Category: Ordu

  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim tətbiq olundu

    Havanın hərarətinin kəskin surətdə yüksəlməsini nəzərə alaraq, şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə müdafiə nazirinin əmrinə əsasən xüsusi rejim tətbiq olunub.

    Müdafiə Nazirliyindən bildiriblər. Verilən məlumata görə. görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir kondisionerlər quraşdırılıb, hərbi hissələr sərinləşdirici avadanlıq və vasitələrlə təchiz edilib.

    İstilik və günvurmanın profilaktikası, şəxsi heyətin su təchizatının nizamlanması üzrə kompleks tədbirlər görülür. Döyüş hazırlığı məşğələləri səhər saat 11.00-dək və saat 17.00-dan sonra keçirilir, hərbi qulluqçulara günorta vaxtı istirahət verilir.

    Hərbi hissələrin ərazilərində, döyüş mövqelərində və təlim yerlərində şəxsi heyətin birbaşa günəş şüasından qorunması üçün kölgəliklər və duş yerləri hazırlanıb. Bütün hərbi qulluqçular daim qablaşdırılmış içməli su ilə təmin olunur.

  • MN: Ordumuzun əks-həmləsi düşməni nokauta salıb

    Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumatda qeyd edilib ki, Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazandırmağa çalışır.

    “Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.

    Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, – deyə Müdafiə Nazirliyindən bildiriblər.

  • Bakıda hərbi paradda Ermənistana mesaj – VIDEO

    Bu günkü hərbi paradda asfalt örtüyü Ermənistan bayrağının rənglərinə uyğun rənglənib.

    Ordumuzun şəxsi heyəti və hərbi texnikası bu “bayrağı” tapdalayaraq keçib.

    Xüsusi diqqət çəkən mənzərə sosial şəbəkələrdə də izləyicilərin diqqətindən yayınmayıb.

    Düşmənə bir mesaj olan bu görüntü ordumuzun hər an döyüşə hazır olduğunu, yağı düşmənə layiqli cavab arzusu ilə alışıb-yandığını bir daha gözlər önünə sərir.

  • Şahinlər Bakı səmasında – FOTO

    Azərbaycan Ordusunun 100 illik yubileyi ilə əlaqədar keçirilən parad çərçivəsində Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı şəhəri üzərində uçuşlar keçirib.

    Şahinlər hərbi təyyarə və helikopterlərlə mürəkkəb aviaşoular yerinə yetirib.










    //oxu.az

  • “Heç vaxt əsgər ölümlərini gizlətmirik” – Müdafiə nazirindən KİV-ə çağırış

    “Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub”.

    APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

    Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: “Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz”.

  • Türkiyə hərbçiləri Bakıda: Ordumuzun yubiley tədbirində iştirak edəcəklər – VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu Azərbaycana səfərə gəlib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Onlar Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edəcəklər.

  • Ordumuz işğaldakı şərab zavodunu nəzarətə aldı – VİDEO

    Naxçıvanda Ermənistanın işğalı altına düşən 11 ha ərazi və mühüm strateji yüksəkliklər Azərbaycan ordusunun nəzarətinə keçib.

    İşğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur.

    Azərbaycan ordusunun şəxsi heyəti həmin ərazidə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.

    “Naxçıvan” TV işğaldan azad edilmiş ərazidən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:

  • Zakir Həsənovdan TAPŞIRIQ – Cəbhə bölgəsində hərbi texnikalar hazırlıq vəziyyətinə gətirildi (FOTO)

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, iyunun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub.

    Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan Müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb.

    General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Sonda şəxsi heyətlə birlikdə nahar edilib.



  • Ermənistanın taktiki PUA-sı məhv edilib – FOTO

    Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

    Bu barədə Müdafiə Nazirliyinin saytında məlumat yayılıb.

    Məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.



  • Kəndimiz işğaldan belə azad edildi – VİDEO

    Ermənistan tərəfi Azərbaycan ordusunun işğal altındakı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndini azad etməsi ilə bağlı yeni görüntülər yayımlayıb.

    Videonu Ermənistan Müdsfiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan yayıb.

    Videoda azərbaycanlıların Günnüt kəndinin ərazisində sərbəst gəzməsi əks olunub.