Category: Maraqlı

  • Bu, qan qrupu heç vaxt xərçəng xəstəliyinə tutulmur-Ən şanslı qrup

    Araşdırmanı Amerika Milli Sağlamlıq İnstitutunun professoru Araş Etemadi aparıb. İlkin nəticələrə görə, 1-ci qan qrupuna aid olmayan şəxslərin xərçəngdən ölüm halları daha çoxdur.

    Araşdırma zamanı qan qrupuyla mədə xərçəngi arasında əlaqə də tapılıb. Nəticələr göstərir ki, ikinci, üçüncü və dördüncü qan qrupundan olanlar birinci qan qrupu ilə müqayisədə 55 faiz daha çox mədə xərçənginə tutulur.

    Hansı qan qrupu daha şanslıdır?

    Lakin bu, o demək deyil ki, 1-ci qan qrupu bütün xəstəliklərdən sığortalanıb. Qidalanma, idman vərdişi kimi bir sıra mühüm amillər birinci qan qrupdan olanların səhhətinə ciddi təsir göstərir. Ancaq onların xəstələnmək riski nisbətən daha azdır.

    Hangi kan grubu daha şanslı

    Daha əvvəlki tədqiqatlara görə, ikinci və üçüncü qan qruplarında demək olar ki, bütün xərçəng növlərinə rast gəlinib. Xərçəngə qarşı şanslı qan qrupu isə birincidir.

    Xərçəng və qan qrupları arasındakı əlaqə belədir

    Döş xərçəngi

    Bu xərçəng növünə tutulan qadınlar ilə bağlı aparılan araşdırmalar göstərir ki, 1-ci və 3-cü qan qrupuna malik olanlar müalicəyə daha sürətli cavab verir və daha tez yaxşılaşır.

    Beyin şişləri

    Bir çox beyin və sinir sistemi xərçəngləri 2-ci və 4-cü qruplarında rast gəlinir.

    Yumurtalıq xərçəngi

    Bu xərçəng növləri ikinci və dördüncü qruplarda daha çox rast gəlinir, ancaq üçüncü qan qrupundan olan insanların da xəstənlənmək ehtimalı yüksəkdir.

    Bağırsaq xərçəngi

    Bəzi növlərində qan qrupu həlledici olmur. Bağırsaq xərçənginə yol açan ən mühüm amillər qidalanma, həyat tərzi və gərginlikdir.

    Həzm yolu xərçəngi

    Dodaq, dil, yanaq, diş əti yemək borusu xərçəngləri ilə tüpürcək vəzilərində şiş xəstəliklərinin ikinci və üçüncü qrupları ilə çox yaxın əlaqəsi var. Bu xərçəng xəstəliklərinin çoxu öz-özlərinə yaranır. Bununla belə siqareti tərgitmək, spirti içkini azaltmaq və pəhrizə sayəsində xəstəliyin yaranma riskini azaltmaq mümkündür.

    Hangi kan grubu daha şanslı

    Mədə xərçəngi

    63 min xəstə üzərində aparılmış tədqiqatlara görə, mədə xərçənginin ikinci və dördüncü qan qrupları yaxından əlaqəsi var.

    Mədəaltı vəzi xərçəngi

    Mədəaltı vəzi, qaraciyər, öd kisəsi və öd yolu xərçəngləri dözümlü həzm sistemlərinə malik olan birinci qan qruplarında nadir görünür. İkinci və dördüncü qruplar yenə də ən çox risk daşıyanlar sayılır. Üçüncü qan qruplarının onlar üçün təhlükəli olan qabıqlı quru meyvələr yeməsi də bu xərçəng növlərinə tutulma ehtimalını artırır.

    Limfa və leykemiya

    Bu xərçəng növünə əsasən 1-ci qan qrupları meyllidir.

    Dəri və sümük

    Dəri xərçəngləri də ən çox birinci qan qruplarında rast gəlinir. Melanom dəri xərçənginin ən ölümcül şəklidir. Üçüncü qan qruplarının da dəri xərçənginə tutulma ehtimalı yüksəkdir.

    Sidik kisəsi xərçəngi

    Sidik kisəsi xərçəngi ən çox ikinci və üçüncü qruplarında müşahidə olunur. Həm ikinci, həm də üçüncü qrupun xüsusiyyətlərində özündə birləşdirən dördüncü qan qrupu da ən yüksək risk daşıyan qrup sayılır./publika.az

  • Qara dəliklər “şəhəri” aşkarlandı

    ABŞ-ın Kolumbiya universitetinin alimləri Süd Yolunun mərkəzində, daxilində 20 minə qədər qara dəliyin olduğu ehtimal edilən onlarla ulduz qrupu aşkarlayıb.

