Category: Maraqlı

  • “Barbarossa”nın unikal xəritə planı hazırlandı – FOTO

    Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında İkinci Dünya Müharibəsinin ilk günlərinə həsr olunmuş unikal tarixi xəritə yayımlanıb.

    Rusiya Müdafiə Nazirliyinin Arxiv Mərkəzinin əməkdaşları Qırmızı Ordunun SSRİ-yə soxulan düşmənlə ilk döyüşlərini əks etdirən və bundan əvvəl yayımlanmayan sənədləri üzə çıxarıb.

    Saytda müharibənin ilk günlərinin gizli arxiv sənədlərini tapmaq mümkündür: SSRİ Xalq Müdafiə Komissarlığı direktivləri, əmrləri, hərbi hissələrin komandirlərinin məruzələri və s.

    İlk dəfə saytda SSRİ Xalq Müdafiə Komissarlığının 1941-ci il iyunun 22-də hazırladığı direktiv yayımlanıb.

    Həmçinin, layihədə “Barbarossa planı”nın ilkin mərhələsinin xəritəsi yerləşdirilib. Xəritədə alman-faşist qüvvələrinin SSRİ sərhədinə yerləşdirilməsi, müharibənin ilk günlərində düşmənin hücumlarının planlaşdırılmış istiqamətləri göstərilib.//oxu.az

  • Qurudulmuş meyvə alarkən nələrə diqqət etmək lazımdır?

    Qurudulmuş meyvələr il boyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır.

    İstehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.

    ● Əgər məhsul hermetik qablaşdırmadadırsa ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.

    ● Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirilməkdə vacibdir.

    ● Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.

    ● Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur.

    ● Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.

    ● Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.

    ● Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.

    ● Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.

    ● Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.

    ● Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür.

    ● Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.

    ● Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.

    ● Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.

    ● Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.

    ● Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır.

    Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir. (Afsa.gov.az)

  • Planetin ən qorxulu yerləri – Fotolar

    Planetimizdə Bermud üçbucağına bənzər sirli yerlər kifayət qədərdir.

    Lakin onların mövcudluğu haqda çox az adam məlumatlıdır.

    Median.Az publika.az-a istinadən xəbər verir ki,  yaşadığımız planetin ən sirli yerlərini təqdim edir.

    Braziliya maqnit anomaliyası

    Kosmosda Bermud üçbucağına oxşar Braziliya maqnit anomaliyası mövcuddur. Anomaliya sahəsi Braziliya sahillərini əhatə edir. Məhz bu ərazidə kosmik gəmilər və peyklərdə problem yaranır. Anomaliya sahəsi indiyədək tam araşdırılmayıb.

    Şeytan dənizi

    Şeytan dənizi Sakit okeanda yerləşən və bir növ Bermud üçbucağına bənzər sahədir. Məhz burada gəmilərin itməsi, naməlum alov və obyektlər görünməsi kimi hallar baş verir. Yaponiya sahillərində yerləşən ərazidən elə Yaponiya hökuməti də ehtiyat edir və həmin ərazidə balıqçılıqla məşğul olmağa qadağan edib/ Deyilənlərə görə, Yaponiya hökuməti tədqiqat aparmaq üçün 1952-ci ildə Şeytan dənizinə ekspedisiya göndərib. Amma nə gəmi, nə də 31 nəfrdən ibarət ekipaj üzvü geri dönüb. Onların yoxa çıxması indiyədək məlum deyil.

    Miçiqan üçbucağı

    Miçiqan üçbucağı da kainatın sirrli ərazilərindən biridir. Məsələn, 1937-ci ildə “Makfarland” yük gəmisi Pensilvaniyadan Viskonsin ştatına yan almışdı. Kapitan gəminin idarəetməsini köməkçisinə tapşıraraq dincəlmək üçün kayuta gedib. Kapitan köməkçisinə 1 saatdan sonra onu oyatmağı tapşırıb. Lakin köməkçi kapitanın otağına daxil olarkən onu yerində tapmayıb. Bütün gəmini axtarsalar da, Kapitanı tapılmayıb. O, sanki qeybə çəkilib.

  • Gec qocalmağın 6 SİRRİ – Yaşlanmaq istəmirsinizsə, OXUYUN!

    Bir çox qadın var ki, onlar yaşlandıqca sanki heç qocalmırlar. Dəriləri təmizdir və göz kənarlarındakı mimik xətləri çıxmaq şərtilə üzlərində qırışları demək olar ki, yoxdur. Onlar çox tez-tez elə gülürlər ki, sanki bütün işləri həmişə yağ kimi gedir. Və hər birinin cavanlıq sirri müxtəlifdir. Eyni zamanda ümumi nələrsə var. Hansısa əsas prinsipləri…

    Median.Az bu yazıda qadınları cavan saxlayan əsas qaydalarla tanış edib.

