.

  • Bu qızın qatilini də Xoşqədəm tapıb – 20 il sonra həbs edildi (VİDEO)

    Bu qızın qatilini də Xoşqədəm tapıb - 20 il sonra həbs edildi (VİDEO)

    Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.

    Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

    Median.Az-in “Qafqazinfo”ya istinadən məlumatına görə, sonuncu müraciətdən 4 il əvvəl, yəni 2013- cü ildə qızın ailəsi Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində qonaq olub. Həmin verilişdə aparılan araşdırmalar nəticəsində bu məsələdə cinayət izinin olduğu vurğulanıb.

    Bahar Məmmədovanın ailəsinə qızının uzun illər Moskvanın Arxangelski şəhərində yaşadığı deyilsə də, bunun yalan olduğu üzə çıxıb. Onu qaçıran Vüqar İsayevin isə Moskvaya tək getdiyi məlum olub. Günlərin birində Arxangelskidən qızın öldürüldüyünə dair məktub gəlsə də, verilişin araşdırması nəticəsində həmin məktubun əslində Masallıdan göndərildiyi məlum olub.

    V. İsayevin həmçinin hərbi xidmətdən yayınmaq məqsədilə Arxangelski gəldiyini qardaşı Mübarizin Rusiyadakı xanımı da “Səni axtarıram” verilişinə açıqlamasında qeyd edib.

    O, Masallıda olarkən də hərbi xidmətdən yayınmaq üçün Baharı özünə çıxış yolu hesab edib.

    Verilişdə o da açıqlanıb ki, V. İsayev Arxangelskidə iki nəfəri öldürüb və 13 il həbsə məhkum edilib.

    Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarının və prokurorluğun araşdırmasına əsasən V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.

    Məlumatda V.İsayevin 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edildiyi, cəzasını çəkdikdən sonra isə 2017-ci ilin dekabrın 25-də Masallıya qayıtdığı qeyd edilib.

  • Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər

    Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər.

    “Report” xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

    “Qanlı göl” massivində 1997-ci il təvəllüdlü Kərimov Ağa Manaf oğlu işdən çıxaraq evinə gedərkən onun qarşısını 3 naməlum şəxs kəsib. Həmin şəxslər A.Kərimovdan üzərində olan 500 manatı onlara verməsini tələb ediblər. O, bununla razılaşmayanda həmin şəxslər A.Kərimovu ölümcül döyublər.

    Nəticədə A.Kərimov qapalı kəllə-beyin travması və butun sümüyünün sınığı xəsarətləri alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

    Qeyd edək ki, A.Kərimov yaxınlıqdakı binada aparılan tikinti işində fəhlə kimi çalışır.

  • Azərbaycanda marketə hücum olub: 1 nəfər ölüb, 4 nəfər yaralanıb – TƏFƏRRÜAT

    Нападение на маркет в Геранбое, есть убитый и раненые – ПОДРОБНОСТИ

    Goranboy rayonunda bir nəfərin ölümü, 4 nəfərin bıçaqlanmsı ilə nəticələnən kütləvi davanın səbəbi məlum olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, rayonun Dəliməmmədli şəhərində yerləşən “Kral” marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən biri – Dəliməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb. Ağır bıçaq yarası alan digər 4 nəfər – 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il təvəllüdlü Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynalabdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

    Məlumata görə, hadisə marketə hücum edən şəxslərdən birinin orada işləyən qadına əxlaqsız təklif etməsi üstündə baş verib.

    İlkin məlumata görə, hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.

    Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

  • Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var – YENİLƏNİB

    Goranboyda kütləvi dava olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

    Goranboyda kütləvi dava olub.

    “Report”un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb.

    Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. A.Hətaminin vəziyyəti ağırdır.

    Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər – Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.

    Hadisə şahidlərinin sözlərinə görə, dava Dəlməmmədlidəki marketlərdən birinə hücum zamanı baş verib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    * * * * *

    Goranboyda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Qərb bürosu xəbər verir ki, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

    Belə ki, şəhərin şəxsiyyəti hələlik müəyyənləşdirilməmiş 20-23 yaşlı sakini bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat edilən yaralının vəziyyəti ağırdır.

    Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

  • 15 yaşlı gəncin yaşına sığmayan cinayətləri: “Deyirdi ki, məhəllədə “polojeniya”ya baxır”- Təfərrüat

    15 yaşlı gəncin yaşına sığmayan cinayətləri: “Deyirdi ki, məhəllədə “polojeniya”ya baxır”- Təfərrüat

    15 yaşlı Rüfət İmamverdiyev quldurluqda, hədə-qoxu ilə pul tələb etmədə, hətta qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham edilir. O, bir neçə nəfəri bıçaqla və döyməklə hədələyərək telefonunu, pulunu alıb. Zərərçəkmişlər deyirlər ki, R.İmamverdiyev özünü yaşadığı ərazidə “vəziyyətə baxan şəxs” kimi təqdim edirmiş.

    Musavat.com xəbər verir ki, 2002-ci il təvəllüdlü Rüfət İmamverdiyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə davam edir.

    Sonuncu məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesdə zərərçəkmiş şəxslər də iştirak edib.

    İttihamda yazılır ki, Rüfət İmamverdiyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə bir neçə cinayət əməli törədib. Belə ki, Kamal Abbasovu bıçaqla hədələyərək mobil telefonunu əlindən alıb. R.İmamverdiyev Telefonu vermək istəməyən K.Abbasovun başına bıçağın arxası ilə bir neçə zərbə vurub.

    R.İmamverdiyev daha sonra Nadir Novruzov adlı şəxsin maşınını oğurlayıb. O, oğurladığı avtomobili yol kənarındakı turbaya çırparaq 1400 manatlıq zərər vurub.

    Digər zərərçəkmiş isə Rahib Rüstəmovdur. 15 yaşlı Rüfət döyməklə və bıçaqlamaqla hədələyərək Rahib Rüstəmovdan pul tələb edib. Bu zaman Rüfət tək olmayıb. Onlar pulu alan zaman R.Rüstəmovun sol ayağına bıçaqla vurublar.

    Rüfət İmamverdiyev daha bir cianyət əməlini dostları ilə törədib. O, tanışları ilə birgə sosial şəbəkə vasitəsi ilə Orxan Əlizadə adlı şəxsi kafeyə çağırıb, pul tələb ediblər. Rüfət üstündə gəzdirdiyi bıçağı çıxararaq Orxanı hədələyib və telefonunu alıb.

    İttiham elan edilən zaman Rüfət İmamverdiyev diqqətlə dövlət ittihamçısına qulaq asıb. Sonra isə hakim ondan ittihama münasibət bildirməsini istəyib. Amma Rüfət sadəcə “heç nə, təqsirliyəm” deməklə kifayətlənib. İdman görkəmli Rüfət xarici görünüşcə heç də 15 yaşlı gəncə bənzəmir. Elə zərərçəkmişlər də deyir ki, Rüfət bu fiziki gücündən, üstünlüyündən istifadə edərək onlara hədə-qorxu gəlib.

    R.İmamverdiyev özünü təqsirli bildiyi üçün məhkəmə istintaqı zərərçəkmişlərin dindirilməsi ilə davam edib. Zərərçəkmiş Habil Allahverənov ifadəsində bildirib ki, Rüfət ona məxsus mağazadan bir neçə dəfə satıcını hədələyərək pul götürüb.

    H.Allahverənov deyib ki, Rüfətin yaşını nəzərə alaraq ilk əməllərinə görə ondan şikayətçi olmayıb: “Mən onu 2-3 dəfə çağırıb başa saldım. Yaşı az olduğu üçün istəmirdim şikayət edim. Amma artıq bezdim. Sonuncu dəfə bu hərəkəti edəndə “102”yə zəng edib məlumat verdim. Mənə ümumilikdə 1000 manatdan çox zərər dəyib. Əgər dəymiş zərər ödənilərsə, şikayətçi olmaram. İttihamda iki epizod yazılıb. Biri 600, digəri 650 manat. Əvvəlki əməllərinə görə tələbim yoxdur. Amma bu zərərin ödənilməsini tələb edirəm”.

