Category: Ordu

  • Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başlayır

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

    Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

    Təlimin niyyətinə əsasən, düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

    Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

  • Ermənistan Azərbaycanla sərhəddə təxribat törətdi

    Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında bildirilib.

    Qeyd olunub ki, mayın 13-də saat 12:00-dan başlamaqla Qazax ra­yo­nunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətdə avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerlə­şən bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.

    Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

  • Bakıda əsgər özünü alnından güllələyib öldürdü

    Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib.

    APA xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində baş verib.

    Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb.

    Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında hadisəni təsdiqləyib. O bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Mayın 2-dək Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna bu günə qədər 110.073.896,49 AZN, 213.577,88 ABŞ dolları, 17.566,0 avro və 5000,0 rubl vəsait daxil olub.

  • Hava Hücumundan Müdafiə bölmələrinin məşqləri başlayıb – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin məşqləri keçirilir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Məşqlərin keçirilməsində əsas məqsəd bölmələrin şəxsi heyətinin zenit-raket komplekslərinin (ZRK) idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsidir.

    Məşqlərdə döyüş heyətləri “İldırım” ZRK-nin start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra edirlər.

  • Düşmən atəşkəsi pozdu, ordumuz minaatanlarla qarşılıq verdi

    Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycan tərəfinin minaatanlardan istifadə etməklə atəşkəs rejimini pozması barədə yayılan xəbər yalandır, həqiqəti əks etdirmir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

    Ermənistan tərəfinin iddiasının əksinə olaraq, bu gün gündüz saatlarında düşmən ordusunun bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub.

    Azərbaycan Ordusunun bölmələri 82 millimetrlik minaatanlardan istifadə etməklə cavab atəşi ilə düşmənin atəş nöqtələrini susdurub.

  • Azərbaycan HHM bölmələri hazırlıq məşqlərinə başlayıb – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

    Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.

  • Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə snayperlərin hazırlığı yoxlanılır.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Snayper qrupları böyük məsafələrə yürüş, əlverişli mövqelərin tutulması, mövqelərin maskalanması, ərazi kəşfinin aparılması, yanlış snayper mövqelərinin qurulması, müxtəlif məsafələrdəki hədəflərə fərdi və qrup halında atışlar icra edirlər.

  • Dağlıq Qarabağda erməni əsgər öldü

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisində erməni hərbçisi ölüb.

    Bu barədə “Sputnik Ermənistan” Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Mənbə bildirir ki, aprelin 3-ü, saat 00:35-də 2000-ci il təvəllüdlü Qaregin Babakexyan ölümcül güllə yarası alıb.

    Əsgərin ölüm səbəbinin müəyyən olunması üçün araşdırma aparılır.

  • Şanlı Aprel döyüşlərinin şəhidləri – SİYAHI

    2016-cı ilin aprel döyüşlərindən artıq dörd il keçir. Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir. Dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində daha bir şərəfli qələbə kimi yaddaşlarda qalıb.  

    Tarix boyu Azərbaycan əsgəri vətəni, bir qarış torpağı uğrunda canından keçməyə hazır olub. Şəhidlik elə bir zirvədir ki, o hər insana nəsib olmur. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

    Median.Az Aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsini hörmətlə anaraq, 2016-cı ilin aprel döyüşlərində şəhid olan əsgər və zabitlərimizin siyahısını təqdim edir:

    Polkovnik:

    Vüqar Nurəddin oğlu Yusifov

    Polkovnik-leytenant:

    Raquf Cahangir oğlu Orucov

    Murad Telman oğlu Mirzəyev

    Mayor:

    Təbriz Tariyel oğlu Musazadə

    Urfan Üzeyir oğlu Vəlizadə

    Rasim Əbdül oğlu Məmmədov

    Elnur Adil oğlu Əliyev   

    Samit Gülağa oğlu İmanov

    Kapitan:

    İnqilab Çingiz oğlu Quliyev    

    Mühid Qurban oğlu Orucov   

    Vaqif Dilqəm oğlu Bayramov 

    Nəcməddin Akif oğlu Savalanov

    Baş leytenant:

    Əbu Bəkir Vüqar oğlu İsmayılov     

    Mirzə Sərvər oğlu Novruzov  

    Rəşid Rövşən oğlu Mehdiyev

    Ziya Niyazi oğlu Həsənov      

    Elvin Məmməd oğlu Namazov        

    Cavid Gülbala oğlu Dədəkişiyev     

    Elnur İsgəndər oğlu İsgəndərov

    Sahil Həsrət oğlu Şirinov (leytenant)

