Category: Ordu

  • Naxçıvan qarnizonu həyəcan siqnalı ilə qaldırılıb – FOTO/VİDEO

    Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

    KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.






  • Cəbhə bölgəsində bayraq yürüşü

    Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

    Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.

    Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını qeyd edib.

    “N” saylı hərbi hissə komandirinin müavini, polkovnik Elşad Əbilov Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğalda olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.

    Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.//oxu.az

  • Zakir Həsənov yeni hərbi hissənin açılışını etdi – FOTO/VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin yeni hərbi hissəsinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olublar.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətin məlumat verilib.

    Müdafiə Nazirliyinin rəhbərliyi hava hücumundan müdafiə bölmələrinin döyüş texnika və vasitələrinə, eləcə də yeni istifadəyə verilən qərargah, əsgər yataqxanası, yeməkxana, sıra meydanı, tibb məntəqəsi, hamam-qazanxana, digər xidməti və inzibati otaqlara baxış keçirib.

    Məruzə olunub ki, yaradılan şərait şəxsi heyətin gündəlik xidmətinin təşkilinə müsbət təsir göstərəcək, habelə hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş hazırlığı və döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılmasını təmin edəcək.

    Sonra müdafiə naziri hərbi hissənin silahlanmasındakı zenit-raket komplekslərinə baxış keçirib və HHQ-nin Döyüşü İdarəetmə Mərkəzində olaraq komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.















  • Cəbhədə monitorinq keçirilib

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 31-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

    Müdafiə Nazirliyinin oktyabrın 30-da yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn keçirəcəkdilər.

  • Qarabağda erməni əsgər yaralanıb

    Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni əsgər yaralanıb.

    Median.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 23-də, günorta saatlarında baş verib.

    Müddətli hərbi qulluqçu, 1999-cu il təvəllüdlü Ayk Sarkisyan güllə yarası alıb.

    O, hospitala yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

  • Azərbaycan Ordusunun zenit-raket kompleksləri işə salındı – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Hava hücumundan müdafiə (HHM) bölmələrinin müxtəlif təlim mərkəzlərində keçirilən taktiki təlimləri davam edir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, təlimlərin növbəti mərhələsində “OSA” zenit-raket komplekslərindən döyüş atışları icra edən HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv ediblər.

  • HHM bölmələri döyüş atışları icra edib – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq keçirilən Hava hücumundan müdafiə (HHM) bölmələrinin taktiki təlimlərində “İQLA” daşınan zenit-raket komplekslərindən döyüş atışları icra edilib.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluamt verilib.

    Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

  • Etimad Əsədov vəfat etdi

    Bu gün səhər saatlarında “Qarabağ qaziləri” İctimai Birliyinin sədri, ölkənin tanınmış ictimai xadimi, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

    Median.Az-ın məlumatına görə, bu barədə Qaziler.az saytına onun döyüşçü dostları xəbər verib.

    E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi.

    Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.

    SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

    1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam Ərazi Özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

    1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” İctimai Birliyinin sədridir.

  • Naxçıvanda yeni hərbi hissə istifadəyə verildi – FOTO

    Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, döyüş qabiliyyətini artırıb. Hərbi hissələrdə aparılan quruculuq işləri və yaradılan müasir şərait isə xidmətin nümunəvi təşkilinə imkan verir.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib. Sonra Ali Məclisin sədri hərbi hissədə yaradılan şəraitlə tanış olub.

    Məlumat verilib ki, hərbi hissədə ikimərtəbəli texniki nəzarət məntəqəsi və qarovul evi, 160 yerlik 80 texnika saxlancı, texniki qulluq və təmir, yanacaqdoldurma, eləcə də, gündəlik texniki xidmət məntəqələri yaradılıb.

    Burada hərbi texnika və avtomobillərin saxlanması, təlimata uyğun istifadə və istismarı üçün lazımi şərait var. Texniki nəzarət məntəqəsində təlimat sinfi, növbətçi, həkim və digər xidməti otaqlar istifadəyə verilib. Qarovul evində də xidmətin təşkili üçün hərtərəfli şərait yaradılıb.

    Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqlarla təchiz edilmiş texniki qulluq və təmir məntəqəsində artilleriya silahlarının, rabitə vasitələrinin, akkumulyator batareyalarının təmiri və doldurulması, o cümlədən texnikaların təmiri emalatxanaları, ehtiyat hissələr anbarı və çay evi istifadəyə verilib.

    Ali Məclisin sədri hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirib, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

  • Ordu üçün toplanan vəsaitin məbləği açıqlanıb

    Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cari il oktyabrın 1-dək fonda 94.005.457,49 AZN, 213.577,88 ABŞ dolları, 12736,0 avro və 5000,0 rubl vəsait daxil olub.

    Qeyd edək ki, Fond Azərbaycan Respublikası prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə təsdiq edilib.