    Median.Az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

    Alimlər qalaktikanın nüvəsində mövqe tutan super-nəhəng qara dəliyin yaxınlığında kiçik ölçülü qara dəliklərin çoxalmasını kosmik nöqteyi-nəzərdən qanunauyğun bir hal sayır.

    Tədqiqatçılar bunu sıxlıqın son həddi (ing:density cup) adlandırsalarda, buna qədər onun mövcudluğu barədə heç bir elmi sübut yox idi.

    Astronomlar “Chandra X-ray Observatory” rentgen rəsədxanasının son 12 il ərzində topladığı məlumatları təhlil edib. Onlar qara dəlik və kiçik kütləli ulduzlardan ibarət binar sistemlərlə əlaqəli aydın rentgen işartılarını axtarıb.

    Nəticədə “A” Oxatanından (Süd Yolunun mərkəzində olan yüksək sıxlıqlı obyekt) üç işıq ili uzaqlıqda 12 tranziyent (bəyazlığını dəyişən kosmik obyekt) aşkarlayıb.

    Müşahidə və təhlillərdən sonra alimlər belə bir nəticəyə gəlib ki, Qalaktikanın mərkəzi sahəsində 3,2 işıq ili diametrində olan 300-500 binar sistem və 10 min fərqli qara dəlik mövcuddur. Onlar “A” Oxatanını əhatə edən qaz və tozdan təbəqəsindən formalaşmış nəhəng ulduzlarda baş verən partlayışdan sonra meydana gəlib.

  • Marsa arılar göndəriləcək

    NASA mütəxəssisləri Mars planetinə qanadla təchiz olunmuş kəşfiyyatçı robotlar göndərməyi planlaşdırır.

    Median.Az “Science Alert”ə istinadən xəbər verir ki, “mars arıları” adlandırılan uçan robotlar qırmızı planetin atmosfer təzyiqi barədə məlumatlar toplayacaq.

    Mars arıları eyni zamanda planetdə reqolit (qrunt qalıqları) nümunələrini götürəcək.

    Tərtibatçıların dediyinə görə, robotlar qrup şəklində tapşırıqlar yerinə yetirəcək və vaxtaşırı elektrik qidası almaq üçün təhkim olunduqları mars roverinə qayıdacaq.

    Hal-hazırda mütəxəssislər layihənin texniki mərhələsini həyata keçirir. Onlar uçan robotların mars atmosferi şəraitində aerodinamikasını öyrənmək üçün, sınaqlarda vakum kamerasından istifadə etməyi planlaşdırır.

    Mütəxəssislərin təbirincə, həqiqi arını təqlid edən aparat, kifayət qədər yüksək yükqaldırma qabiliyyətinə malik olacaq. Tərtibatçılar eyni zamanda qanadların özülünə yaylar quraşdırmaqla enerji sərfiyyatını ən aşağı səviyyəyə çatdırmağı planlaşdırır.

    Bundan başqa hər hansı robot qəzaya uğrayıb düşsə, digər “arılar” onu qaldırıb bazaya daşıya biləcək.

  • İnsan bədənində ən gec və ən tez qocalan orqanlar hansıdır?

    Kaliforniya Universitetinin (ABŞ) professoru Stiv Xorvat insan orqanlarının bioloji yaşı ilə bağlı maraqlı araşdırma aparıb.

    Median.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırma zamanı müxtəlif orqanların insanın “pasport” yaşına uyğun olub-olmadığı öyrənilirdi.

    Maraqlıdır ki, eksperimentin nəticələrinə görə, ən tez qocalan orqan qadın sinəsidir. Döşün hüceyrələri orta hesabla orqanizminin digər hüceyrələrlə müqayisədə 2-3 il tez qocalır.

    Ən gec qocalan orqan isə beyindir və xüsusilə beyinin koordinasiyaya cavabdeh olan hissəsi beyincikdir. Belə ki, araşdırmada iştirak edən 112-yaşlı qadının beyini orqanizmdən təxminən 5 yaş, qeyinciyi isə təxminən 15 yaş cavan idi.

