Category: Ordu

  • Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib

    Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib.

    Median.Az
    xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib.

    Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.//report.az

  • Vətən müharibəsi iştirakçısı: “Döyüşə başlayanda 124 nəfər idik, sonda 20 nəfər qalmışdıq”

    “Hər zaman torpaqlarımızı geri qaytaracağımıza inanırdıq. Amma bunun nə zaman olacağını bilmirdik”.

    Bunu Baku TV-yə müsahibəsində Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nizami Əliyev deyib.

    “Fəxr edirik ki, bu tarixi yazmaq, torpaqlarımızı geri qaytarmaq bizə qismət oldu”, – deyə o əlavə edib.

    Nizami Əliyev həmçinin “Əfsanəvi tabor”un qəhrəmanlığından bəhs edib: “Əfsanəvi tabor” ən ağır döyüşlərdə iştirak edib. Müharibənin ilk günündən son saatlarına qədər döyüşlərdə olub. Müharibəyə başlayanda şəxsi heyətim 124 nəfər idi. Amma döyüşlərin sonunda taborda 20-yə yaxın əsgər qalmışdı. Tabora bu adı qazandıran onun qəhrəman döyüşçüləridir”.

    Daha ətraflı videomaterialda:

  • Hərbi paradda ilk dəfə insansız sistem qoşunlarının parad heyəti keçib – Video

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan insansız sistem qoşunlarının parad heyəti keçib.

    Parad heyətinə “Vətənə xidmətə görə” ordenli Adəm Hüseynov başçılıq edib.

  • Bakıda hərbi paradda aviasiyanın uçuşları başladı – Video

    Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi texnikanın keçidi başlayıb.

    İlk olaraq xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub. Hərbi paradda hərbi aviasiyanın nümunəvi uçuşları başlayıb.

    Kolona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edir.

  • Şəhid övladı: “Böyük nailiyyətlər qazanıb atamın ruhunu şad etmək istəyirəm”

    “Biz bu qələbəyə görə canından keçən şəhidlərimizə, döyüşdə yaralanan, amma savaşmağa davam edən qazilərimizə daim borcluyuq”.

    Bu sözləri açıqlamasında şəhid mayor Ramid Hacıyevin 13 yaşlı oğlu Əli Hacıyev deyib. O bildirib ki, 30 ildən sonra Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu, hər bir vətəndaş üçün böyük sevincdir.

    Əli atasının qəhrəmanlığı ilə qürur duyduğunu da vurğulayıb:

    “Şəhid övladı olaraq atamla qürur duyuram. Gələcəkdə böyük nailiyyətlər göstərib atamın ruhunu şad etmək istəyirəm”.//oxu.az

  • Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir

    Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

  • Zəfər paradında yeni texnikalar nümayiş etdiriləcək

    “Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatına xüsusi diqqət yetirib, təhlükəsizlik məsələlərinin daim prioritet olduğunu qeyd edib. İldən-ilə artan döyüş imkanlarımız bu diqqətin sayəsində mümkün olub”.

    Bunu “Unikal”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Zəfər paradında Azərbaycanın yeni əldə etdiyi bir çox silah sistemləri ilk dəfə ictimaiyyətə rəsmi olaraq təqdim ediləcək.

    “Bunların arasında Pakistanın istehsalı olan qırıcıları, Serbiya istehsalı olan uzaqmənzilli özüyeriyən artilleriya sistemlərini, Çinin istehsal etdiyi müasir hava hücumundan müdafiə sistemini, eləcə də Belarus, Türkiyə və digər müttəfiq ölkələrin silah, texnika, vasitə və avadanlıqlarını müşahidə edəcəyik. Həmçinin, Azərbaycanın yerli istehsalı olan bəzi silahlar bu paradda nümayiş etdirilə bilər”.

  • Türkiyə F-16-ları Bakıda keçiriləcək paradda iştirak edəcək

    Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 Bakıda noyabrın 8-də baş tutacaq Zəfər paradında uçuş edəcək.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

  • Bakıda Zəfər yürüşləri keçirildi

    Zəfər Gününün beşinci ildönümü münasibətilə bu gün Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə üç istiqamətdə təşkil olunan yürüş başa çatıb.

    Median.Az xəbər verir ki, Şəhidlər xiyabanından başlanan yürüş “Alov Qüllələri” Kompleksi – metronun “İçərişəhər” stansiyası – Qoşa qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi istiqamətində davam edib, Bəhram Gur heykəlinin yanında başa çatıb.

    Q.Musabəyov parkından başlanan yürüş isə Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti istiqamətində davam edib, Şəhidlər xiyabanında başa çatıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

    “Olimpik Star” İdman və Əyləncə Mərkəzinin yanından başlanan yürüş Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İ.Nəsimi heykəli istiqamətində davam edib, Neftçilər prospektində başa çatıb.

    Hər üç yürüşün sonunda Dövlət Himni səsləndirilib.

  • Əsgər maaşının bank kartları ilə verilməsinə BAŞLANILDI

    Azərbaycanda əsgərlərə verilən maaş bank kartları ilə ödəniləcək.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, bunun üçün “əsgər kartları” hazırlanıb.

    Qeyd olunur ki, artıq “əsgər kartları”nın hərbi qulluqçulara paylanmasına başlanılıb.

    Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, “əsgər kartları” şəffaflığın təmini üçün tətbiq edilir:

    “Əsgər məvacibi əvvəllər cədvəllərlə verilirdi, əsgər qol çəkib alırdı. İndi əsgər maaşları “əsgər kartı” vasitəsilə veriləcək. Bu da şəffaflığı qorumaq baxımından çox böyük əhəmiyyət daşıyır. Bu kartlar rüşvət hallarının müəyyən mənada qarşısını alacaq”.