Category: Ordu

  • Azərbaycan hərbi gücdə Ermənistanı 30 pillə qabaqladı

    Dünyanın ən güclü orduları siyahısında Azərbaycan 60-cı yerdə qərarlaşıb.

    “Unikal” xəbər verir ki, bu barədə “Global Firepower” reytinqində qeyd olunub.

    Reytinq 145 ölkənin silahlı qüvvələrini 60 indikator, o cümlədən texnika və şəxsi heyətin sayı, habelə maliyyə vəziyyəti, resursların mövcudluğu və digər amillər üzrə müqayisə edir.

    Güc təkcə ölkənin silahlı qüvvələrinin böyüklüyü ilə deyil, həm də onun aktivləri ilə müəyyən edilir: gəmilər, təyyarələr, müdafiə büdcəsi və təbii ehtiyatlara (neft, kömür) çıxış.

    ABŞ ən böyük müdafiə büdcəsi və geniş hərbi-texniki arsenalı sayəsində növbəti dəfə birinci yeri tutub. Güclü artilleriya və çoxsaylı raket sistemləri ilə seçilən Rusiya ikinci, dəniz qüvvələrinə görə isə Çin üçüncü yeri tutub.

    Hindistan reytinqdə dördüncü, Cənubi Koreya isə beşinci yerdə qərarlaşıb. Böyük Britaniya altıncı, Fransa yeddinci, Yaponiya səkkizinci, Türkiyə doqquz və İtaliya onuncu yerdədir.

    Qonşu ölkələr arasında Gürcüstan 94-cü, Ermənistan 90-cı, İran isə 16-cı yerdə qərarlaşıb.

  • Azərbaycan HHQ komandanı təyyarə qəzasında şəhid olan Türkiyə hərbçiləri ilə vida mərasimində iştirak edir

    Azərbaycan HHQ komandanı Azərbaycandan Türkiyəyə uçan təyyarənin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə keçirilən vida mərasimində iştirak edir.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda qəzaya uğrayan “C-130” yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankarada Mürted Hava Meydanında keçirilən vida mərasiminə qatılıb.

    Azərbaycan HHQ komandanı təyyarə qəzasında şəhid olan Türkiyə hərbçiləri ilə vida mərasimində iştirak edir

    Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan “C-130” yük təyyarəsində şəhid olan 20 hərbçi ilə Ankaradakı Mürted Hava Meydanında vida mərasimi keçirilir. Mərasimdə hərbçilərin ailələri və yaxınları ilə yanaşı, siyasətçilər və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edirlər. Hərbçilərin 19-u bu gün dəfn ediləcək. Pilot polkovnik-leytenant Gökhan Korkmazın cənazəsi isə şənbə günü İstanbulda dəfn olunacaq.

    Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

    Pirəkəşkül və Ağdərədə 12-14 noyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.

  • Azərbaycan Müdafiə Nazirliyi Türkiyəyə başsağlığı verib – FOTO

    Azərbaycan Müdafiə Nazirliyi (MN) Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin ailələrinə və qardaş Türkiyə xalqına başsağlığı verib.

    Bununla bağlı MN-in “Telegram” hesabında paylaşım edilib.

    “Başın sağ olsun, Türkiyə! Sizin kədəriniz, bizim kədərimizdir! Allah rəhmət eləsin!” – paylaşımda deyilir.

  • Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri

    “Vətən müharibəsində əldə etdiyimiz Qələbənin 5-ci ildönümünə həsr edilən Zəfər paradında Silahlı Qüvvələrimizin arsenalına qəbul edilən bir çox yeni texnika, silah, vasitə və avadanlıqlar ilk dəfə ictimaiyyətə nümayiş etdirildi”.

    Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, bunlardan biri də “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanan “Ice Breaker” qanadlı raketi idi:

    “300 kilometrə qədər mənzilə malik bu raket ilk dəfə 18-22 iyul 2022-ci il tarixlərində “Farnborough Airshow” sərgisində təqdim edilib. “Ice Breaker” raketi 2021-ci ildə eyni şirkət tərəfindən təqdim edilən “Sea Breaker” gəmi əleyhinə raket ailəsinin bir üzvüdür. Bu raketin hazırlanması proqramı uzaqmənzilli, çoxməqsədli raketin əldə olunmasını nəzərdə tuturdu. “Ice Breaker” çoxməqsədli raketdir, hava, quru və dəniz hədəfləri ilə mübarizə aparmaq üçün hazırlanıb. “Ice Breaker” raketi axtarış, hədəf tanıma və operatordan asılı olmadan hədəfin seçilməsi və məhv edilməsi üçün süni intellekt alqoritmlərindən istifadə etməyə imkan verən bort kompüteri ilə təchiz olunub. Bu isə onu 5-ci nəsil raket olduğunu göstərir.

    “Rafael Advanced Defense Systems” raketin gövdəsini gizli (stels) texnologiyadan istifadə edərək hazırlayıb. Bu isə onun radarlara görünməsini maksimum çətinləşdirir. Raket rəqəmsal idarəetmə sistemi ilə 3,73 kN dartma gücü istehsal edən “Safran Microturbo TRI 60″ turbo mühərriki ilə təchiz olunub. Süni intellekt sayəsində raketin idarəetmə və analiz sistemləri avtomatik rejimdə fəailiyyət göstərir. Yeni nəsilə aid olan raketin istənilən hava şəraitində, GPS sisteminin mövcud olmadığı və mürəkkəb radielektron müdaxilə şəraitində fəaliyyət göstərə bilir. Qatlanan karbon lifli qanadlara malik raket olduqca kompakt ölçülərə malikdir. Onun diametri 300 mm, uzunluğu isə 3980 mm-dir. Raket 300 km-ə qədər məsafədəki hədəflərə qarşı effektiv nəticələr göstərir. 300 km məsafəyə uçuş 20 dəqiqədən çox çəkmir, ən uzaq məsafələrdə belə raket komanda və idarəetmə mərkəzi ilə təhlükəsiz ikitərəfli əlaqə qurmaq qabiliyyətinə malikdir. İdarəetmə Mərkəzi raketin uçuşuna tənzimləmələr edə bilir, yəni, raket buraxılandan sonra belə onun hədəfini dəyişə və ya dayandıra bilir, uçuş zamanı vəziyyəti yenidən qiymətləndirə və raketə yeni hədəf təyin edə bilir”.

    Ekspert bildirib ki, universal “Ice Breaker” raketləri həm kiçik gəmilərdə, həm pilotlu və pilotsuz aviasiya vasitələrində, həm də personal daşıyıcılarında və pikap tipli avtomobillərdə yerləşdirilə bilər:

    “Bundan əlavə raketin təhlükəsiz rabitə sistemi sayəsində həm raket və sahil batareyası arasında, həm də digər batareyalar və gəmilərlə real vaxt rejimində rabitə təmin edilir. Qabaqcıl Missiya Planlaşdırması və Nəzarət (AMP) sistemi qurudan və dənizdən eyni vaxtda həyata keçirilən hücumların koordinasiyasını da təmin edir. “Ice Breaker” raketinin son dərəcə aşağı hündürlüklərdə (2-5 metr) uçması, gizli texnologiyaya malik olması və avtonom rejimində işləməsi onu analoqlarından fərqləndirir. Beşinci nəsil raketin müxtəlif təyyarə və helikopterlərdən, o cümlədən “Gripen”, FA-50, M-346, Jf-17 və F-16 təyyarələrindən buraxılması mümkündür. “Gripen” və JF-17 qırıcısı asqılarında 6 ədəd, F-16 isə 7 ədəd “Ice Breaker” raketi daşıya bilər. Digər bir neçə əsas parametr isə yeni raketin hücumları üçün GPS peyk sistemindən asılı olmamasıdır. Bu, digər “Rafael” sistemləri ilə tam uyğun olan zərbə silahıdır. Məsələn, daşıyıcı buraxılış təyyarəsində və ya helikopterdə “Spice 1000” silah idarəetmə blokundan istifadə ediləndə digər platformada olan “Ice Breaker” gəmi əleyhinə raketindən istifadə edilə bilir.

