Category: Ordu

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

    Pirəkəşkül və Ağdərədə 3-7 noyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.

  • Nazirlik: Hərbi qulluqçuların pensiya təyinatı yeni qaydada aparılacaq

    Hərbi qulluqçuların pensiya təyinatı ilə bağlı qaydalarda təkmilləşdirmə aparılıb.

    Report xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Nazirlər Kabinetinin yeni qərarı ilə hərbi qulluqçulara və pensiya təminatı zamanı onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiya təyinatı ilə bağlı qaydalar vahid normativ aktda birləşdirilib.

    Belə ki, bu vaxta qədər hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması, habelə bu barədə məlumatların təqdim olunması kimi eyni tənzimləmə sahəsinə aid və bir-biri ilə əlaqəli işlər müxtəlif qaydalar əsasında aparılırdı.

    Bu sahədə müasir normayaratma tələblərinə uyğun təkmilləşdirmə işləri yerinə yetirilib və artıq bu istiqamətdə proseslər vahid normativ hüquqi akt, yəni yeni qərarla təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları” əsasında aparılacaq.

    Nazirlər Kabinetinin yeni yərarı müvafiq qanunvericilikdə texniki xarakterli bir sıra dəyişiklikləri də nəzərdə tutur.

  • Azərbaycan hərbçiləri NATO təlimində iştirak edir

    Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.

    Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.

    Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.

  • Nazirlikdən XƏBƏRDARLIQ: İki ərazidə partlayışlar olacaq

    Pirəkəşkül və Ağdərədə 20-24 oktyabr tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – MN-dən bildirilib.

  • Azərbaycan və Özbəkistan ali hərbi məktəbləri arasında memorandum imzalanıb

    Özbəkistanın Səmərqənd vilayətində təşkil olunan “Birlik-2025” birgə regional təlimi çərçivəsində dəyirmi masa və “Əməkdaşlıq memorandumu”nun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, tədbirdə Azərbaycan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənovun və Özbəkistan Milli Təhlükəsizlik və Müdafiə Universiteti rəisinin müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rəisi polkovnik Akmoljon Qodirovun rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

    Keçirilən dəyirmi masa zamanı ölkələr arasında hərbi təhsil və elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək perspektivlər müzakirə olunub. Regionda sülhün və təhlükəsizliyin təmin olunmasında elmi biliklərin və müasir hərbi təhsilin rolu, bu istiqamətdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

    Azərbaycan nümayəndə heyəti Milli Müdafiə Universitetində tətbiq olunan təhsil sistemi və aparılan islahatlar barədə ətraflı məlumat verib, həmçinin brifinq təqdim olunub.

    Təlim çərçivəsində Azərbaycan Milli Müdafiə Universiteti və Özbəkistan Hərbi Təhlükəsizlik və Müdafiə Universiteti arasında “Əməkdaşlıq memorandumu” imzalanıb.

  • Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

    Bakalavr təhsili alan və 10 ildən az müddətə xidmət edən zabitlər ehtiyatda olmağın son yaş həddinə çatmadan öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxıla biləcəklər.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik təklif edilir.

    Qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.

    Qüvvədə olan qanuna əsasən, həqiqi hərbi xidmət dövründə Azərbaycanda və xaricdə ali təhsil müəssisələrinin magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) 10 ildən az müddətdə xidmət etmiş kadr zabitlər də öz arzusu ilə ehtiyata buraxıla bilirlər.

    Təklif edilən dəyişikliklə isə bu siyahıya bakalavr təhsili də əlavə edilir.

  • Hərbi hissə və bölmələrdə nümayiş məşqləri keçirilib – Video

    2025-ci ilin hazırlıq planına əsasən, hərbi hissə və bölmələrdə inspeksiya yoxlaması çərçivəsində gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış məşqlərdə hərbi qulluqçular müasir texniki vasitələr və yeni döyüş taktikasından istifadə edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

    Aerozol pərdəsindən və ərazinin qorunma xüsusiyyətlərindən istifadə etməklə mobil yarımqruplar tərkibində fəaliyyətlər yerinə yetirilib.

    Tapşırıqların icrası zamanı zərbə PUA-sından da məharətlə istifadə edilib.

  • Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

    Oktyabrın 13-17 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

    Bildirilib ki, nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.

  • Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq

    Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək “Birlik – 2025” birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

    Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

    “Birlik – 2025” birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

  • Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək

    Azərbaycan-Türkiyə SAT-SAS (sualtı hücum,sualtı müdafiə) ikitərəfli xüsusi təlimləri keçiriləcək.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk bu gün keçirilən həftəlik brifinqdə deyib.

    Qeyd olunub ki, təlimlər oktyabrın 13-17-də baş tutacaq.