Category: Ordu

  • Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

    Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.

    Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.

    Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.

    Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.

    Aprel döyüşlərindən sonra – may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.

    Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi.

  • Xidmət müddəti başa çatmış əsgərlər bu tarixdə ehtiyata buraxılacaq – RƏSMİ + VİDEO

    Ölkə ərazisində koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlar əsasında müxtəlif tədbirlər görülür.

    Median.Az xəbər verir ki, qəbul edilən qərarlar çərçivəsində nazirliklər və aidiyyəti orqanlarda xüsusi iş qrafikləri təyin olunub.

    Mövcud vəziyyətlə bağlı Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatda qeyd olunub ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

    Nəzərə alaq ki, məktəblərin nə zaman başlayacağı və təhsil müddətinin nə zaman bitəcəyi vaxt bəlli deyil. Eyni zamanda, hərbi xidmətə çağırış müddəti də mayın 31-dən uzadılıb.

    Bu vəziyyət Azərbaycan ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərə bilərmi?

    Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ordunun şəxsi heyətinin çox az faizini müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təşkil edir:

    “Bütün döyüş təminatını müəyyən edən vəzifələrdə zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları xidmət keçir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində peşəkar ordu formalaşıb. Milli Məclis tərəfindən hərbi xidmətə çağırış müddətinin mayın 31-dək uzadılması ordunun döyüş qabiliyyətinə heç bir təsir göstərməyəcək”.

    Məlumatda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması məsələsinə də aydınlıq gətirilib:

    “Xüsusi karantin rejiminin tələbləri (mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın) nəzərə alınmaqla, ordu sıralarından tərxis prosesinin aprelin 20-dən 25-dək həyata keçirilməsi planlaşdırılır.

    Bu müddət ərzində ehtiyata buraxılacaq şəxsi heyət Müdafiə Nazirliyinin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılacaq”.

  • Erməni kəş­fiyyat-diversiya qrupları bas­qına cəhd edib, itki verməklə geriyə qaçıb

    Son aylar ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisindən keçən hissəsində Ermə­nistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən əməliyyat şərai­tinin kəskin gər­gin­ləşdirilməsi məqsədilə çoxsaylı təxribatlar törə­dil­ib, təmas xət­tinin yaxınlığında yerləşən yaşayış məntəqə­ləri­miz və kənd yol­larında hərəkət edən mülki nəqliyyat vasitələri mü­tə­madi ola­raq iri çaplı silahlardan və snayper tüfənglərindən da­vamlı surətdə atəşə tutulublar.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin kəş­fiyyat-diversiya qrupları tərəfindən sərhəd-döyüş məntəqələrimizin dislokasiya yerlərinə bas­qın cəhdləri edilmiş, sərhədçilərin sa­yıqlığı nəticəsində düş­mən təxribatlarının qarşısı alınmış və onlar itki verməklə geriyə qaçmaq məcburiyyətində qalmışlar.

    Ermənistan ilə dövlət sərhədində əməliyyat şəraitinin ciddi gər­ginləşləşməsi barədə tərəfimizdən mütəmadi olaraq məlumat verilmiş, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı düşmən tərəfinin bütün təxribatlarına adekvat cavabların verilə­cəyi və nəticədə baş verəcək bütün fəsadlara görə məsuliyyətin Ermə­nis­tanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşməsi xüsusi qeyd olun­muşdur.

    Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılmış məlumatda guya Azər­bay­can tərəfinin atəşkəs rejimini pozaraq ER-nın Noyemberyan rayo­nu­nun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş möv­qelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

    Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistan Silahlı Qüvvə­lərindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düş­mənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sər­həd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs reji­mini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

  • Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməyə cəhd göstərib.

    Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan bölmələrinin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib.

    Bir sutkaya yaxındır ki, düşmən hərbçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

    Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

    Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

  • Hərbi qulluqçuların ehtiyata buraxılmasında dəyişiklik nəzərdə tutulub? – RƏSMİ

    Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə bağlı son günlər sosial şəbəkələrdə aparılan əsassız müzakirələr və bununla əlaqədar əsgər valideynlərinin narahatlığını nəzərə alaraq, Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunda xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasında hazırda hər hansı bir dəyişiklik nəzərdə tutulmayıb.