    350 kiloqram kütləyə və aşağı hündürlükdə 300 km məsafəyə zərbə imkanına malik raket süni intellekt sayəsində dərin təhlil texnologiyasına, avtomatik hədəf əldə etmə (ATA) və avtomatik hədəf tanıma (ATR) imkanları əldə edib. “Ice Breaker” raketi çətin radioelektron müdaxilə mühitində işləyə bilir, stasionar və ya hərəkət edən hədəfləri vurmaq üçün maneə törətmə cəhdlərinə müqavimət göstərən müstəqil naviqasiya və tuşlama texnologiyasına malikdir. Raket hədəfə doğru hərəkət zamanı yol nöqtələrinə, azimuta, hücum meydançası bucağına və tuşlama nöqtəsi seçiminə uyğun olaraq əvvəlcədən müəyyən edilən hücum planlarına əsaslanan və digər əlaqəli vasitələrlə sinxronlaşdırılan hücum həyata keçirir”.

    Ə.Verdiyev qeyd edib ki, Azərbaycan dövləti Silahlı Qüvvələrin, o cümlədən Hərbi Dəniz Qüvvələrinin inkişafına daim yüksək diqqət göstərir: “Həm quru, həm də dəniz sərhədlərində baş verə biləcək təhdidlərin aradan qaldırılması üçün zəruri olan bütün tədbirləri görür. “Ice Breaker” qanadlı raketlərinin alınması da Silahlı Qüvvələrin döyüş potensialının artırılması məqsədi daşıyır. Raketin universal platformaya və süni intellektə malik olması, onun müxtəlif daşıyıcı vasitələrə quraşdırılmasına imkan verir. Bu raketlərin əldə edilməsi Azərbaycanın həm quruda, həm də dənizdə döyüş potensialını kifayət qədər artıracaq”.

  • Azərbaycan hansı ölkələrdən silah alır? – ADLAR

    Zəfər Günü Bakıda keçirilən parad Azərbaycanın hərbi təchizat xəritəsinin daha da genişləndiyini göstərdi. Paradda ilk dəfə nümayiş etdirilən silahlar, eləcə də yeni alınan texnikalar ölkəmizin bir mənbədən asılı olmadığını sübut edir.

    Modern.az-ın apardığı araşdırmaya görə, Azərbaycan 10-dan artıq ölkədən silah və texnika alır.

    Son illər Türkiyə, İsrail və Pakistandan alınan hərbi məhsullar ordumuzun dəqiq zərbə qabiliyyətini artırıb.

    Paradda İsrail istehsalı olan sistemlərin kütləvi iştirakı diqqəti çəkib. Paradda nümayiş etdirilən “Elbit Systems” şirkətinin PULS modul reaktiv artilleriya sistemi və ona inteqrasiya edilən “Predator Hawk” raketləri konteynerlərdən buraxılır və təxminən 300 kilometrə qədər məsafədəki hədəflərə dəqiq zərbə endirmək gücünə malikdir.

    “Rafael” şirkətinin “IceBreaker” əməliyyat-taketiki raketləri də ilk dəfə paradda nümayiş olunub. Həmçinin Vətən müharibəsi zamanı tətbiq edilən 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi xüsusi diqqət çəkib. Bunlardan başqa İsrail istehsalı zirehli texnikalar, pilotsuz uçuş aparatları və digər texnikalar paradda iştirak edib.

    Türkiyədən alınan “Roketsan” şirkətinin istehsal etdiyi TRLG-230 və TRG-300 kimi yerüstü dəqiq atəş sistemləri paradın mühüm hissəsini təşkil edib. Bu sistemlərin pilotsuz uçuş aparatları ilə birgə işləyə bilən lazer və GPS/INS yönümlü məhvetmə qabiliyyətləri Azərbaycan prioritet verdiyi texnologiyalar sırasındadır. Eyni zamanda “Bayraktar TB2” və daha ağır sinif “Akıncı” PUA-ları ölkənin pilotsuz uçuş aparatları parkının əsasını təşkil edir.