    R.İmamverdiyev zərərçəkmişin dediklərinə münasibət bildirməyib və deyilənlərlə razılaşıb.
    Digər zərəçəkmiş Rahib Rüstəmov isə ifadəsində göstərib ki, hadisə baş verənə qədər və daha əvvəl Rüfətlə şəxsi qərəzi, problemi olmayıb.

    O, məhəllələrində olan kluba gəlib-getdiyini, Rüfətlə də tez-tez görüşdüyünü deyib. Hadisə də sonuncu dəfə klubda görüşərkən baş verib. Onlar əvvəlcə mübahisə ediblər. Buna səbəb isə Rüfətin Rahib Rüstəmovdan pul istəməsi olub.

    “Klubda oturmuşduq. Məni çölə çağırdı. İşi olduğunu söylədi. Dedi ki, ona 50 manat lazımdır.
    Cibimdə cəmi 1 manat 40 qəpik var idi. Dedi ki, təcili lazımdır. Rüfət dedi ki, evdə 50 manat yoxdu ki? Yoxumdur deyəndə başladı şillə vurmağa. Gülməmmədlə ikisi məni döydü.

    Gülməmmədin qardaşına, Rüfətin də əmisinə dedim. Əmisi dedi ki, bir də olmaz. Dedim olsa, başqa cür olacaq. Həmin vaxt sifətim pis gündə idi. 3-4 gün sonra yenə kluba gəlmişdim. Başqa bir masada oturan şəxsi Rüfət qaldırdı. Dedi ki, burada oturmaq olmaz. Başladı həmin oğlanı şillələməyə. Mən də dedim ki, yaxşı deyil. Camaata belə eləmək olmaz. Qayıtdı ki, sən bu işə qarışma, mənə yumruq atdı. Yenə mübahisə elədik. Çölə çıxdıq. Məni döyməyə başladı. Gülməmməd də yanında idi. O da məni vurdu. Cibimdə 40 manatdan çox pul var idi. Gödəkçə almaq üçün evdən 50 manat götürmüşdüm. Bir dönər, bir də su almışdım. Qalan pul da cibimdə idi. Hamısını götürdülər”.

    Zərərçəkmiş söyləyib ki, Rəşad bir neçə dəfə özünü yaşadıqları məhəllədə “polojeniya”ya baxan şəxs kimi təqdim edirdi: “Məni bir dəfə görəndə dedi ki, burada vəziyyətə baxır. Həmin məhəlləyə gəlmək üçün ona pul verməliyəm”.

    Rüfət İmmaverdiyev isə zərərçəkmişi gülümsəyərək izləyib. Amma sonda zərərçəkmişin iddialarına münasibət bildirmək istəməyib..

    Zərərçəkmiş Orxan Əlizadə isə ifadəsində hazırda şikayətinin olmadığını deyib.

    “İşlədiyim mağazada kassanın pulunu istədi. Mən də vermədim. Dedi ki, telefonu ver. Bıçaq çıxarıb hədələməyə başladı. Telefonu götürüb gedəndə dedim ki, qayatarsan, şikayət etməyəcəm. Amma qaytarmadı. Sonra telefonumu qaytardılar. İndi şikayət və tələbim yoxdur”.

    Qeyd edək ki, Rüfət İmamverdiyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə), 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə qanunsuz olaraq girməklə törədildikdə), 185.2.4-cü və 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham edilir.

  • Bakıda gecə klubunda iranlı turistə qarşı CİNAYƏT

    Bakıda gecə klubunda iranlı turistə qarşı CİNAYƏT

    Bakıda turistin telefonunu oğurlamış şəxs tutulub.

    Lent.az xəbər verir ki, yanvarın 1-nə keçən gecə saat 01:30 radələrində Tbilisi prospektində yerləşən “Tunel” gecə klubunda Bakıya turist kimi gələn İran İslam Respublikasının vətənaşı Ağayı Əhəd Dünyamalıya məxsus “Samsunq S5” markalı mobil telefon oğurlanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində turistin telefonunu oğurlayan 1978-ci il təvəllüdlü Əliyev Vüqar Qabil oğlu tutulub.

