Category: Ordu

  • Azərbaycan Dövlət Sərhəd Xidməti: Erməni tərəfinin izahı açıq yalandır

    Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan “Facebook” səhifəsində Azərbaycan sərhədçisinin ölümünü şərh edərək bunu Azərbaycan tərəfinin sərhəddə mühəndis-texniki işləri aparmaq və sərhəddəki mövqelərini irəli çəkmək cəhdi ilə izah etməyə çalışıb.

    Ermənistanın armeniasputnik.am saytı bu barədə məlumat yayıb.

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bu hissəsində heç bir mühəndis-texniki iş aparılmayıb. Ermənistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin bu izahı açıq yalan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması faktını əsaslandırmaq cəhdi, həmçinin ictimaiyyəti çaşdırmaq məqsədlidir.

    Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla həmsərhəd olan Qazax və Ağstafa rayonları istiqamətində hərbi xidmət fəaliyyətlərinin həyata keçirildiyi bütün dövrlərdə təmas xəttində, sonda adekvat cavabsız qalmayan Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən gərginlik yaratmaq cəhdləri müşahidə olunub

  • Azərbaycan sərhədçisi şəhid olub

    Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbay­can-Ermə­nistan dövlət sər­hə­dindəki təmas xəttində atəşkəs rejimini kobud su­rətdə pozmaqla növbəti dəfə təxribat törədiblər.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, 2020-ci il yanvarın 7-si saat 14:56 radələrində Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəliyev Fərzəli Əli­mür­səl oğlu şəhid olub.

    Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quli­yev və digər rəhbər vəzifəli zabitlər hazırda hadisə yerindədirlər, Hərbi Proku­rorluq ilə birgə zəruri tədbirlər həyata keçirilir.

  • Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını qəfil yoxlamaq məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi yanvarın 2-də Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.

    Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.

    2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.

  • Cəbhəboyu zonada yeni xidməti mənzillər istifadəyə verilib – VİDEO

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yeni xidməti mənzillərin təqdimetmə mərasimində iştirak edib.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    İki hektardan çox ərazidə inşa edilən ailəli və subay hərbi qulluqçular üçün nəzərdə tutulan iki və üçotaqlı təmirli mənzillərdən ibarət binalar lazımi kommunikasiya sistemləri ilə təchiz olunub.

    Ərazidə abadlıq işləri aparılıb, asfalt döşənib və yaşıllaşdırma sahəsi salınıb.

    Tədbir iştirakçılarını yeni mənzillərin verilməsi ilə bağlı təbrik edən Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların xidməti-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizin iqtisadi qüdrətinin və Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinə göstərdiyi yüksək diqqət və qayğısının təzahürüdür.

    Mənzillər təqdim edilən hərbi qulluqçular bayram günü ailələrinə bəxş edilən sevincə görə Ali Baş Komandana minnətdarlıqlarını bildiriblər.

  • Azərbaycanda hərbi xidmətə çağırış başladı

    Bu gündən Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

    Çağırış Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama uyğun olaraq həyata keçirilir.

    Sərəncama əsasən, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları bu gündən başlayaraq yanvarın 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulan xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları da bu gündən başlayaraq yanvarın 30-dək ehtiyata buraxılacaqlar.

  • MN Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə məlumatlara münasibət bildirib

    Azərbaycan Müdafiə Nazirliyi (MN) bəzi xarici KİV-də guya Azərbaycan ərazisində İsrailin döyüş təyyarələrinin yerləşdirilməsi barədə yayılan məlumata münasibət bildirib.

    Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür məlumatların heç bir əsası yoxdur.

    “Təəssüflər olsun ki, bu kimi məlumatlar vaxtaşırı məqsədyönlü surətdə informasiya məkanına sızdırılır və təxribat məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı bir xarici ölkəyə məxsus döyüş təyyarəsi və digər hərbi təyinatlı vasitələr Azərbaycan ərazisində yerləşdirilməyib. Bu baxımdan yayılan məlumat iftiradır, yalandır və heç bir əsası yoxdur”, – deyə nazirlikdən bildirilib.

  • Azərbaycan Ordusunun polkovniki vəfat etdi

    Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Valeh Rəcəbov vəfat edib.

    Median.Az “report”a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Mərhumun cənazəsi bu gün saat 12-də Bakıxanov qəsəbəsində (Sabunçu Rayon İcra Hakimiyyətinin binasının arxasındakı həyətdən) götürüləcək və Qurd Qapısı qəbirstanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, V.Rəcəbov Azərbaycan Ordusu sıralarında müxtəlif vəzifələrdə xidmət keçib.

    Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə komandir müavini işləyib. Sonuncu iş yeri Müdafiə Nazirliyinin idarələrindən biri olub.

    Allah rəhmət eləsin!

  • Ermənilər sərhəd kəndlərimizi atəşə tutdu

    Ermənistan Silahlı Qüvvələri Qazaxın Quşçu Ayrım və Fərəhli kəndlərində yaşayış evlərini intensiv atəşə tutub.

    Bununla bağlı Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 17-i saat 20:30 radələrindən başlamaqla Ermənistan Silahlı Qüvvələrinin Noyemberyan rayonunun Koti və Boqanis kəndlərinin yaxınlığındakı döyüş möv­qelərindən “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayo­nunun Quşçu Ayrım və Fərəhli kəndləri istiqamətin­dəki sərhəd döyüş məntə­qələri və kənd sakinlərinin yaşayış evləri intensiv atəşə tutulub.

    Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.

  • Hərbi qulluqçuların icbari şəxsi sığortası və pensiya təminatı ilə bağlı – SƏRƏNCAM

    Ədliyyə Nazirliyi Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Azərbaycan qanunlarının Prezidentin aktlarının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

    Sərəncamda bildirilib ki, razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər.

    Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.

    Qeyd olunub ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görsün.

    Həmçinin normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Qeyd edək ki, Baş nazirin sərəncamı Prezidentin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 noyabr tarixli nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

    Məlumat üçün bildirək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişikliyə görə, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilib.

    Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində edilib.

    Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilib.

    Qanunlara dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədi daşıyır.

    Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

    Dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

    Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, cari il dekabrın 3-dək fonda 105.197.683,52 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.