Category: Ordu

  • Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib

    Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində daha bir mülki şəxs həyatını itirib.

    APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin atdığı top mərmisi Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayış evinə düşüb.

    Nəticədə ev sahibəsi Aynur Mehdiyeva həlak olub.

  • Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI

    “Əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq, işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:

    “Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir.

    Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır”.

  • Əsgərlərimiz qələbə şüarları ilə yola salınır – VİDEO

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə axışan əsgərlərdə ruh yüksəkliyi, böyük coşğu müşahidə olunur.

    Əsgərlər qələbə şüarları və alqış sədaları ilə yola salınır.

  • Ermənistan ordusunun daha bir zabiti məhv edildi – RƏSMİ

    “Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib”.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat yayıb.

    Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb.

    Bundan başqa, Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978), Ağdərə istiqamətində isə polkovnik Nikolay Mikaeloviç Aykyan (1972), Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan, Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.

  • Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı – FOTO

    Sosial şəbəkələrdə erməni istifadəçilərdən biri özlərini ifşa və terrorçu mahiyyəni əks etdirən paylaşım edib.

    “syriahay” adlı erməni “tvitter”də video paylaşıb və Suriyadan Ermənistana və Qarabağa gətirilən ermənilərin görüntülərini paylaşıb. O həmin videoya bu başlığı yazıb: “Suriyadan olan ermənilər və könüllülər Qarabağa yola düşür”

    O videonu paylaşdığına görə digər erməni izləyicilər tərəfindən kütləvi şəkildə şikayət edilib.

    Həmin şəxs bir neçə saniyə sonra videonu silməyə məcbur olub.

    Ancaq bu addımı ilə Suriyada yaşayan erməni terorçuların Qarabağa gətirildiyini təsdiq etmiş olub.

    Xatırladaq ki, Suriyada yaradılan və YPG/PYD tərəfindən təlim keçilən ermənilər Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.


    //azxeber.com

  • Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir – RƏSMİ

    “Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

    “Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

    Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb – VİDEO

    Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb.

    Vəziyyətlə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlama verib.

  • Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı – RƏSMİ

    Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən mədəniyyət abidələrinə ziyan dəyib.

    Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, dörd rəsm qalereyası, dörd teatr müəssisəsi, iki konsert müəssisəsi, səkkiz mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq tarix və mədəniyyət abidəsi, o cümlədən, Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə (XIV əsr), Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

  • Müdafiə Nazirliyi: “F-16 qırıcılarımız yoxdur, olmayanı məhv etmək mümkün deyil”

    “Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

    Bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.

    O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

    “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil”.

  • “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” – RƏSMİ

    “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib”.

    Bunu mətbuatın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

    Onun sözlərinə görə, Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir:

    “Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.

    Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir”.