    Çindən alınan HQ-9BE (FD-2000B) uzunmənzilli zenit-raket kompleksi 2025-ci ildə ilk dəfə geniş ictimaiyyətə təqdim edilib. Açıq mənbə məlumatlarına görə, bu sistem 250–260 kilometrə qədər məsafədə hava hədəflərini nəzərə alma qabiliyyətinə malikdir və S-300, Buk və Tor kimi mövcud sistemi tamamlayaraq çoxlaylı hava müdafiəsi arxitekturasının “yuxarı qatını” gücləndirir.

    Hərbi aviasiya sahəsində Pakistanla 2024-cü ildə əldə olunan razılaşmanın nəticəsi kimi JF-17 Block III qırıcılarının silahlanmaya qəbul edilməsi paradda diqqətə çatdırılıb. Block III versiyası AESA radarları və müasir hava-hava, hava-yer silahlarının inteqrasiyası ilə təchiz olunub və region üçün önəmli döyüş-aviasiya qabiliyyəti təqdim edir.

    İtaliya istehsalı C-27J Spartan taktiki nəqliyyat təyyarəsi isə paradda yeni daxil olmuş platformalardan biri kimi göstərilib, bu təyyarə qısa eniş zolaqlarında əməliyyat aparmaq və təxminən 11 ton faydalı yük daşımaq imkanına malikdir.

    Artilleriya parkının yenilənməsi Avropa mənbələrindən də davam etdirilir. Belarus istehsalı “Polonez-M” sistemləri, Çexiyanın DANA və DITA haubitsaları, eləcə də Serbiyanın NORA B-52 haubitsaları paradda nümayiş etdirilib. Rusiyadan əvvəllər alınan texnikalar, Cənubi Afrika Respublikası ilə birgə istehsal edilən zirehli maşınlar, həmçinin bəzi Avropa ölkələrindən alınan kiçik silahlar da paradda Azərbaycanın gücünü dünyaya göstərdi.

    Nəticə etibarilə, Azərbaycanın silah tədarükü çoxmənbəli xarakter daşıyır. İsrail və Türkiyədən alınan dəqiq zərbə və PUA texnologiyaları, Çindən alınan strateji hava müdafiə sistemləri, Pakistandan alınan döyüş təyyarələri və Avropa mənbələrindən modern artilleriya kompleksləri Azərbaycanın hərbi potensialının həm coğrafi, həm də texnoloji baxımdan şaxələndiyini göstərir.

  • Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib

    Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.

    Hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafiə nazirinin müavini izləyiblər.

  • Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

    Median.Az “Azərtac”a istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.

    Bu müxtəliflik ordunun eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.

    Xüsusi təyinatlı avtomobil texnikası və zirehli nəqliyyat vasitələri

    Keçiddə təqdim olunan üzərində 12,7 millimetrlik NSV pulemyotları, tank əleyhinə idarəolunan “SPIKE-ER” (İ-AR) raketləri, 120 millimetrlik “SPEAR” minaatanları quraşdırılmış, “SandCat-Stomer” zirehli idarəetmə, çevik hərəkət avtomobilləri göstərir ki, Azərbaycan Ordusu əməliyyatlarda çeviklik və mobilitetə böyük əhəmiyyət verir. Silahlanmaya yeni qəbul edilmiş Milli Müdafiə Sənayesinin məhsulu “VAŞAQ” xüsusi əməliyyat nəqliyyat vasitələri, silahlanmaya yeni qəbul edilmiş “COBRA-II” zirehli tibbi təxliyə avtomobilləri, “Land Rover-110” xüsusi təyinatlı patrul avtomobilləri, “SKİF” – “COBRA” üzərində yerləşdirilmiş tank əleyhinə idarə olunan raket kompleksi, BTR-82A zirehli transportyorları, “PDM-3” – Piyadaların Döyüş Maşınları, “T-72M1” və “T-90S” tankları Azərbaycan Ordusunun döyüş qabiliyyətinin davamlılığını və strateji üstünlüyünün açıq nümayişidir.