    Faktla bağlı araşdırma aparılır.

  • ‘Elə həkimlər var, 30 min maaş alırdı, rəsmi sənəddə az göstərilirdi’

    Öz adını daşıyan klinikaya rəhbərlik edən xalq artisti Leyla Şıxlinskayanın şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunmuş işçiləri onun özünü ittiham edirlər. Deyirlər ki, L.Şıxlinskaya onları şərləyib. Bu haqda onlar yanvarın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıblar.

    Klinikanın 7 keçmiş işçisi – Şəhla Abbasova (baş mühasib), Polad Əliyev (baş mühasibin müavini), Səkinə Qasımova (mühasib), Aytən Hüseynova (kassir), Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayeva CM-nin 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə təqsirləndirilir. Keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri mənimsəməkdə suçlayan Şıxlinskaya onların cinayət məsuliyyətinə cəlb olunması ilə kifayətlənmir, 804 min 343 manat da pul tələb edir. Xalq artistinin nümayəndəsi məhkəmədə bu məbləğdə mülki iddia qaldırıb.

    Təqsirləndirilən şəxslər isə deyir ki, yalandır, onlar klinikanın pulunu mənimsəməyiblər, əksinə, Şıxlinskayanın özü vergidən yayınmaq üçün müxtəlif üsullara əl atıb. Keçmiş işçilərinin ifadələrinə görə, onların barəsində cinayət işi başlamazdan az öncə klinikada yoxlama olub, heç bir nöqsan aşkarlanmayıb. Hətta buna görə klinikanın rəhbəri onları mükafatlandırıb da.

    «Leyla Şıxlinskaya dedi ki, «səni tutduracağam»»

    «Leyla xanım onda bizə «premiya» verdi ki, yaxşı işləmisiz. Bir qədər sonra münasibətlərimiz pozuldu. Bir neçə dəfə işdən çıxmağım haqda ərizə yazdım, lakin Leyla Şıxlinskaya mənimlə barışdı. Sonda sənədlərimi kadrlar şöbəsinə verdim. Onda Şıxlinskaya mənə dedi ki, «səni tutduracağam». Dediyini də elədi. Bizdəki həkimlərin çoxu işdən xoşluqla ayrılmayıb. Çünki işdən ayrılmaq istəyəndə mütləq rəhbərlik problem yaradırdı», – klinikanın baş mühasibi olmuş Ş.Abbasova məhkəmədə belə deyib.

    Onun sözlərinə görə, işdən çıxandan sonra klinikada yoxlama keçirilməsini tələb edib, amma Şıxlinskaya buna imkan verməyib: «Bir müddət keçəndən sonra gördük ki, işimiz «bandotdel»dədir».

    Abbasova deyir ki, L.Şıxlinskaya hətta xarici ölkələrdə olanda da klinikanın işini, maliyyə məsələlərini nəzarətsiz qoymurdu, hər gün 5-10 dəfə zəng edib, hesabat istəyirdi: «Onun gözündən nəyinsə yayınması, yeyintiyə yol verilməsi mümkün deyildi».

    «Şıxlinskaya göstəriş vermişdi ki, maaşı az göstərək»

    Abbasovanın müavini olmuş P.Əliyev də bənzər ifadə verib. Söyləyib ki, L.Şıxlinskaya hər gün qeydiyyat şöbəsinə zəng edib, nə qədər pul olmasıyla maraqlanırdı, özü də kameralar vasitəsilə prosesi izləyirdi:

    «Baş tibb bacısına zəng eləyib, palatalarda nə qədər xəstə olub-olmadığını soruşurdu. Bu cinayət işi başlananda adımı görüb təəccübləndim. Çünki bir qəpik də «yeməmişəm». İttiham aktında oxudum ki, Leyla xanım onun bir milyonunu qaytarmadığımızı deyib. Xahiş edirəm, vəkili ona çatdırsın, əgər biz onun bir milyonunu yemişik ki, qaytaraq da? Bizim klinikada elə həkimlərimiz var idi ki, 30 minə yaxın maaş alırdılar. Həmin pullar da «qara hesab»dan çıxarılıb, onlara ödənilirdi. Həmin həkimlərin rəsmi maaşı faktiki verildiyindən dəfələrlə az göstərilirdi. Belə olmasına da Leyla Şıxlinskaya özü göstəriş vermişdi. Bizə nə deyilirdisə, onu da eləyirdik. Başqa yolumuz yox idi, oradan çörək yeyirdik…».

    L.Şıxlinskayanın qanunsuz əməllərinə dözməyib, işdən çıxmaq istədiyini, bu haqda ərizəsinin iki dəfə cırılıb atıldığını deyən P.Əliyev orada cəmi altı ay dözə bildiyini söyləyir.

    Klinikada qeydiyyat şöbəsində işləmiş başqa bir təqsirləndirilən S.Qasımova deyir ki, qəbul edilən pullar qəbzlərlə birlikdə ya Nadejda Kaysa, ya da Günel Abbasovaya verilib. Amma o adamların heç biri məsuliyyətə cəlb olunmayıb.

    Qeydiyyat şöbəsinin başqa bir əməkdaşı A.Hüseynova da bənzər ifadə verib. Əlavə edib ki, rəsmi maaşı 125 manat olsa da, faktiki daha çox alırdı: «Bizə «paket» də verilirdi. Əməkhaqqımız 500 manata gəlib çıxırdı».

    Məhkəmə yanvarın 11-də davam edəcək.

    Xatırlatma
    Bu iş üzrə istintaqı əvvəlcə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaq və məhkəmə dövrü üçün təqsirləndirilən şəxslərin barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə zərərçəkmiş qismində tanınan L.Şıxslinskayanın vəkili isə onların məhkəmə dövründə həbsdə saxlanması haqda vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

    Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində klinikanın keçmiş işçiləri ilə bağlı araşdırma aparılarkən vergidən yayınma halları aşkarlanıb. Bununla əlaqədar cinayət işi ayrılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Vergidən yayındırıldığı iddia olunan məbləğin isə 2 milyon manatdan çox olduğu bildirilir.

    L.Şıxlinskaya da rəhbərlik etdiyi klinikaya qarşı vergidən yayınma ittihamı ilə cinayət işi başlandığını mediaya təsdiqləyib:

    «Mənim günahım varsa, cavab verməli olacam. Klinikada maliyyə məsələlərinə cavabdeh deyiləm. İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».//criminalaz.com

  • Bakıda oğlan “Odnoklassniki”də tanış olduğu tanınmış həkimi şantaj etdi, pullarını aldı

    Bakıda oğlan "Odnoklassniki"də tanış olduğu tanınmış həkimi şantaj etdi, pullarını aldı

    Bakıda tanınmış həkimi şantaj edərək pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

    Prokuror çıxışında Elnur İbrahimov barəsində olan polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək, həbslə əvəzlənməsini və onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

    Həkimin nümayəndəsi çıxış edərək prokurorla razı olduğunu qeyd edib.

    Elnur İbrahimovun vəkili çıxış üçün vaxt tələb edib.

    Qeyd edək ki, Elnur İbrahimov Bakıda fəaliyyət göstərən klinikalarının birində işləyən, özündən yaşca çox böyük olan tanınmış nevropatoloq və EEG həkimi X.G. ilə sosial şəbəkədə (ok.ru) tanış olub. Daha sonra Elnur İbrahimov qadınla münasibət quraraq, onu rüsvay etməklə şantaj edib, 8 min manatdan çox pulunu alıb. Daha sonra qadın ondan polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb. Onun barəsində nə istintaq, nə də məhkəmə dövründə həbs qətimkan tədbiri seçilib.

    Elnur İbrahimov ittihamları qəbul etmir. O bildirib ki, pulu həkimdən yardım məqsədilə istəyib.

    ///Lent.az