  • Yeni insan orqanı kəşf edildi — ELM DÜNYASI ŞOKDA

    Nyu-York universitetinin alimləri elm dünyasını şoka salan açıqlama verib.
    Median.az xəbər verir ki, açıqlamaya əsasən, insanın bütün vücudunu əhatə edən yeni bir orqan kəşf edilib. “İnterstitium” adlı yeni orqan toxumaların zədələnməsinin qarşısını alır və orqanizmin ən böyük orqanıdır.

    “İnterstitium” adlı orqan vücud içərisindəki maye ilə dolu bölmələrdədir və toxumaları zərbələrdən qoruyur. Zərbələri əmən bir xüsusiyyətə malik olan orqan insan orqanizmi haqqındakı məlumatları yeniləyəcək:
    “Bu orqan hərəkətli maye üçün bir yol kimidir. Dərinin üst təbəqəsindədir. Damarlar, əzələlər, ciyərlər və digər bütün iç orqanların arasında yerləşir”.
    Alimlər qeyd ediblər ki, kəşf edilən yeni orqan üzərində tədqiqatlar davam edəcək:
    “Xərçəngin bəzi orqanlarda necə yayıldığını və xərçəngin inkişafının qarşısını almaq üçün bu mövzuda araşdırmalar aparılacaq”.

    Alimlər orqanların arasındakı mayelərin daşınmasının bir orqan tərəfindən həyata keçirildiyini ilk dəfə kəşf etdiklərini bildiriblər.

  • Ömrü uzatmağın asan yolu tapıldı

    ABŞ-ın Dük universitetinin alimləri qısa müddətli fiziki yüklənmənin ürək-damar xəstəlikləri və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.

    Araşdırma haqqında elmi məqalə “Journal of the American Heart Association” jurnalında dərc olunub.

    Mütəxəssislər yaşı 40-dan yuxarı olan 4840 nəfərin müayinə nəticələrini təhlil edib. Könüllülər üzərində aparılan müşahidələr 2003-2006 illəri əhatə edib. Sınaqlarda iştirak edənlər gündəlik fiziki yüklənmə səviyyəsinin ölçülməsi məqsədilə akselometrlərlə təchiz olunub.

    2011-ci ildə onlardan 4140 nəfəri sağ qalıb.

    Məlum olub ki, fiziki aktivliyi günə 20 dəqiqədən az olan insanlarda erkən ölüm riski ən yüksək olub. Habelə bir saata yaxın fiziki fəallıq erkən ölüm riskini iki dəfə azaldıb.

    Gündəlik 100 dəqiqəlik fiziki yüklənmə bu riski ümumiyyətlə 76 faiz azaldıb. Sınaqda iştirak edən yaşlıların sağlamlığına mütəmadi olaraq lift əvəzinə pilləkanlardan istifadə və sürətli yeriş müsbət təsir göstərib.

  • Pivə kişilərdə qadın hormonlarını artırır – FOTO

    Alkoqollu içkilərdən, xüsusilə də pivədən uzaq durun!

    Milli.az Muscle Boost Baku-ya istinadla xəbər verir ki, ideal bədən ölçüsü, sağlam həyat tərzi, yüksək cinsi fəaliyyət istəyirsinizsə, alkoqollu içkilərdən, xüsusilə də pivədən uzaq durun. Çünki spirtli içki qəbul edilən zaman qaraciyərdən ifraz olunan maddə kişilər üçün ən vacib olan testosteron hormonunu azaldır. Pivə isə testosteronu qadın hormonları ilə əvəzləyir. Bu səbəbdən də pivə içən kişilərin qarnı hamilə qadınların qarnına bənzəyir.

    Əgər mütləq ki içki içmək istəyirsəniz, onda qırmızı çaxıra üstünlük verin. O da ki çox az miqdarda… Qeyd edək ki, testosteron azalması zamanı cinsi istək, əzələ kütləsi azalır, əsəbilik və yorğunluq yaranır, sümüklər əriyir, depressiyaya səbəb olur.

    Testosteron isə cinsi istəklə düz mütənasibdir. Belə ki, testosteron nə qədər çox olarsa, cinsi istək də o qədər çox olar.
    Qeyd edək ki, kişilərin qadınlardan, keçəl kişilərin də saçlı kişilərdən az yaşamasının da bir səbəbi kimi testosteron hormonlarını göstərirlər.

