Category: Ordu

  • Ermənilər Dondar Quşçu kəndini top atəşinə tutublar – RƏSMİ

    Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.

    Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bu barədə məlumat yayıb.

    O bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

  • Ermənilər yenə özlərini biabır etdilər: 2018-ci ilin görüntüsü yeni kimi paylaşıldı – FOTOFAKT

    Ermənilər növbəti dəfə özlərini biabır ediblər.

    “Facebook” sosial şəbəkəsində erməni bloqerlərin paylaşımından bu qənaətə gəlmək olar.

    Ermənilər Tovuz rayonunun Ağdam kəndinin yaxınlığında yerləşən Qaraqaya yüksəkliyinin 2018-ci ilin Aprel ayında müşahidə kamerası ilə çəkilmiş görüntüsünü yeni çəkilmiş foto adı ilə mətbuatda yayımlayıblar.

    Fotonu yeni görüntü kimi paylaşan erməni bloqer Sam Mayilyan kameranın ekran görüntüsündəki tarixi silməyi unudub.

    Digər sosial şəbəkə istifadəçisi olan ermənilər də həmin fotonu dünən çəkilmiş kimi paylaşıblar.

    Daha sora Sam Mayilyan səhv şəkil paylaşdığını da etiraf edib.

  • Ermənistan DƏHŞƏT İÇİNDƏDİR: cəbhədə 200 ölü, 300 yaralı… – FOTO

    “Cəbhədə dəhşətli hadisələr gedir. Qardaşım zəng edib dedi ki, Azərbaycan tərəfindən artilleriya atəşi açılır. Hospital və klinikalar yaralılarla doludur”.

    Median.Az Publika-az-a istinadən bildirir ki, bu sözləri erməni sosial media istifadəçisi Diana Arutyunyan ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttinin Tovuz rayonu istiqamətində baş verən hadisələrdən sonra yazıb.

    O bildirib ki, qardaşından aldığı məlumata görə, Ermənistan ordusu çox sayda itki verib: “Qardaşım ölü əsgərlərlə dolu 3 yük maşınının hərəkət etdiyini görüb. 70 əsgərin öldüyü, 300 yaralının olduğu bildirilir. Amma qardaşım ölülərin gördüyündən daha çox, hətta 200-dən çox ola biləcəyini də dedi. Nə edəcəyimizi bilmirik. Qardaşımla əlaqə itib. Şəhərdə təşviş var. Hökumət isə heç bir şey etmir”.

    Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ordunun itki vermədiyini bildirib və cəbhədəki məlumatları gizlədir. Nazirliyin mətbuat katibi isə sadəcə 2 polisin yüngül xəsarət aldığını açıqlayıb.

  • Daha bir şəhidimizlə vida mərasimi keçirilir – FOTO

    Şəhid baş əsgər Məmmədov Elşad Dönməz oğlunun dəfn mərasimi keçirilir.

    Şəhidin cənazəsi Tovuzun Ağdam kəndindəki Şəhidlər Xiyabanına gətirilib.

    Mərasimdə deputat Qənirə Paşayeva, Müdafiə Nazirliyinin rəsmiləri, rayon icra hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyəti də iştirak edir.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

    Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

    Bildirək ki, Məmmədov Elşadın yeddi aylıq övladı var.






    //oxu.az

  • Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət – VİDEOREPORTAJ

    Tovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndində atəşkəs rejimi pozulmaqda davam edir.

    Baku TV xəbər verir ki, erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz dünən gecədən atəşə tutulub.

    Atəşkəs rejimi xüsusən iri çaplı silahlarla pozulub. Düşmənin təxribatına milli ordumuz tərəfindən layiqli cavab verilib. Bu gün səhər saatlarında atəş səsləri qismən səngiyib. Lakin ara-sıra silah səsləri eşidilir.

    Kənddə isə həyat öz axarında davam edir. Kənd sakinlərinin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Tovuz rayonunun Ağdam kəndi düşmənə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və uzun illərdir ki, kənd sakinləri düşmən mövqeləri ilə üz-üzə dayanıb.

  • Azərbaycan şəhidi ilə vidalaşır – FOTO/VİDEO

    Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan çavuşu Sadıqov Vüqar Lətif oğlu ilə vida mərasimi keçirilir.

    Şəhidlə vida mərasimi doğulduğu Ağstafa rayonu Yuxarı Göcəli kəndindəki evində keçirilir.

    Dəfn mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı və digər dövlət qurumlarının rəsmiləri iştirak edir.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.


  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 70 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Ağdam rayonunun işğal altında olan Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

    Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

  • İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı – VİDEO

    Ötən gün Azərbaycan Ordusunun Ermənistanın təxribatı nəticəsində şəhid olan əsgəri Xəyyam Daşdəmirov dəfn olunub.

    Şəhidimiz İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

    X.Daşdəmirovun cənazəsi vidalaşmaq üçün əvvəlcə doğulduğu evə gətirilib.

    Daha sonra kənd sakinləri onun cənazəsini Azərbaycanın Dövlət Himni ilə yola salıblar.

    Dəfn mərasimində dövlət qurumlarının rəsmiləri iştirak edib.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

    Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

    Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

  • Ombudsman Aparatından Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı AÇIQLAMA

    “Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Pandemiya dövründə mülki əhaliyə qarşı ermənilərin bu cür hərəkətləri insan hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir”.

    Bu barədə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) məlumat yayıb.

    Qeyd edək ki, artıq ordumuz dörd şəhid verib. Allah Şəhidlərimizə rəhmət eləsin. Yaralılara tezliklə sağalmağı diləyirik.

  • Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var – VİDEO

    Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

    Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

    Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

    Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.