Category: Maraqlı

  • Alimlər xərçəng xəstəliyindən qoruyan ərzaq məhsulunu müəyyən etdilər – Möcüzə yaradan qida

    Bütün tədqiqatlar göstərir ki, xərçəng xəstəliyinin başlıca səbəbləri qidalanma rejimi ilə bağlıdır. Bu baxımdan onkoloji xəstəliklərin profilaktikası da düzgün qidalanma ilə mümkündür.
    Son tədqiqatlar isə göbələyin xərçəngə qarşı güclü vasitə olduğunu aşkara çıxarıb. Amma söhbət heç də bütün göbələk növlərindən getmir. Əslində göbələyin onkoloji xəstəliklərə qarşı immunitet yaratdığı əvvəldən bəlli idi. Amma son tədqiqatlar nəticəsində xərçəng xəstəliyini önləyən göbələk növü müəyyən edilib. Bu məhsuldan müntəzəm istifadə etmək onkoloji xəstəliklərdən qoruyur. Üstəlik, xərçəng xəstəliyini ilkin mərhələdə dayandıra da bilir.


    Mütəxəssislərin həyata keçirdikləri tədqiqatlar zamanı süd vəzisində xərçəng şişi olan qadınların gündəlik qida rasionuna şampinyon göbələyi əlavə edilib. Nəticələrə əsasən, xərçəng hüceyrələrinin artım sürəti əhəmiyyətli dərəcədə zəifləyib.
    Alimlər bunu onunla izah ediblər ki, şampinyon göbələyi orqanizmə düşdükdən sonra iltihab yaradan və bununla da onkoloji xəstəliklərə yol açan bakteriya və viruslar üçün müəyyən maneə yaradır. Şamonyon göbələklərinin tərkibində dendrit hüceyrələrin inkişafına müsbət təsir göstərən maddələr var. Bu hüceyrələr xərçəng xəstəliyinə qarşı mübarizə aparan ən güclü hüceyrələr hesab edilir. Bunun nəticəsi olaraq immun sistemini gücləndirən və xərçəng hüceyrələrinin orqanizmi zədələməsinin qarşısını alan T-limfositlərin hasilatı artır.


    Tədqiqatçılar bu xəstəlikdən əziyyət çəkən qadınlara tövsiyə edirlər ki, hər gün 100 qram həcmində şampinyon göbələyi yesinlər.

    Həmçinin bu qida təkcə süd vəzisi xərçəngindən əziyyət çəkən qadınlara deyil, profilaktika məqsədilə hamıya tövsiyə olunur. (SaglamOlun.com)

  • Orqanizmi toksin və mikroblardan bir günə təmizləyən ÜSUL

    Müasir elmdə “sərbəst radikallar” adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə toksinlər yığılır.

    Publika.az bu yazıda oxucuları orqanizmi bir günə təmizləməyin qaydası ilə tanış edib.

    Mərhələ 1

    Bütün günü təmizlənmiş və ya ərimiş su içirik. Suya limon şirəsi, təmiz bal əlavə etmək olar. Bu suyu hər yemək saatından əvvəl bir stəkan için.

    Mərhələ 2

    Aptekdən qanqal alın. Bu bitki orqanizmdə mübadilə proseslərini sürətləndirir, təmizləyir və qaraciyərə müsbət təsir göstərir. Qanqal bitkisinin çayını gündə 2-4 dəfə için.

    Mərhələ 3

    Səhər yeməyi zamanı bir desert qaşığı kətan toxumu yemək mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Kətən toxumlarını axşamdan suda isladanda daha yaxşı nəticə göstərir. Alınmış qatı kütlə bağırsağın işini sürətləndirəcək.

    Mərhələ 4

    Hər qida qəbulundan 20 dəqiqə sonra yaşıl və ya başqa bitki çayı için. Bu çaylar qanda şəkərin səviyyəsini normallaşdırır, mədədə iltihabi prosesləri sakitləşdirir, eləcə də qaraciyər və böyrəkləri təmizləyir. Yaxşı olardı ki, hər gün yaşıl çay içməyə adət edəsiniz.

