Category: Ordu

  • Hərbçilərlə bağlı yeni QANUN

    “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi yenidən hazırlanıb.

    APA-nın məlumatına görə, layihədə hərbi qulluqçuların sosial, hüquqi, digər statusları, məsuliyyətləri və s. məsələlər təsnif olunacaq.

    Qanun layihəsində hərbi qulluqçuların sosial statusu ilə bağlı yeniliklər də nəzərdə tutulur.

    Sənədin yaxın vaxtlarda Milli Məclisə daxil olması gözlənilir.

    Qeyd edək ki, qanun layihəsinin 2013-cü ildə müzakirəyə çıxarılması nəzərdə tutulsa da, müvafiq qurumların rəyi verməməsi səbəbindən müzakirəsi təxirə düşmüşdü.

  • Qarabağ qazisinin türk əsgərlərinə jesti sosial şəbəkələrdə rekord qırdı (VİDEO)

    Qarabağ qazisi Kamil Musavi Suriyada terrorçuları təmizləyən türk əsgərlərinə dəstək verib.

    Baku.ws-in məlumatına görə, Kamil Musavi video müraciətində canının qalan hissəsini Türkiyə uğrunda fəda etməyə hazır olduğunu bildirib.

    “Türk qardaşlarım Afrində haqq döyüşü aparır, haqq uğrunda savaşırlar. İnsanları kütləvi şəkildə məhv edən terrorçuların kökünü kəsir. Mən bir Azərbaycan qazisi, türk oğlu olaraq qardaşlarıma səslənirəm. Ayağımı və gözümü doğma torpaqlarımız, Qarabağımız uğrunda fəda etdiyim kimi canımın qalan hissəsini də ikinci dövlətim olan Türkiyə uğrunda fəda etməyə hazıram. Allah sizi qorusun, güc, qüvvət versin”, – Kamil Musavi bildirib.

    Onun bu video müraciəti sosial şəbəkələrdə çox sayda izləyici tərəfindən bəyənilib və paylaşılıb.

    Qarabağ qazimiz 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib.

  • Qarabağda işğalçı ölüb

    İşğal altında olan Dağlıq Qarabağda erməni hərbi qulluqçusu həlak olub.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

    İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Ovsep Qriqoryan silahla davranış qaydalarını pozması nəticəsində ölümcül güllə yarası alıb.
    Hadisənin təfərrüatı araşdırılır.

  • Sülhməramlılarımız vətənə qayıtdı – FOTO

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun 43 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.



  • Hərbi xidmətlə bağlı dəyişiklik – DTX ilə XKX-ya səlahiyyət verildi

    “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edilib.

    “Report” xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar qəbul edib.

    Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən deyil, həmin orqanlar tərəfindən aparılacaq.

  • Fuad Ələsgərov və Zakir Həsənov cəbhə bölgəsində – FOTO

    Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin tapşırığına əsasən, prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

    Səfər zamanı qoşunların döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin xidməti və sosial-məişət şəraiti yoxlanılıb, eləcə də, hərbi qulluqçularla söhbətlər aparılıb, birgə nahar təşkil olunub.








  • Neftçalada Azərbaycan Ordusunun şəhid olan əsgəri bu gün dəfn olunacaq – FOTO

     Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri, 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov bu gün dəfn olunacaq.

    “Report”un Aran bürosu xəbər verir ki, şəhid doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsindəki Seyidlər qəbiristanlığında torpağa tapşırılacaq.

    Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısının, ictimaiyyət nümayəndələrinin, kənd sakinlərinin, şəhidin hərbçi yoldaşlarının və xidmət etdiyi hərbi hissəsinin zabitlərinin iştirakı gözlənilir.


  • Aprel döyüşlərində düşməni məhv edən silahların yeni partiyası Azərbaycana gətirildi – FOTO + VİDEO

    Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

    Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

    Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdirdi.






  • Azərbaycanda iki yeni hərbi zavod açılacaq

    Yaxın zamanlarda Azərbaycanda daha iki hərbi zavodun açılışı nəzərdə tutulur.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib.
    Qeyd olunub ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan və ötən illərdə aparılan tikinti, yenidənqurma işlərindən sonra istismara verilən 56 istehsal müəssisəsi ilə yanaşı, 2017-ci ilin iyununda iki istehsalat müəssisəsində kompleks tamamlanma işləri başa çatdırılıb və Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 

  • Ermənistan silahlı bölmələri atəşkəs rejimini 116 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.

    Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.