    Birinci qayda: Qidalanmaya nəzarət edin

    Cavan qalmaq üçün ilk növbədə bağırsaqlarınız saat kimi işləməlidir. Qəbizlik orqanizmin zəhərlənməsi və dəri rənginin solması deməkdir. Şərq təbabətinə əsasən nazik bağırsaqlar orqanizmin kökləri sayılır. Əgər ağacın kökləri möhkəmdirsə, onda müvafiq olaraq ağac çiçəklənir və o, daha gözəl olur. Ağacın kökləri rütubətli olduqda isə təravətini itirir, solmağa başlayır. Eyni qayda bağırsaqlar üçün də keçərlidir. Bağırsaqların fəaliyyəti normal və sağlam olarsa, müvafiq olaraq, orqanizm də sağlam işləyəcək və insan ömrü uzunacaq. Bağırsağın sağlamlığı isə əlbəttə ki, yeməkdən asılıdır: Təzə tərəvəz və meyvələr, təmiz su, az yağlı xəmir, salatlar və sıyıq, həmçinin səhərlər çobanyastığı çayı dərinin gözəl qalmasına çox kömək edir.

    Su haqqında: Dərinin vəziyyəti, aktivlik və bədəninin qaməti içdiyimiz suyun kəmiyyət və keyfiyyətindən xeyli dərəcədə asılıdır. İnanmırsınız? Bunu sübut etmək asandır.

    Dərinin epidermis qatında zülal lifləri – cavanlaşdırıcı qabiliyyətə malik kollagenlər var. Suya düşən zaman onların həcmi artır. Qabarmış kollagen daxildən dərinin təzyiqini artırır ki, bunun sayəsində qırışlar yox olur və ya azalır.

    Dərinin hamarlığı bu prosesdən asılıdır. Odur ki, çəkinizə müvafiq olaraq hər gün su içmək – dərinin cavanlığını saxlamaq və bir çox sağlamlıq problemlərinin yaranmasının qarşısını almaq və ya həll etməyin ən əlverişli üsuludur. Su orqanizmi oksigen və həyat enerjisi ilə dolduracaq. Və tezliklə siz üzünüzdə (sözün əsl mənasında) nəticəni görəcəksiniz: dəriniz hamar, parlaq və yumşaq olacaq.

    İkinci qayda: Möhkəm yuxu

    Doyunca yatmamaq dəri və saç gözəlliyinin ən qəddar düşmənidir! Gün ərzində 8 saat yatmağa çalışın. Yuxu haqqında aparılan araşdırmalar da göstərib ki, gecələr tez yatan insanların dərisi daha cavan qalır.

    Möhkəm yuxu insana Allahın qiymətli hədiyyəsidir. Yuxu qiymətli vaxtının itkisi deyil, o orqanizmin gümrah qalmasını və sağlam olmasını təmin edən prosesdir. Yuxudan sonra bədən rahatlaşır, mənən təmizlənir, əlavə emosiyalar, gərəksiz məlumatlar silinir və yalnız faktlar yadda qalır.

    Üçüncü qayda: Təmiz hava gözəlliyin dostudur!

    Əgər siz bütün gün ofisdə oturaq vəziyyətdə çalışırsınızsa, heç olmasa bir neçə dayanacaq evə piyada gedin. Pəncərənin nəfəsliyi də daim açıq olmalıdır, qışda isə otaqların havasını tez-tez yeniləyin. İstirahət günlərində açıq havada çoxlu gəzin. İnsanın özünü həm mənəvi, həm də fiziki baxımdan yaxşı hiss etməsi üçün bir saatda təxminən otuz kubmetr təmiz hava qəbul etməlidir.

    Gözəllik və cavanlığın daha bir mühüm sirri hamamdır. Bizim dərimiz canlı orqanizmdir, orqanizmdə isə toksinlər yığılır və biz daim bu elementləri bədəndən təmizləməliyik. İnsan bədənindəki toksinlər dəri vasitəsilə böyrəklərdən 3 dəfə çox xaric olmalıdır. Buna isə buxar hamamı vasitəsilə nail olmaq olar.

    Bununla yanaşı bəzi mütəxəssislər sabunla yox, qarğıdalı unu ilə yuyunmağı məsləhət görürlər. Lakin bu zaman çox qaynar su istifadə etmək olmaz.

    Dördüncü qayda: Vitaminlər!

    Vitaminləri haradan əldə etmək lazım olduğunu deməyə ehtiyac yoxdur. Bunu indi balaca uşaqlar da bilir. Əlbəttə ki, siqaret, spirtdə və ya şirniyyatlarda deyil. Qış menyusuna meyvə quruları daxil edin. Suya şəkər əlavə etmədən quru meyvələrdən qışda kompot hazırlayın, səhərlər isə yulaf yarmasına qaysı qurusu və kişmiş əlavə edin. Həmçinin mütəmadi olaraq itburnu şirəsi için, onun dadı turşməzə olmalıdır, yalnız onda bədənə kifayət qədər vitamin daxil olacaq.

    Hər gün bir neçə qaşıq yulaf yarması, porsiya üzrə pomidor, portağal, bir neçə fincan yaşıl çay və yoqurt yeməklə qocalıq və yorğunluq barədə unutmaq olar. Əlbəttə, idmanla məşğul olmaq haqqında unutmaq olmaz.