    Mərhələ 5

    Enerji salatı

    Onun hazırlanması üçün lazım olacaq:

    200 qram kələm brokkoli;

    Yaşıl noxud 120 qram;

    40 qram avokado;

    20 qram günəbaxan;

    100 qram təzə xiyar;

    50 qram brınza (pendir);

    50 qram nanə və cəfəri;

    Limon şirəsi;

    Zeytun yağı.

    Hazırlanması:

    İnqrediyentlər doğrayıb yaxşıca qarışdırın, zeytun yağı və limon şirəsi tökün. Salat hazırdır! Bu salat fol turşuları ilə zəngin olduğu üçün enerji balansını bərpa etməyə kömək edəcək.

  • Daha çox yaşamağın asan yolu açıqlandı

    Britaniyalı alimlər mütəmadi olaraq təmiz havada orta səviyyədə fikizi əmək və fitneslə məşğul olmanın yaşlı kişilərdə ölüm riskini aşağı saldığını müəyyən edib.

    Tədqiqatla bağlı məqalə “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

    Tədqiqatlar göstərib ki, gündəlik olaraq yarım saat küçədə it gəzdirən və ya bağda işləyən kişilərdə ölüm riski 17 faiz aşağı düşür.

    Bu elmi tapıntı yaşlı kişilərin günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsinin ölüm riskini artırdığı haqqında digər elmi araşdırmanın nəticələrinə yaxın olub.

    Tədqiqat qrupu yaşı 78-dən yuxarı olan 1181 britaniyalı kişinin səhhətini və ölüm dinamikasını təqib edib. Hər şəxs orta hesabla beş il ərzində müşahidə olunub. Müşahidələrin sonuna 194 kişi dünyasını dəyişib.

    Mütəxəssislər qeyd edir ki, intensiv fiziki tapşırıqlar itlə gəzinti və bağda işləməkdən daha effektiv olsa da, heç də bütün yaşlı kişilər idmanla məşğul ola bilmir. Bununla belə, alimlər gündəlik fiziki əmək və gəzintinin uzunömürlülüyə xidmət etdiyinə əmindir.//oxu.az

  • “WhatsApp” ismarıclarını həmişəlik yaddaşda saxlamağın yolu tapıldı

    “WhatsApp”da göndərən şəxsi yazısını silsə belə, ismarıcı saxlamağın yolu tapılıb: yazışmanı sitat vasitəsilə “xilas etmək” olar.

    Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu metod “The Next Web” portalının diqqətini çəkib.

    Bir neçə ay əvvəl “WhatsApp” səhvən göndərilən və ya istifadəçinin yazışmada qalmasını istəmədiyi ismarıcları silmək imkanı yaradıb. Ancaq alqoritm tam olaraq plana uyğun işləməyib: ismarıcın yaddaşda qalması üçün onu sitata çevirmək və ya ismarıca cavab vermək kifayətdir.

    “WhatsApp” administrasiyasının yaydığı təlimata əsasən, məktubu göndərdikdən sonra yalnız yeddi dəqiqə ərzində silmək olur. Ancaq təlimatda məktubların dırnaq işarələrinin köməyi və ya cavablama yolu ilə yadda saxlama müddətinin uzadılması haqqında heç bir şey deyilmir.

    Sitat gətirilən ismarıclar silindikdə belə, bu metodlarla istər qrup, istərsə də şəxsi yazışmalarda mövcud olmağa davam edir. İndi mütəxəsislər bu məsələ üzərində “baş sındırır”: bu, “WhatsApp” komandasının yol verdiyi xətadır, yoxsa istifadəçilərin sərəncamına verilmiş xüsusi tənzimləmə?!

  • “Parasetamol”un ən böyük təhlükəsi məlum oldu

    “Parasetamol” cinsi hormonlara mənfi təsir göstərərək, sonsuzluq və qüsurlu döl inkişafı risklərini artırır. Belə bir nəticəyə San Dieqoda “Human Longevity” təşkilatının alimləri gəlib.

