Category: Ordu

  • Paytaxt bayrağa bürünüb

    Prezident İlham Əliyevin sentyabrın 28-də imzaladığı sərəncamla ölkədə qismən səfərbərlik elan edilib. Azərbaycanda qələbəyə inam və ruh yüksəkliyi duyulur, paytaxt Bakı dövlət bayraqları ilə bəzədilib.

    “Report” gənclərə “cəbhəyə getməyə hazırsınızmı” sualı ilə müraciət edib:

  • MN: Düşmən Goranboyu atəşə tutub

    “Düşmən Goranboy rayonunun Yuxarı Ağcakənd və Qaramusalı kəndlərini artilleriya atəşinə məruz qoyub. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyməyib. Kənd sakinləri arasında itki yoxdur”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

    “Düşmənə qarşı bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – o əlavə edib.

  • Ermənistanın daha bir polkovniki məhv edildi

    Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun polkovniki, 48 yaşlı Nikolay Mikaeloviç Aykyanı məhv edib.

    “Report” xəbər verir ki, polkovnikin adı Ermənistan Müdafiə Nazirliyinin yaydığı öldürülən hərbçilərin siyahısında qeyd olunub.

    Qeyd edək ki, daha öncə Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri, polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

  • Bu gün Qarabağda 28 erməni hərbçi ölüb

    “Bazar ertəsi Ermənistan və Azərbaycan arasında döyüşlərdə 28 erməni hərbi qulluqçu həlak olub”.

    “İnterfax”ın xəbərinə görə, bu barədə Dağlıq Qarabağın separatçı hakimiyyətinin məlumatında deyilir:

    “Sentyabrın 28-də döyüşlər zamanı 28 hərbi qulluqçu həlak olub”.

    Həlak olanların adları da açıqlanıb.

    Beləliklə, döyüş əməliyyatları başlayandan indiyədək 59 erməni hərbi qulluqçu ölüb.

  • “Düşmən Azərbaycanın mülki infrastrukturunu məhv etməyə çalışır” – RƏSMİ

    Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar Tərtər rayonu istiqamətində davam etdirilir.

    Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, Ermənistan tərəfi artilleriyadan Tərtərdə dinc əhalini, yaşayış evlərini atəşə tutub:

    “Ermənistan öz təxribatlarını törətməyə davam edir. Xüsusən də Tərtər rayonu istiqamətində əhali üçün yaradılan infrastrukturu məhv etməyə çalışırlar. Belə ki, Tərtər rayonunda qadınlar üçün iş yeri kimi nəzərdə tutulan xalçaçılıq zavoduna ciddi ziyan dəyib.

    Ermənistan tərəfi məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbəyə, eləcə də, polis məntəqələrinə ziyan verməyə çalışırlar. Çünki məcburi köçkünlər üçün tikilən qəsəbə Ermənistanın özü üçün nümunə idi. Onlar gördülər ki, məcburi köçkünlər üçün necə gözəl şərait yaradıblar. Lakin Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilir”.

  • Azərbaycan torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatı keçirir – VİDEO

    Bölmələrimizin düşmənin məhv edilməsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda keçirdiyi döyüş əməliyyatı davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • “HaberGlobal”da Azərbaycan-Ermənistan cəbhəsindəki son vəziyyət müzakirə edilib

    “HaberGlobal”ın canlı efirində Azərbaycan-Ermənistan cəbhəsindəki son vəziyyət müzakirə olunub.

    Canlı yayıma “Haber Global”ın Ankara təmsilçisi Tuba Atay və təqaüdçü səfir Faruk Loğoğlu qoşulub.

  • Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi: Düşmən xeyli itki verdi – RƏSMİ + VİDEO

    Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

    Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

  • Erməni Ordusu Azərbaycanda məhkəmə binasını hədəf aldı – Ölən və yaralılar var

    Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

    Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən dərin kədər hissi ilə qeyd edirik ki, düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində 28.09.2020-ci il tarixdə saat 11 radələrində Tərtər şəhəri Heydər Əliyev prospektində yerləşən rayon Məhkəməsinin inzibati binasının yanına düşmüş mərmi qəlpələrindən 1975-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu həlak olmuş, həmin vaxt ərazidən keçən təcili tibbi yardım maşının sürücüsü 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu və maşında olan hərbi polisin əməkdaşı 1994-cü il təvəllüdlü Hüseynov Fəxrəddin Fərman oğlu, həmçinin ərazidə olan digər Tərtər şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimov Tural Firdovsi oğlu yaralanmışdır.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanmışdır.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

    Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübutlar toplanılır.

    İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcəkdir.

  • Ermənistan daha 15 hərbçisinin öldüyünü təsdiqlədi

    Azərbaycanın işğal altında olan ərazilərində yaradılan separatçı rejim daha 15 erməni hərbçisinin öldüyü ilə bağlı məlumat yayıb.

    Bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

    Qeyd edək ki, ötən gün erməni tərəfi 16 erməni hərbçisinin öldüyü barədə məlumat yaymışdı.

    Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan dünən 550 nəfərdən çox itki verib.