    Hava Hücumundan Müdafiə (HHM) sistemləri

    Paradda Azərbaycan Ordusuna məxsus Hava Hücumundan Müdafiə vasitələri qürurla nümayiş etdirilib. Nümayişdə “S-125 TM” zenit-raket kompleksi, “BUK-MB” və “BUK-MB2K” zenit-raket kompleksi, “İLDIRIM-8” zenit-raket kompleksi, “S-300”- “FAVORİT” uzaqmənzilli zenit-raket kompleksi, “TOR-2M” zenit-raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş yerli müdafiə sənayesinin məhsulu “VİKİNQ” Hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksi, təkmilləşdirilmiş “Şilka” özüyeriyən zenit-qurğusu, silahlanmaya yeni qəbul edilmiş “HQ-9” (EYC KÜ-9) uzaqmənzilli zenit-raket kompleksi Azərbaycanın hava məkanının çoxsəviyyəli, etibarlı və döyüş şəraitinə davamlı müdafiə qabiliyyətinin təcəssümüdür.

    Pilotsuz uçuş aparatları (PUA) və insansız sistemlər

    Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən Ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUAsı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA – kamikadze tipli suüstü dəniz vasitəsi Ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də Ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur.

    Raket və artilleriya sistemləri

    Paradda nümayiş etdirilən Raket və Artilleriya Silahlarının kolonu isə olduqca qürurvericidir. Belə ki, 120 millimetrlik “Vena” özüyeriyən minaatan qurğusu, 122 millimetrlik “Qvozdika” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Akasiya” özüyeriyən artilleriya qurğusu, 152 millimetrlik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 203 millimetrlik “Pion” özüyeriyən artilleriya qurğusu, 220 millimetrlik TOS-1A “Odsaçan” yaylım atəşli reaktiv sistemi, “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket sistemi, 152 millimetrlik “Dana” özüyeriyən artilleriya sistemi, silahlanmaya yeni qəbul edilmiş 155 millimetrlik uzunmənzilli “NORA” və 155 millimetrlik uzunmənzilli “DİTA” özüyeriyən artilleriya sistemi, 122 millimetrlik RM-70/85 yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 122 millimetrlik “ACCULAR” (AKULAR) idarə olunan yaylım atəşli reaktiv sistemi, 160 millimetrlik “QRAD-LAR” yaylım atəşli reaktiv sistemi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, “Qasırğa” taktiki raket kompleksi – TRLG-230A, 300 millimetrlik uzunmənzilli TRG-300 taktiki raket sistemi, 300 millimetrlik iriçaplı “Smerç” yaylım atəşli reaktiv sistemi, 306 millimetrlik “EKSTRA” taktiki raket kompleksi, 301 millimetrlik “POLONEZ” əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş PULS üzərində 370 millimetrlik yüksək dəqiqlikli “Predator Hawk” (HOUK) Əməliyyat taktiki raket kompleksi, silahlanmaya yeni qəbul edilmiş beşinci nəsil İCEBREAKER (Aysbreker) qanadlı raket kompleksi, həmçinin 624 millimetrlik “LORA” əməliyyat-taktiki raket kompleksi izləyənlərə üçün qürurverici anlar bəxş edib.

    Dəniz qüvvələri, sahil mühafizəsi və Aviasiya komponenti

    Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hislər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.

    Paradda, həmçinin Xəzər dənizində döyüş gəmiləri və katerlər də nümayiş etdirilib. Bu, Azərbaycanın region sularında suverenlik və strateji nəzarət qabiliyyətinin sarsılmaz gücünü göstərir.

  • Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?

    Müharibələrin qaydaları dəyişib.

    Artıq səssiz uçuşlar və saniyələr içində qərar verən texnikalar müharibənin gedişini dəyişə bilər.

    “Orbitor-3” Pilotsuz Uçuş Aparatı (PUA) Vətən Müharibəsi zamanı düşmən hədəflərini vurub və zərbələrə məruz qalıb.

    Lakin o bu zərbələrdən sonra geri qayıtmağı bacarıb.

    O öz missiyasını tamamlaya bilib.

    Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

  • Bakıda hərbi paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika – SİYAHI

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirir.

    Median.Az Azərtaca istinadən xəbər verir ki, paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş spektr müşahidə olunub.