    Bu barədə “The San Diego Union Tribune” jurnalında məqalə dərc olunub.

    Tədqiqatda yaşı 18-dən yuxarı olan 455 nəfər iştirak edib. Təhlil prosesinə Avropada yaşayan 1880 əkiz, 1235 afroamerikalı və ispan əsilli insanların müayinəsi ilə bağlı tibbi məlumatlar daxil edilib. Alimlər metabolizm üçün zəruri olan 700 birləşmənin miqdarındakı dəyişikliklərin monitorinqini aparıb.

    Nəticədə bütün könüllü qruplarında “Parasetamol”dan istifadə ilə əlaqədar neyrosteroid cinsi hormonların tükənməsi müşahidə olunub. Effekt hormonal səviyyədə orqanizmin 35 il müddətinə qocalmasına bərabər olub.

    Preparat, eyni zamanda, cift və reproduktiv orqanlarda pozuntulara yol açır. Bundan savayı, “Parasetamol” sinir sistemi ilə bağlı xəstəliklərə yol açır, uşağın erkən doğumu və embrion inkişafı pozuntuları riskini artırır.//oxu.az

  • Günəşin sönəcəyi proqnozlaşdırılır

    ABŞ-ın Kaliforniya Universitetinin alimləri Yer planeti üçün heç də ürəkaçan olmayan proqnozlar verib.

    Tədqiqat qrupu belə bir nəticəyə gəlib ki, XXI əsrin ortalarında Günəşin aktivliyi ən aşağı səviyyəyə düşəcək, nəticədə Yer planetinə daha az günəş şüası və istiliyi daxil olacaq.

    Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqat qrupunun rəsmi press-relizi Phys.org saytında dərc olunub.

    “International Ultraviolet Explorer” kosmik teleskopu ilə son 20 ildə aparılan müşahidələr əsasında toplanan məlumatları təhlil edən alimlər belə nəticəyə gəlib ki, günəşdə ləkələrin əmələ gəlmə tezliyinə əsasən ulduzun aktivlik səviyyəsini müəyyən etmək olur.

    Tədqiqatçılar hesab edir ki, yaxın gələcəkdə günəş aktivliyinin misli görülməmiş “minimuma” düşməsi ehtimalı olduqca yüksəkdir.

    Planetimizdə baş verə biləcək qlobal soyumanı istixana qazları hesabına temperaturu qaldırmaqla kompensasiya etmək mümkün olmayacaq.

  • Təmiz kərə yağını saxtasından necə ayıraq? – YOLLARI

    İnsan sağlamlığı üçün ən faydalı qidalardan biri də kərə yağıdır. Amma əlbəttə, təmiz kərə yağı. Təəssüf ki, satışda təbii olmayan kərə yağları da var. Bəs təbii kərə yağını saxtasından necə ayırmaq olar? Ailem.az bununla bağlı sizə məlumat verir.

    Kərə yağının təbii olduğunu bilmək üçün onu otaq temperaturunda yoxlamaq lazımdır. Çünki kərə yağı otaq temperaturunda dərhal əriyir.

    Təbii kərə yağının rənginin sapsarı olması fikri isə tamamilə yanlışdır. Kənd şəraitində hazırlanıbsa, bu fikrinizdə haqlısınız, amma marketdə satılan sapsarı kərə yağının içində bol miqdarda qatqı maddəsi ola bilər. Buna görə rəngi işıqda ağa çevrilən və çox açıq rəngli olmayan kərə yağını alın.

    Keyfiyyətli kərə yağını qoxladıqda paketin üstündən də onun qoxusunu hiss edə bilərsiniz. Paketi qoxladıqda heç bir iy gəlmirsə, kərə yağı saxta ola bilər.

    Eyni zamanda bişərkən yaydığı iştah açıcı qoxu kərə yağının təbii olduğunu deməyə əsas verir.