    Nazirlikdən Oxu.Az-un sorğusuna cavab olaraq qeyd edilib ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının aprelin 1-dən başlayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılması planlaşdırılır.

  • Ermənilər sərhəddəki kəndləri intensiv atəşə tutub

    Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təx­ribatları davam edir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, martın 13-də saat 11:45 radələrindən başlamaqla, Qazax ra­yo­nunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitə­ləri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxın­lığında yerləşən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələri tərə­fin­dən iriçaplı si­lah­­lardan intensiv atəşə tutulub.

    Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüv­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə susdurulub.

    Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

  • Erməni silahlıları Qazaxda yaşayış yerlərini atəşə tutdular – RƏSMİ

    Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

    Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 13 mart tarixində 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan intensiv atəşə tutulub.

    Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

    Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

  • Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozdu: Cavab tədbirləri görülür

    Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

    Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

    Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

  • SIPRI: Azərbaycan Ermənistandan daha çox silah əldə edib

    Azərbaycan 2015-2019-cu illərdə dünyanın TOP-40 ən böyük əsas silah idxalçıları sırasına daxildir və Qazaxıstandan sonra (25-ci yer) alıcıların ümumi reytinqində 30-cu yeri tutaraq postsovet məkanında ikinci ən böyük silah idxalçısıdır.

    Media.Az xəbər verir ki, sözügedən məlumatları Stokholm Beynəlxalq Sülh Problemləri Araşdırmaları İnstitutu təqdim edib.

    Tədqiqatda son illərdə Azərbaycan və Ermənistanın silah, o cümlədən raket idxalı hesabına hərbi potensialını inkişaf etdirdiyinə diqqət çəkilir.

    “2015-2019-cu illərdə yenidən Ermənistanla Azərbaycan arasında silahlı toqquşmalar baş verdi. Hər iki ölkə silah, o cümlədən bir-birinin ərazisindəki hədəflərə hücum edə biləcək raketlər hesabına hərbi potensialını artırır”, – SIPRI-dən bildirilib.

    Həmçinin, son beş ildə Ermənistanın demək olar ki, bütün silah idxalını (94 faiz) Rusiyadan həyata keçirdiyi qeyd olunub.

    Hesabat müddətində Azərbaycana əsas silah tədarükçüləri İsrail (60 faiz), Rusiya (31 faiz) və Türkiyə (3.2 faiz) olub.

    Azərbaycan İsrailin Hindistandan (45 faiz) sonra ikinci böyük silah alıcısı olub. İsrailin hərbi ixracının altıda bir hissəsi (17 faiz) Azərbaycanın payına düşüb.

    Yeni məlumatlara əsasən, dünya silah ixracında Azərbaycanın payı 0.8 faiz təşkil edib. 2015-2019-cu illərdə əvvəlki beşillik dövrlə (dünya idxalının 1.5 faizi) müqayisədə silah idxalı 40 faiz azalıb.

    Bu azalmaya baxmayaraq, 2015-2019-cu illərdə Azərbaycanın silah idxalı Ermənistanın analoji idxalını 3.3 dəfə üstələyib.

    SIPRI-nin silah tədarükü ilə bağlı yeni məlumatlarına əsasən, dünyada son beş ildə ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Almaniya və Çin, ən böyük silah idxalçısı isə Səudiyyə Ərəbistanı olub.

  • Bu gün şəhid olan əsgərimizin atası: “Deyirdi, ayın sonu özüm gələcəm” – VİDEO

    Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı şəhid olan əsgər Qarayev Eltun Elman oğlu Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Əsgər Eltun Qarayevlə vida mərasimi şəhidin doğulub boya-başa çatdığı rayonun Qazıqurdalı kəndində olub.

    Mərasimdə Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, həmçinin, rayon ictimaiyyəti iştirak edib.

    Şəhidin tabutu üzərindəki Azərbaycan bayrağı atasına təqdim edilib. Daha sonra havaya yayılım atəşi aşılıb.

    Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlunu sonuncu dəfə beş-altı ay əvvəl görüb.

    “Məktub yazırdı. Bu ayın sonu məzuniyyətə gəlməli idi, amma şəhid olub gəldi. Bir dəfə yanına getdik, hərbi hissədə idi deyə, yanımıza gələ bilmədi. Görmədən gəldik. Ancaq məktub yazırdı. Deyirdi, ata, özüm ayın sonu gələcəm”.