    Mütəxəssislər “möcüzə-məhsulları” siyahısına bunları daxil edib: Lobya və qarağat, kələm brokkoli, yulaf, portağal, balqabaq, soya, qızıl balıq, ispanaq, qara və yaşıl çay, pomidor, hinduşka əti, qoz və yoqurt. Pəhrizin nəticə verməsi üçün bütün sadalanan məhsullardan həftədə 4 dəfə yemək lazımdır.

    Beşinci qayda: Daxili harmoniya və ruhun vəziyyəti

    Gənc qalmaq istəyirsinizsə, pis hisslərdən uzaq olmalısınız. Bu qayda digərlərindən qat-qat önəmlidir. Əgər cavanlığınızdakı kimi zarafatıetməyi və gülməyi yadırğamamısınızsa, əgər siz xeyirxahsınızsa və heç kimə qibtə etmirsinizsə, sevdiyiniz iş və məşğuliyyətləriniz varsa, qocalanda sizin simanız gözəl və nurlu qalacaq. Odur ki, plastik əməliyyatlar lazım olmayacaq!

    Cavanlıq cövhəri

    Hesab olunur ki, bu resept həqiqətən də hüceyrələri gənc saxlayır, onu 30 yaşdan sonra içmək məsləhət görülür. 200 qr çobanyastığı, 100 solmaz çiçəyi (Qumluq ödotu), 100 qr qaxotu və 100 qram tozağacı tumurcuqlarını qarışdırın. Əldə edilən çaylardan 1,5 xörək qaşığı yarım litr qaynar suya əlavə edib qarışdırın. Bir çay qaşığı bal əlavə edib axşam yatmazdan əvvəl və səhər yeməkdən yarım saat əvvəl bir stəkan için.

    Müalicə kursunu bir ay ərzində davam edin. Onu bir də beş ildən sonra təkrarlamaq olar.

    Altıncı qayda: Qadının yaşını onun boynu və əlləri ələ verir

    Əllərin qayğısına qalmaq haqqında biz nədənsə tez-tez unuduruq. Onların görünüşünə vərdiş edirik, lakin zaman keçdikcə dəridə artıq qırışlar həddindən artıq açıq-aşkar görünməyə başlayır və ləkələr əmələ gəlir. Temperaturun dəyişməsindən əllərin dərisi daha çox əziyyət çəkir, nəinki qoruyucu və tonal kremlərlə örtülmüş yanaqlar. Ev işlərini əlcəksiz görmək əllərin dərisini bir az da zədələyir.

    Bizim nənələrimiz yazda və payızda nahaq yerə əlcək taxmırdı. Onlar bununla əllərinin dərisini günəşdən və havanın digər təsirlərindən qoruyurdu. Nəticədə əlləri zərif və cavan qalardı. Odur ki, nazik zərif yaz əlcəkləri ərköyünlük deyil, sadəcə dərinin bayağı müdafiə vasitəsidir.//publika.az

  • Çox yatmağın ölümcül təhlükəsi aşkarlandı

    Yapon alimlər müəyyən ediblər ki, çox az və ya uzun müddət yatmaq 60 yaşdan yuxarı insanlarda beyin yorğunluğunu və vaxtsız ölüm riskini artırır.

    Mütəxəssislərin məqaləsi “Journal of the American Geriatrics Society” nəşrində dərc olunub.

    Araşdırmalarda 1517 nəfər iştirak edib, alimlər 10 il müddətində onları müşahidə ediblər.

    Bu müddətdə 294 nəfərdə ağıl zəifliyi güclənib, 282 nəfər isə ölüb. Bu insanlar əsasən, gün ərzində 5 saatdan az və ya 10 saatdan çox yatanlar olub.

    Ancaq yüksək fiziki aktivlik yaşlı insanlarda yuxu gigiyenasının mənfi təsirlərini kompensasiya edib.

  • Ömrü uzatmağın asan yolu

    Stokholm universitetinin alimləri həftəsonu doyunca yatmağın, iş günləri ərzində natamam yuxu və yorğunluğu kompensasiya etdiyini, beləcə müxtəlif əlaqədar xəstəliklərin qarşısını aldığını, həmçinin erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

    Bu barədə “Science Alert” məlumat yayıb.

    Tədqiqatda yaşı 18-dən yuxarı olan 38 mindən çox insan iştirak edib. Onlar tədqiqatçılara iş günlərində və istirahət günlərində neçə saat ərzində yatdıqlarını bildirib.

    Mütəxəssislər 13 il ərzində könüllülərin səhhətinə nəzarət edib. Onlar gecə saatlarında 5 saatdan az yatan və gün ərzində yuxuya 6-7 saat vaxt ayıran (nəzarət qrupu) insanlar arasında erkən ölüm halları səviyyəsini araşdırıb.

    Araşdırmada eyni zamanda könüllülərin cinsi, bədən kütləsi indeksi, fiziki aktivliyi, alkoqol və siqaretdən istifadə kimi faktorlar nəzərə alınıb.

    Məlum olub ki, yaşı 65-ə qədər olan və natamam yuxu ilə üzləşən könüllülərdə erkən ölüm riski 65 faiz artıb. Habelə alimlərin dediyinə görə, belə insanlar istirahət günlərində bir neçə saat artıq yatdıqda, onların səhhəti nəzarət qrupunda olan könüllülərin sağlamlıq səviyyəsindən heç də fərqlənməyib.