    Orta yaşlı qadının bədənindəki testosteron miqdarı 7 yaşlı oğlanın bədənindəki testosteronun miqdarından dəfələrlə azdır. Bu səbəbdən də qadınlar nə qədər idman etsələr də, əzələləri kobud forma almır.

  • Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

    Beynəlxalq tədqiqat qrupu televizor qarşısında gündə 4 saatdan çox vaxt keçirməyin, kişilərdə yoğun bağırsaq xərçəngi riskini 35 faiz artırdığını müəyyən edib.

    Median.az “The Daily Mail”ə istinadən xəbər verir ki, Oksford Universiteti, London imperial kolleci və Xərçəngin tədqiq olunması üzrə beynəlxalq agentliyin alimləri belə bir nəticəyə gəlib.

    Sözü gedən onkoloji xəstəlik adətən yüksək kalorili dieta ilə əlaqali olur.

    Mütəxəssislər 6 il ərzində yarım milyona yaxın insanla əlaqədar toplanmış məlumatları təhlil edib. Araşdırmaya görə, uzun müddət televizoru seyr edən kişilərin yoğun bağırsağında bədxassəli şişin formalaşması riski 3 dəfə artıq olur, qadınlarda isə xərçəng riskini 11 faiz artırır.

    Beynəlxalq tədqiqat qrupunun mütəxəssislərinin fikrincə, bağırsaq xərçənginin üzə çıxması kişilərin televizora baxa-baxa qida qəbul etməsidir.

    Alimlər eyni zamanda kompüter arxasında uzun müddət vaxt keçirmə ilə onkoloji xəstəliklərin inkişafı riski arasında əlaqənin olduğunu təsdiq edib.

    Araşdırmanın müəllifləri balanslaşdırılmış dieta saxlamağı, sağlam həyat tərzi sürməyi tövsiyə edir. Bu yoğun bağırsaq xərçənginə qarşı effektiv profilaktika hesab olunur.

  • Xərçəng olmaq istəmirsinizsə, gündə 6 ədəd qızardıb yeyin – DİQQƏT

    İllərdir sarımsaq alternativ tibb üsulu kimi istifadə edilir. Sarımsağın faydaları saymaqla bitmir.

    Median.az xarici KİV-ə istinadən xəbər verir ki, gündə 6 ədəd közlənmiş və ya qızardılmış sarımsaq yediyiniz zaman orqanizmdə dəyişikliklər meydana gəlir.
    İlk saat

    Bədən sarımsağı həzm etməyə başlayır.

    2-4 saat ərzində

    Həzm olunan sarımsaq xərçəng hüceyrələrini yox etməyə başlayır.

    4-6 saat

    Maddələr mübadiləsi sürətlənir. Bədəndə yığılan yağlar atılır.

    6-7 saat

    Sarımsağın antibakteriyal xüsusiyyəti bədənə yayılır və qan dövranını sürətləndirir. Sarımsaq bakteriyalarla mübarizəyə başlayır.

    7-10 saat

    Sarımsaqdakı qidalar bədəni oksidləşmədən qoruyur.

    10-24 saat ərzində

    Sarımsaq xolestrolu nizamlayır, damarları təmizləyir və ürək-damar problemlərinə qarşı qoruyur. Sümükləri bərkidir, yorğunluğun qarşısını alır.

  • İnsanların xəyanət etməsinin səbəbi bilindi

    Niyə aldadırıq və aldanırıq?

    Aldadılan hər kəs yəqin ki, özünə bu sualı verib.

    Həmişə belə düşünülür ki, ya kiməsə aşiq olub, ya da yetərli olmamışam.

    Bu problemin elmi bir açıqlaması var və buna “Cinsi narsisizm” deyilir.

    Narsizm, qüsursuz olduğunu düşünən və bu səbəblə tənqid qəbul etməyən, dinləməyən və empatiya qura bilməyən insanların özünü bəyənmişlik sindromudur.

    Yəni, cinsi narsisizm səviyyəsi yüksək olan şəxs də yataqda inanılmaz performansı olduğunu düşünüb, bunu başqalarına da göstərməyin ən təbii haqqı olduğuna inanır.

    Araşdırmalardan belə nəticəyə gəlinib ki, hətta narsistlər də aldadılır. Çünki onların özünü bəyənmişliyi və empatiya qura bilməmələri qarşı tərəfi onlardan soyudur. Qadın və ya kişidə cinsi narsizm nə qədər yüksəkdirsə, qarşı tərəfin də aldatmağa meyili bir o qədər çox olar.