    Gizir:

    Dilsuz Məmmədağa oğlu Qarayev 

    Elimdar Səlimxan oğlu Səfərov      

    Orxan Kazım oğlu Hümbətov

    Orxan Ələsgər oğlu Müstəcəbov    

    Məhəbbət Zaman oğlu Mirzəyev    

    Nurlan Rasim oğlu Abdullayev       

    Ravil Elman oğlu Novruzov   

    Rusif İbrahim oğlu Ağayev    

    Teymur Sabir oğlu Qasımov 

    Murad Vaqif oğlu Məmmədov

    Bəxtiyar Rəfael oğlu Hüseynov      

    Toğrul Habil oğlu Fərəczadə 

    Şahin Yaşar oğlu Cavadzadə

    Pəncəli Nurməmməd oğlu Teymurov       

    Tural Gülşad oğlu Qurbanov 

    Mirsalam Təvəkkül oğlu Cəfərov    

    Seymur Qulamhüseyn oğlu Baxışov

    Babək Vəfadar oğlu Abidov (Kiçik gizir)

    Çavuş:

    Təbriz Hamlet oğlu Əsgərov 

    Elvin Sədrəddin oğlu Qayıbov

    MAXE hərbi qulluqçu:

    Ruhin Əşrəf oğlu Qəhrəmanov       

    Nurlan Bayram oğlu Əsgərov

    Rahim Qara oğlu Tağıyev     

    Nicat Bəhruz oğlu İsgəndərov        

    Səbuhi Rəfayıl oğlu Musayev

    Adil Kamran oğlu Adilzadə

    Rüstəm Oruc oğlu Əhmədov

    Siravi:

    Rəvan İsmayıl oğlu Nurayev 

    Orxan Məhəmməd oğlu Əliyev       

    Sarvan Natiq oğlu Mehrəliyev

    Samir Ziyəddin oğlu Qaçayev

    Fərahim Adışirin oğlu Novruzov     

    Nürəddin Etimad oğlu Mirzəyev      

    Sərxan Azər oğlu Bağırov     

    Hüseyn Zeynal oğlu Dəmirli  

    Ömər Məzahir oğlu Cəbrayılov       

    Vüqar Natiq oğlu Süleymanov        

    Teymur Mikayıl oğlu Qasımov        

    Rizvan Telman oğlu Muradov

    Müşviq Arif oğlu Orucov        

    Cabbarxan İlham oğlu Hacıağayev

    Nurlan Cəmil oğlu Qasımov  

    Xaliq Həsən oğlu Əzizzadə   

    Emin İmran oğlu Bağırov       

    Kamran Faiq oğlu Şirəliyev   

    Əlizaman Fərrux oğlu İslamov        

    Ülvin Cəmaləddin oğlu Məmmədov

    Şulan Bayram oğlu Bayramov        

    Fəxrəddin Seyfəddin oğlu Qurbanlı

    Firdovsi Əliş oğlu Bağırzadə 

    Mahir Sabir oğlu Mirzəyev     

    Röyal İmran oğlu Nəsirov      

    Altun Fərman oğlu Dəmirli     

    Elşən Səlim oğlu Səmədov   

    Vüsal İlham oğlu Alıyev

    Mikayıl Yaqub oğlu Vahabzadə      

    Mahir Qədir oğlu Quliyev       

    Nazim Nadir oğlu Zəkarayev 

    Yalçın Namiq oğlu Osmanov 

    Elvin Azadxan oğlu Mirzəyev

    Əmiraslan Xəlil oğlu Xeyirbəyov     

    Elvin Azadxan oğlu Mirzəyev

    Əbdülməcid Nadirşah oğlu Axundov

    Mahmud Azər oğlu İbrahimov

    Sərxan Oqtay oğlu Bayramov

    Əmrah Aydın oğlu Yüzbəyov

    Əli İntiqam oğlu Heydərov     

    Natiq Namiq oğlu Tahirli

    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə, Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara layiq görülüb, orden və medallarla təltif ediliblər.

    Vətən qarşısındakı xidmətlərinə görə, təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

    Allah şəhidlərimizə rəhmət eləsin!

    /oxu.az/