    Maraqlıdır ki, tədqiqat qrupu normadan artıq yuxunun da erkən ölüm riskini artırdığını ortaya çıxarıb.

  • Elmdə orucla bağlı sübut olunmuş ŞOKEDİCİ FAKTLAR – Alimlərdən MÜDHİŞ RƏYLƏR

    Ənənəvi oruc qaydalarına görə, günün müəyyən saatlarında yemək və içmək olmaz. Bu minlərlə ildir ki, dinlərin istifadə etdiyi üsuldur.

    Tarixi rəvayətlərə görə, İsa Peyğəmbər 40 gün ərzində səhrada oruc tutub. Ümumiyyətlə, bütün Peyğəmbərlərin ibadətində oruc əsas yer tutub.

    Uzaq Şərqdə də oruc ənənəsi var. Xüsusilə Çin və Hindistanda Daoistlər və ya bəzi Yoqlar bu üsula əl atırlar. Şaman mədəniyyətlərində də oruc tutmaq ayrıca ayin hesab olunur. Xülasə, oruc dünyanın dörd bir tərəfində keçmişdən bəri mövcuddur və hələ də həyata keçirilir.

    Oruc orqanizmi təmizlədiyi, nəfsi tərbiyə etdiyi və daha mənəvi kamilliyə çatmaq üçün vasitə olduğu dinlərdə ümumi olaraq qəbul edilib. Bir çox mədəniyyətdə də orucun günahları təmizlədiyinə dair inanclar mövcuddur.

    Publika.az bu yazıda oxucuları oruc haqqında maraqlı və çoxlarına məlum olmayan faktlarla tanış edir:

    Müasir oruc üsulları

    Günümüzdə oruc dünya miqyasında yenidən populyar olmağa başlayıb. Bundan yalnız bir neçə il əvvəl müasir tibb orucla maraqlanmırdı, amma son aparılan elmi araşdırmalardan sonra vəziyyət bir qədər dəyişib. Araşdırmalar göstərib ki, oruc bədən üçün çox faydalı və bir çox xəstəliyi müalicə edən xassələrə malikdir.

    Hazırda su ilə tutulan oruc, meyvə ilə tutulan oruc, aşağı kalori qidaların daxil olduğu oruc və başqa üsullar var.

    Rusiya illərdir oruc ilə müalicə üsulunu dəstəkləyir. Hətta rus alimlərinin bu məslə ilə bağlı 60 illik təcrübəsi var. Sibirdəki xüsusi xəstəxanada xəstələrə sağlamlıq personalının nəzarəti altında su ilə orucu tətbiq edilir. Gələn xəstələr həkim nəzarəti altında bir-iki həftə və ya daha uzun müddət yalnız su içərək oruc tutur. Xəstənin vəziyyətinə və xəstəliyin dərəcəsinə görə tutulan orucun müddəti dəyişir.

    Almaniyada professor Otto Buçingerin orucla müalicə üsulu çox məşhurdur və dünyada bir çox insan onu tətbiq edir. Almaniyanın Bad Pyrmont şəhərində 1920-ci ildə yaradılan Buçinger Xəstəxanası illərdir ki, xəstələri orucla müalicə edir. Otto Buçinger hələ 40 yaşında xroniki artrit xəstəliyinə tutulub və bu səbəbdən əlil arabasında yaşamağa məhkum olub. Adi tibb vasitələrinin heç biri işə yaramayanda, Otta Buçinger oruc tutaraq bu xəstəliyə qalib gəlib.

    Öz üzərində keçirdiyi şəxsi təcrübədən sonra professor orucun təsirləri ilə daha ciddi maraqlanmağa başlayıb və yeni müalicə üsulunu inkişaf etdirib. O, bu üsula “Müalicə yaradıcılığının kral yolu” adını verib.

    “Buchinger” üsulunda xəstələr sadəcə meyvə şirəsi və tərəvəz şorbası içərək az kalori qəbul edir və daha çox hərəkətdə olurlar. Eyni zamanda, istirahət də mühüm rol oynayır. İnsanlar 1 həftə və ya daha uzun müddət nəzarət altında qalaraq bu üsulla oruc tutaraq şəfa tapırlar.

    “İntermittent fasting” (müəyyən müddətlərdə oruc tutmaq) isə çox adamın istifadə etdiyi populyar üsuldur. Bu üsulda kalori hesablanmır və insanlar istədiyi kimi yemək yeyirlər, adətən saat 12.00-dan saat 20.00-a kimi və ya 14.00-dan saat 22.00-a qədər hər şey yemək olar. Bu 8 saatlıq müddəti çıxmaq şərti ilə qalan 16 saatda heç nə yeyilmir. Bu üsul çox asan şəkildə tətbiq edilir və gündəlik həyatda əks təsirləri olmur. Yəni çalışan şəxslər də bu üsulu asanlıqla həyata keçirə bilər. “Buchinger” və “İntermittent fasting” üsullarında insanlara su içməyə icazə verildiyi üçün oruc tutmaq olduqca asanlaşır.

