Category: Ordu

  • Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır

    Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

    Müdafiə Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur:

    “Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir.

    Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik”.

  • Müdafiə Nazirliyi: Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır

    Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

    Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır.

  • Ermənistanda hərbi qulluqçu intihar etdi

    Ermənistanın Tavuş vilayətindəki Noyamberyan rayonunda yerləşən hərbi hissələrin birində əsgər intihar edib.

    Əsgər asılmış vəziyyətdə tapılıb.

    Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib.

  • Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir – VİDEO

    Azərbaycan Ordusu miqyasında keçirilən əməliyyat təlimi çərçivəsində Hərbi Dəniz Qüvvələri (HDQ) qarşıya qoyulan tapşırıqları icra edir.

    Median.Az Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir ki, plana uyğun olaraq, HDQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

    Təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında tapşırıqları dəqiq və effektiv icra edirlər.

  • Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

    Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.

    Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.

  • Hərbçimiz şəhid olub?

    Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin əsgəri, 2000-ci il təvəllüdlü Babək Vəli oğlu Aslanovun dünən gecə saatlarında cəbhənin Qazax istiqamətində şəhid olduğu barədə xəbərlər yayılıb.

    Modern.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün öncə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzi ilə əlaqə saxlamağa çalışıb.

    Ancaq DSX-nin mətbuat xidməti telefon zənglərinə cavab verməyib.

    Mətbuat xidmətinin rəisi Rövşən Cahangirovu da tapmaq müşkülə çevrilib.

    Xaçmaz Rayon İcra Hakimiyyətindən İctimaiyyətlə əlaqələr departamentinin aparıcı məsləhətçisi Yaqut Məsimova isə sosial şəbəkələrdə yayılmış məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib..

    “Babək Aslanov dünən şəhid olub. Hazırda cənazə dəfn olunmaq üçün Xaçmaz rayonunun Mollabürhan kəndinə gətirilir”.

  • Zakir Həsənov: Yerevan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları qəsdən yubadır

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litvanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə görüşüb.

    Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Litva arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

    Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi Yerevan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

    Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi təhsil sahəsində əldə olunan razılaşmaların inkişaf etdirilməsinin, o cümlədən hərbi qulluqçular üçün təşkil olunan kurslarının davamının və onların dinləyicilərinin sayının artırılmasının zəruriliyi də xüsusi qeyd edilib.

    Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Litva əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

    E.Navikas öz növbəsində Litvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

    Tərəflər regional və ikitərəfli əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

  • Qarabağda erməni əsgər intihar etdi

    Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun hərbçisi Erik Harutyunyan ölüb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, xidmət etdiyi ərazidə yaralı tapılıb və xəstəxanaya aparılarkən ölüb.

    Ermənistan İstintaq Komitəsi bildirib ki, faktla bağlı intihar həddinə çatdırmaq maddəsi ilə cinayət işi başlanılıb.

  • Azərbaycan və Türkiyə yüksək rütbəli hərbçiləri Bakıda görüşəcək

    В Баку 5 ноября начнет работу 12-е заседание азербайджано-турецкого военного диалога на высшем уровне.

    Об этом сообщает пресс-служба Министерства обороны Азербайджана.

    В ходе заседания в составе рабочих групп делегации рассмотрят текущее состояние двусторонних военных связей и обсудят основные направления деятельности по выполнению предстоящих задач.

    Сопредседателем заседания с азербайджанской стороны является заместитель министра обороны генерал-лейтенант Керим Велиев, а с турецкой стороны – второй начальник Генерального штаба корпусной генерал Метин Гюрак.

    Обсуждения в рамках военного диалога завершатся 7 ноября.

  • Azərbaycan Ordusunun raket və artilleriya bölmələri döyüş atışları icra edib – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan, artilleriya, reaktiv və tankəleyhinə batareyalarla döyüş şəraitinə maksimal yaxın şəraitdə döyüş atışlı taktiki təlim keçirilib.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, təlimlər zamanı kəşfiyyat bölmələri, PUA və digər bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə döyüş uzlaşması tədbirləri icra olunub.

    Bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.