Category: Ordu

  • Azərbaycan şəhidi ilə vidalaşır – FOTO/VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu ilə vida mərasimi keçirilir.

    Şəhidin nəşi Ağstafa rayonu Həsənsu kəndindəki evlərinə gətirilib.

    Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

    Ötən gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, Mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, Gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

  • Azərbaycan Ordusu daha yeddi şəhid verdi – SİYAHI

    İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində şiddətli döyüşlər davam edib.

    Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

    Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

    Düşmən hücumunun qarşısını alardən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub.

    Polkovnik Mirzəyev İlqar Anzor oğlu

    Mayor Əhmədov Namiq Hajan oğlu

    Mayor Novruzov Anar Gülverdi oğlu

    Gizir Zeynallı İlqar Ayaz oğlu

    Gizir Babayev Yaşar Vasif oğlu

    Müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu.

    Düşmənin aktiv fəaliyyətnin qarşısının alınması məqsədi ilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliklərindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

    Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir. Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrini də atəşə tutur.

    Düşmənə qarşı həyata keçirilən cavab tədbirləıri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

    Allah rəhmət eləsin!

  • Azərbaycanda general-mayor və polkovnik şəhid oldu – RƏSMİ

    “İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonunda şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib, yüzə qədər canlı qüvvəsi, texnikaları məhv edilib”.

    Bunu Müdafiə nazirinin müavini Kərim Vəliyev Ermənistanın Tovuz rayonu istiqamətindəki təxribatları barədə keçirdiyi brifinqdə bildirib.

    O qeyd edib ki, Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

    “Bizim generallar əsgərlə çiyin-çiyinə, cəsarətlə döyüşürlər”.

    K.Vəliyev əlavə edib ki, hazırda döyüşlər davam edir.

  • Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edildi – VİDEO

    İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

  • Ermənilər VİDEO yaydı

    Cəbhədə baş verən atışma ilə bağlı ermənilər sensasion video yayıblar.

    Həmin görüntülərdə ermənilərin hərbi texnikası yanır. Təşviş içində olan erməni hərbiçilər Paşinyan hökumətini tənqid ediblər.

    Videodan bəlli olur ki, Azərbaycan Ordusunun zərbəsi nəticəsində düşmənin avtomobil parkı alışıb.

    Videodan da görünür ki, düşmən ordusu tamamilə nəzarətsizdir. O qədər nəzarətsizdir ki, hərbi sirr hesab edilən bu kimi videoları belə çəkib, yayırlar.
    //anews.az

  • Qızğın döyüşlərin getdiyi Ağdam kəndindən VİDEOREPORTAJ

    Hazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri intensivləşib.

    Baku TV Tovuzun düşmənin artilleriya hücumlarına məruz qalan Ağdam kəndindən canlı yayımdadır.

    Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri gəlməkdədir.

    Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

  • Düşmən Dondar Quşçu kəndini yenidən atəşə tutdu – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

    Bunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

    Onun sözlərinə görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

  • Cəbhədə atəş səsləri – VİDEO

    Hazırda qızğın döyüşlərin getdiyi cəbhə xəttində atəş səsləri eşidilməkdədir.

    Oxu.Az-ın əməkdaşlarının sözlərinə görə, düşmənin artilleriya atəşləri, eləcə də, Azərbaycan ordusunun adekvat cavab atəşinin səsləri yayılmaqdadır.

    Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • Düşmən Tovuzu yenidən atəşə tutdu – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.

    Bununla bağlı Oxu.Az-ın sorğusunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavablandırıb.

    O bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.