    Bu üsulların hamısının ortaq xüsusiyyəti odur ki, insanlar bir çox məhsullardan imtina edərək qazanır. Həm zehni, həm də fiziki vəziyyətləri yaxşılaşır, özlərini daha sağlam hiss edirlər.

    Orucun zehin və bədən üzərindəki təsirləri

    Orqanizm durmadan çalışan fabrik kimidir. Qida və su olmadan insanın yaşaması mümkün deyil. Bağırsaqlar sağlam olmazsa, immun sisteminin və digər orqanların sağlam olması imkansızdır. Günümüzdə insanlar artıq 100 il əvvəlki kimi qidalanmır. Çoxumuz fəstfud yeyərək qidalanırıq. Bundan başqa bir çox qidanın genetikası dəyişdirilir, tərkibinə qatqı maddələri əlavə edilir. Həmçinin səhhətimiz stress kimi amillərin mənfi təsirlərinə məruz qalır. Bir çox adam yeməyini kifayət qədər çeynəmir və bu da mədə-bağırsaq sistemini çox yorur. Bəzilərimiz isə dayanmadan yeyir və bədən durmadan bu qidanı həzm etməyə çalışır, nəticədə dincələ bilməyən orqanizm çökür.

    Bu vəziyyətdə oruc tutmaq çox faydalıdır, çünki oruc tutduqda bağırsaqlar ərzaqların və suyun həzm edilməsi, sorulması üçün səy sərf etmək məcburiyyətində qalmır və bədəndə yığılmış toksinləri xaric ataraq rahatlaşır.

    Oruc tutduqda insan bədənində nə baş verir?

    Bədən kənardan ərzaq qəbul etmədikdə toplamış olduğu şəkəri istifadə edir, eyni zamanda bədən orucu təhlükə kimi qəbul edərək adrenalin ifraz edir. Adrenalin sayəsində ağrılar yavaşıyır və orqanizm iltihablarla mübarizə apara bilir. Həmçinin beyin böyük miqdarda enerjiyə ehtiyac duymağa davam edir, bunu da bədən tamamilə ödəyir. Şəkər ehtiyatı bitdikdən sonra növbə zülal anbarına gəlir və ən nəhayət piy ehtiyatlarını işə salır.

    Qaraciyər yağ turşularından yüksək enerjiyə malik keton elementləri ifraz edir. Keton elementləri qan dövranı sayəsində beyinə qədər çatır. Eyni zamanda əhəmiyyətli hüceyrə prosesi başlayır, beləcə, hüceyrələr təmizlənir. Bu, proses autofagiya adlanır və hüceyrələrin öz-özünü yeməsi mənasını verir. Bədən süni zülalları və ölü hüceyrələri qida olaraq qəbul edir və onları bir membran içinə alaraq bağırsaqdakı həzm enziminə göndərir. Son olaraq burada bədən üçün lazımlı enerjiyə çevrilməsini təmin edir. Autofagiya prosesinin başlaması üçün 12 və 16 saatlıq oruc kifayət edir.

    Yeri gəlmişkən, autofagiya prosesini 2016-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatını alan 71 yaşlı yaponiyalı alim Yosinori Osumi kəşf edib. Osumi hüceyrənin daxili komponentlərinin deqradasiyaya uğraması prosesi – autofagiya sahəsində kəşflərə görə mükafatlandırılıb. Osumi Nobel mükafatına layiq görülmüş 23-cü yapon alimidir.

    Osuminin ixtiraları artıq komponentlərin hüceyrələr tərəfindən məhv edilməsi anlamında yeni paradiqmanın formalaşdırılmasına gətirib çıxarıb. Onun tədqiqatları bir çox fizioloji proseslərdə, məsələn, aclığa adaptasiya və infeksiyaya reaksiya kimi hallarda autofagiyanın əhəmiyyətinin dərkinə yol açıb.

    Bir sözlə, bu zaman orqanizm kənardan qidalanmadığı üçün öz ehtiyatından faydalanır, eyni zamanda autofagiya sayəsində öz “hüceyrə zibilini” də təmizləyir. Uzun müddət oruc tutan insanlarda 2-ci və ya 3-cü gündən sonra bir yüngüllük əmələ gəlir və insan daha da rahatlaşmağa başlayır. Bir çoxu orucun çətinliyini keçdikdən sonra özlərini fəal, xoşbəxt və firavan hiss edir, zehni işlə məşğul olan insanlar isə daha rahat düşündüklərini etiraf edir.

    Çinli həkim Çen Jianmin ictimaiyyətin və cəmiyyətin qarşısında 49 günlük su orucu tutaraq rekord qırıb. Oruc tutduğu müddətdə əhvalında da müsbət tərəfə doğru dəyişiklər müşahidə olunub. Bu da orqanizmin oruc zamanı “serotonin” ifraz etməsi ilə əlaqədardır. Çen Jianmin bu rekordu ilə sehrbaz Devid Blainenin 44 günlük su orucunu yeniləyib. Devid Blaine bu təcrübəni şəffaf plastik qutuda havadan asılı şəkildə insanların görə biləcəyi bir yerdə həyata keçirmişdi.

    Nəticə etibarı ilə orucun bədən və zehin üzərində bir çox müsbət təsirə malik olduğu elmi araşdırmalarda təsdiqlənib. Lakin bilməlisiniz ki, uzun müddətli orucluq hər kəsə görə deyil və bunlar ancaq nəzarət altında peşəkar yardım ilə aparılmalıdır. Hər kəsin orqanizmi fərqlidir və hər kəs oruca uyğun olmaya bilər.

    Ramazan

    Qeyd etmək lazımdır ki, ənənəvi Ramazan orucu su orucundan 3 qat daha təsirlidir. Ramazan ayı boyu insanlar həm fiziki, həm də ruhi sağlamlığına zərərli olan maddələrdən itmina etməklə ən azından bir ay ərzində orqanizmi bu cür maddələrin zərərindən qoruyur və müdafiə sistemini yaxşılaşdırır.

    Müasir pəhrizlər

    Müasir pəhrizlər oruc deyil, fərqlidir. Amma onlar da zərərli məhsullardan imtina etməyə yönəlmiş sistemlərdir. Müasir tibb və elm durmadan inkişaf edir, artıq keçmişdə müdafiə edilən tezisin əksinə olaraq, bu gün fərqli nəzəriyyələr önə sürülür.

    Məsələn, bir vaxtlar həkimlər yumurta, yağ və s. kimi qidaları yeməyi qadağan edən pəhrizlər təklif edirdilər. Son zamanlar isə bu dəyişib, sadəcə şəkər ilə karbohidratların az istehlak edilməsi təklif olunur. Bir çox müasir pəhrizlər qədərində yeməyi və gündəlik tələbatdan artıq kalori almamağı irəli sürür. Nəticə olaraq, pəhrizlər mütləq faydalıdır, lakin hər bir tərkib, hər orqanizm fərqlidir və müasir həyatın gətirdiyi xəstəliklərdən dolayı hər kəs hər pəhrizi tətbiq edə bilməz. Bir çox insanın fruktoza, qlükoza və qlutenə qarşı allergiyası var. Odur ki, insanlar öz bədənini yaxşı tanımalı və özünə ən uyğun metodu seçməlidir.

    İnsan yemədən içmədən yaşaya bilərmi?

    Bir çox insan yemədən, yaxud da ki, içmədən yaşadığını iddia edir. Bu fenomenə dünyanın dörd bir tərəfində rast gəlinir. Müasir elm sübut edir ki, insanın yemədən və içmədən yaşaması mümkün süzdür. Elm bu iddiaları heç vaxt qəbul etməyib.

    Çində xüsusilə Daoistlərdə “Bigu” (heç bir şey yeməyib içməmək) deyilən ayinin mövcud olduğu məlumdur. Keçmiş Daoist yazılarda bunun necə edilməsi haqqında bir çox mənbələr mövcuddur. Daoistlər idda edir ki, ancaq yeməyə və içməyə olan həvəsdən imtina etdikdən sonra uğura nail olacaq və yalnız o zaman “Bigu”nu bacara biləcək.

    Hindistanda bir çox yoq var və onların arasında da, yemədən, içmədən illərlə sağlam yaşayan bir çox insan olduğu söylənilir. Bu yoqlar “prana” (Yoqada gözlər görünməz olsa da, prananın bütün kainata nüfuz etdiyi düşünülür) universal enerji ilə qidalandıqlarını deyirlər. Qərbdə buna “işıq qidası” deyirlər, yəni o yoqlar havadan və işıqdan qidalandıqlarını iddia edir.

    Bunlardan biri də 70 ildir heç bir şey yemədiyini və içmədiyini iddia edən Prahland Yanıdır. O, Hindistanda yemək, su olmadan bir otaqda 14 gün bütün sutka boyu nəzarət altında saxlanılıb və bu müddət ərzində orada sağ qalıb. Bu prosesdə hər gün mədəsinə baxılıb və gündəlik rentgendən keçib. 14 gün sonra Hindistandakı həkim briqadası Prahland Janinin iddiasının doğru olduğunu və bunun elmi baxımdan sübut olunduğunu söyləyib. Dünya ictimaiyyətinə bomba kimi düşən iddia uzun müddət müzakirə edilmişdi. Müasir tibb təhsili almış həkimlər isə bu hadisənin mümkünsüz olduğunu və mütləq bir hiylə işləndiyini bildirir. Çünki müasir təbabətə görə, bu mümkünsüzdür. Lakin danışdığmız hadisənin həqiqət olduğunu düşünən alimlər də az deyil.

    Oruc həkimi Rudiger Dahlke onlardan biridir. O, Almaniya kanallarından birinə verdiyi müsahibədə müasir elmdən kənarda bu hadisənin həqiqət olduğunu və ön mühakimələr olmadan bu hadisənin tərəfsiz heyət tərəfindən araşdırılmasının lazım olduğunu söyləyib. O, özünün də uzun müddətli oruc tutduğunu və 1 həftə yemədən, içmədən oruc tutanda qeyri-adi təcrübə topladığını deyib.

    Başqa bir həkim Sudih Shah Hindistanda verdiyi müsahibədə böyük tibbi heyətlə birlikdə 2003-ci ildə bu təcrübəni həyata keçirdiyini deyib. O bildirib ki, təcrübəsi ilə Prahland Janiyə yanaşıb. Sudih Shah onu da iddia edib ki, oruc tutduğu müddətdə ona “Yalan deyirsənsə səni ifşa edərəm və sənin bir yalançı olduğunu dünya aləmə yayaram. Amma əgər doğru danışanlardansansa, bu hadisəni bütün dünyaya çatdırıram” deyildiyini xatırlayır.

    Bu fenomenə şübhə ilə yanaşan başqa biri də qidalanma üzrə mütəxəssis, professor Volfqanq Markdır. O, verdiyi müsahibədə “Bu həyat tərzi elmdə mümkün deyil, lakin bunun detalları tam olaraq açıqlanmayıb” , – deyə bildirib.

    Müasir elm bu hadisəni qəbul etmir, çünki müasir elmə görə, bu, mümkün deyil. Çünki insanın yemədən, içmədən yaşaya bilməsi faktını qəbul etmək bütün məktəb dərsliklərinin dəyişməsini və tamamilə fərqli nəzəriyyələr tələb edir./saglamolun.az

  • Yuxuları idarə etməyin yolu tapıldı – VİDEO

    ABŞ-ın Massaçusets texnologiya institutunun tədqiqatçıları “şüurlu yuxuların” (lucid dream) və ya mikro-yuxuların müddətini uzada bilən “Dormio” adlı xüsusi cihaz ərsəyə gətirib.

    Bu barədə “Motherboard” məlumat yayıb.

    Alimlərin təbirincə mikro-yuxu müddətinin uzanması insanların yaradıcı qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

    Hipnoqoqiya vəziyyətində insan səsli, görüntülü və ya taktil hallüsinasiyalar yaşaya bilir.

    Qan təzyiqini və ürək yığılmalarının tezliyini ölçən sensorlarla təchiz olunmuş əlcək şəkilli mikro-kontrolyordan ibarət cihaz altı könüllünün üzərində sınaqdan keçirilib.

  • Uşağın başı niyə ağrıyır – Səbəblər və müalicəsi

    Çox zaman uşağın başı ağrıyanda böyüklər dədə-babalardan qalma məşhur sözü deyir: heç uşağın da başı ağrıyar?

    Sanki uşaqlar üçün baş ağrıması hələ tezdir, başağrısı böyüklərə məxsusdur. Halbuki necə ki, böyüklərin başı, siniri, əzələri var, uşaqlar da eyni fiziologiyaya malikdir. Son vaxtlar uşaqlar və yeniyetmələr arasında baş ağrıları, spazmlar artıb.

    Bir uşağın niyə görə başı ağrısın? Həkimlər bu suallara cavab tapmağa çalışır. Çünki uşaq özü baş ağrısının tam klinikasını izah edə bilmir. Ona görə uşaqlarda baş ağrısının səbəblərini araşdırmaq ciddi müayinələr tələb edir. Ilk növbədə baş-böyun USM və ya rentgeni aparılır.

    Səbəblərdən ən birinci doğuş travmalarıdır. Doğuş prosesinin pozulması, çətinliyi və uşağın oksigen çatışmamazlığı keçirməsi, boyun fəqərələrində yerdəyişmə nəticəsində yaxınlıqda olan qan damarlarının az da olsa sıxılması baş-beyinin müyyən hissələrdə qan dövranı pozulmasına səbəb olur. Beyin qabığı kifayət qədər oksigen almır. Belə travmalardan sonra uşaqda alın, gicgah və boyuna yayılan ağrılar olur.

    Bəzən onurğada sürüşmə sinir uclarına təsir edir. Belə olan halda baş ağrısı ilə yanaşı dərinin, ətrafların uyuşması baş verir.

    Əgər ana bətnində ikən döl kifayət qədər oksigen almırsa, çox güman ki, doğumdan sonra o uşaqda daimi qan dövranı pozğunluğu səbəbindən baş ağrıları olacaq.

    Vegetativ disfunksiya – uşaqlarda baş ağrısının daha bir səbəbidir. Bu xəstəlik uşaq normadan artıq sürətlə böyüdükdə, boyu uzandıqda yaranır. Daxili orqanların ümumi kütləsi sümük skeletinin uzanmasına tərs -mütənasib olur.
    Vegetativ disfunksiya məktəbə başlayanda uşağın beyninin həddən artıq yüklənməsi, psixoloji travmalar, yuxu istirahət rejiminin pozulmasında da inkişaf edir.

    Uşaq möhkəm yıxılıbsa, başından zədə alıbsa, istənilən belə zədə beyin mədəciklərinə maye axını yaradır. Uşaqda kəllə daxili təzyiq artır, bu da baş ağrıları verir.

    Əgər uşaqda baş ağrıları çox güclüdürsə, dərman sakitləşdirmirsə, qusma, gözlərdə problem, huşunu itirmək kimi əlamətlər verirsə o zaman beyin şişindən şübhələnmək olar.

    Valideynlərə məsləhət:

    Uşağın başının tez-tez ağrımasının qarşısını almaq üçün onunla açıq havada, parkda çox gəzin. Yuxu rejimini qaydaya salın. Gündə 9-10 saatdan az yatmamalıdır.

    Uşağın yatdığı otaqda təmiz hava olmalıdır.

    Televizor, telefon və kompüter də uşaq beyninə mənfi təsir edib, spazmlar verə bilər. Ona görə uşağa gündə 1-2 saatdan artıq ekran qarşısında oturmağa icazə verməyin.
    Əgər uşaqda görmə zifliyi varsa, mütləq düzgün eynək seçilməlidir, əgər uşağın gözlərinin problemi həll olunmasa bu da baş ağrıları verəcək.

    Əgər övladınızı mütəmadi baş ağrıları narahat edirsə, yaşından asılı olmayaraq onu vaxtında nevrapotoloq və göz həkiminə aparın.(Medicina.az)

  • Dişi çürüməyə qoymayan çox sadə ÜSUL

    Dişlər də eyni ilə bədənin digər orqanları kimi qulluğa ehtiyac duyur. Qulluq dişlərin tez çürüməsinin qarşısını alır.

    Median.Az bu yazıda oxucuları diş çürüməsinin qarşısını alan sadə üsullarla tanış edib.

    Yemək vərdişlərini dəyişdirin

    İngiltərədə aparılan tədqiqatda məlum olub ki, sağlam qidalanmaq dişlərin möhkəmliyinə birbaşa təsir edir. Şəkər baxımından zəngin olan qidalar isə dişlərin çürüməsinə səbəb olan başlıca amillərdəndir.

    Süd, pendir, qatıq kimi kalsium baxımından zəngin olan qidalara üstünlük verməyə çalışın və bolluca su için.

    Şəkərsiz saqqız çeynəyin

    Qəribə görünə bilər, ancaq şəkərsiz saqqız çeynəmək diş çürüməsinə mane olur. Şəkərsiz saqqızın tərkibinə ksilitol adlı komponent daxildir. Bu komponent ağızda yemək artıqlarının və bakteriyaların təmizlənməsini təmin edir.

    Diş fırçasını müntəzəm olaraq təmizləyin və dəyişdirin

    Həmişə kiçik və ya orta boy fırça seçin. Şotkanın tüklərinin bütün dişləri təmizlədiyindən əmin olun. Bakteriya meydana gətirəcəyi üçün fırçanın başını qapaqla örtməyin. Bunun əvəzinə, hər istifadədən sonra fırçanı su ilə yaxşı yaxalayın və açıq havada saxlayın. Mütəxəsisslər hesab edir ki, hamamla tualet bir otaqdadırsa, fırçanı belə mühitdə saxlamaq olmaz. Bu, diş fırçalarında bakteriya meydana gətirə bilər.

    Diş baxımı

    Gündə ən az 2 dəfə dişlərin bütün səth və ən arxa hissələrini fırçalayın. Qarqara və diş ipi istifadə etməyi vərdiş halına gətirin.

    Tez-tez diş həkiminə getmək xoş deyil, problemi müalicə etməkdənsə qarşısını almaq daha yaxşıdır. Dişlərinizi tez-tez yusanız da, fırçanın təmizləyə bilmədiyi hissələr qalır. Odur ki, ildə bir və ya 2 dəfə diş həkiminə gedib dişlərdə toplanan diş daşlarını və ərpi təmizlətdirin.

    Lazımlı vitamin qəbul etdiyinizdən əmin olun. Tüpürcək ifrazını artımaq üçün meyvə, tərəvəz, fındıq kimi lif baxımından zəngin qidalar yeyin. Çox miqdarda B vitamini və dəmir ehtiva etdiyi üçün bütün taxıllı qidalar, xüsusilə alma, banan, kələm, brokkoli və yaşıl noxud yeyin.

    Taxıl məhsullarına maqnezium daxildir ki, bu da kalsiumu əmməyə və dişləri gücləndirməyə yardım edir. Tez-tez dəniz məhsullarına da üstünlük verin. Qızıl balıq, siyənək balığı, konserv skumbriya və sardalya, D vitamini üçün mükəmməl mənbədir.

    Kokos yağının dişlərə faydası

    Kokos yağını dişlər üçün də istifadə etmək olar. Bu yağ bakteriyaları dişlərdən çıxarır və təbii yolla yaxşılaşdırır. Yağı 15 dəqiqə ərzində ağzınızda saxlayın və qətiyyən udmayın. Bu diş çürüklərini müalicə etmir, əvəzində yeni çürüklər əmələ gəlməsinin qarşısını alır.

    Diş məcununu özünüz hazırlayın

    4 xörək qaşığı kalsium tozu

    1 yemək qaşığı steviya

    1 xörək qaşığı dəniz duzu

    2 xörək qaşığı qabartma tozu

    1/4 fincan kokos yağı

    Bütün materialları məcun olana qədər qarışdırın və normal diş məcunu kimi istifadə edin. Lakin bu məcunu 30 gündən çox istifadə etmək tövsiyə edilmir./publika.az